Məhkəmə qərarları › İş №e-2-2(113)-2678/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2678/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2678/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin cavabdeh “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi cavabdeh “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərin əvəzi olaraq 3 508 000 manat məbləğində pulun və 2316 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi X3 xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X4 barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş 19 iyun 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Mübahisənin predmeti: Cavabdeh "X10 Companv Limited" Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyindən 3.508.000 (üç milyon beş yüz səkkiz min) manat məbləğində maddi ziyanın tutularaq iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinə ödənilməsi. 2.1. Tərəflər təsdiq edir ki, öz maraqlan naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün cavabdehin iddiaçıya 2.049.968 (iki milyon qırx doqquz min doqquz yüz altmış səkkiz) manat məbləğində borcunun müəyyənləşdirilərək ödənilməsi barədə razılığa gəlirlər. 2.2. Cavabdeh iddiaçıya olan 2.049.968 (iki milyon qırx doqquz min doqquz yüz altmış səkkiz) manat məbləğində borcunun azaldılması üçün hər ay iddiaçıya azı 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaitini 2025-ci ilin iyun ayından başlayaraq ümumi borc məbləği bitənədək ödəyəcəkdir. 2.3. Ödəniş üsulu: Ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. 2.4. Tərəflər bu sazişin 1.1-ci bəndində qeyd olunanlarla bağlı gələcəkdə birbirilərinə qarşı hər hansı iddia tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Sözügedən mübahisə məsələləri gələcəkdə tərəflər arasında müəyyən olunmuş vaxt ərzində borc ödəndikdən sonra heç bir halda məhkəmə predmeti ola bilməz. 2.5. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə nizamlanır. 2.6. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. 3.1. Barışıq sazişi üzrə şərtlərin qəbul edilməsinə dair tərəflər məhkəməyə müraciət edir və tərəflər arasında mübahisənin sülh yolu ilə həll edilməsinə və barışıq sazişinin şərtləri ilə razı olmalarına dair ərizə təqdim edirlər. 3.2. Tərəflər arasında bağlanmış, imzalanmış hazırkı barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilir. 4.1. Barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib edilmiş, imzalanmış və hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. Saziş hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır, bir nüsxə isə təsdiq edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. 4.2. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin şərtləri, bağlanması qaydası onların könüllü iradəsini əks etdirir. 4.3. Tərəflər bəyan edirlər ki. hazırki barışıq sazişinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu onlara izah edilmişdir. 4.4. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələrinin əks olunduğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri onlara izah edilmişdir və aydındır. 4.5. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanması nəticəsində məhkəmə mübahisəsi üzrə işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələblərinə görə xitam verilməsi onlara izah edilmişdir. Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X4 imzalamış, hər iki şəxsə müvafiq səlahiyyət etibarnamələr əsasında verilmiş, saziş hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 2316 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 2316 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi ilə cavabdeh “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.1. Mübahisənin predmeti: Cavabdeh "X10 Companv Limited" Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyindən 3.508.000 (üç milyon beş yüz səkkiz min) manat məbləğində maddi ziyanın tutularaq iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinə ödənilməsi. 2.1. Tərəflər təsdiq edir ki, öz maraqlan naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün cavabdehin iddiaçıya 2.049.968 (iki milyon qırx doqquz min doqquz yüz altmış səkkiz) manat məbləğində borcunun müəyyənləşdirilərək ödənilməsi barədə razılığa gəlirlər. 2.2. Cavabdeh iddiaçıya olan 2.049.968 (iki milyon qırx doqquz min doqquz yüz altmış səkkiz) manat məbləğində borcunun azaldılması üçün hər ay iddiaçıya azı 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaitini 2025-ci ilin iyun ayından başlayaraq ümumi borc məbləği bitənədək ödəyəcəkdir. 2.3. Ödəniş üsulu: Ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. 2.4. Tərəflər bu sazişin 1.1-ci bəndində qeyd olunanlarla bağlı gələcəkdə birbirilərinə qarşı hər hansı iddia tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Sözügedən mübahisə məsələləri gələcəkdə tərəflər arasında müəyyən olunmuş vaxt ərzində borc ödəndikdən sonra heç bir halda məhkəmə predmeti ola bilməz. 2.5. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə nizamlanır. 2.6. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. 3.1. Barışıq sazişi üzrə şərtlərin qəbul edilməsinə dair tərəflər məhkəməyə müraciət edir və tərəflər arasında mübahisənin sülh yolu ilə həll edilməsinə və barışıq sazişinin şərtləri ilə razı olmalarına dair ərizə təqdim edirlər. 3.2. Tərəflər arasında bağlanmış, imzalanmış hazırkı barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilir. 4.1. Barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib edilmiş, imzalanmış və hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. Saziş hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır, bir nüsxə isə təsdiq edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. 4.2. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin şərtləri, bağlanması qaydası onların könüllü iradəsini əks etdirir. 4.3. Tərəflər bəyan edirlər ki. hazırki barışıq sazişinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu onlara izah edilmişdir. 4.4. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələrinin əks olunduğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri onlara izah edilmişdir və aydındır. 4.5. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanması nəticəsində məhkəmə mübahisəsi üzrə işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələblərinə görə xitam verilməsi onlara izah edilmişdir. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin cavabdeh “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2316 (iki min üç yüz on altı) manat pul dövlət büdcəsindən iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar