Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2736/2024 13.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət münasibətləri, podrat müqaviləsi, qiymət razılaşma protokolu, akt) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 018/21 nömrəli xidmət müqaviləsi üzrə ƏDV daxil 23600 manat əsas borcun, gecikdirilmiş vaxt üçün əsas borca illik 5%-lə hesablanan 1491,35 manat məbləğdə pulun və hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 166,48 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı MMC (“İcraçı”) ilə Cavabdeh MMC (“Sifarişçi”) arasında xx.xx.2021-ci il tarixli 018/21 nömrəli xidmət müqaviləsi imzalanmış, müqaviləyə əsasən iddiaçı müqavilənin əlavəsində göstərilən xidmətləri qüsursuz şəkildə həyata keçirməyi, cavabdeh xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilədə və müqaviləyə əlavədə (razılaşdırma protokolu) nəzərdə tutulduğu kimi göstərilən xidmətlərin dəyəri tam şəkildə cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. 2.2. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1 saylı “Reklam xidmətləri barədə qiymətin razılaşdırma protokolu”ndan və xx.xx.2022-ci il tarixli 1 saylı aktdan görünür ki, iddiaçı cavabdeh üçün xx.xx.2021 – xx.xx.2022-ci il tarixlərində “Gənclik Mall”da “Spider man” filmlərindən öncə reklam yayımı yerləşdirmişdir və görülmüş xidmətin haqqı ƏDV daxil 2360 manat təşkil edir. xx.xx.2021-ci il tarixli 2 saylı “Reklam xidmətləri barədə qiymətin razılaşdırma protokolu”ndan və xx.xx.2022-ci il tarixli 2 saylı aktdan görünür ki, iddiaçı cavabdeh üçün xx.xx.2021 – xx.xx.2022-ci il tarixlərdə “Gənclik Mall” və “Dəniz Mall”da “Zəhər Tuluğu” filmindən öncə reklam yayımı yerləşdirmişdir və görülmüş xidmətin haqqı ƏDV daxil 3540 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 3 saylı “Reklam xidmətləri barədə qiymətin razılaşdırma protokolu”ndan və xx.xx.2022-ci il tarixli 3 saylı aktdan görünür ki, iddiaçı cavabdeh üçün xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Gənclik Mall” və “Dəniz Mall”da “Uncharted” filmindən öncə reklam yayımı yerləşdirmişdir və görülmüş xidmətin haqqı ƏDV daxil 2360 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 4 saylı “Reklam xidmətləri barədə qiymətin razılaşdırma protokolu”ndan və xx.xx.2022-ci il tarixli 4 saylı aktdan görünür ki, iddiaçı cavabdeh üçün xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Gənclik Mall”da “Qonka so vremenem” və “Dəniz Mall”da “Dayı” filmlərindən öncə reklam yayımı yerləşdirmiş və görülmüş xidmətin haqqı ƏDV daxil 1180 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 5 saylı “Reklam xidmətləri barədə qiymətin razılaşdırma protokolu”ndan və xx.xx.2022-ci il tarixli 5 saylı aktdan görünür ki, iddiaçı cavabdeh üçün xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Gənclik Mall” və “Dəniz Mall”da “Bosch”, “Batman”, “Nova”, “Lulu i Brigs” filmlərindən öncə reklam yayımı yerləşdirmişdir və görülmüş xidmətin haqqı ƏDV daxil 9440 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 6 saylı “Reklam xidmətləri barədə qiymətin razılaşdırma protokolu”ndan və xx.xx.2022-ci il tarixli 6 saylı aktdan görünür ki, iddiaçı cavabdeh üçün xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Elvis”, xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Çernıy telefon”, xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Zebun”, xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Güllədən daha sürətli” filmlərindən öncə “Gənclik Mall”, “Dəniz Mall” və “28 Mall” “Cinema Plus” kinoteatrlarında “Delonghi” brendinə aid 30 saniyəlik reklam yayımı yerləşdirilmişdir və görülmüş xidmətin haqqı ƏDV daxil 4720 manat təşkil edir. 2.3. Beləliklə, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh göstərilən xidmətlərə görə məbləğlərin ödənilməsinə dair üzərinə düşən öhdəliklərini tam şəkildə icra etməmiş, ümumilikdə görülmüş xidmətlərin haqqı ƏDV daxil olmaqla 23600 manat təşkil edir. 2.4. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün pretenziya məktubu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 150.2-ci maddəsinə uyğun olaraq cavabdehin elektron kabinetinə göndərilmiş, lakin pretenziya qaydasında həll olunma heç bir nəticə verməmişdir. 2.5. Həmçinin kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, xidmət müqaviləsinin 5.1-ci maddəsinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətində və yaxud Tərəflər öz öhdəliklərini tam icra edənədək öz qüvvəsini saxlayır. Eyni zamanda qiymət razılaşdırma protokollarında qeyd edilmişdir ki, “Sifariş” müqavilə imzalandığı gündən 12 ay ərzində öz qüvvəsində qalacaqdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər qüvvədə qalmışdır. Belə olan halda gecikdirilmiş vaxt üçün illik hesablanan faiz məbləği xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər hesablanmalıdır. Həmin vaxt üçün illik 5 % ilə hesablanan məbləğ 1491,35 manat təşkil edir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 445.7, 752.1-ci və s. maddələri göstərilmişdir.
4. Mülki Prosessual Məcəllənin 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahlar verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına çatdırılmaqla, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Cavabdehin qanuni təmsilçisi məhkəmənin birinci baxış iclasında məhkəməyə elektron kabinet vasitəsi ilə vəsatətlə müraciət edərək vəkil ilə müqavilə bağlamaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, vəsatət təmin olunaraq məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır.
9. Məhkəmə tərəfindən sübutlar əsasında müəyyən olunan işin halları aşağıdakılardan ibarətdir: - İddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında xx.xx.2021-ci il tarixli 018/21 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin müqaviləyə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə qeyd edilən xidmətləri göstərməyi, cavabdeh isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüş, xidmətin təsvirinin, həcminin, dəyərinin, icra olunma və təhvil müddətlərinin və digər şərtlərin əlavədə əks olunması razılaşdırılmışdır; - Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1 saylı “Reklam xidmətləri barədə qiymətin razılaşdırma protokolu”na əsasən xx.xx.2021 – xx.xx.2022-ci il tarixlərdə “Gənclik Mall”da “Spider man” filmlərindən öncə reklam yayımı üçün həftəlik qiymət 500 manat olmaqla 4 həftəlik qiymət 2000 manat və ƏDV 360 manat, xx.xx.2021-ci il tarixli 2 saylı “Reklam xidmətləri barədə qiymətin razılaşdırma protokolu”na əsasən xx.xx.2021 – xx.xx.2022-ci il tarixlərdə “Gənclik Mall” və “Dəniz Mall”da “Zəhər Tuluğu” filmindən öncə reklam yayımı üçün həftəlik qiymət 750 manat olmaqla hər biri üçün 2 həftəlik qiymət 1500 manat (cəmi 3000 manat) və ƏDV 270 manat (cəmi 540 manat), xx.xx.2022-ci il tarixli 3 saylı “Reklam xidmətləri barədə qiymətin razılaşdırma protokolu”na əsasən xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Gənclik Mall” və “Dəniz Mall”da “Uncharted” filmindən öncə reklam yayımı üçün həftəlik qiymət 500 manat olmaqla hər biri üçün 2 həftəlik qiymət 1000 manat (cəmi 2000 manat) və ƏDV 180 manat (cəmi 360 manat), xx.xx.2022-ci il tarixli 4 saylı “Reklam xidmətləri barədə qiymətin razılaşdırma protokolu”na əsasən xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Gənclik Mall”-da “Qonka so vremenem” və “Dəniz Mall”da “Dayı” filmlərindən öncə reklam yayımı üçün hər biri üçün həftəlik qiymət 500 manat (cəmi 1000 manat) və ƏDV 90 manat (cəmi 180 manat), xx.xx.2022-ci il tarixli 5 saylı “Reklam xidmətləri barədə qiymətin razılaşdırma protokolu”na əsasən xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Gənclik Mall” və “Dəniz Mall”da “Bosch”, “Batman”, “Nova”, “Lulu i Brigs” filmlərindən öncə reklam yayımı üçün həftəlik qiymət 1000 manat olmaqla hər biri üçün 4 həftəlik qiymət 4000 manat, ƏDV 720 manat olmaqla cəmi 9440 manat, xx.xx.2022-ci il tarixli 6 saylı “Reklam xidmətləri barədə qiymətin razılaşdırma protokolu”na əsasən “Gənclik Mall”, “Dəniz Mall” və “28 Mall”da xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Elvis”, xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Çernıy telefon”, xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Zebun”, xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə “Güllədən daha sürətli” filmlərindən öncə “Delonghi” brendinə aid 30 saniyəlik reklam yayımı üçün həftəlik qiymət 333,33 manat olmaqla hər biri üçün 4 həftəlik qiymət 1333,33 manat və 1333,34 manat, ƏDV 239,99 manat və 240,12 manat olmaqla cəmi 4720 manat qiymət razılaşdırılmışdır; - Tərəflər xx.xx.2022-ci il tarixdə 1 saylı akt tərtib edərək 2360 manat, xx.xx.2022-ci il tarixdə 2 saylı akt tərtib edərək 3540 manat, xx.xx.2022-ci il tarixdə 3 saylı akt tərtib edərək 2360 manat, xx.xx.2022-ci il tarixdə 4 saylı akt tərtib edərək 1180 manat, xx.xx.2022-ci il tarixdə 5 saylı akt tərtib edərək 9440 manat, xx.xx.2022-ci il tarixdə 6 saylı akt tərtib edərək 4720 manat olmaqla ümumilikdə 23600 manat dəyərində reklamların yerləşdirilməsinə dair iddiaçının bütün öhdəliklərini yerinə yetirməsini təsdiq edərək aktı hər iki hüquqi şəxsin möhürü ilə təsdiq etmişlər.
10. İddiaçı tərəflər arasında imzalanmış xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyəri olan 23600 manat məbləğində pulun tutulmasını tələb edir.
11. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir, ərizə ilə müraciət edərək borcların dəqiqləşdirilməsi və üzləşmə aktının tərtib edilməsi zərurətinin yarandığını qeyd edir.
12. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 018/21 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsinin ayrı-ayrı növlərini (tapşırıq, konsessiya, ticarət agenti və s.) tənzimləyən müddəalar mövcud olsa da, həmin normalar göstərilən xidmətlərin təhvil-təslim aktı əsasında görülmüş iş kimi təhvil alınmasını əks etdirən hazırkı xidmət müqaviləsindən irəli gələn münasibətlərə tətbiq edilə bilməz.
13. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
14. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
15. İddiaçı isə hazırda mülki qanunvericilikdən irəli gələn görülmüş işin dəyərinin ödənilməsi hüququnu realizə edir.
16. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
20. Beləliklə, məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə razılaşdırılmış xidmət haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
21. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2021-ci il tarixli 018/21 nömrəli xidmət müqaviləsi üzrə 23600 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
b) Əsas borca illik 5 faizin tutulması tələbi ilə bağlı
22. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün əsas borca illik 5 faizlə hesablanmış 1491,35 manat pulun cavabdehdən tutulmasını xahiş edir.
23. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olan redaksiyası) .
24. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
25. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% ilə hesablanan pul tələb etməkdə haqlıdır. Lakin məhkəmə qeyd edir ki, həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
26. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
27. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.
28. Tərəflər arasında bağlanmış müqavilədə və müqaviləyə əlavələrdə razılaşdırılmışdır ki, xidmət haqqı aylıq olaraq təqdim edilən elektron qaimə əsasında «İcraçı»nın bank hesabına ödəniləcəkdir. Lakin işgüzar münasibət bu yöndə olmamış, adıçəkilən şərt tətbiq edilməmişdir. Belə ki, göstərilmiş xidmətlərin sonuncu təhvil-təslimi 2022-ci ilin avqust ayında həyata keçirilsə də, ötən müddət ərzində iddiaçı pulun ödənilməsini tələb etməmişdir.
29. İddiaçının xx.xx.2023-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə elektron kabinet vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmaqla iddiaçının tələb etdiyi xx.xx.2024-cü il tarixə qədər 79 gün üçün həyata keçirilməlidir.
30. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasını gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 255,40 manat (23600 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 79 gün (gecikdirilən gün sayı) təşkil edir.
31. Belə olan halda məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin olunmalı, 255,40 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. c) Məhkəmə xərcləri ilə bağlı
32. İddiaçı həmçinin hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 166,48 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.
33. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edilir ki, ********** nömrəli mədaxil qəbzi ilə iddiaçı tərəfindən dövlət büdcəsinə iddia ərizəsinin verilməsi üçün 166,48 manat ödəniş edilmişdir.
34. 21.12.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, 12 saylı vəkil bürosuna 1442 saylı (hazırkı iş üzrə təqdim edilən orderdə istinad olunan müqavilə) müqavilə üzrə 300 manat pul ödənilmişdir.
35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
37. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
39. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması və s.) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
40. Beləliklə, yuxarıda göstərilənləri, iddia tələbinin qismən təmin edildiyini və hüquqi yardım xərcinin ağlabatan olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 157 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 12 dekabr 2021-ci il tarixdə bağlanmış 018/21 saylı xidmət müqaviləsi üzrə 23600 (iyirmi üç min altı yüz) manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 255 (iki yüz əlli beş) manat 40 (qırx) qəpik olmaqla ümumilikdə 23855 (iyirmi üç min səkkiz yüz əlli beş) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 157 (bir yüz əlli yeddi) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova