Məhkəmə qərarları › İş №e-2-2(113)-2665/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2665/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2665/2023 03.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X2 qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı müqavilələrin ləğvi və pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış və 3M-3002 reyestr nömrəsi ilə xx.xx.2023 xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş təsis payının alqı-satqısı müqaviləsinin ləğv edilməsini, İddiaçı1 ilə Cavabdeh3 arasında bağlanmış və 3M-2322 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş təsis payının alqı-satqısı müqaviləsinin ləğv edilməsini, İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış və 3M-3002 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş təsis payının alqı-satqısı müqaviləsinin ləğv edilməsi, İddiaçı4 ilə Cavabdeh1 arasında bağlanmış və 3M-3002 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş təsis payının alqı-satqısı müqaviləsinin ləğv edilməsini, İddiaçı4 ilə X1 arasında bağlanmış və 3M-2322 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş təsis payının alqı-satqısı müqaviləsinin ləğv edilməsini, İddiaçı2 ilə Cavabdeh5 İsmayıl Əfəndiyeviç arasında bağlanmış arasında və bağlanmış 3M-2322 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş təsis payının alqı-satqısı müqaviləsinin ləğv edilməsini, İddiaçı3 ilə Cavabdeh4 arasında bağlanmış və 3M-3090 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş təsis payının alqı-satqısı müqaviləsinin ləğv edilməsi;

8. Razılaşma üzrə cavabdehlərə ödənilmiş ******* manat pulun cavabdelərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulmasını, ərizənin 49-cu bəndində göstərilən sair xərclər üzrə 90840 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulmasını, Dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 5335,42 manat 42 qəpik pulun cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulmasını, hüquqi xidmətlə bağlı vəkilə ödənilmiş 1288 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, cavabdehlərin əməllərində cinayət tərkibinin əlamətləri olduğundan barələrində xüsusi qərardad çıxarılmaqla istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4 və 152.1.6-ci maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı4 (VÖEN: **********) tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin pretenziya cavabdehlər Cavabdeh2 (VÖEN:**********), Cavabdeh1 (VÖEN: **********), Cavabdeh4 (VÖEN: **********) Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə

QƏRARAALDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı müqavilələrin ləğvi və pul tələbinə dair iddia ərizəsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin xx.xx.2023-cü il tarixli 4936 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli qəbz geri qaytarılsın. İddiaçı4 izah edilsin ki, pretenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehlər Cavabdeh2 (VÖEN:**********), Cavabdeh1 (VÖEN: **********), Cavabdeh4 (VÖEN: **********) Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar