Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2801/2020 07.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı iddiaçılar İddiaçı və digərlərinin cavabdeh X1rşı vəsaitlərin qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı və digərləri cavabdeh X1rşı Azərbaycan Respublikası MPM-nin 26.1-ci, 26.2.1-ci, 275.1- ci, 275.2-ci, 152.4-cü və Azərbaycan Respublikası İPM-nin 2.2.3cü, 37-ci, 45 və 46-cı, MPM-nin maddələrinə əsasən icraata qəbul edilməsi, həmin Məcəllənin 68-ci maddəsinə və Ləğv prosesində olan "" KB ilə bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli müqaviləyə, həmçinin tələbin qeydə alınması barədə bankın reyestrinə və əlavə edilmiş digər sənədlərə əsasən Ləğvedici təyin edilmiş X3 tərəfindən vəsaitlərin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna edilmiş və xx xxxxxx 2013-cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən məhkəmyə iddia ərizəsi verilərkən iddia qiyməti 500 manatadək olduqda 20 manat, iddia qiyməti 500 manatdan çox olduqda isə 30 manat məbəğlində dövlət rüsumu ödənilməlidir. Məhkəməyə təqdim olunmuş ərizədən müəyyən olunur ki, iddiaçıların geri qaytarılmasını istədiyi vəsaitin məbləği 500 manatdan artıqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsinin forma və məzmunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsində konkret sadalanmışdır. Həmin maddəyə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İş materiallarından müəyyən olunur ki, hazırkı iddia ərizəsinin məhkəməyə elektron qaydada iddia icraatı qaydasında verilməsinə baxmayaraq, iddia ərizəsində kreditorlar və borclu qeydi edilərək, iddia tələbində ərizənin əmr icraatına dair normalar əsasında icraata qəbul olunması xahiş olunmuş, eyni zamanda iddia tələbində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin normalarına istinad olunmuşdur. Ona görə də məhkəmə qeyd edir ki, ilkin olaraq iddiaçılar hansı məhkəməyə - inzibati və ya kommersiya məhkəməsinə müraciət etmək istədiklərini və etməli olduqlarını dəqiqləşdirməlidir. Daha sonra hazırkı məhkəməyə müraciət edilərsə, hansı icraat qaydasında məhkəməyə müraciət etdiklərini aydınlaşdırmalı, əgər ərizə əmr icraatı qaydasında verilirsə, ərizənin forma və məzmununa dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278-ci maddəsinin tələblərinə, iddia icraatı qaydasında verilirsə, 149-cu maddənin tələblərinə əməl edilməlidir. Cavabdehə qarşı yönələn tələb aydın və konkret olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməməsi, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin verilməsi zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən tələblərinə riayət edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçılar İddiaçı və digərlərinin cavabdeh X1rşı vəsaitin qaytarılması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 20 manat dövlət rüsumu geri qaytarılsın. İzah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2801/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2801/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver