Məhkəmə qərarları › İş №e-2-2(113)-2824/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2824/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2824/2024 25.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, faiz borcu, dəbbə pulu, ipoteka müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Əzizov Vüqar Adil oğluna qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli NSBK-728 saylı Kredit müqaviləsi üzrə əsas borca görə 26240,53 manat, faiz borcuna görə 3193,46 manat, cərimə borcuna görə 1307,64 manat olmaqla borcun cəmi məbləğində 30741,63 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 183 manat məbləğində pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,90 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2022-ci il tarixli NSBK-728 saylı kredit müqaviləsi üzrə cəmi 30741,63 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 183 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; 3. İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli NSBK-728 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli NSBK-728 saylı Kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli NSBK-728 saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh2 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi: Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2022ci il tarixli, NSBK-728 saylızaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.” Maliyyə arayışına əsasən cavabdehlər Cavabdeh2nın xx.xx.2022-ci il tarixli NSBK-728 saylı Kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 26240,53 manat, faiz borcuna görə 3193,46 manat, cərimə borcuna görə 1307,64 manat olmaqla borcun cəmi məbləğində 30741,63 manat pul təşkil edir. xx.xx.2022-ci il tarixli NSBK-728 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,90 kv.metr olan fərdi yaşayış evini İddiaçı ASC qarşısında xx.xx.2022-ci il tarixli İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli NSBK-728 saylı kredit müqaviləsinin 4.3.5-ci bəndinə əsasən, “Borc alan bu Müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyin ən azı bir dəfə pozduqda), habelə bu Müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Kreditor bu Müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Borcalandan tələb edə bilər

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli NSBK-728 saylı Kredit müqaviləsi üzrə əsas borca görə 0 manat, faiz borcuna görə 4494,16 manat, cərimə borcuna görə 2764,4 manat olmaqla borcun cəmi məbləğində 7258,56 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanmda DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 183 manat məbləğində pulun tutulması Tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 46,90 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakm hərracda satılması və onun satışmdan əldə olunmuş pul vəsaiti hesabma cavabdehlər Cavabdeh2 TARİYE oğlunun xx.xx.2022-ci il tarixli NSBK-728 saylı kredit müqaviləsi üzrə cəmi 7258,56 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 183 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan ci il tarixli NSBK-728 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NSBK-728 saylı kredit verilməsinə dair razılaşmaya əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərinin artırılması məqsədilə 50000 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmğı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir.

11. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 17% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 21% təşkil edir.

12. Müqavilənin 2.13.1-ci borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən ödənilməmiş məbləğin 1 faizi gecikmənin birinci günündən başlayaraq cərimə hesablanır.

13. Müqavilənin 6.1-ci maddəsinə əsasən borc alanla borc verən arasında imzalanmış Baş Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsidir və bu müqavilə üzrə Borc alanın öhdəliklərinin icrasının təminatı Baş kredit müqaviləsi üzrə təminat qismində rəsmiləşdirilmiş təminatlardan ibarətdir.

14. Müqavilənin 6.2-ci bəndinə əsasə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənşi gecikdirirsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu ödəməlidir.

15. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NSBK-728 saylı zaminlik müqaviləsinə əsasən zamin borc verənin qarşısında borc alanın öz öhdəlikərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borc alan zaminlik təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən qarşısında birgə məsuliyyət daşıyırlar.

16. İddiaçı-Bank ilə ipoteka qoyan – Cavabdeh2 arasında bağlanmış NSBK-728 saylı xx.xx.2022-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NSBK-728 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

17. ƏMDX DƏDDKRPH xx.xx.2020-ci il tarixli çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları Cavabdeh2 oğunun adına qeydiyyat alınmış və xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

18. 13.09.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 oğunun xx.xx.2024cü il tarixə əsas borcu 1740,53 manat, faiz borcu 4514,27 manat olmaqla, cərimə borcu 2764,4 manat olmaqla cəmi 9019,2 manat borcu vardır.

19. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli NSBK-728 saylı Kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli NSBK-728 saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh2 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi: Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2022ci il tarixli, NSBK-728 saylı zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçının maliyyə arayışına əsasən Cavabdeh2 oğunun xx.xx.2024-cü il tarixə əsas borcu 1740,53 manat, faiz borcu 4514,27 manat olmaqla, cərimə borcu 2764,4 manat olmaqla cəmi 9019,2 manat borcu vardır. Daha sonra iddiaçı iddia tələbini azaldaraq cavabdehlərdən faiz borcuna görə 4494,16 manat, cərimə borcuna görə 2764,4 manat olmaqla borcun cəmi məbləğində 7258,56 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanmda DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 183 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.

22. İddianın kredit müqavilələri üzrə borcun tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

28. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

29. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

30. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

31. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

32. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

33. İlk olaraq məhkəmə müqavilə üzrə yaranmış faiz borc məbləğinin hansı tarixə əsasən müəyyən edilərək tələb edilməsinə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.

34. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

35. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə ilkin olaraq xx.xx.2024-cü il tarixli xəbərdarlıq məkubu xx.xx.2024-cü il tarixində e-kargüzarlıq qaydasında çatdırılmışdır. Və həmin məktubda bütün borcun ödənişini deyil, yalnız gecikdirilmiş borcun ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman yuxarıda qeyd olunan AR KM Plennum Qərarına əsasən iradə ifadəsini tam formalaşdırıb irəli sürərək, artıq bütün borcu (əsas və müqavilə üzrə faiz) tələb etdiyi üçün hazırki iş üzrə iddia tələbinin artırılması barədə ərizədə göstərilən tarixə deyil, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixə mövcüd borc cavabdehlərdən tutulmalıdır.

36. Bundan başqa məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/4573 saylı rəyində cavabdehin xx.xx.2024-cü il (ilk xəbərdarlıq məktubunun cavabdehə çatdırıldığı tarixinə) borcu əsas borc - 26461,09 manat, faiz borcu 2589,70 manat, xx.xx.2024-cü il tarixinə (iddia ərizəsinin tarixinə) borcu əsas borc 24461,09 manat, faiz borcu 2771,47 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışının verildiyi tarixə) əsas borc 24461,09 manat, faiz borcu 3014,04 manat və xx.xx.2024-cü il tarixə (sonuncu ödənişin aparıldığı tarixə) əsas borc 11961,09 manat və faiz borcu 3436,20 manat müəyyən edilmişdir.

37. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində (iddianın məhkəməyə verildiyi tarixə) iddia etdiyi faiz borcu ekspert rəyində göstərilən məbləğdən çox olduğu üçün, ekspert rəyində qeyd olunan 2771,47 manat məbləğində müəyyən edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

39. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

40. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 1307,64 manat və sonradan tələbini artıraraq 2764,4 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

41. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

42. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

43. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (ekspert rəyinə əsasən iddianın məhkəməyə verildiyi tarixə - 24461,09 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 2764,4 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1223 manat məbləğində müəyyən edilməlidir.

44. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür.

45. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı- Bank ilə ipoteka qoyan – Cavabdeh2 arasında bağlanmış NSBK-728 saylı xx.xx.2022-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NSBK-728 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

46. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

47. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

48. “İpoteka haqqında” Qanunun:

49. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

50. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

51. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

52. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

53. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

54. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

55. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

56. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

57. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,90 kv.metr olan fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalıdır.

58. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

59. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.

60. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-134-1/2024 saylı rəyində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,90 kv.metr olan fərdi yaşayış evinin real bazar qiyməti 150000 manat və likvid qiyməti isə 133000 manat manat dəyərində olması müəyyən edilmişdir.

61. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,90 kv.metr olan fərdi yaşayış evinin likvid dəyərinin 133000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.

63. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə üzrə iddiaçı tərəflərindən ödənilmiş 183 manat dövlət rüsumu və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün 51 manat rüsumun qarşı tərəfdən tutulmasını xahiş edir.

64. MPM-in:

65. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

66. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

67. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

68. Qeyd edilənlərə əsasən məhkəmə iddianın təmin edilmiş məbləğində mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınmaqla) hesab edir ki, 60 manat dövlət rüsumunun əvəzi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 51 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli NSBK-728 saylı kredit müqaviləsi üzrə 2771,47 manat faiz borcu, 1223 manat dəbbə pulu, ipoteka bildirişinin qeydə alınması üçün rüsumun əvəzi olaraq 51 manat və dövlət rüsumunun əvəzi olaraq 60 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,90 kv.metr olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 133.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulsun. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar