Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2672/2025 03.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə,pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, UM-075 nömrəli müqaviləyə əsasən 4088,19 (dörd min səksən səkkiz manat on doqquz qəpik) manat məbləgində borc pulun və 60,88 (altmış manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 iyul 2018-ci il tarixli müqavilə ilə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona verilən səlahiyyətlər əsasında çıxış edən fiziki şəxs İddiaçı ilə Cavabdeh MMC arasında 19 oktaybr 2021-ci il tarixdə qarşılıqlı əməkdaşlıq haqqında UM-075 № li müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən öz vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.202 və 202A ünvanında yerləşən “Yaşayış kompleksi”nin fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsiməqsədilə tərəflərin birgə əməkdaşlığının şərtləri razılaşdırılmışdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, Cavabdeh MMC Yaşayış kompleksində fəaliyyət göstərilməsi üçün Yaşayış kompleksi hazır edilib tam istismara verildikdən sonra orada yerləşən hər bir mənzilə görə birdəfəlik 3 AZN və onun şəbəkəsinə qoşulmuş hər bir aktiv abunəçiyə görə hər ay üçün abunəçilərin ödədiyi aylıq abunə haqqından "xxxx"a ƏDV daxil olmaqla aylıq abunə haqqının 15%-i (on beş faiz) məbləğində ödəniş etməyi öhdəsinə götürüb. Hazırda Cavabdeh MMC-nin qarşılıqlı əməkdaşlıq haqqında müqaviləyə əsasən bağlanılmış xx.xx.2024-cü il tarixli, AC24- 010126 nömrəli təhviltəslim aktına əsasən 511,02(beş yüz on bir manat iki qəpik) manat; xx.xx.2024-cü il tarixli, AC24-040137 nömrəli təhvil-təslim aktına əsasən 507,93 (beş yüz yeddimanat doxsan üç qəpik) manat; xx.xx.2024-cü il tarixli, AC24- 050142 nömrəli təhvil-təslim aktına əsasən 492,56 (dörd yüz doxsan ikimanat əllialtı qəpik) manat; xx.xx.2024-cü il tarixli, AC24-060133 nömrəli təhvil-təslim aktına əsasən 496,87 (dörd yüz doxsan altımanat səksən yeddi qəpik) manat; xx.xx.2024-cü il tarixli, AC24-070131 nömrəli təhvil-təslim aktına əsasən 453.53 (dörd yüzəlli üç manat əlli üç qəpik) manat; xx.xx.2024-cü il tarixli, AC24-080133 nömrəli təhvil-təslim aktına əsasən 532,16 (beş yüz otuzikimanat on altı qəpik) manat; xx.xx.2024-cü il tarixli, AC24- 090141 nömrəli təhvil-təslim aktına əsasən 587,04 (beş yüzsəksən yeddimanat dörd qəpik) manat; xx.xx.2024-cü il tarixli, AC24- 100149 nömrəli təhvil-təslim aktına əsasən 507,08 (beş yüz yeddi manat səkkiz qəpik) manat məbləğində olmaqla "xxxx"a ümumilikdə 4088,19 (dörd min səksən səkkiz manat on doqquz qəpik) manat borcu mövcuddur. Qeyd olunan təhvil-təslim aktları qəbul edildiyi tarxidən 10 gün ərzində tərəfimizdən imzalanıb, möhürlənib Cavabdeh MMC-yə təqdim olunmasına baxmayaraq Cavabdeh MMC təhvil-təslim aktlarının imzalanmasından birtərəfli qaydada imtina etmişdir. Eyni zamanda tərəfimizdən Cavabdeh MMC-yə xx.xx.2024cü il tarixdə 11053046 nömrəli, xx.xx.2024-cü il tarixdə 12623045 nömrəli, xx.xx.2025ci il tarixdə 11230555 nömrəlielektron qaimə-fakturalar göndərilmişdir. Bütün xəbərdarlıqlara baxmayaraq Cavabdeh MMC bu günə qədər "xxxx"a olan borcunu ödəməyib. Eyni zamanda Cavabdeh MMC-dən "xxxx"a aid ərazini tərk etməsi tələb olunsa da MMC buna məhəl qoymayaraq "xxxx"a aid ərazini tərk etməyərək, öz avadanlıq, qurğu və vasitələrini həmin ərazidə saxlamağa davam edərək biləvasitə "xxxx"ın mülkiyyət hüquqlarını pozub. Buna görə də pozulmuş hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq.
3. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddia ərizəsinə etiraz edərək ərizənin təmin olunmamasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki,ilk növbədə bildiririk ki, cavabdeh "xxxx" MMC ilə 19 oktaybr 2021-ci il tarixli qarşılıqlı əməkdaşlıq haqqında UM-075 № li müqaviləni imzalasa da, iddiaçının belə bir müqavilə imzalamaq səlahiyyəti olmamışdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə fərdi sahibkar İddiaçı arasında imzalanmış 01 iyul 2018-ci il tarixli müqavilə ilə çoxmınzillli binanın idarə edilməsi səlahyyətləri iddiaçıya tapşırılmışdır. Halbuki, "xxxx" Mənzil Tikinti Kooperativinin ümumiyyətlə belə bir səlahiyyəti yoxdur. Onlar bu cür müqavilə imzalamaqla Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbini pozmuşlar. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə görə kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Buna görə də hesab edirik ki, bu cür müqaviləni "xxxx" MMC ilə mənzil mülkiyyətçilərinn müştərək cəmiyyəti imzalamlı idi.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2021-ci il tarixli, UM-075 nömrəli müqaviləyə əsasən 5108.29 manat məbləgində borc pulun və 71.10 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaqiddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış 19 oktaybr 2021-ci il tarixdə qarşılıqlı əməkdaşlıq haqqında UM-075 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Cavabdeh tərəfindən öz vəsaiti hesabına Baki şəh, Yasamal rayonu, H.Zərdabi pr.202 və 202A ünvanında yerləşən yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin (bundan sonra “Yaşayış kompleksi”) fiberoptik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtlərini müəyyən edir. - 3.1-ci bəndinə əsasən “Uninet", Yaşayış kompleksində fəaliyyət göstərilməsi üçün Yaşayış kompleksi hazır edilib tam istismara verildikdən sonra orada yerləşən hər bir mənzilə görə birdəfəlik 3 AZN və onun şəbəkəsinə qoşulmuş hər bir aktiv abunəçiyə görə hər ay üçün abunəçilərin ödədiyi aylıq abunə haqqından "xxxx"a ƏDV daxil olmaqla aylıq abunə haqqının 15%-i (on beş faiz) məbləğində ödəniş edir. Yaşayış kompleksindən “Uninet" in şəbəkəsinə qoşulmuş aktiv abunəçi olmadıqda, "xxxx" tərəfindən “Təşkilafa hər hansı bir ödəniş edilmir. - 3.3-cü bəndinə əsasən Bu müqavilə üzrə ödəniş rüblük əsasda edilir. Təqvim rübü bitdikdən sonra Cavabdeh 5 (beş) iş günü ərzində xidmətlərə qoşulan aktiv abunəçilərin rübün sonuncu gününə olan siyahısını “Təşkilafa təqdim edir. Siyahı razılaşdırıldıqdan sonra və ödəniş edilməsi üçün "Təşkilat” tərəfindən müvafiq sənədlər (hesab-faktura. elektron qaimə və s.) təqdim edildikdən sonra bu sənədlərdən sonuncusu təqdim edildiyi tarixdən etibarən 30 (otuz) iş günü ərzində “Uninet" tərəfindən hesablanmış ödəniş edilir. - 3.4-cü bəndinə əsasən “Tərəflər” arasında hesablaşma nağd və ya köçürmə yolu ilə aparılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
11. İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında imzalanmış 01 iyul 2018-ci il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Hazırkı müqaviləyə əsasən “Mülkiyyətçi" inşa etdiyi Bakı şəhəri,Yasamal rayonu H.Zərdabi pr. ünvanında yerləşən çoxmənzilli evlərin (bundan sonra Əmlak) idarəedilməsi ilə bağlı hütün səlahiyyətləri əvəzsiz olaıaq "İdarə edən”ə verməyi, ‘İdarə edən” edən isə öz növbəsində “Mülkiyyətçinin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götiirür. - 2.3.5-ci bəndinə əsasən Əmlakın idarə edilməsi, saxlanılması, istismarı .qorunması və təmiri il» bağlı “Mülkiyyətçini" üçüncü şoxlər. məhkəmə və digər dövlət orqanlarında təmsil etmək. 2.3.6. Hazırkı müqavilə ilə müəyyən edilmiş məsələlərin həlli ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malikdir.
12. İddiaçı tərəfindən cavabdehə MT2501 11230555 seriyalı 11230555 nömrəli xx.xx.2025-ci il tarixli 507.08 manat, MT2411 seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli 1572.73 manat, MT2408 seriyalı 11053046 nömrəli xx.xx.2024-cü il tarixli 2008.38 manat, MT2405 seriyalı 10279983 nömrəli xx.xx.2024-cü il tarixli 1019.28 manat məbləğində elektron qaimə göndərilmişdir.
V. Tətbiq edilən hüquq:
13. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
16. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
18. İş materiallarına əlavə edilmiş 01 iyul 2018-ci il tarixli müqavilə və həmin müqaviləyə 1 iyun 2019-cu il tarixli 1 nömrəli əlavədən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti 202 və 202A ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi İddiaçı həvalə edilmişdir.
19. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında 19 oktyabr 2021-ci il tarixdə qarşılıqlı əməkdaşlıq haqqında UM-075 № li müqavilə bağlanmışdır.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında 19 oktyabr 2021-ci il tarixdə qarşılıqlı əməkdaşlıq haqqında UM-075 № li müqavilə əsasında bəndinə əsasən Cavabdeh tərəfindən öz vəsaiti hesabına Baki şəh, Yasamal rayonu, H.Zərdabi pr.202 və 202A ünvanında yerləşən yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin (bundan sonra “Yaşayış kompleksi”) fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq etmiş, tərəflər arasında müqavilə münasibətləri əsasında cavabdeh əvvəllər müqavilə üzrə borcu qaimələr əsasında ödəsə də, sonradan ödənilməmiş və nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Tərəflərin məhkəmə iclasında verdikləi ifadələrlə məlum olur ki, cavabdeh tərəf borc məbləğini və tərəflər arasında müqavilə münasibətlərinin olmasını mübahisələndirmir, sadəcə iddiaçının müqavilə bağlmaqda səlahiyyətinin olmaması, müqavilənin etibarsız olması əsası ilə iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətinin olması, əvvəlki dövrdə iddiaçının göndərdiyi e-qaimələr əsasında cavabdehin ödəniş etməsi işin mübahisəsiz halıdır, yəni müqavilə bağlandığı dövrdən cavabdeh tərəfindən həmin müqavilə münasibətləri əsasında ödənişlərin edilməsi də həmin müqavilənin cavabdeh tərəfindən bəyənildiyinin göstəricisidir və müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən öhdəliyi yerinə yetirilməlidir.Məhkəmə qeyd edir ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
21. Qeyd edilmiş müqavilənin 1.1-ci bəndindən görünür ki, Cavabdeh MMC tərəfindən öz vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.202 və 202A ünvanında yerləşən “Yaşayış kompleksi”nin fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtləri razılaşdırılmışdır.
22. Müqavilənin 3.1-ci bəndindən görünür ki, Cavabdeh MMC yaşayış kompleksində fəaliyyət göstərilməsi üçün yaşayış kompleksi hazır edilib tam istismara verildikdən sonra orada yerləşən hər bir mənzilə görə birdəfəlik 3 manat və onun şəbəkəsinə qoşulmuş hər bir aktiv abunəçiyə görə hər ay üçün abunəçilərin ödədiyi aylıq abunə haqqından “Təşkilata” ƏDV daxil olmaqla aylıq abunə haqqının 15%-i (on beş faiz) məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.
23. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə birgə fəaliyyət haqqında müqavilə (xidmət) kimi qiymət verilməlidir. Belə ki, müqavilənin predmetini qeyd edilmiş binada sakinlərə Cavabdeh MMC tərəfindən internet xidmətinin göstərilməsi əvəzində, binanın idarəçisinə bunun əvəzində müəyyən haqq verilməsi təşkil edir.
24. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
25. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
26. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
27. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Yuxarıda qeyd edilmiş sənədlərdən də, görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş qeyd edilmiş ünvanlarda yerləşən binalara dair İddiaçı idarəçi təyin edilmişdir. Cavabdeh MMC də, onunla xx.xx.2018- ci il tarixdə müqavilə bağlamış və uzun müddət qeyd edilmiş müqavilə üzrə ona pul ödəmişdir. Bu isə, o nəticətə gəlmək üçün əsas verir ki, Cavabdeh MMC müqavilə üzrə kontragent kimi X1 tanımış və onunla qeyd edilmiş olan bütün halları bilərək, müqavilə bağlamış və uzun müddət müqavilə üzrə göstərilmiş xidmətlərdən faydalanmışdır.
30. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 5107.47 manat olan elektron qaimə göndərilmişdir.
31. Məhkəmə iclasında yuxarıda qeyd edilmiş elektron qaimələrdə göstərilmiş aylar üzrə müvafiq xidmətlərin göstərilib-göstərilməməsi Cavabdeh MMC-dən soruşulmuş, sonuncu da müvafiq xidmətlərin göstərildiyini qəbul etmişdir.
32. Odur ki, xx.xx.2021-ci il tarixli, UM-075 nömrəli müqaviləyə əsasən 5108.29 manat məbləgində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməldir.
33. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 71.10 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
34. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə 71.10 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, UM-075 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC-dən 5108,29 (beş min yüz səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc və 71,10 (yetmiş bir manat on qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova