Məhkəmə qərarları › İş №e-2-2(113)-2796/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2796/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2796/2023 13.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi, Vəkil1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 135713,76 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 1130 manat, ilkin mediasiya sessiyası üzrə xərc 410 manat və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq olan 300 manat məbləğin, cəmi 137571,76 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh (Qanuni təmsilçisi X1 şəxsində) arasında, Distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 02 sentyabr 2022-ci il tarixli №16223 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 1 yanvar 2023-cü il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 31 dekabr 2022-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı QSC-ə borcu 119268,20 manat təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. Lakin 24 aprel 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı QSC-nə olan borcu ümumilikdə 135713,76 manat. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, kreditor olaraq İddiaçı QSC tərəfindən cavabdehə ilk yazılı tələb 16 fevral 2023-cü il tarixində göndərildiyindən gecikmə üzrə borc məbləği 2 ay əsasında ((135 713,76*5%)/12)*2= 1130,94 manat təşkil edir. Beləliklə, Cavabdeh MMCnin İddiaçı QSC qarşısında öhdəliyi aşağıdakı məbləğdə müəyyən edilir: 1. 24 aprel 2023cü il tarixli 955 nömrəli maliyyə arayışına əsasən əsas borc məbləği-135713,76 manat 2. Gecikdirilmiş dövr üçün illik beş faiz əsasında hesablanmış borc məbləği – 1130 manat 3. İlkin mediasiya sessiyası üzrə xərc – 410 manat 4. Məhkəmə xərci (hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq) – 300 manat 5. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu – 18 manat cəmi: 137571,76 manat. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi, Vəkil1 izahatında tərəflərin arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edərək, müvafiq ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi, vəkil məhkəmə iclasına gəlməmiş, sistemə ərizə yükləyərək xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: 1.1.1 22 İyun 2023 cu il tarixdə şirkətlər qarşılıqlı olaraq maliyyə və s. işlərlə bağlı ııyğunzulıığu məhkəmədən kənar müzakirə edərək, qarşılıqlı öhdəliklərinə aydınlıq gətirmişdir. 23 iyun 2023-cü ¡1 tarixindən etibarən "İnteqral” QSC ilə "Ventto Electronics” MMC arasında uzunmüddətli sıx əməkdaşlığın davam etdirilməsini və biznes tərəfdaşlığının inkişafını barışıq sazişi ilə təsdiqləyir 1.1.2İddiaçı hazırkı saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək: 1.1.3 Hissə hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək: 01 İyul 2023-cü il tarixədək- 20000 manat, qalıq borc- 96291.92 01 Avqust 2023-cü il tarixədək-20000 manat, qalıq borc- 76291.92 01 Sentyabr 2023-cü il tarixədək- 20000 manat, qalıq borc- 56291.92 01 Oktyabr 2023-cü il tarixədək-20000 manat, qalıq borc 36291.92 01 Noyabr 2023-cü il tarixədək- 20000 manat, qalıq borc-16291.92 01 Dekabr 2023-cü il tarixədək-16291.92 manat, qalıq borc-0 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" QSC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-2796/2023 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar