Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2721/2025 12.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “bildirişin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılması, öhdəliklərin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndələri X1, X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “bildirişin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılması, öhdəliklərin icra edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra-iddiaçı) cavabdehlər "xxxx" MMC, Cavabdeh MMC, "xxxx" MMC-yə (bundan sonra-cavabdehlər) “bildirişin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılması, öhdəliklərin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin 05 fevral 2025-ci il tarixli, 2040 nömrəli bildirişinin etibarsız hesab edilməsi, İddiaçı MMC-nin 11 fevral 2025-ci il tarixli müqavilənin bağlanmasına (müddətinin uzadılmasına) dair təklifinin (ofertasının) Cavabdeh MMC tərəfindən rədd edilməsinin əsassız olduğunun müəyyən edilməsi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 14 iyul 2011-ci il tarixli, 2011-0824 saylı birgə fəaliyyət müqaviləsinin müddətinin uzadılmış hesab edilməsi, cavabdeh Azercell Telekom MMC tərəfindən 14 iyul 2011-ci il tarixli, 2011-0824 saylı birgə fəaliyyət müqaviləsi üzrə öhdəliklərin icra edilməsi, cavabdeh "xxxx" MMC-nin 07 fevral 2025-ci il tarixli, 3-27-110/2- 454/2025 nömrəli bildirişinin etibarsız hesab edilməsi, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış BTRİB MUŞ/05 saylı xidmətlərin göstərilməsi haqqında müqavilənin müddətinin uzadılmış hesab edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən BTRİB MUŞ/05 saylı xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə öhdəliklərin icra edilməsi, cavabdeh "xxxx" MMC-nin 07 fevral 2025-ci il tarixli, 3-27-108/2-622/2025 nömrəli bildirişinin etibarsız hesab edilməsi, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 07 iyun 2011-ci il tarixli, 2/999 saylı müqavilənin müddətinin uzadılmış hesab edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən 07 iyun 2011-ci il tarixli, 2/999 saylı müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 14 iyul 2011-ci il tarixli, 2011–0824 saylı birgə fəaliyyət müqaviləsi bağlanmışdır. İddiaçı ilə digər cavabdeh "xxxx" MMC arasında 07 iyun 2011-ci il tarixli, 2/999 saylı müqavilə bağlanmışdır. İddiaçı ilə "xxxx" MMC arasında isə BTRİB-MUŞ/05 saylı xidmətlərin göstərilməsi haqqında müqavilə imzalanmışdır. a) İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış 14 iyul 2011-ci il tarixli 2011-0824 saylı birgə fəaliyyət müqaviləsinə əsasən, Azercell-in GSM (Global System for Mobile Telecommunication) şəbəkəsindən istifadə etməklə, həyata keçiriləcək birgə fəaliyyətin əsasları, tərəflərin hüquqları, üzərlərinə götürdükləri öhdəliklər daxilində tərəflər arasında yaranacaq münasibətlərin tənzimlənməsi nəzərdə tutulur. Beləliklə, İddiaçı MMC-yə ayrılmış * işarəsi ilə başlayan dördrəqəmli nömrə resurlarının Cavabdeh MMC abunəçilərinə məxsus nömrələrə tanıtdırılması, sistemə inteqrasiya edilməsi yolu ilə Cavabdeh MMC tərəfindən texniki dəstək həyata keçirilir. b) Eləcə də, İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanmış 07 iyun 2011-ci il tarixli, 2/999 saylı müqaviləyə əsasən, İddiaçı MMC-nin (*0000-9999) prefikslərinin "xxxx" İB-nin şəbəkəsində tanıtdırılması və xüsusi telefon servis xidmətinə Naxçıvan Muxtar Respublikası RİTN və digər operatorların telefon şəbəkələrindən daxil olan zənglərinin "xxxx" İB BATS S-12 şəhərlərarası stansiyası üzərindən təşkilinə görə tərəflər arasında yaranan texniki, maliyyə və hüquqimünasibətlər tənzimlənir. c) Bunlarla yanaşı, İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan 18 mart tarixli, BTRİB-MUŞ/05 saylı müqaviləyə əsasən, İddiaçı MMC-nin (*0000-9999) prefikslərinin BTRİB-in (Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin) şəbəkəsində tanıtdırılması və rabitənin təşkili üzrə konfiqurasiyanın həyata keçirilməsinə görə tərəflər arasında yaranan texniki və hüquqi münasibətlər tənzimlənir. Cavabdehlərlə bağlanan müqavilələrin hər birinin ortaq cəhəti ondan ibarətdir ki, iddiaçı mobil və stasionar operatorlar olan Cavabdeh MMC, "xxxx" MMC, "xxxx" MMC ilə müqavilə bağlayaraq, yalnız onlardan texniki dəstək almaqla ona ayrılmış * işarəsi ilə başlayan qısa nömrə resurslarından prefikslərin istifadəsi ilə bağlı abunəçiləri ilə xidmət müqaviləsi bağlayır. Məsələn, abunəçiyə *7000 qısa nömrəsi ayrılır və bu qısa nömrəyə gələn zənglər onun stasionar və ya mobil operatora məxsus korporativ alt nömrəsinə inteqrasiya olunur, yəni zənglər həmin nömrəyə gəlir. İddiaçı bu xidmətin göstərilməsi üçün cavabdehlərlə yuxarıda adları çəkilən müqavilələri bağlamışdır. Beləliklə cavabdehlərin abunəçilərinə məxsus telefon nömrələrinə iddiaçı tərəfindən * işarəsi ilə başlayan dördrəqəmli nömrənin qoşulması üçün cavabdehlər həmin dördrəqəmli nömrələri abunəçilərinin telefon nömrələrinə tanıtdırmalıdır. İddiaçıcavabdehlərin abunəçilərinə xidmət göstərmək üçün texniki dəstəyi yalnız onlardan ala bilər. Bir sözlə cavabdehlərin hər biri bu sahədə bazarda üstün mövqe tutur. Cavabdeh MMC tərəfindən 05 fevral 2025-ci il tarixli, 2040 nömrəli bildirişlə iddiaçıya müraciət edilərək, Cavabdeh MMC ilə “X6” MMC arasında mövcud olan 14 iyul 2011-ci il tarixli, 0824 nömrəlimüqaviləyə bildiriş alınan tarixdən 30 (otuz) təqvim günü sonra birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən həmin bildirişə cavab olaraq 14 iyul 2011-ci il tarixli, 2011-0824 saylı müqavilə ilə eyni məzmunlu, eyni hüquq və öhdəliklərin nəzərdə tutulduğu * işarəsi ilə başlayan dördrəqəmli nömrə resurslarının Cavabdeh MMC abunəçilərinə məxsus nömrələrə tanıtdırılması, sistemə inteqrasiya edilməsi yolu ilə Cavabdeh MMC tərəfindən texniki dəstək həyata keçirilməsi məqsədilə 11 fevral 2025-ci il tarixində “müqavilə bağlanılmasına (müddətinin uzadılmasına) dair təklif (oferta)” göndərilmişdir. Lakin, Cavabdeh MMC-nin 13 fevral 2025-ci il tarixli 2609 nömrəli məktubunda ofertaya cavab olaraq “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəsmi məktub təqdim edilərsə, Star Number MMC-nin qanuni təmsilçisinin və ya müvafiq müqavilə bağlanması ilə əlaqədar səlahiyyət verən etibarnamə əsasında nümayəndənin müraciəti əsasında müqavilə bağlanması müraciətinə təkrar baxıla bilər” bildirilmiş, bununla da iddiaçı ilə müqavilə bağlamaqdan (müddəti uzatmaqdan) imtina edilmişdir. 05 fevral 2025-ci il tarixli xitam bildirişində müqaviləyə 30 gün müddətində xitam veriləcəyi göstərilsə də faktiki olaraq iddia ərizəsinin təqdim edildiyi gün üçün müqavilə cavabdeh tərəfindən xitam edilmişdir (cavabdeh tərəfindən heç bir öhdəlik yerinə yetirilmir, texniki dəstək göstərilmir). Cavabdeh "xxxx" MMC tərəfindən 07 fevral 2025-ci il tarixində yazılı bildiriş təqdim edilərək tərəflər arasında bağlanmış müqaviləyə 09 fevral 2025-ci il tarixindən xitam verildiyi göstərilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən 07 fevral 2025-ci il tarixində yazılı bildiriş təqdim edilərək tərəflər arasında bağlanmış müqaviləyə 09 fevral 2025-ci il tarixindən xitam verildiyi göstərilmişdir. 14 fevral 2025-ci il tarixində "xxxx" MMCyə və 18 fevral 2025-ci il traixində "xxxx" MMC-yə müqavilə bağlanılmasına (müddətinin uzadılmasına) dair təklif (oferta) göndərilsə də, onlar tərəfindən heç bir cavab verilməmişdir. Belə olan halda cavabdehlər tərəfindən bağlanmış müqavilələrə xitam verilməsinə dair yazılı bildirişlər iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu kimi Mülki Məcəllənin 400.1-cimaddəsinin tələbinin də pozulmasına gətirib çıxarmışdır.
3. Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən 05 fevral 2025-ci il tarixli, 2040 nömrəli bildirişlə 14 iyul 2011-ci il tarixli, 0824 nömrəli müqaviləyə xitam verilməsi, həmçinin "xxxx" MMC-nin 13 fevral 2025-ci il tarixli 2609 nömrəli məktubu ilə ofertaya cavab nəticəsində iddiaçıya hansı zərər dəyməsi ehtimalını və ya faktını təsdiq edən heç bir sübut iş üzrə iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş 14 iyul 2011-ci il tarixli, 0824 nömrəli müqaviləyə xitam verilməsi, həmçinin iddiaçı tərəfindən təqdim edilən ofertaya Cavabdeh MMC-nin 13 fevral 2025-ci il tarixli 2609 nömrəli məktubu ilə cavabı Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyil və işgüzar adətlərə uyğundur. İddiaçı iddia ərizəsini faktiki və hüquqi baxımdan əsaslandıra bilməmiş, yalnız absurd ehtimal və fərziyyələr əks etmişdir. Belə ki, mübahisələndirilən hal və iddiaçının mövqeyini əsaslandırmaq üçün konkret heç bir ölçüləbilən, qiymətləndirilməsi mümkün olan məlumata, fakta istinad edilmir, yalnız bəyanat və mülahizə xarakterli ehtimallar irəli sürür. iddiaçı ilə cavabdeh arasında mövcud olmuş 14 iyul 2011-ci il tarixli, 0824 nömrəli müqaviləyə xitam verilməsi Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyil, həmçinin müqavilə şərtlərinə və işgüzar adətlərə uyğundur. Cavabdeh MMC ilə “X6” MMMC arasında mövcud olmuş 14 iyul 2011-ci il tarixli, 2011-0824 saylı müqavilənin 13.2ci maddəsinin birinci yarımbəndinə müvafiq olaraq, cavabdeh tərəfindən iddiaçıya 05 fevral 2025-ci il tarixli, 2040 nömrəli rəsmi məktub göndərilmək ilə bildirilmişdir ki, “həmin müqaviləyə məktubu aldığınız tarixdən 30 (otuz) təqvim günü sonra birtərəfli qaydada xitam veriləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1.-Cİ maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.” Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddiaçı ilə cavabdeh arasında mövcud olmuş 14 iyul 2011-ci il tarixli, 0824 nömrəli müqavilənin 13.2.-ci maddəsinə əsasən hər hansı bir tərəf 30 (otuz) təqvim günü əvvəlcədən qarşı tərəfə yazılı müraciət etmək ilə həmin müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam vermək hüququna malikdir. İddiaçı cavabdeh tərəfindən müvafiq məzmunlu müqavilə bağlanmasına məcbur edilməyib. 14 iyul 2011-ci il tarixli, 2011-0824 saylı müqavilə bağlandığı və ya qüvvədə olduğu müddət ərzində həmin müqavilə şərtləri ilə razı olmadığına dair isə iddiaçı tərəfindən Cavabdeh MMC- yə hər hansı müraciət isə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarmdandır. Eyni Məcəllənin 14.2.8-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin digər hərəkətləri də mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eyni Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmçinin Məcəllənin 447.2.3-cü maddəsinə əsasən xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur. Hesab edilir ki, mülki qanunvericiliyin yuxarıda istinad edilmiş müddəalarına əsasən iddiaçı ilə cavabdeh arasında mövcud olmuş 14 iyul 2011-ci il tarixli, 0824 nömrəli müqavilənin həm bağlanması, həm də xitamı əsaslı və qanunidir. İddia ərizəsində qeyd edilən, Cavabdeh MMC-nin 05 fevral 2025-ci il tarixli, 2040 nömrəli bildirişinin etibarsız hesab edilməsi və İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 14 iyul 2011-ci il tarixli, 2011-0824 saylı birgə fəaliyyət müqaviləsinin müddətinin uzadılmış hesab edilməsi üçün heç bir faktiki və hüquqi baxımdan əsas mövcud deyil. Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh MMC tərəfindən 05 fevral 2025-ci il tarixli, 2040 nömrəli bildirişlə 14 iyul 2011-ci il tarixli, 0824 nömrəli müqaviləyə xitam verilməsi Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyil, həmçinin müvafiq müqavilə şərtləri və işgüzar adətlərə uyğundur. Bu səbəbdən həmin bildirişin etibarsız hesab edilməsi və müvafiq müqavilə müddətinin uzadılmış hesab edilməsi üçün konkret heç bir ölçüləbilən, qiymətləndirilməsi mümkün olan əsas mövcud deyil. İddiaçı tərəfindən təqdim edilən ofertaya Cavabdeh MMC-nin 13 fevral 2025-ci il tarixli, 2609 nömrəli məktubu ilə cavabı Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyil, həmçinin işgüzar adətlərə uyğundur. Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında” qanununun 6.1.1-ci maddəsinə əsasən nömrə resurslarından istifadənin təşkili dövlətin səlahiyyətindədir. 3 sentyabr 2012-ci il tarixli “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Qərarının 4.1-ci bəndinə əsasən ərizəçiyə nömrə resurslarının ayrılması, dəyişdirilməsi və geri alınması barədə qərarların verilməsi və icrasına nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Buna müvafiq olaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarına ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-27/2-877/2025 nömrəli məktub ilə bildirilmişdir ki, Ümumistifadəli telekommunikasiya şəbəkəsində tətbiq edilməsi məqsədi ilə "*0000-9999" nömrə resurslarının ayrılması ilə bağlı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnolgiyalar Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə “X6” MMC (indiki İddiaçı MMC) arasında bağlanmış müqavilə üzrə münasibətlər xx.xx.2025-ci ildə başa çatması ilə bağlı dayandırılacaqdır. Sözügedən "*0000-9999" nömrə resursları mövcud qanunvericiliyə uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlanmış müqavilə əsasında "xxxx" MMC-nin istifadəsi üçün ayrılmışdır. "*0000-9999" nömrə resurslarından istifadə etməklə çağrı mərkəzlərinin, telefon məlumat xidmətlərinin, qaynar xətlərin, etimad xətlərinin və s. oxşar xidmətlərin təşkili ilə əlaqədar "xxxx" MMC ilə birgə tədbirlər görülməsi xahiş olunur. Göründüyü kimi qanunvericiliklə nömrə resurslarının istifadəsi dövlətin səlahiyyətindədir. Cavabdeh MMC müvafiq nömrələr üzrə telekommunikasiya xidmətlərinin göstərilməsini təmin edir. İşin faktiki hallarından göründüyü kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “X6” MMC (indiki "xxxx" MMC) arasında bağlanmış müqavilə münasibətlərinə xitam verilib, həmçinin "xxxx" MMC-nin istifadəsinə nömrə resurslarm ayrılması ilə bağlı hər hansı rəsmi məlumat və ya sənəd mövcud deyil, müvafiq olaraq da İddiaçı ilə "xxxx" MMC arasmda müqavilə münasibətinin davam etməsi üçün heç bir əsas mövcud deyil. İddiaçının nümayəndəsinin Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixində daxil olmuş müraciətinə baxılaraq, xx.xx.2025-ci il tarixli məktub ilə cavab verilmişdir. İddiaçının nümayəndəsinin oferta vermək və müvafiq müqavilə bağlamaq səlahiyyətini təsdiq edən sənəd əlavə edilməsə də, cavab məktubunda iddiaçıya izah edilmişdir ki, Cavabdeh MMC ilə “X6” MMC (İddiaçı MMC) arasında mövcud olan 14 iyul 2011-ci il tarixli 2011-0824 saylı müqavilənin 13.2-ci maddəsinin birinci yarımbəndinə müvafiq olaraq, həmin müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi ilə əlaqədar xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "*0000-9999 " nömrə resursunun İddiaçı MMCyə ayrılması ilə bağlı rəsmi məktub təqdim edilərsə, İddiaçı MMC-nin qanuni təmsilçisinin və ya müvafiq müqavilə bağlanması ilə əlaqədar səlahiyyət verən etibarnamə əsasında nümayəndənin müraciəti əsasında müqavilə bağlanması müraciətinə təkrar baxıla bilər. Beləliklə, iddiaçı tərəfindən təqdim edilən ofertaya cavab, Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyil, həmçinin işgüzar adətlərə uyğundur. İddiaçının heç bir hüquqi və faktiki əsası olmayan tələbi təmin edilə bilməz.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2721/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh MMC, "xxxx" MMC-yə qarşı “müqavilə müddətinin uzadılması, bildirişin etibarsız hesab edilməsi və sairə” tələbinə dair kommersiya mübahisəsi üzrə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə müddətinin uzadılması, bildirişin etibarsız hesab edilməsi və sairə” tələbinə dair iddiası və İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə müddətinin uzadılması, bildirişin etibarsız hesab edilməsi və sairə” tələbinə dair iddiası ayrıca icraatlara ayrılmışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında cavabdehin nümayəndələri X1 və X3 ayrı-ayrılıqda iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 14 iyul 2011-ci il tarixli 2011- 0824 saylı birgə fəaliyyət müqaviləsinə əsasən bu müqavilənin predmetini, Azercell-in GSM şəbəkəsindən istifadə edərək, həyata keçiriləcək birgə fəaliyyətin əsaslarını, tərəflərin hüquqları, üzərlərinə götürdükləri öhdəliklər daxilində tərəflər arasında yaranacaq münasibətlərin tənzimlənməsi təşkil edir. OSS, xidməti düzgün və qüsursuz şəkildə yerinə yetirmək üçün bütün tələb olunan məlumat və materialları, proqramları, sənədləşdirməni, müxtəlif uduş fondlarının yaranmasını və müvafiq uduşların verilməsini, xidmətin həyata keçirilməsi üçün tələb olunan bütün texniki quraşdırma işlərinin təmin edilməsini öz öhdəsinə götürür.
11. Müqavilənin 13.2-ci bəndinə görə bu müqaviləyə aşağıdakı hallarda vaxtından əvvəl birtərəfli qaydada xitam verilə bilər: öhdəlikdə olan ödənişləri icra etmək şərtilə, hər hansı bir tərəfin 30 (otuz) təqvim günü əvvəlcədən qarşı tərəfə etdiyi yazılı müraciəti əsasında; ardıcıl 2 (iki) ay ərzində hər hansı bir tərəfin əhəmiyyətli və ya sistematik (iki və daha çox) təqsirli əməlləri baş verdikdə, qarşı tərəfin yazılı məlumatına əsasən dərhal; qanunvericilikdə müəyyən edilən digər hallarda müvafiq imperativ normalara yaxud qarşılıqlı razılıq ilə müəyyən edilən qaydalara əsasən.
12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba görə iddiaçı ilə cavabdeh arasında mövcud olan 14 iyul 2011-ci il tarixli 2011-0824 saylı müqavilənin 13.2-ci maddəsinin birinci yarımbəndinə müvafiq olaraq həmin müqaviləyə bu məktubun alındığı tarixdən 30 (otuz) təqvim günü sonra birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir.
13. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarına ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-27/2- 877/2025 nömrəli məktubuna görə, ümumistifadəli telekommunikasiya şəbəkəsində tətbiq edilməsi məqsədi ilə "*0000-9999" nömrə resurslarının ayrılması ilə bağlı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnolgiyalar Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə “X6” MMC (indiki İddiaçı MMC) arasında bağlanmış müqavilə üzrə münasibətlər xx.xx.2025-ci ildə başa çatması ilə bağlı dayandırılacaqdır. Sözügedən "*0000-9999" nömrə resursları mövcud qanunvericiliyə uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlanmış müqavilə əsasında "xxxx" MMC-nin istifadəsi üçün ayrılmışdır. "*XXXX" nömrə resursundan istifadə etməklə çağrı mərkəzlərinin, telefon məlumat xidmətlərinin, qaynar xətlərin, etimad xətlərinin və s. oxşar xidmətlərin təşkili ilə əlaqədar "xxxx" MMC ilə birgə tədbirlər görülməsi xahiş olunmuşdur.
14. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba görə Cavabdeh MMC ilə “X6” MMC (İddiaçı MMC) arasında mövcud olan 14 iyul 2011-ci il tarixli 2011-0824 saylı müqavilənin 13.2-ci maddəsinin birinci yarımbəndinə müvafiq olaraq, həmin müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi ilə əlaqədar xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "*0000- 9999" nömrə resursunun “Star Number" MMC-yə ayrılması ilə bağlı rəsmi məktub təqdim edilərsə, "xxxx" MMC-nin qanuni təmsilçisinin və ya müvafiq müqavilə bağlanması ilə əlaqədar səlahiyyət verən etibarnamə əsasında nümayəndənin müraciəti əsasında müqavilə bağlanması müraciətinə təkrar baxıla biləcəyi bildirilmişdir.
15. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
17. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
18. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2011-ci il tarixdə müqavilə bağlanmış, cavabdeh müqavilənin 13.2-ci maddəsinin birinci yarımbəndinə müvafiq olaraq müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya xx.xx.2024-cü il tarixdə xəbərdarlıq ünvanlamışdır. Cavabdeh iddiaçının müqavilə müddətinin uzadılması ilə bağlı təklifinə cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "*0000-9999" nömrə resursunun “Star Number" MMC-yə ayrılması ilə bağlı rəsmi məktub təqdim edilərsə, "xxxx" MMC-nin qanuni təmsilçisinin və ya müvafiq müqavilə bağlanması ilə əlaqədar səlahiyyət verən etibarnamə əsasında nümayəndənin müraciəti əsasında müqavilə bağlanması müraciətinə təkrar baxıla bilər.
20. Materiallardan görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixdə tərəflər arasında bağlanmış 14 iyul 2011-ci il tarixli, 2011-0824 saylı birgə fəaliyyət müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçıya bildiriş göndərmiş, müqavilənin birtərəfli qaydada ləğv edilməsi imkanı tərəflər arasında bağlanmış həmin müqavilənin 13.2-ci bəndində müəyyən edilmiş, müqavilə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.
21. Müqavilənin 14.2-ci bəndinə əsasən müqaviləyə əlavələrin edilməsi (o cümlədən müqavilə müddətinin uzadılması) yalnız hər iki tərəfin yazılı razılığı ilə mümkündür.
22. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh MMC-nin 05 fevral 2025-ci il tarixli, 2040 nömrəli bildirişinin etibarsız hesab edilməsi, İddiaçı MMCnin 11 fevral 2025-ci il tarixli müqavilənin bağlanmasına (müddətinin uzadılmasına) dair təklifinin (ofertasının) Cavabdeh MMC tərəfindən rədd edilməsinin əsassız olduğunun müəyyən edilməsi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 14 iyul 2011-ci il tarixli, 2011-0824 saylı birgə fəaliyyət müqaviləsinin müddətinin uzadılmış hesab edilməsi, habelə cavabdeh Azercell Telekom MMC tərəfindən 14 iyul 2011-ci il tarixli, 2011-0824 saylı birgə fəaliyyət müqaviləsi üzrə öhdəliklərin icra edilməsi tələbləri təmin edilə bilməz.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “bildirişin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılması, öhdəliklərin icra edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova