Məhkəmə qərarları › İş №e-2-2(113)-2789/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2789/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2789/2023 24.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.271,65 manat əsas borc məbləği, gecikdirilmiş dövr çün 118 manat, 210 manat ilkin mediasiya sessiyası üzrə və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat olmaqla, cəmi 14.899,65 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə hazırlıq iclasında barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etmişlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında tərəflər iştirak etməmişlər. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş 05 iyun 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Cavabdeh sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1 İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Cavabdeh 14.781 (on dörd min yeddi yüz səksən bir) manat borcu etiraf edərək həmin məbləğdən 2000 manatı xx.xx.2023-cü il tarixində ödəyərək, geri qalan 12781 manat borcu hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür. İddiaçı QSC-ti iddianın predmeti olan 12 781 manat məbləği cavabdeh tərəfindən hissəhissə ödənilməsini qəbul edir. 1.1.2. Hissə-hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək: S/S Ödəniş tarixi Ödəniş məbləği/AZN Qalıq borc/AZN

1. xx.xx.2023 500 12781

2. xx.xx.2023 500 11281

3. xx.xx.2023 500 11281

4. xx.xx.2023 500 10781

5. xx.xx.2023 500 10281

6. xx.xx.2023 500 9781

7. xx.xx.2023 500 9281

8. xx.xx.2024 500 8781

9. xx.xx.2024 500 8281

10. xx.xx.2024 500 7781

11. xx.xx.2024 500 7281

12. xx.xx.2024 500 6781

13. xx.xx.2024 500 6281

14. xx.xx.2024 500 5781

15. xx.xx.2024 500 5281

16. xx.xx.2024 500 4781

17. xx.xx.2024 500 4281

18. xx.xx.2024 500 3781

19. xx.xx.2024 500 3281

20. xx.xx.2025 500 2781

21. xx.xx.2025 500 2281

22. xx.xx.2025 500 1781

23. xx.xx.2025 500 1281

24. xx.xx.2025 500 781

25. xx.xx.2025 500 281

26. xx.xx.2025 281 0

1.1.3. İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 3 dəfə olmaqla 2 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 1.1. Cavabdeh sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1. İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra Məhkəmə İcraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Cavabdeh 14.781 (on dörd min yeddi yüz səksən bir) manat borcu etiraf edərək həmin məbləğdən 2000 manatı xx.xx.2023-cü il tarixində ödəyərək, geri qalan 12781 manat borcu hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür. İddiaçı QSC -ti iddianın predmeti olan 12.781 manat məbləği cavabdeh tərəfindən hissəhissə ödənilməsini qəbul edir.

1.1.2. Hissə-hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək:

S/S Ödəniş tarixi Ödəniş məbləği/AZN Qalıq borc/AZN

1. xx.xx.2023 500 12781

2. xx.xx.2023 500 11281

3. xx.xx.2023 500 11281

4. xx.xx.2023 500 10781

5. xx.xx.2023 500 10281

6. xx.xx.2023 500 9781

7. xx.xx.2023 500 9281

8. xx.xx.2024 500 8781

9. xx.xx.2024 500 8281

10. xx.xx.2024 500 7781

11. xx.xx.2024 500 7281

12. xx.xx.2024 500 6781

13. xx.xx.2024 500 6281

14. xx.xx.2024 500 5781

15. xx.xx.2024 500 5281

16. xx.xx.2024 500 4781

17. xx.xx.2024 500 4281

18. xx.xx.2024 500 3781

19. xx.xx.2024 500 3281

20. xx.xx.2025 500 2781

21. xx.xx.2025 500 2281

22. xx.xx.2025 500 1781

23. xx.xx.2025 500 1281

24. xx.xx.2025 500 781

25. xx.xx.2025 500 281

26. xx.xx.2025 281 0

1.1.3. İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 3 dəfə olmaqla 2 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar