Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2740/2023 05.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilə üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 350 (üç yüz əlli) manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdehndən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 01 iyun 2018-ci il tarixli, AZT/2018/188 saylı “Telekommunikasiya xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilə üzrə xidmətlərini göstərməyi, cavabdeh isə bunun əvəzində razılaşdırılmış xidmət haqqını ödəməyi öz üzərinizə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 350 manat (üç yüz əlli) ödənilməmiş borcu qalmışdır.
3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.9, 445.2, 448-ci maddələrini göstərmişdir.
II. Tərəflərin mövqeləri:
4. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı tərəf məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, təqdim etdikləri sübutlar əsasında baxıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh tərəf məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə Azərtelekom MMC müştərini yerli və beynəlxalq internet trafiki ilə təmin etməyi, telekommunikasiya xidmətlərinin göstərilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir.
10. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
11. Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
12. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
13. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir.
14. İşdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 iyun 2018-ci il tarixli, AZT/2018/188 saylı “Rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilə, müqaviləyə 01 saylı qoşma və 02 saylı qoşma imzalanmışdır. Qeyd edilmiş müqavilə, müqaviləyə 01 saylı və 02 saylı qoşma hər iki hüquqi şəxs tərəfindən imza və möhürlə təsdiq edilmişdir.
15. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, icraçı (İddiaçı MMC) sifarişçinin yazılı xidmət sifarişlərinə əsasən sifarişçiyə SİP nömrələrin ayrılması vasitəsi ilə rabitə xidmətlərini göstərəcək, sifarişçi (Cavabdeh) isə həmin xidmətə görə bu müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəyəcək.
16. Müqavilənin 3.1-ci bəndindən görünür ki, xidmət üçün sabit aylıq xidmət haqqı və tətbiq edilirsə quraşdırma haqqı 01 saylı qoşmada verilmiş tarif planına əsasən hesablanır və tərəflər arasında imzalanan xidmət sifarişlərində göstərilir.
17. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdə qüvvəyə minir və 1 il müddətində etibarlıdır.
18. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli invoysdan görünür ki, AZRT/2018/188 saylı müqavilə üzrə xx.xx.2018-xx.xx.2019-cu il dövrü üzrə göstərilən xidmətləri görə borc ƏDV daxil olmaqla 350 manat təşkil edir.
19. İddiaçı tərəf xx.xx.2018-ci il tarixli HT seriyalı 588474 nömrəli dəyəri 129.51 manat olan, xx.xx.2018-ci il tarixli HU seriyalı 081293 nömrəli dəyəri 24,5 manat, xx.xx.2018-ci il tarixli HU seriyalı 438895 nömrəli dəyəri 24,5 manat, xx.xx.2018-ci il tarixli HV seriyalı 042887 nömrəli dəyəri 24,5 manat, xx.xx.2018-ci il tarixli HV seriyalı 895934 nömrəli dəyəri 24,5 manat, xx.xx.2018-ci il tarixli HW seriyalı 418924 nömrəli dəyəri 24,5 manat, xx.xx.2019-cu il tarixli HW seriyalı 956872 nömrəli dəyəri 24,5 manat, xx.xx.2019cu il tarixli HX seriyalı 872774 nömrəli dəyəri 24,5 manat, xx.xx.2019-cu il tarixli HY seriyalı 571962 nömrəli dəyəri 24,5 manat, xx.xx.2019-cu il tarixli HZ seriyalı 892062 nömrəli dəyəri 24,5 manat olan elektron vergi hesab-fakturalarını iş materiallarına əlavə etmişdir.
20. Göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdehnə göndərilmiş elektron qaimələrdə göstərilmiş məbləğlərin cəmi 350 manat təşkil edir.
21. Beləliklə yuxarıda qeyd edilmiş halları, yəni tərəflər arasında 01 iyun 2018-ci il tarixli, AZT/2018/188 saylı “Rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilənin bağlandığını, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 350 manat olan elektron qaimələrin göndərilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehə müqavilə üzrə 350 manat dəyərində xidmət göstərmiş, cavabdeh tərəf isə qeyd edilmiş məbləğin ödənilməsinə dair heç bir sənədi məhkəməyə təqdim etməmişdir.
22. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəf hazırkı iddia ilə də Məhkəməyə müraciət etməkdə haqlıdır və iddiası təmin edilməlidir.
23. Bundan başqa, iddia ərizəsində iddiaçı ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir.
24. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/11-00016 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixə keçirilməsi nəzərədə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi üçün 20 manat ödəniş etmişdir.
25. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, 10 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi məqsədi ilə dövlət büdcəsinə ödənilmişdir.
26. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
28. Kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
29. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 20 (iyirmi) manat, dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
31. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 20 (iyirmi) manat, dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov