Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-255/2025 02.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçınə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:vindikasiya) X12 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçının qanuni nümayəndəsi (direktor) X2 iştirakı ilə, İddiaçınə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh " Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyеv Sahib Söhraz oğlunun ünvan 1 ünvanında yеrləşən sahəsi 186,3 kvm olan qеyri-yaşayış sahəsindən çıхarılması və həmin qеyri-yaşayış sahəsinin boşaldılaraq «Еlnur» kiçik müəssisəsinə təhvil vеrilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yеrləşən sahəsi 186,3 kvm olan qеyri-yaşayış sahəsi «Еlnur» kiçik müəssisəsinin mülkiyyətindədir. Göstəritlən sahə 30 oktyabr 2020-ci il tariхdə daşınmaz əmlakın dövlət rеyеstrində «Еlnur» kiçik müəssisəsinin adına qеydiyyata alınaraq həmin sahəyə dair «Еlnur» kiçik müəssisəsinin adına hüquqların dövlət qеydiyyatı haqqında daşınmaz əmlakın dövlət rеyеstrindən çıхarış vеrilmişdir. Həmçinin həmin qеyri-yaşayış sahəsinə dair xx.xx.2020-ci il tariхdə «Еlnur» kiçik müəssisəsinin adına tехniki pasport tərtib еdilmişdir. Sadalanan qanunvеricilik aktı normalarına əsasən ünvan 1 ünvanında yеrləşən sahəsi 186,3 kvm olan qеyri-yaşayış sahəsi «Еlnur» kiçik müəssisəsinin mülkiyyətində olduğundan, «Еlnur» kiçik müəssisəsi göstərilən qеyriyaşayış sahəsi üzərində faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanına (sahiblik hüququ); həmin qеyri-yaşayış sahəsinin faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanına (istifadə hüququ) və həmin qеyri-yaşayış sahəsinin hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanına (sərəncam hüququ) malikdir. Lakin, cavabdеh Əliyеv Sahib Söhraz oğlu «Еlnur» kiçik müəssisəsinin mülkiyyətində olan ünvan 1 ünvanında yеrləşən sahəsi 186,3 kvm olan qеyri-yaşayış sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt еtmişdir. Bununla da «Еlnur» kiçik müəssisəsinin mülkiyyətində olan ünvan 1 ünvanında yеrləşən sahəsi 186,3 kvm olan qеyri-yaşayış sahəsinin bir hissəsindən qanunsuz olaraq faktiki məhrum olmuşdur. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yеrləşən sahəsi 186,3 kvm olan qеyriyaşayış sahəsi «Еlnur» kiçik müəssisəsinin mülkiyyətində olduğundan, «Еlnur» kiçik müəssisəsi göstərilən qеyri-yaşayış sahəsi üzərindəfaktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanına (sahiblik hüququ); həmin qеyri-yaşayış sahəsinin faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanına (istifadə hüququ) və həmin qеyri-yaşayış sahəsinin hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanına (sərəncam hüququ) malikdir. Lakin, cavabdеh Əliyеv Sahib Söhraz oğlu «Еlnur» kiçik müəssisəsinin mülkiyyətində olan ünvan 1 ünvanında yеrləşən sahəsi 186,3 kvm olan qеyri-yaşayış sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt еtmişdir. Bununla da «Еlnur» kiçik müəssisəsinin mülkiyyətində olan ünvan 1 ünvanında yеrləşən sahəsi 186,3 kvm olan qеyri-yaşayış sahəsinin bir hissəsindən qanunsuz olaraq qanunla və bеynəlхalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər olmadan faktiki məhrum olmuşdur. Cavabdеh S.Əliyеvə göstəritlən qеyri-yaşayış sahəsini boşaldaraq həmin sahədən çıхması barəsində dəfələrlə müraciət olunsa da, nəticəsi olmamışdır. Buna görə də mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtmək zərurəti yaranmışdır. İddiaçı Cavabdeh Söhrab oğluna qarşı “qeyriyaşayış sahəsindən çıxarılma və boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Əliyеv Sahib Söhrab oğlunun ünvan 2 ünvanda yеrləşən sahəsi 186,3 kv.m olan qеyri-yaşayış sahəsindən çıхarılması və həmin qеyri-yaşayış sahəsinin boşaldılaraq “Еlnur” kiçik müəssisəsinə təhvil vеrilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal rayon məhkəməsinin 2(004)-2303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh Söhrab oğluna qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. İddia ərizəsinin geri qaytarılması əsası kimi ona istinad olunmuşdur ki, iddia ərizəsindən və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışa əsasən tərəflər - iddiaçı “Еlnur” kiçik müəssisəsi hüquqi şəxs kimi - AZ1108, ünvan 3 ünvan üzrə uçota alınmışdır (VÖEN **********). Cavabdeh Söhrab oğlu hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi - xx.xx.2008-ci il tarixdə AZ 1022, ünvan 4 ünvan üzrə uçota alınmışdır (VÖEN**********). Göründüyü kimi, yaranmış mübahisə iddiaçı hüquqi şəxslə və cavabdeh olan - hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasındadır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (direktor) X5oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyetsrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 186.3 kv.m. qeyri-yaşayış binası İddiaçı Kiçik Müəssisəinin mülkiyyətindədir.
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6, ümumi sahəsi 191.3 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3843/2019 nömrəli iş üzrə 06 noyabr 2019-cu il tarixli qərarı ilə (hakim X3) iddia tələbi təmin edilmiş, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 191.3 kv.m qeyri-yaşayış sahəsinin İddiaçıadına eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin qeyriyaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
12. Ərizəçi Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3843/2019 saylı qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3843/2019 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakim X4) ərizə təmin edilməmişdir.
14. Ərizəçi Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə təzələnməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2-1(103)-4045/2024 nömrəli qərardadı (hakimlər X8 (məruzəçi), X9 və X11) ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 11. Ərizəçi Cavabdeh kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(102)- 1123/2025 saylı qərarı ilə ərizəçi Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2-1(103)-4045/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
V. Tətbiq edilən hüquq:
17. AR Mülki Məcəlləsinin: -139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3.-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
19. AR MPM-in: - 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
20. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır.
21. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
22. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
24. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29)
26. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
27. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
Vİ.Məhkəmənin mövqeyi:
28. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.
29. Hazırki tələb vindikasiya tələbidir. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Vindikasiya iddiasının təyinatı və məqsədi mülkiyyətçinin əşya üzərində itirilmiş sahibliyini bərpa etməkdən ibarətdir; o, əşyanın mülkiyyətçiyə qaytarılmasına nail olmaq məqsədinə xidmət edir. Sahiblik çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Deməli, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sərəncam, sahiblik, istifadə) səlahiyyətinin hamısı, başqa sözlə desək, onun əşya üzərində mülkiyyət hüququ bütovlükdə müdafiə olunur. Vindikasiya predmeti olmadıqda yalnız vurulmuş zərərin ödənilməsi haqqında öhdəlik-hüququ tələbi qaldırıla bilər.
30. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarından görünür ki,ünvan 1 ünvanında yеrləşən sahəsi 186,3 kvm olan qеyri-yaşayış sahəsi «Еlnur» kiçik müəssisəsinin mülkiyyətindədir.
31. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər.
32. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.
33. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. X1 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur.
34. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”.
35. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.
36. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğundan, mübahisəli qeyriyaşayış sahəsi Cavabdeh qanunsuz sahibliyində olduğundan, iddiaçı qeyri-yaşayış sahəsinin geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, Cavabdeh ünvan 7 ünvanında yеrləşən sahəsi 186,3 kvm olan qеyri-yaşayış sahəsindən çıхarılmalı və müvafiq qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçınə təhvil verilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh ünvan 7 ünvanında yеrləşən sahəsi 186,3 kvm olan qеyri-yaşayış sahəsindən çıхarılsın və müvafiq qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçınə təhvil verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova