Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2843/2023 17.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, vəkil xərci, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14612,91 manat məbləğində müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış borcun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat xərcin, vəkilə ödənilmiş 220 manat məbləğində xidmət haqqının və "xxxx" MMC-yə ödənilməli 2587 manat məbləğində xidmət haqqının, ümumilikdə 17619,91 manat məbləğində pul vəsaitinin ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh MMC-dən İddiaçı MMc-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə SS19/17 nömrəli, xx.xx.2021-ci il tarixdə SS21/69 nömrəli, xx.xx.2022-ci il tarixdə isə SS22/11 nömrəli xidmət müqavilələri imzalanmışdır. Həmin müqavilələrin predmetinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin xeyrinə yanğından mühafizə sistemlərinə texniki xidmət göstərilməli, yanğından mühafizəsiqnalizasiya sistemləri quraşdırılmalı və yanğın əleyhinə sistemlərə texniki baxışı keçirilməli, Cavabdeh MMC tərəfindən isə bunun müqabilində İddiaçı MMC-yə qeyd edilən müqavilələrdə nəzərdə tutulmuş təhvil-təslim sənədlərinə əsasən müvafiq xidmət haqqı ödənilməli idi. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim olunmuş xidmətlər müqabilində xx.xx.2023-cü il tarixinədək əsas məbləği 11982,58 manat, ƏDV məbləği 2630,32 manat, cəmi 14,612.91 manat təşkil edən borc məbləği yığılmış və Cavabdeh MMC-yə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq heç bir üzrlü səbəb göstərilmədən ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu göndərilmiş, məktuba Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli cavabda 14,612.91 manat borc məbləğinin şirkətinin paylarının alqı-satqısı prosesi bitdikdən sonra ödəniləcəyi bildirilmişdir. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. İddiaçı MMCilə Cavabdeh MMC arasında imzalanmış xidmət müqavilələrinin sifarişçi tərəfindən birtərəfli qaydada ləğv edilməsi üçün nə müqavilədə, nə də Mülki Məcəllədə hər hansı qayda nəzərdə tutulmamışdır. Bununla əlaqədar ilkin mediasiya prosesində iştirak üçün İddiaçı MMC tərəfindən CavabdehMMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin təyin olunmuş vaxtda mediasiya sessiyasına İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi gəlməsinə baxmayaraq Cavabdeh MMC-nin heç bir məsul şəxsi gəlməmişdir. Bundan əlavə İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 001/23-KNTS-SS nömrəli xidmət müqaviləsi bağlanılmış, həmin müqaviləyə 1 nömrəli Əlavəyə əsasən İcraçı tərəfindən Sifarişçiyə Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 001/23-KNTS-SS nömrəli xidmət müqaviləsi üzrə əlavə təqdim edilən Cavabdeh MMC ilə bağlanmış müqavilə öhdəliklərinin icra edilməməsindən yaranan mübahisənin mediasiya və məhkəmədə həlli istiqamətində, eyni zamanda İddiaçı MMC-nin xeyrinə qətnamə qəbul edildikdən sonra həmin qətnamənin icrası istiqamətində görülən xidmətlərə görə 2587 manat məbləğində əlavə xidmət haqqı İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunan xidmət müqaviləsini bağlamaq zərurəti Cavabdeh MMC ilə müqavilə öhdəliklərinin icra edilməməsinə dair mübahisə ilə bağlı yarandığından əsas iddia tələbindən əlavə 2587 manat məbləğində pul vəsaiti də Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
3. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək SS19/17 nömrəli, xx.xx.2019-ci il tarixli müqavilə üzrə 3268 manat, SS21/69 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 336,3 manat, SS22/11 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 11.008,61 manat, cəmi 14,612.91 manat məbləğində müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış borcun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat xərcin, vəkilə ödənilmiş 220 manat məbləğində xidmət haqqının və "xxxx" MMC-yə ödənilməli 2587 manat məbləğində xidmət haqqının, ümumilikdə 17,619.91 manat məbləğində pul vəsaitinin ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddia ərizəsini tərtib edib məhkəməyə verilməsi vəkil kimi onun tərəfidən həyata keçirilmiş, İddiaçı MMC ilə "xxxx" MMC arasında olan razılığa əsasən "xxxx" MMC qəbul edilən qətnamənin icrası mərhələsində xidmətlər göstərəcəkdir. Və bugünə kimi iddiaçı tərəfinən "xxxx" MMC-yə hələ heç bir ödəniş edilməmişdir. Tələb etdikləri 2587 manat məbləğində xidmət haqqı "xxxx" MMC-yə gələcəkdə qətnamənin icrası xidmətinə görə ödənilməli olan məbləğdir.
5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçi ilə Cavabdeh MMC arasında bağlanmış 19 iyun 2019-cu il tarixli, SS19/17 saylı müqaviləyə əsasən:
9. 1.Müqavilənin pedmeti
10. Həmin müqavilənin 1.1.-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişinə uyğun olaraq onun obyektlərində mövcud olan yanğından mühafizə sistemlərinə texniki xidmət göstərir, sistemin sazlığını yoxlayır, xarab olmuş hissələri yenisi ilə əvəz edir və sistemlərin baxışı haqqında sifarişçiyə akt əsasında təhvil verilir.
11. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən göstərilən xidmətlərin dəyəri təqdim olunan hesab-faktura və elektron qaimə faktura əsasında müəyyən olunacaq.
12. 2.Tərəflərin məsuliyyəti
13. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icraçı:
14. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən icraçı sifariş verildiyi tarixdən işlərin icrasına başlayır və müəyyən olunmuş vaxt ərzində işləri sifarişçiyə təhvil verir.
15. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən işlər təhvil verildikdən sonra təhviltəslim sənədləri (servis aktı və elektron qaimə-faktura) təqdim edilməlidir.
16. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi:
17. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən sifarişçi görülmüş işləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edir.
18. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən sifarişçi yerinə yetirilmiş işlərin dəyərini 3.2-ci bəndə əsasən ödəməyi öz üzərinə götürür.
19. 3.Ödəniş şərtləri
20. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş icraçının bankdakı hesabına köçürmə yolu ilə və ya nağd şəkildə Azərbaycan manatı ilə ödənilir.
21. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçiyə hesab faktura təqdim edildikdən 15 iş günü ərzində ödənməlidir.
22. İşdə olan 08 iyun 2020-ci il tarixli akta əsasən Bakı şəhəri, 28 Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə 1 ədəd mərkəzi idarəetmə paneli, 2 ədəd modul, 2 xəbərverici düymə, 3 ədəd sirenə, 2 ədəd enerji bəsləyici kabellər və s. teniki baxış keçirildiyi və 14 ədəd dedektorların təmizləndiyi, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu və hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
23. 08 iyun 2020-ci il tarixli akta əsasən Bakı şəhəri, Gənclik Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə 1 ədəd modul, 2 xəbərverici düymə, 3 ədəd sirenə, 2 ədəd enerji bəsləyici kabellər və s. teniki baxış keçirildiyi və 11 ədəd dedektorların təmizləndiyi, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu və hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
24. İşə əlavə edilmiş 09 iyun 2020-ci il tarixli EBAK seriyalı, 899572 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixli, SS19/17 saylı müqavilə üzrə 1062 manat dəyərində xidmət göstərilmişdir.
25. İş materiallarında olan 25 sentyabr 2020-ci il tarixli akta əsasən Bakı şəhəri, 28 Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərvericisiqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
26. 25 sentyabr 2020-ci il tarixli akta əsasən Bakı şəhəri, Gənclik Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
27. 25 sentyabr 2020-ci il tarixli EBAQ seriyalı, 473794 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixli, SS19/17 saylı müqavilə üzrə 1062 manat dəyərində xidmət göstərilmişdir.
28. 03 iyun 2021-ci il tarixli akta əsasən Bakı şəhəri, Nərimanov rayonu Gənclik Mallda yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərvericisiqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
29. 03 iyun 2021-ci il tarixli akta əsasən Bakı şəhəri, Nəsimi rayonu 28 Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərvericisiqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
30. 03 iyun 2021-ci il tarixli akta əsasən Bakı şəhəri, Nərimanov rayonu Gənclik Mallda yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərvericisiqnalizasiya sistemində yararsız halda olan avadanlıqlar (1 ədəd akkumlyator) yenisi ilə əvəz olunduğu və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
31. 04 iyun 2021-ci il tarixli EBBC seriyalı, 765752 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixli, SS19/17 saylı müqavilə üzrə 1144,50 manat dəyərində xidmət göstərilmişdir.
32. İddiaçi ilə Cavabdeh MMC arasında bağlanmış 09 dekabr 2021-ci il tarixli, SS21/69 saylı müqaviləyə əsasən:
33. 1.Müqavilənin pedmeti
34. Həmin müqavilənin 1.1.-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişinə uyğun olaraq onun obyektlərində mövcud olan yanğından mühafizə-siqnalizasiya, avtomatik sulu söndürmə, mtbəx söndürmə sistemlərinin quraşdırılması və yanğınsöndürmə balonlarının təmiri, doldurulması və satışı işlərini görür və sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verir.
35. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən görülən işlər üzrə daha ətraflı məlumat və qiymətlər müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə öz əksini tapacaqdır.
36. 2.Tərəflərin məsuliyyəti
37. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icraçı:
38. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən icraçı sifariş verildiyi tarixdən işlərin icrasına başlayır və müəyyən olunmuş vaxt ərzində işləri sifarişçiyə təhvil verir.
39. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən işlər təhvil verildikdən sonra təhviltəslim sənədləri (təhvil-təslim aktı, hesab faktura və elektron qaimə-faktura) təqdim edilməlidir.
40. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi:
41. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən sifarişçi görülmüş işləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edir.
42. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən sistemlərdə hər hansı bir nasazlıq aşkar olunarsa, icraçıya bu barədə 1 gün ərzində məlumat verir.
43. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən sifarişçi yerinə yetirilmiş işlərin dəyərini 3.2-ci bəndə əsasən ödəməyi öz üzərinə götürür.
44. 3.Ödəniş şərtləri
45. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş icraçının bankdakı hesabına köçürmə yolu ilə Azərbaycan manatı ilə ödənilir.
46. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən məbləğin 50%-i işlər başlamazdan öncə avans olaraq 3 iş günü ərzində ödəniləcəkdir. İşlərin 50%-i bitdikdən sonra məbləğin 30%-i 3 iş günü ərzində və qalıq 20%-i isə işlər təhvil verildikdən sonra təhvil-təslim səədlərinə və hesab fkturaya əsasən 3 iş günü ərində ödəniləcəkdir.
47. Sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli SS21/69 saylı müqaviləyə əsasən 01 nömrəli 09 dekabr 2021-ci il tarixli əlavə cədvəldə qeyd olunan xidmətlə üzrə imzalanmışdır. Cədvəldə qeyd olunan işlər Bakı şəhəri, Dəni Mall-da yerləşən Burger King obyektində icra olunacaqdır. Xidmətin dəyəri ƏDV daxil 2006 manat müəyyən edilmişdir.
48. Sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli SS21/69 saylı müqaviləyə əsasən 02 nömrəli 23 sentyabr 2022-ci il tarixli əlavə cədvəldə qeyd olunan xidmətlə üzrə imzalanmışdır. Cədvəldə qeyd olunan işlər üzrə götəriləcək xidmətin dəyəri ƏDV daxil 283 manat müəyyən edilmişdir.
49. Sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli SS21/69 saylı müqaviləyə əsasən 03 nömrəli 26 sentyabr 2022-ci il tarixli əlavə cədvəldə qeyd olunan xidmətlə üzrə imzalanmışdır. Cədvəldə qeyd olunan işlər üzrə götəriləcək xidmətin dəyəri ƏDV daxil 53,10 manat müəyyən edilmişdir.
50. 29 sentyabr 2022-ci il tarixli EBCG seriyalı, 062378 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixli, SS21/69 saylı müqavilənin xx.xx.2022-ci il tarixli 02 saylı əlavəsi üzrə 283,20 manat dəyərində xidmət göstərilmişdir.
51. 06 oktyabr 2022-ci il tarixli EBCG seriyalı, 687363 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixli, SS21/69 saylı müqavilənin xx.xx.2022-ci il tarixli 03 saylı əlavəsi üzrə 53,10 manat dəyərində xidmət göstərilmişdir.
52. İddiaçi ilə Cavabdeh MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, SS22/11 saylı müqaviləyə əsasən:
53. 1.Müqavilənin pedmeti
54. Həmin müqavilənin 1.1.-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişinə uyğun olaraq onun obyektlərində mövcud olan yanğın əleyhinə sistemlərin texniki baxışını həyata keçirir və sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verir.
55. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən görülən işlər üzrə daha ətraflı məlumat və qiymətlər təqdim edilən hesab fakturaya və elektron qaiməyə əsasən müəyyənləşdirilir.
56. 2.Tərəflərin məsuliyyəti
57. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icraçı:
58. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən icraçı sifariş verildiyi tarixdən işlərin icrasına başlayır və müəyyən olunmuş vaxt ərzində işləri sifarişçiyə təhvil verir.
59. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən işlər təhvil verildikdən sonra təhviltəslim sənədləri (servis aktı, hesab faktura və elektron qaimə-faktura) təqdim edilməlidir.
60. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi:
61. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən sifarişçi görülmüş işləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edir.
62. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən sistemlərdə hər hansı bir nasazlıq aşkar olunarsa, icraçıya bu barədə 1 gün ərzində məlumat verir.
63. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən sifarişçi yerinə yetirilmiş işlərin dəyərini 3.2-ci bəndə əsasən ödəməyi öz üzərinə götürür.
64. 3.Ödəniş şərtləri
65. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş icraçının bankdakı hesabına köçürmə yolu ilə Azərbaycan manatı ilə ödənilir.
66. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən işlərə bitdikdən sonra işlərin 100%-i təhvil-təslim sənədlərinə əsasən 15 iş günü ərzində ödəniləcəkdir.
67. 13 aprel 2022-ci il tarixli EBBU seriyalı, 453868 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, SS22/11 saylı müqavilə üzrə 1534 manat dəyərində xidmət göstərilmişdir.
68. 19 aprel 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, 28 Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, mall-un paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
69. 19 aprel 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Dəniz Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, mall-un paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
70. 19 aprel 2022-ci il tarixli EBBU seriyalı, 801771 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, SS22/11 saylı müqavilə üzrə 1062 manat dəyərində xidmət göstərilmişdir.
71. 29 iyun 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Park Bulvarda yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, mall-un paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
72. 29 iyun 2022-ci il tarixli EBBZ seriyalı, 125173 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, SS22/11 saylı müqavilə üzrə 826 manat dəyərində xidmət göstərilmişdir.
73. 15 iyul 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, 28 Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış Mətbəx (davlumbaz) söndürmə sisteminə texniki baxış keçirildiyi, siqnalizasiya paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
74. 15 iyul 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Gənclik Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış Mətbəx (davlumbaz) söndürmə sisteminə texniki baxış keçirildiyi, siqnalizasiya paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
75. 15 iyul 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Gənclik Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, mall-un paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
76. 16 iyul 2022-ci il tarixli EBCA seriyalı, 119549 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, SS22/11 saylı müqavilə üzrə 1652 manat dəyərində xidmət göstərilmişdir.
77. 19 iyul 2022-ci il tarixli EBCH seriyalı, 325926 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, SS22/11 saylı müqavilə üzrə 826 manat dəyərində xidmət göstərilmişdir.
78. 20 iyul 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Dəniz Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, mall-un paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
79. 20 iyul 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Dəniz Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış Mətbəx (davlumbaz) söndürmə sisteminə texniki baxış keçirildiyi, siqnalizasiya paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
80. 06 oktyabr 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Gənclik Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış Mətbəx (davlumbaz) söndürmə sisteminə texniki baxış keçirildiyi, siqnalizasiya paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
81. 06 oktyabr 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Gənclik Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, mall-un paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
82. 06 oktyabr 2022-ci il tarixli EBCG seriyalı, 687940 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, SS22/11 saylı müqavilə üzrə 826 manat dəyərində xidmət göstərilmişdir.
83. 13 oktyabr 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Dəniz Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, mall-un paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
84. 13 oktyabr 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Dəniz Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış Mətbəx (davlumbaz) söndürmə sisteminə texniki baxış keçirildiyi, siqnalizasiya paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
85. 16 oktyabr 2022-ci il tarixli EBCH seriyalı, 282748 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, SS22/11 saylı müqavilə üzrə 826 manat dəyərində xidmət göstərilmişdir.
86. 19 oktyabr 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, 28 Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış Mətbəx (davlumbaz) söndürmə sisteminə texniki baxış keçirildiyi, siqnalizasiya paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
87. 19 oktyabr 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, 28 Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, mall-un paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
88. 19 oktyabr 2022-ci il tarixli EBCH seriyalı, 529908 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, SS22/11 saylı müqavilə üzrə 826 manat dəyərində xidmət göstərilmişdir.
89. 27 oktyabr 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Park Bulvarda yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış Mətbəx (davlumbaz) söndürmə sisteminə texniki baxış keçirildiyi, siqnalizasiya paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
90. 27 oktyabr 2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Park Bulvarda yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, mall-un paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
91. 31 oktyabr 2022-ci il tarixli EBCİ seriyalı, 197194 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, SS22/11 saylı müqavilə üzrə 826 manat dəyərində xidmət göstərilmişdir.
92. 09 yanvar 2023-cü il tarixli akta əsasən Bakı şəhəri, Gənclik Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış Mətbəx (davlumbaz) söndürmə sisteminə texniki baxış keçirildiyi, siqnalizasiya paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
93. 09 yanvar 2023-cü il tarixli akta əsasən Bakı şəhəri, Gənclik Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, mall-un paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
94. 16 yanvar 2023-cü il tarixli EBCN seriyalı, 067275 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, SS22/11 saylı müqavilə üzrə 826 manat dəyərində xidmət göstərilmişdir.
95. 16 yanvar 2023-cü il tarixli akta əsasən Bakı şəhəri, 28 Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış Mətbəx (davlumbaz) söndürmə sisteminə texniki baxış keçirildiyi, siqnalizasiya paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
96. 16 yanvar 2023-cü il tarixli akta əsasən Bakı şəhəri, 28 Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, mall-un paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
97. 17 yanvar 2023-cü il tarixli EBCN seriyalı, 125756 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, SS22/11 saylı müqavilə üzrə 826 manat dəyərində xidmət göstərilmişdir.
98. 19 yanvar 2023-cü il tarixli akta əsasən Bakı şəhəri, Dəniz Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, mall-un paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
99. 19 yanvar 2023-cü il tarixli akta əsasən Bakı şəhəri, Dəniz Mall-da yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış Mətbəx (davlumbaz) söndürmə sisteminə texniki baxış keçirildiyi, siqnalizasiya paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
100. 23 yanvar 2023-cü il tarixli EBCN seriyalı, 382956 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, SS22/11 saylı müqavilə üzrə 826 manat dəyərində xidmət göstərilmişdir.
101. 26 yanvar 2023-cü il tarixli akta əsasən Bakı şəhəri, Park Bulvarda yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış Mətbəx (davlumbaz) söndürmə sisteminə texniki baxış keçirildiyi, siqnalizasiya paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
102. 26 yanvar 2023-cü il tarixli akta əsasən Bakı şəhəri, Park Bulvarda yerləşən Burger King obyektində əvvəlcədən quraşdırılmış yanğın xəbərverici-siqnalizasiya sisteminə texniki baxış keçirildiyi, dedektorların təmizləndiyi, mall-un paneli ilə inteqrasiya yoxlanıldığı, servis olunmuş sistemin mövcud normalara uyğun olduğu, hal-hazırda işlək vəziyyətdə olduğu, sifarişçiyə yanğın xəbərverici-siqnalizasiya sisteminin iş prinsipi haqqında məlumat verildiyi qeyd olunmuş və akt həm iddiaçı, həm də cavabdeh tərəfin səlahiyyətli şəxslərinin imzası ilə imzalanmış və möhürlənmişdir.
103. 27 yanvar 2023-cü il tarixli EBCN seriyalı, 756168 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli, SS22/11 saylı müqavilə üzrə 826 manat dəyərində xidmət göstərilmişdir.
104. İddiaçı MMC ilə Kanatis MMC arasındakı 01 mart 2023-cü il tarixli 001/23- KNTS-SS nömrəli xidmət müqaviləsinə xx.xx.2023-cü il tarixli 1 saylı əlavəyənin 1-ci bəndinə əsasən icraçı tərəfinən sifarişçiyə tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 001/23-KNTS-SS nömrəli xidmət müqaviləsi üzrə əlavə təqdim edilən Cavabdeh MMC ilə bağlanmış müqavilə öhdəliklərinin icra edilməməsindən yaranan mübahisənin mediasiya və məhkəmədə həlli istiqamətində, eyni zamanda İddiaçı MMC-nin xeyrinə qətnamə qəbul edildikdən sonra həmin qətnamənin icrası istiqamətində görülən xidmətlərə görə razılaşdırılmış məbləğdə əlavə xidmət haqqı sifarişçi tərəfindən icraçıya ödəniləcək və tərəflər razılaşır ki, bu xidmət haqqına mediasiya prosesində iştirak üçün ödənilən rüsum, iddianın məhkəməyə verilməsinə görə ödənilən rüsum, vəkil orderi alınmasına görə ödənilən məbləğ daxil deyil. Xidmət haqqı 2192 manat, ƏDV-18% olmaqla 395 manat və yekun məbləğin 2587 manat olması razılaşdırılmışdır.
105. İddiaçı MMC ilə “De Fendo” Vəkil bürosu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 65 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraicət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür.
106. İşdə olan 01 mart 2023-cü il tarixli, BD3 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün “De Fendo” Vəkil bürosuna 220 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
107. Cavabdeh MMC-nin İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, Smart-Pxx/xx/2023 nömrəli pretenziya məktubuna ünvanlanmış 30 mart 2023-cü il tarixli cavab məktubunda MMC-nin üzləşdiyi maliyyə çətinliyindən fəaliyyəti dayandırıldığı, yaranmış vəziyyətdən çıxış yolu kimi təsisçilər tərəfindən şirkətin paylarının satılması qərarı verildiyi,uzun müddətli danışıqlardan sonra, təsisçilərlə şirkətin paylarının potensial alıcısı arasında şifahi razılıq əldə edildiyi və alqı-satqı prosesinə başlanılmasına qərar verildiyi, əldə olunan razılığıa əsasən, yeni gələn təsisçinin şirkətin bütün cari borclarını bağlamaq öhdəliyini üzərinə götürdüyü və Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan cəmi 14612,91 manat borcun tam şəkildə ödənilməsini şirkətin paylarının alqı-satqı prosesi bitəndən sonra təmin ediləcəyi qeyd olunmuşdur.
108. Cavabdeh MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış 10 iyun 2023-cü il tarixli, 10/06-23 saylı məktubunda iddiaçı ilə aralarında bağlanmış SS19/17 nömrəli, xx.xx.2019-ci il tarixli, SS21/69 nömrəli, xx.xx.2021-ci il tarixli və SS22/11 nömrəli, xx.xx.2022-ci il tarixli 3 xidmət müqavilələri üzrə yaranmış cəmi 14612,91 manat borcu tanıdıqlarını, şirkətin maliyyə vəziyyətinin çətin olduğuna görə fəaliyyəti artıq bir neçə aydır ki, dayandırıldığını, yaranmış borcun iki ay müddətinə ödənilmsinin üzərlərinə götürdüklərini və buna görə iki ay vaxt verilməsini xahiş etmişlər.
109. Məhkəmə iddiaçının nümayəndəsinn izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
110. Məhkəmə ilk olaraq iddiaçının əsas borca münasibətdə hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.
111. Belə ki, İddiaçı MMC Cavabdeh MMC ilə aralarında xx.xx.2019-cu il tarixdə SS19/17 nömrəli, xx.xx.2021-ci il tarixdə SS21/69 nömrəli, xx.xx.2022-ci il tarixdə isə SS22/11 nömrəli xidmət müqavilələri imzalandığını, həmin müqavilələrin predmetinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin xeyrinə yanğından mühafizə sistemlərinə texniki xidmət göstərilməli, yanğından mühafizə-siqnalizasiya sistemləri quraşdırılmalı və yanğın əleyhinə sistemlərə texniki baxışı keçirilməli, Cavabdeh MMC tərəfindən isə bunun müqabilində İddiaçı MMC-ə qeyd edilən müqavilələrdə nəzərdə tutulmuş təhvil-təslim sənədlərinə əsasən ödənilməli müvafiq xidmət haqqı xx.xx.2023-cü il tarixinədək əsas məbləği 11982,58 manat, ƏDV məbləği 2630,32 manat olmaqla cəmi 14,612.91 manat təşkil edən borc məbləği yığıldığını, həmin məbləğin təsdiq edən aktlar və elektron qaimələr iş materiallarına əlavə edilmişdir. Eyni zamanda borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu göndərilmiş, məktuba Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavabda 14,612.91 manat borc məbləğinin olmasını etiraf etmiş və cavabdeh şirkətinin paylarının alqı-satqısı prosesi bitdikdən sonra ödəniləcəyi bildirilmişdir.
112. Eyni zamanda məhkəmə iddiaçının ilkin tələbinə dair tətbiq edilməli olan maddi hüquq normasının müddalarına da istinad olunmasını qanunauyğun hesab edir
113. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
114. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
115. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
116. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
117. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildiyi kimi, cavabdeh iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilələrindən irəli gəlir. Cavabdeh öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
118. Bundan başqa məhkəmə iddia tələbinin digər hissəsi olan "xxxx" MMC-yə ödənilməli olan 2587 manat məbləğində xidmət haqqında münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz.
119. İddiaçı həmin tələbin əsası kimi iş materiallarına "xxxx" MMC ilə aralarında bağlandığı müqaviləni əlavə etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia ərizəsini tərtib edib iddia ərizəsinin məhkəməyə verilməsi vəkil kimi onun tərəfidən həyata keçirilmişdir, İddiaçı MMC ilə "xxxx" MMC arasında olan razılığa əsasən "xxxx" MMC qəbul edilən qətnamənin yalnız icrası mərhələsində xidmətlər göstərəcək və bugünə kimi "xxxx" MMC-yə heç bir xidmət haqqı ödənilməmişdir.
120. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəfindən adıçəkilən MMC-yə hər hansı ödəniş edilməmiş, sadəcə qətnamənin icrası mərhələsində ona göstəriləcək hüquqi xidmətlərə görə 2587 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən gələcəkdə çəkilməsi nəzərdə tutulan və mövcud olmayan xərcin hazırkı məhkəmə qətnaməsi ilə cavabdehdən tutulması qanunauyğun hesab edilə bilməz.
121. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
122. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
123. Digər tərəfdən MPM-in:
124. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
125. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
126. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
127. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
128. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
129. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
130. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
131. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 220 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
V. Nəticə:
132. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən SS19/17 nömrəli xx.xx.2019-cü il tarixli müqavilə üzrə - 3268 manat, SS21/69 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə üzrə 336,3 manat, SS22/11 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə üzrə - 11008,61 manat, cəmi 14.612,91 (on dörd min altı yüz on iki manat 91 qəpik) manat borc məbləği, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat, vəkil xərcinin əvəzi olaraq 220 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova