Məhkəmə qərarları › İş №e-2-2(113)-2759/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2759/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2759/2025 01.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlakın və ya dəyərinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: konsiqnasiya müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlakın və ya dəyərinin qaytarılması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı MMC ilə X3 oğlu arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli, 0339-BDİ0-GM/20 saylı Konsiqnasiya müqaviləsinə əsasən satılmış 855,80 (səkkiz yüz əlli beş, 80 qəpik) AZN dəyərindəki 2 ədəd Kİ0XX ATF DX-İİİ 1L-18 AZN, 2 ədəd Kİ0XX ATF DX-İİİ 4L- 66 AZN, 2 ədəd Kİ0XX ATF DX-Vİ 1L- 22 AZN, 2 ədəd Kİ0XX ATF DX-Vİ 4L- 84 AZN, 2 ədəd Kİ0XX ATF MULTİ0 1L- 20 AZN, 2 ədəd Kİ0XX ATF MULTİ0 4L-75 AZN, Kİ0XX D1/RV 5W-40 4L- 72 AZN. Kİ0XX G 10W-40 SL 1L- 13.40 AZN, 2 ədəd Kİ0XX G 10W-40 SL 4L “İ0ron Packing”- 48 AZN, 2 ədəd Kİ0XX G1 10W-40 SN PLUS 1L- 15 AZN, Kİ0XX G1 10W-40 SN PLUS 4L “İ0ron Packing”- 57 AZN, 2 ədəd Kİ0XX G1 5W-30 SN PLUS 1L19.40 AZN, 2 ədəd Kİ0XX G1 5W-30 SN PLUS 4L “İ0ron Packing”- 72 AZN, 2 ədəd Kİ0XX G1 5W-40 SN PLUS 1L- 19 AZN. 2 ədəd Kİ0XX G1 5W-40 SN PLUS 4L “İ0ron Packing” -72 AZN, 2 ədəd Kİ0XX G1 A3/B4 5W-30 1L- 21 AZN, 2 ədəd Kİ0XX G1 A3/B4 5W-30 4L- 78 AZN, 2 ədəd Kİ0XX HD1 10W40 Cİ-4 6L- 84 AZN mallarının, mallar qaytarıla bilmədiyi təqdirdə onların dəyərinin və 30 (otuz) AZN dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC -yə verilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı ilə:"xxxx" MMC) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmıştexnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh oğlu (bundan sonra “Alıcı”) ilə bizim aramızda 28 oktyabr 2020ci il tarixli, 0339-BDİ0-GM/20 saylı Konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsində göstərildiyi kimi müqavilənin icra yeri Bakı şəhər, Binəqədi rayonu, Məhəmmədi kəndidir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavəsinə əsasən Cavabdeh oğluna Cəmiyyət tərəfindən ümumi dəyəri 855,80 (səkkiz yüz əlli beş, 80 qəpik) AZN dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4 maddəsinə əsasən “Alıcı” həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müva;iq olaraq 1 saylı əlavəsi ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini “Satıcıya” ödəməli və məhsulları “Satıcıdan” təkrarən alaraq rə;lərdə yerini doldurmalıdır. Həmçinin, sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən “Alıcı” ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 (on) bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh şəxs qeyd olunan məbləğin heç bir hissəsini ödəməmişdir. Dəfələrlə tələb edilməyinə baxmayaraq cavabdeh ümumi olaraq 855,80 (səkkiz yüz əlli beş, 80 qəpik) AZN dəyərindəki 2 ədəd KİXX ATF DX-İİİ 1L-18 AZN, 2 ədəd KİXX ATF DX-İİİ 4L- 66 AZN, 2 ədəd KİXX ATF DX-Vİ 1L- 22 AZN, 2 ədəd KİXX ATF DX-Vİ 4L- 84 AZN, 2 ədəd Kİ0XX ATF MULTİ0 1L- 20 AZN, 2 ədəd Kİ0XX ATF MULTİ0 4L-75 AZN, Kİ0XX D1/RV 5W-40 4L- 72 AZN. Kİ0XX G 10W-40 SL 1L- 13.40 AZN, 2 ədəd Kİ0XX G 10W-40 SL 4L “İ0ron Packing”- 48 AZN, 2 ədəd Kİ0XX G1 10W-40 SN PLUS 1L- 15 AZN, Kİ0XX G1 10W-40 SN PLUS 4L “İ0ron Packing”- 57 AZN, 2 ədəd Kİ0XX G1 5W-30 SN PLUS 1L- 19.40 AZN, 2 ədəd Kİ0XX G1 5W-30 SN PLUS 4L “İ0ron Packing”- 72 AZN, 2 ədəd Kİ0XX G1 5W-40 SN PLUS 1L- 19 AZN. 2 ədəd Kİ0XX G1 5W-40 SN PLUS 4L “İ0ron Packing” -72 AZN, 2 ədəd Kİ0XX G1 A3/B4 5W-30 1L- 21 AZN, 2 ədəd Kİ0XX G1 A3/B4 5W-30 4L- 78 AZN, 2 ədəd Kİ0XX HD1 10W-40 Cİ-4 6L- 84 AZN mallarının nə dəyərini ödəmiş, nə də həmin malları müəssisəyə geri qaytarmışdır. Yekun olaraq 28 oktabr 2020-ci il tarixli, 0339-BDİ-GM/20 saylı Konsiqnasiya müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə toplam olaraq 855,80 (səkkiz yüz əlli beş, 80 qəpik) AZN dəyərində borcu mövcuddur. Müvafiq müqavilənin 2.4.3-cü maddəsinə əsasən “Alıcı” tərə;indən bir ay ərzində heç bir satış və ödəniş olmadığı təqdirdə rəyi və məhsulları götürərək müqaviləyə xitam vermək hüququ vardır. Həmin maddəyə və Mülki Məcəllənin ərizədə göstərilmiş maddələrinə əsaslanaraq, müəssisə tərəfindən cavabdeh şəxs X1 ilə 3 iyul 2020-ci ildə bağlanılan müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Borclu şəxsin yerdə qalan siyahısı yuxarıda qeyd edilən olaraq 855,80 (səkkiz yüz əlli beş, 80 qəpik) AZN dəyərindəki borcunu üçün xx.xx.2024-cü il tarixində elektron pretenziya məktubu göndərilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən görünür ki, bir tərəf (Satıcı) digər tərəfə (Alıcı) müqavilə və qiymətlərin qarşılıqlı razılaşdırılması və malların təhvili aktına əsasən malları anbarda saxlanca verir və həmin mallar üzərində sərəncam hüquqları yaranır. Digər tərəf isə (Alıcı) öz növbəsində malları qəbul edir, anbarın(mağazanın) rəİlərində yerləşdirir və həmin malların satışından müqavilə və onun əlavəsi ilə razılaşdırılmış məbləği Satıcıya ödəyir. Həmçinin tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. -Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. Satıcı - "xxxx" MMC ilə Alıcı – Cavabdeh arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli, 0339-BDİ-GM/20 saylı Konsiqnasiya müqaviləsinə əsasən:

5. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı Alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları Alıcıya satır, Alıcı isə bu malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəyir.

6. Müqavilənin 1.2-ci bəndinə əsasən mağazanın ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Məhəmmədi kəndi.

7. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcının vəzifələrinə daxildir: - Malların satışını həyata keçirməli, - Malları Satıcının tələb etdiyi standartlara uyğun xüsusi rəflərə düzməli və bu rəflərin standartlara uyğun olmasına nəzarət etməli; - Həftədə ən azı bir dəfə satıcıya satılmış və yenilənməli olan məhsul çeşidləri barədə məlumat verməli; - Həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 və 2 nömrəli əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini Satıcıya ödəməli və məhsulları satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalı, - Satıcı tərəfindən quraşdırılmış rəf və üzərindəki malları akt əsasında qəbul etməlidir, - Aktla ona təhvil verilmiş məhsullara görə cavabdehlik daşıyır, bu məhsulların zədələnməsi və ya məhv olması riskini öz üzərinə götürür. - Məhsulun satıcıya geri qaytarılması üçün məhsul satışa yararlı vəziyyətdə olmalıdır, əks halda onun qiyməti alıcı tərəfindən tam şəkildə ödənilir.

8. Müqavilənin 2.4.2-ci bəndinə əsasən Satıcı konsiqnasiya məqsədi ilə verilmiş məhsulları təyin edilmiş rəflərdə görmədiyi təqdirdə müqaviləni birtərəfli şəkildə poza və verilmiş məhsulları satış nöqtəsindən geri götürə bilər.

9. Müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı Satıcının təqdim etdiyi malların dəyərini həmin mal satıldıqdan sonra nağd və ya köçürmə yolu ilə ödəyir.

10. Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında xx.xx.2020-ci il tarixli, 01 saylı akta əsasən "xxxx" MMC tərəfindən Cavabdeh cəmi 855,8 manat dəyərində mallar təhvil verilmişdir. Akt hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir.

11. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

12. Göründüyü kimi iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış konsiqnasiya müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

13. Azərbaycan Respublikası Mülki Məcəllənin:

14. 837.1-ci maddəsinə əsasən Konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir.

15. 837.2-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alğı-satqı haqqında müddəalar tətbiq edilir.

16. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

18. İşdən göründüyü kimi İddiaçı MMC (əvvəlki adı ilə:"xxxx" MMC) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixli, 0339-BDİ-GM/20 saylı Konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsində göstərildiyi kimi müqavilənin icrası Bakı şəh, Binəqədi rayonu, Məhəmmədi ünvanıdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı əlavəsində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavəsinə əsasən Cavabdeh oğluna Cəmiyyət tərəfindən ümumi dəyəri 855,80 AZN dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4 maddəsinə əsasən “Alıcı” həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 2 saylı əlavəsi ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini “Satıcıya” ödəməli və məhsulları “Satıcıdan” təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin, sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən “Alıcı” ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 (on) bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh şəxs qeyd olunan məbləğin heç bir hissəsini bügünki günə qədər ödəməmişdir.

19. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh xx.xx.2020-ci il tarixli konsiqnasiya müqaviləsi üzrə 855,80 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.

20. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 30 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

IV. Nəticə:

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 0339-BDİ-GM/20 saylı konsiqnasiya müqaviləsinə əsasən satılmış 855,80 AZN dəyərindəki 2 ədəd Kİ0XX ATF DX-İİİ 1L-18 AZN, 2 ədəd Kİ0XX ATF DX-İİİ 4L- 66 AZN, 2 ədəd Kİ0XX ATF DX-Vİ 1L- 22 AZN, 2 ədəd Kİ0XX ATF DX-Vİ 4L- 84 AZN, 2 ədəd Kİ0XX ATF MULTİ0 1L- 20 AZN, 2 ədəd Kİ0XX ATF MULTİ0 4L-75 AZN, Kİ0XX D1/RV 5W-40 4L- 72 AZN. Kİ0XX G 10W-40 SL 1L- 13.40 AZN, 2 ədəd Kİ0XX G 10W-40 SL 4L “İ0ron Packing”- 48 AZN, 2 ədəd Kİ0XX G1 10W-40 SN PLUS 1L- 15 AZN, Kİ0XX G1 10W-40 SN PLUS 4L “İ0ron Packing”- 57 AZN, 2 ədəd Kİ0XX G1 5W-30 SN PLUS 1L19.40 AZN, 2 ədəd Kİ0XX G1 5W-30 SN PLUS 4L “İ0ron Packing”- 72 AZN, 2 ədəd Kİ0XX G1 5W-40 SN PLUS 1L- 19 AZN. 2 ədəd Kİ0XX G1 5W- 40 SN PLUS 4L “İ0ron Packing” -72 AZN, 2 ədəd Kİ0XX G1 A3/B4 5W-30 1L- 21 AZN, 2 ədəd Kİ0XX G1 A3/B4 5W-30 4L- 78 AZN, 2 ədəd Kİ0XX HD1 10W40 Cİ-4 6L- 84 AZN mallar, həmin mallar olmadıqda isə onların dəyəri alınaraq İddiaçı MMC-yə verilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar