Məhkəmə qərarları › İş №e-2-2(113)-2782/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2782/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2782/2025 24.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət,pul) X13 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı X6 (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Tibbi-S osial Ekspertiza və X1 Hüquqi Şəxsindən iddiaçının xeyrinə - 7 086.96 manat əsas borc, ödənişin gecikdirilməsinə görə - Mərkəzi Bankının müəyyən etdiyi 8% bank uçot dərəcəsinə uyğun olaraq -566 manat, hüquqi xidmətlərə görə ödənilmiş - 500 manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumuna görə - 102 manat, cəmi = 8 254 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, 10/2023 saylı “Camaşırların yuyulması xidmətininsatınalma” Müqaviləsinə əsasən tətəfimdən Dövlət Tibbi-S osial Ekspertiza və Reabilitasiya Agentliyinə camaşırların yuyulması xidməti göstərilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən Sifarışçi xidmətlərin qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 5.4-cü bəndinə görə Sifarişçi müqavilə üzrə təqdim edilən xidmətlərin təxirəsalınmadan qəbul edilməsini və ödəmələrin vaxtındaaparılmasını öhdəsinə götürür. Qeyd edilən Müqavilə üzrəm ə n göstərilən xidmətləri lazımi qaydada yerinə yetirərək Dövlət Tibbi- S osial Ekspertiza və Reabilitasiya Agentliyinə təhvil vermişəm, sonuncu isə qəbul edibdir. xx.xx.2023-cü il tarixli, 10/2023 saylı xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərə görə Sifarişçinin İcraçıya7 086.96 manat borcu bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildəDövlət Tibbi-S osial Ekspertiza və Reabilitasiya Agentliyininrəhbərliyinə və səlahiyyətli şəxslərə müraciət etməyimə, danışıqlar aparmağıma baxmayaraq onlar tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar mənə ödənilmir. Qeyd edilən borcun könüllü olaraq ödənilməsi ilə bağlı Pretenziya məktubu ilə cavabdehə müraciət etməyimə baxmayaraq, cavabdeh yaranmış borcu qismən qəbul etsə də, məhkəmədən kənar qaydada ödənilməsinə heç bir təşəbbüs göstərməmiş, pretenziyanı cavabsız qoymuşdur. Beləliklə iddiaçı müqavilə üzrə üzərlərinə götürdüyü bütün öhdəlikləri qüsursuzşəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Bu pulların ödənilməsini gecikdirməklə özündə saxlayaraq həmin vəsaitlərdən faydalanmışdır. Buna görə cavabdeh həmin pul vəsaitinin məbləğindən icra edildiyi gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə faizlər ödəməlidir. Məhkəməyə iddia verilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi 8% təşkil etdir. 7 086.96 manatın 8%-i = 566 manat təşkil edir. 7 086.96 + 566 = 7 652 manat.

3. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddia ərizəsinə etiraz edərək ərizənin təmin olunmamasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - “Agentlik”) arasında xx.xx.2023-cü il tarixli, 10/2023 saylı “Camaşırların yuyulması xidmətinin satınalma” müqaviləsi bağlanmış və müqavilənin 2.2-ci bəndinə əsasən, “İcraçı" müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”yə satın alınan xidmətlərin göstərilməsini, camaşırların Reabilitasiya Mərkəzlərindən həftədə 2 dəfə olmaqla yığılmasını, yuyulmasını, ütülənməsini və geri qaytarılmasını (Bakı şəhərində 3 ünvan üzrə və Sumqayıt şəhəri üzrə 1 ünvan) öhdəsinə götürmüş, xidmətlər “İcraçı”nın təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “İcraçı” həmin xidmətlərin təklifə uyğun xidmətlərlə dəyişdirilməsinə, qüsurlar aşkarlandıqda isə bu müqavilənin 13-cü bəndinə uyğun olaraq aradan qaldırılmasına təminat vermişdir.İddiaçı tərəf məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, “xx.xx.2023- cü il tarixli, 10/2023 saylı xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərə görə Sifarişçinin İcraçıya 7 086.96 manat borcu bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbərliyinə və səlahiyyətli şəxslərə müraciət etməyimə, danışıqlar aparmağıma baxmayaraq onlar tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar mənə ödənilmir. Qeyd edilən borcun könüllü olaraq ödənilməsi ilə bağlı Pretenziya məktubu ilə cavabdehə müraciət etməyimə baxmayaraq, cavabdeh yaranmış borcu qismən qəbul etsə də, məhkəmədən kənar qaydada ödənilməsinə heç bir təşəbbüs göstərməmiş, pretenziyanı cavabsız qoymuşdur. Beləliklə iddiaçı müqavilə üzrə üzərlərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırır.”Qeyd edilənləri qəbul etməyərək bildirmək istəyirik ki, iddiaçı ilə bağlanan xx.xx.2023-cü il tarixli, 10/2023 saylı xidmət müqaviləsinin 2.1 -ci maddəsində də birbaşa olaraq qeyd olunanlara əsasən, tərəflər təsdiq edirlər ki, “Sifarişçi” Camaşırların yuyulması xidmətininsatın alınması üçün “İcraçfnm bütün vergi və rüsumlar daxil 54.610,40 (əlli dörd min altı yüz on manat 40 qəpik) manat məbləğində təklifini qəbul etmişdir. Eləcə də, adıçəkilən müqavilənin 2.1.1 -ci yarımbəndinə uyğun olaraq, müqavilə üzrə satın alınacaq xidmətlər hər mal üzrə ölçü vahidi, miqdarı, vahidinin qiyməti və cəmi qiyməti bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilir. Bu müqaviləyə əlavə və ya dəyişikliklərin edilməsi üçün tərəflərdən birinin digərinə 10 (on) bank günü əvvəl yazılı qaydada müraciət etməsi və yazılı qaydada razılıq əldə etməsi tələb olunur. Tərəflər arasında əldə edilən bu cür razılaşmaya əsasən hər iki tərəfin imzaladığı əlavə və ya dəyişiklik etibarlı sayılır və imzalandığı tarixdən etibarən qüvvəyə minir, eləcə də müqavilənin 2.1,2-ci yarımbəndinə əsasən, hazırki müqaviləyə əlavə və dəyişikliklər yazılı formada tərtib olunduqda və səlahiyyətli şəxslər tərəfindən imzalandıqda həqiqi sayılır. Müqavilənin 1 saylı Əlavəsində də qeyd olunmuşdur ki, görüləcək xidmətlərin yekun (cəmi) məbləği vergi və rüsumlar daxil 54.610,40 (əlli dörd min altı yüz on manat 40 qəpik) manat məbləğində olmuş və hər iki tərəf bunu öz imzası ilə təsdiq etmişdir.Bundan əlavə, müqavilənin 2 saylı Əlavəsində də xidmətlərin təhvil verilmə qrafiki müəyyənləşdirilmiş və xidmətlərin təhvil verilmə tarixləri 31 iyul 2023-cü ildən, 31 iyul 2024-cü il olaraq müəyyənləşdirilmişdir. Tərəfimizdən işə əlavə olunan materiallardan da görünür ki, bu zaman zərfi müddətində iddiaçıya (İcraçı) müqavilə şərtlərinə uyğun ödənişlər edilmişdir.Əlavə olaraq bildiririk ki, iddaçının iddia üzrə qeyd etdiyi və bun günə qədər ödənilmədiyini iddia etdiyi 7 086.96 manat borc müqavilə üzrə öz təsdiqini tapmır. Belə ki, iddiaçının Agentlik tərəfindən cavabsız qoyulduğunu iddia etdiyi pretenziya məktubuna və məktubda qeyd etdiyi müqavilə üzrə xidmətlərin dəyərinin 61 664.37 manat olması, borcun isə 7 086.96 manat təşkil etməsi məsələsinə qarşı Agentlik tərəfindən cavab məktubu ünvanlanmış və məktubda da qeyd olunmuşdur ki, tərəflər arasında xx.xx.2023- cü il tarixində 10/2023 nömrəli və dəyəri 54610.40 manat (ƏDV daxil) olan müqavilə üzrə göstərilən xidmətlərə görə 2023-cü ildə 14639.13 manat (ƏDV daxil), 2024-cü ildə isə 39091.70 manat (ƏDV daxil), yəni ümumilikdə 53730.83 manat (ƏDV daxil) ödəniş edilmişdir və müqavilə üzrə borc 879.57 manatdır.Həmçinin bildiririk ki, “Dövlət satınalmaları haqqında” Qanunun müddəaları da nəzərə alınaraq, Agentlik dövlət büdcəsindən maliyyələşən bir qurum olaraq satınalmaya dair bütün müqavilələri müəyyənləşdirilmiş məbləğ çərçivəsində və müəyyənləşdirilmiş müddət ərzində keçirilmiş rəsmi tenderin qalibi olan şəxslə (fiziki/hüquqi) bağlayır və müəyyənləşdirilmiş şərtlərlə və müddət ərzində həyata keçirir. Hazırki işdə isə iddia üzrə tələb olunan məbləğ müqavilə dəyərini aşmaqdadır və dövlət büdcədindən maliyyələşən bir qurum olaraq, Agentlik xidmətləri yalnız müqavilə çivəsində və dəyərində qəbul edə bilər.Əlavə olaraq bildiririk ki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş təhvil- təslim aktlarına Agentliyin səllahiyyətli şəxsi tərəfindən imza və möhür vurulmamış, məsul şəxs qismində imza atan şəxsin isə yekun təhvil-təslimi həyata keçirmək üçün birbaşa səllahiyyəti olmamışdır.Həmçinin bildiririk ki, müqavilənin qüvvədə olduğu müddət ərzində (31 iyul 2023-cü ildən 31 iyul 2024-cü ilədək) e-taxes potalı vasitəsilə daxil olan elektron qaimə- fakturalardan imtina etmək olmur, yalnız təsdiq və ya düzəliş üçün göndərmək olurdu. Bu hal nəzərə alınaraq, xx.xx.2024-cü il tarixli, 10626616 nömrəli 606,85 manat məbləğində və eyni tarixli, 10622084 nömrəli 88,97 manat məbləğində olan elektron qaimələri müqavilənin dəyərini aşmadığı üçün qəbul etmək mümkün olsa da, xx.xx.2024-cü il tarixli, 11526563 nömrəli 2000,34 manat məbləğində elektron qaimə isə müqavilə dəyərini aşdığı üçün qəbul edilə bilinməyəcəyindən tərəfimizdən təsdiqlənməmiş, düzəliş üçün göndərilmiş, lakin müvafiq qaiməyə düzəliş edilməmiş və o sistem tərəfindən avtomatik olaraq təsdiqlənmişdir. Yəni hazırki iş üzrə e-taxes potalında müqavilənin qüvvədə olduğu dövr üçün “imtina” funksiyasının olmaması səbəbindən onlar avtomatik sistem tərəfindən təsdiqlənmişdir.Həmçinin, hazırki işlə bağlı bunu da bildirməliyik ki, Agentliyin aidiyyəti struktur qrumunun əməkdaşları ilə “Sifarişçi” arasında müvafiq məsələ ilə əlaqədar Whatsapp sosial şəbəkəsi vasitəsilə əlaqə saxlanmış və müqavilə üzrə müəyyənləşdirilmiş məbləğin aşılmaması barədə tərəfə öncədən məlumat verilmiş və qarşı tərəfə də öz məsuliyyətindən irəli gələrək buna nəzarət edilməsi, yəni uçotun düzgün aparılmalı olması bir daha bildirilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qismən 879.50 manat hissəsində qəbul etdi,qalan hissədə iddianı qəbul etmədi və məhkəmədən həmin hissədə təmin edilməməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı X6 ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 10/2023 saylı “Camaşırların yuyulması xidmətininsatınalma” müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, “Sifarişçi” Camaşırların yuyulması xidmətininsatın alınması üçün “İcraçf’nın bütün vergi və rüsumlar daxil 54.610,40 (əlli dörd min altı yüz on manat 40 qəpik) manat məbləğində təklifini qəbul etmişdir. - 2.1.1-ci bəndinə əsasən Müqavilə üzrə satın alınacaq xidmətlər hər mal üzrə ölçü vahidi, miqdarı, vahidinin qiyməti və cəmi qiyməti bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilir. Bu müqaviləyə əlavə və ya dəyişikliklərin edilməsi üçün tərəflərdən birinin digərinə 10 (on) bank günü əvvəl yazılı qaydada müraciət etməsi və yazılı qaydada razılıq əldə etməsi tələb olunur. Tərəflər arasında əldə edilən bu cür razılaşmaya əsasən hər iki tərəfin imzaladığı əlavə və ya dəyişiklik etibarlı sayılır və imzalandığı tarixdən etibarən qüvvəyə minir. - 7.1-ci bəndinə əsasən Xidmətlərin dəyərinin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. - 9.1-ci bəndinə əsasən Satınalma müqaviləsi üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) satınalan təşkilat tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq satınalma müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə malgöndərənə (podratçıya) ödənilir. Müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər İcraçı tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat 15 bank günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab olunur. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 15 bank günü müddətində satınalan təşkilatla malgöndərən (podratçı) arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ malgöndərənə (podratçıya) ödənilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh və X16 İsmayılov arasında bağlanmış xx.xx.2023-cü il il tarixli, 10/2023 nömrəli satınalma müqaviləsinə 01 saylı Əlavə olan qiymət təklifi cədvəlinə əsasən cavabdeh iddiaçının 54610.40 manat qiymət təklifini qəbul etmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 2000.34 manat məbləğində xidmət göstərilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 2584.48 manat məbləğində xidmət göstərilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 56.76 manat məbləğində xidmət göstərilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 1178.33 manat məbləğində xidmət göstərilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 1035.45 manat məbləğində xidmət göstərilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. İddiaçı tərəfindən cavabdehə MT2408 seriyalı 10911002 nömrəli xx.xx.2024-cü il tarixli 615.64 manat, MT2408 seriyalı 10912051 nömrəli xx.xx.2024-cü il tarixli 2360.21 manat, MT2408 seriyalı 10904300 nömrəli xx.xx.2024-cü il tarixli 1965.054 manat məbləğində elektron qaimə göndərilmişdir.

17. 03.09.2024-cü il tarixli 822 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 106.60 manat pul köçürülmüşdür.

18. 03.09.2024-cü il tarixli 823 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 19.19 manat pul köçürülmüşdür.

19. 03.09.2024-cü il tarixli 824 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 521.73 manat pul köçürülmüşdür.

20. 03.09.2024-cü il tarixli 825 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 93.91 manat pul köçürülmüşdür.

21. 03.09.2024-cü il tarixli 826 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2000.18 manat pul köçürülmüşdür.

22. 03.09.2024-cü il tarixli 827 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 360.03 manat pul köçürülmüşdür.

23. 03.09.2024-cü il tarixli 828 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1665.30 manat pul köçürülmüşdür.

24. 03.09.2024-cü il tarixli 829 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 299.75 manat pul köçürülmüşdür.

25. 03.09.2024-cü il tarixli 829 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 299.75 manat pul köçürülmüşdür.

26. Kapital Bank” ASC tərəfindən verilmiş Cavabdehnə aid xx.xx.2024-cü il tarixli BD3 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1665.3 manat pul köçürülmüşdür.

27. Kapital Bank” ASC tərəfindən verilmiş Cavabdehnə aid xx.xx.2024-cü il tarixli OD4 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 299.75 manat pul köçürülmüşdür.

28. Kapital Bank” ASC tərəfindən verilmiş Cavabdehnə aid xx.xx.2024-cü il tarixli BD58 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2000.18 manat pul köçürülmüşdür.

29. Kapital Bank” ASC tərəfindən verilmiş Cavabdehnə aid xx.xx.2024-cü il tarixli BD58 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 360.03 manat pul köçürülmüşdür.

30. "xxxx" ASC tərəfindən verilmiş Cavabdehnə aid xx.xx.2024-cü il tarixli BD58 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 521.73 manat pul köçürülmüşdür.

31. "xxxx" ASC tərəfindən verilmiş Cavabdehnə aid xx.xx.2024-cü il tarixli OD6 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 93.91 manat pul köçürülmüşdür.

32. "xxxx" ASC tərəfindən verilmiş Cavabdehnə aid xx.xx.2024-cü il tarixli BD7 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 106.60 manat pul köçürülmüşdür.

33. "xxxx" ASC tərəfindən verilmiş Cavabdehnə aid xx.xx.2024-cü il tarixli OD8 saylı ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 19.19 manat pul köçürülmüşdür.

34. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli 128.79 manat, xx.xx.2024-cü il tarixli 615.84 manat, xx.xx.2024-cü il tarixli 2360.21 manat, xx.xx.2024-cü il tarixli 1965.05 manat məbləğində hesab-faktura göndərilmişdir.

35. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 125.79 manat məbləğində xidmət göstərilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

36. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 615.64 manat məbləğində xidmət göstərilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

37. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 2360.21 manat məbləğində xidmət göstərilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

V. Tətbiq edilən hüquq:

38. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

41. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X7rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

42. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

43. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X6 ilə Cavabdeh xx.xx.2023-cü il tarixli, 10/2023 saylı “Camaşırların yuyulması xidmətininsatınalma” müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilənin şərtinə uyğun olaraq cavabdehə xidmətlər göstərmişdir və həmin xidmətlərin göstərilməsi iddiaçı tərəfindən verilmiş elektrin qaimələr,hesab-faktura və təhvil-təslim aktları ilə öz təsdiqini tapır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlar və iş materialları ilə müəyyən edilən işin mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında müqavilə münasibətlərinin olması, cavabdeh tərəfindən iddiaçıya 6855.36 manat həcmində camaşırxana xidmətinin göstərilməsi işin mübahisəsiz halıdır, tərəflər arasında mübahisələndirilən hal-cavabdeh tərəf müqavilə əsasında görüləcək xidmətlərin yekun (cəmi) məbləği vergi və rüsumlar daxil 54.610,40 (əlli dörd min altı yüz on manat 40 qəpik) manat məbləğində olduğuna əsaslanaraq, iddianı talnız 879.57 manat hissəsində qəbul edir, və qeyd edir ki, cavabdeh əlavə xidmətlər etməklə müqavilə çərçivəsindən kənara çıxmışdır, bu səbəbdən qalan hissədə iddianə qəbul etmirlər. İş materillarından görünür ki, 2024-cü ilin 31 avqust və 30 sentyabraylarında təhvil təslim aktları ilə iddiaçı tərəfindən təhvil alınan 6855.36 manat məbləğində xidmətlərin dəyəri iddiaçı tərəfindən ödənilməmişdir.

44. Hazırda iddiaçı Cavabdehndən göstərilmiş xidmətlərə görə- 7086.96 manat əsas borcun cavabdehdən tutulmasını xahiş edir.

45. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar (təhvil-təslim aktlarının cəmi) ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 6855.36 manat məbləğində xidmətlər göstərilmişdir.

46. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, əsas borcun tutulmasında iddia qismən- 6855.36 manat hissəsində təmin edilməlidir.

47. Bununla yanaşı iddiaçı Mərkəzi Bankının müəyyən etdiyi 8% bank uçot dərəcəsinə uyğun olaraq -566 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

48. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti və 6855.36 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 253.54 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

49. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

50. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 102 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

51. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 91 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabelitasiya Agentliyi” PHŞ-dən 6855.36 (altı min səkkiz yüz əlli beş manat otuz altı qəpik) manat əsas borc, illik 5 % (beş) miqdarında 253.54 (iki yüz əlli üç manat əlli dörd qəpik) manat məbləğində gecikdirmə borcu, 300 (üç yüz) manat hüquqi xidmətlərə görə ödənişmiş haqq və 91 (doxsan bir) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X5 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar