Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2860/2024 21.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, podrat müqaviləsi, icarə müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı Xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə 40.200 AZN, kredit müqaviləsi yaranmış və tərəflərindən ödənmiş faiz borcuna görə 45.780 AZN, İcarə müqavilələri üzrə ödənilməmiş 30.000 AZN, alqı-satqı müqaviləsi üzrə 59.600 AZN, müqavilənin icra edilməsi üçün iddiaçı tərəfindən əlavə olaraq alınmış mallara görə 142.000 AZN olmaqla yaranmış 308488 AZN əsas borc və 9091 AZN ƏDV borcu və gecikdirilmiş bir illik müddətə görə 15424.4 AZN faiz borcunun, ümumilikdə 333.003,4 AZN borc məbləğinin Cavabdeh MMC -dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) ilə arasında xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı Xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı (İddiaçı MMC) Sifarişçinin (Cavabdeh MMC ) təsdiq etdiyi sifarişlər əsasında xidmət göstərməyi, Sifarişçi isə bu xidmət haqqını Müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən həmin müqavilə görülən işlər bu müqavilənin şərtlərinə uyğun olaraq tam şəkildə başa çatdırıldıqdan və tərəflər arasında təhvil-təslim aktının və ən sonuncu forma-2 nin imzalanmasından sonra İcraçının gördüyü bütün işlər üçün verəcəyi zaman bitənə qədər qüvvədədir. Müqavilənin 5.2-ci maddəsinə əsasən göstərilən işlərin müddəti xx.xx.2022-ci il tarixindən başlamalı və xx.xx.2022-ci il tarixindək tamamlanmalıdır. Qeyd edilən müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV xaric № 973374, xx.xx.2022-ci il tarixli e-qaiməyə əsasən 70800 manat, №930563, xx.xx.2022-ci il tarixli e-qaiməyə əsasən 94400.47 manat, № 655024, xx.xx.2022-ci il tarixli e-qaiməyə əsasən 59000.47 manat, №486502, xx.xx.2022-ci il tarixli e-qaiməyə əsasən 59000.47 manat, № 371269, xx.xx.2022-ci il tarixli e-qaiməyə əsasən 177000 manat, №266358, xx.xx.2022-ci il tarixli e-qaiməyə əsasən 236000.05 manat, № 161980, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 236000.05 manat, № 226190, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 603111.92 manat, № 228678, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 354000 manat, № 173768, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 130852.56 manat olmaqla, ümumilikdə 1784165.94 manat dəyərində xidmət göstərilmişdir. Buna əsasən cavabdehə 1784165.94 manat əsas borc və 127834.06 manat ƏDV borcu olmaqla ümumilikdə 1.912.000 manat borc məbləği hesablanmışdır. Lakin bu məbləğdən cavabdeh tərəfindən yalnız 1.871.800 həcmində ödəniş edilmişdir. İddiaçı MMC xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və irad bildirilməməsinə baxmayaraq, hal-hazırda Cavabdeh MMC qalan 40.200 borcunu hələ də ödəməmişdir. Həmçinin xidmət müqaviləsinin icra edilməsi üçün cavabdeh tərəfindən ödənişlər gecikdiyindən onların öz razılıqları ilə "xxxx" ASC-dən kredit götürülmüşdür. Həmin kreditə görə yaranmış 45.780 manat məbləğində faiz borcu iddiaçı tərəfindən ödənilmişdir. Buna əsasən xidmət müqaviləsinin icra edilməsi üçün qeyd edilən kredit müqaviləsi üzrə faiz borcu iddiaçı tərəfindən ödənildiyinə görə hazırda həmin məbləğ, 45.780 manat cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bundan başqa cavabdehlə bağlanmış xidmət müqaviləsininin icra edilməsi üçün tərəflərindən "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, RR/GZK1/010/22 nömrəli, xx.xx.2022-ci il tarixli, RR/GZ/017/22 nömrəli, xx.xx.2022-ci il tarixli, RR/GZ/016/22 nömrəli və xx.xx.2023-cü il tarixli, RR/GZK/003/23 nömrəli anbar sahələrinin icarəyə verilməsinə dair İcarə müqavilələri bağlanmışdır. Lakin Cavabdeh MMC tərəfindən vaxtında material təmin edilmədiyi üçün layihənin müddəti nəzərdə tutulduğu vaxtı keçdiyinə görə 2023-cü ilin aprel və may ayları üçün icarə müqaviləsi üzrə "xxxx" MMC-yə ödənilməli olan icarə haqlarını ödəmək qeyrimümkün olmuşdur. Bu səbəblə ödənilməmiş icarə haqlarına görə cavabdehin iddiaçıya 30.000 (otuz min) AZN borcu mövcuddur. Habelə xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı Xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən göstərilən cavabdeh həcmi təmin etmədiyi üçün iddiaçı tərəfindən sifariş olunan sərf materiallarının (Qaynaq telləri və qaynaq tozu) artıq qalanının cavabdehə satılması üçün onunla iddiaçı arasında xx.xx.2022-ci il tarixlialqı-satqımüqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 59.600 (əlli doqquz min altı yüz) AZN (ƏDV daxil) ödəniş edilməlidir. Lakin həmin müqavilə üzrə yaranmış borc da indiyədək cavabdeh tərəfindən ödənilməmişdir. Ən son olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli,ATL-HRM-001 saylı Xidmətlərin göstərilməsi haqqında müqavilənin icra edilməsi üçün cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olan lakin təhvil verilməyən mallar layihənin bitirilməsi üçün iddiaçı tərəfindən alınmışdır (cavabdehin razılığı ilə). Həmin mallar üçün də iddiaçı tərəfindən 142.000 manat məbləğində ödəniş edilmişdir ki, həmin məbləğ də cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Nəticə etibarilə Cavabdeh MMCnin İddiaçı MMC-yə ödənilməli olan 40200+45780+30000+50508+142000=308488 manat əsas borc və 9091 manat ƏDV borcu vardır. Cavabdehə qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən pretenziya məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmağa davam edir.
3. Daha sonra iddiaçının nümayəndəsinin iddia tələbində yol verilmiş texniki səhvin düzəldilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı Xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə yaranmış 40.200 AZN borcun , kredit müqaviləsi yaranmış və tərəfimizdən ödənmiş faiz borcuna görə 45.780 AZN, İcarə müqavilələri üzrə ödənilməmiş 30.000 AZN, alqı-satqı müqaviləsi üzrə 59.600 AZN və 9091 (doqquz min doxsan bir) AZN ƏDV borcunun və müqavilənin icra edilməsi üçün iddiaçı tərəfindən əlavə olaraq alınmış mallara görə 142.000 AZN olmaqla və qeyd edilən borclara (ƏDV xaric) görə gecikdirilmiş bir illik müddətə görə 15424.4 ( on beş min dörd yüz iyirmi dörd manat qırx qəpik) AZN faiz borcunun ümumilikdə 333003.4 (üç yüz otuzüç min üç manat qırx qəpik) AZN borc məbləğinin Cavabdeh MMC -dəntutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il arixli, RR/GZK1/010/22 saylı icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ərazidə mövcud olan 200 kv.m.-lik anbar sahəsini icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini icarəyə qəbul edir və müqavilə ilə razılaşdırılmış icarə hüqqını bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən icarə obyekti yalnız anbar sahəsi kimi istifadə məqsədilə verilir və icarəyə verənin yazılı razılığı olmadan başqa məqsədlərlə istifadə edilə bilməz.
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ATL- HRM-001 saylı xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin təsdiq etdiyi sifarişlər əsasında xidmət göstərməyi, sifarişçi isə bu xidmət haqqını müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürür.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlər icraçının iş yerində həyata keçirilir.
12. Müqavilənin 1.3-cü bəndinə əsasən xidmətlə müvafiq qaydada sifarişçiyə təhvil verildiyi andan, icraçı müqavilə üzrə öhdəliklərini yerinə yetirilmiş hesab edilir.
13. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin məbləği hər dəfə tərəflər arasında ayrıca razılaşdırılır və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırma protokolunda göstərilir.
14. Müqavilənin 2.2-ci bəndinə əsasən ödəmə görülən iş üzrə layihə üzərindən və yerində ölçülər alınaraq, sifarişçi tərəfindən təsdiqləndikdən sonra Forma-2 və Forma-3 hazırlanaraq ödəmə köçürmə yolu ilə olunacaqdır. Ödəmə ölçülər alındıqdan və təsdiq olunduqdan sonra icraçının anbarından material çıxmamışdan əvvəl icraçının hesabına ödənilir. Sifarişçi tərəfindən icraçıya anbardan təslim edilən bütün materiallar üçün 2 nüsxə təhvil-təslim aktı tərtib edilməlidir və qarşılıqlı imzalanmalıdır.
15. Müqavilənin 2.3-cü bəndinə əsasən Sifarişçi Qiymət-Razılaşdırma Protokolunda göstərilən məbləğin 10%-ni həmin Qiymət- Razılaşdırma Protokolu imzalandıqdan sonra 10 (on) iş günü ərzində, qalan 90%-ni isə aylıq FORMA-2 əsasında İcraçının bank hesabına köçürmə yolu ilə ödəyir.
16. Müqavilənin 3.1-ci bəndinə əsasən göstərilən xidmətlər, Sifarişçi tərəfindən sifariş olnuduqdan sonra İcraçı tərəfindən təmin olunur və təhvil-təslim aktı ilə Sifarişçiyə icraçının deposunda təhvil verilir.
17. xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı xidmət müqaviləsinə dair xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən ödəniləcək məbləğ 1.982.400 manat, xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən 134520 manat, xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən ödəniləcək məbləğ 61.661,14 manat, xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən 95580 manat, xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən 70800 manat, xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırma protokluna əsasən 63.720 manat, xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən 236.000 manat müəyən edilmişdir.
18. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli EBCC973374 saylı e-qaiməyə əsasən 70800 manat, xx.xx.2022-ci il tarixli, EBCD930563 saylı e-qaiməyə əsasən 94400,47 manat, xx.xx.2022-ci il tarixli, EBCE655024 saylı eqaiməyə əsasən 59000,47 manat, xx.xx.2022-ci il tarixli EBCH486502 saylı e-qaiməyə əsasən 59000,47 manat, xx.xx.2022-ci il tarixli EBCİ371269 saylı e-qaiməyə əsasən 177000 manat, xx.xx.2022-ci il tarixli EBCJ266358 saylı e-qaiməyə əsasən 236000,05 manat, xx.xx.2023-cü il tarixli, EBCN058249 saylı e-qaiməyə əsasən 236000,05 manat, xx.xx.2023-cü i tarixli, EBDB161980 saylı e-qaiməyə əsasən 236000 manat, xx.xx.2023cü il tarixli, EBDD226190 saylı e-qaiməyə sasən 603111,92 manat, xx.xx.2023-cü il tarixli EBDD228678 saylı e-qaiməyə əsasən 354.000 manat, xx.xx.2023-cü il tarixli EBDE173768 saylı e-qaiməyə əsasən 130.852,56 manat dəyərində xidmətlər göstərilmişdr.
19. İddiaçı MMC tərəfindən yerinə yetirilmiş işlərin təhvil-təsliminə dair xx.xx.2022-ci il tarixli akta əsasən 75820,93 manat dəyərində və eyni tarixli ikinci akta əsasən isə 107091,71 manat dəyərində, xx.xx.2022-ci il tarixli akta əsasən 73786,98 manat dəyərində və eyni tarixli ikinci akta əsasən 104218,91 manat dəyərində, xx.xx.2022-ci il tarixli akta əsasən 145082,18 manat dəyərində, xx.xx.2022-ci il tarixli akta əsasən 78552,25 manat dəyərində, eyni tarixli ikinci akta əsasən 110949,51 manat, xx.xx.2022-ci il tarixli akta əsasən 75901,36 manat, eyni tarixli ikinci akta əsasən 107205,32 manat, xx.xx.2022-ci il tarixli akta əsasən 152382,88 manat, eyni tarixli akta əsasən 215230,05 manat, xx.xx.2022-ci il tarixli akta əsasən 5300 manat, eyni tarixli ikinci akta əsasən 1563,50 manat, eyni tarixli üçüncü akta əsasən – 592 manat, eyni tarixli dördüncü akta əsasən – 3632,51 manat, xx.xx.2023-cü il tarixli akta əsasən 269290,78 manat, xx.xx.2023-cü il tarixli akta əsasən 380354,21 manat dəyərində işlərin görülməsi hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
20. "xxxx" KB-nin xx.xx.2022-ci il tarixli hesabdan çıxarışına əsasən 30.000 manat, xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən 30.000 manat, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən 50.000 manat, xx.xx.2022-ci il tarixli hesabdan çıxarışına əsasən 38.655,04 manat, xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən 50000 manat, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən 200.000 manat, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən 200.000 manat, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən 300.000 manat, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən 200.000 manat, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən 360.000 manat və xx.xx.2023-cü il tarixli çıxarışa əsasən 421.800 manat məbləğində ödənişlər ATL-HRM001 saylı müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər edilmişdir.
21. ƏDV sub uçotdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən 10800 manat, 14400,07 manat, 9000 manat, 9000 manat, 27000 manat, 36000,01 manat, 36000 manat, 36000 manat, 36000,01 manat , 10000 manat, 10000 manat, 36000 manat, 54000 manat, 19960,61 manat dəyərində ƏDV ödənişləri həyata keçirilmişdir.
22. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ATL-HRM-02 saylı alqı-satqı müqaviləsinə əsasən:
23. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya ümumi məbləği ATL-HRM-02 nömrəli ALQİ-SATQİ MÜQAVİLƏSİ-nə əlavələrdə qeyd olmaqla “Mal” satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir.
24. Müqavilənin 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə Qiymət razlaşdırma pratakola əsasən müəyyən olunur.
25. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir.
26. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcının hüquqları:
27. Müqavilənin 3.1.1-ci bəndinə əsasən Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək.
28. Müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra danişilmış təqvim günü ərzində Malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür.
29. Müqavilənin 4.2-ci bəndinə əsasən “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə hesabfakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir.
30. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə dair qiymət razılaşdırma protokoluna əsasən ödəniləcək məbləğ 11,92 manat müəyyən edilmişdir.
31. "xxxx" KB-nin iddiçıya ünvanladığı xx.xx.2024-ü il tarixli məktubuna əsasən xx.xx.2022-ci il tarixli, 44KD/21-10 saylı müqavilə üzrə 4535,88 manat, xx.xx.2023-cü il tarixli, 44KD/21-12 saylı müqavilə üzrə 5667 manat, xx.xx.2022-ci il tarixli, 57KD/22-1 saylı müqavilə üzrə 17789,24 manat və xx.xx.2022-ci il tarixli, 57KD/22-2 saylı müqavilə üzrə 17789,24 manat ödənişlər edildiyi qeyd olunmuşdur.
32. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
33. Məhkəmə ilkin olaraq iddiaçının xidmət müqaviləsinə dair tələb olunan məbləğə dair hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
34. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
36. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
37. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
38. 755-ci maddəyə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.
39. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
40. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
41. Beləliklə, iş materialları əsasında müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin ədv daxil cəmi dəyəri 2.256.166,49 manat təşkil etmişdir, həmin məbləğdən cavabdehin bütün ödənişləri (1.871.800 manat bank hesabına edilən ödənişlər və 344.160,7 manat ədv ödənişləri) çıxıldıqda 40205,79 manat (iddiaçının bu hissədə tələb məbləği 40200 manat göstərilmişdir) məbləğində borcun qaldığı müəyyən edilir.
42. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması təqdim olunmuş sübutlarla – müqavilə, , işlərin təhvil-təslimi aktları, e-qaimə, ödəniş sənədləri və hesabdan çıxarış ilə təsdiqini tapdığı üçün və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu üçün 40200 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
43. Bundan əlavə, iddiaçı, yaranmış borcun gecikdirilməsinə görə həmin məbləğə 5% ilə hesablanan 15424.4 manatlıq faiz borcunun cavabdeh tutulmasını da məhkəmə qaydasında mübahisələndirmişdir.
44. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.
45. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
47. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qalıq 40200 manat məbləğində borcun ödənilməsi gecikdirdiyi üçün, həmin məbləğə illik 5% hesablanmaqla 2010 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
48. İddiaçının ikinci tələbi isə cavabdehin əvəzinə banka ödənilmiş 45780 manat faiz borcunun tutularaq ona ödənilməsi olmuşdur. Sübut qismində isə "xxxx" KB-nin ödənişlərin edilməsinə dair məktubu iş materiallarına əlavə edilmişdir.
49. Məhkəmə hesab edir ki, bu hissədə tələb sübuta yetirilə bilmədiyi üçün rədd edilməlidir. Belə ki, məhkəmə gedişatı zamanı məhkəmə iddiaçının nümayəndəsinə dəfələrlə həmin tələbin əsasını təşkil edən sübutların (kredit müqavilələrini, kredit müqaviləsi üzrə faizlərin ödənişinə dair iddiaçı ilə cavadeh arasında olan razılaşması və sair sənədləri) təqdim edilməsini təklif etsə də, "xxxx" KB-nin xx.xx.2024-ü il tarixli məktubundan başqa hər-hansı sübutu təqdim etməmiş, nə də ki, sübutların təmin edilməsi üçün məhkəməyə vəsatət ilə müraciət etməmişdir.
50. "xxxx" KB-nin xx.xx.2024-ü il tarixli məktubunda isə sadəcə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli, 44KD/21-10 saylı müqavilə üzrə 4535,88 manat, xx.xx.2023-cü il tarixli, 44KD/21-12 saylı müqavilə üzrə 5667 manat, xx.xx.2022-ci il tarixli, 57KD/22-1 saylı müqavilə üzrə 17789,24 manat və xx.xx.2022-ci il tarixli, 57KD/22-2 saylı müqavilə üzrə 17789,24 manat ödənişlər edilmişdir. Lakin, həmin faiz borcu üzrə ödənişlərin kim tərəfindən edildiyi, kredit müqavilələrinin Bank ilə hansı Borclu (iddiaçının özünün götürdüyü kredit, yoxsa cavabdeh ilə bağlanan kredit müqavilələrinin olması) arasında bağlandığı müəyyən edilmir.
51. İddianın digər tələbi - icarə müqavilələri üzrə ödənilməmiş 30.000 manatlıq məbləğlə bağlı olmuşdur.
52. Məhkəmə hesab edir ki, iddia tələbi də bu hissə də əsassızdır.
53. Belə ki, iddiaçının istinad etdiyi icarə müqavilələri iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçı şirkət ilə "xxxx" MMC arasında bağlanmışdır və iddiaçının icarəyə götürülmüş obyektə görə ödəniləcək icarə haqqının tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehdən tutulması və həmin icarə obyektinin məhz cavabdehə xidmət müqaviləsi üzrə görüləcək işlərlə bağlı icarəyə götürülməsi də işin hallarında müəyyən edilməmiş və iddiaçı tərəfindən də sübuta yetirilməmişdir. Digər tərəfdən, göründüyü kimi İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RR/GZK1/010/22 saylı icarə müqaviləsinə əsasən icarəyə verən "xxxx" MMC-dir, belə olan halda həmin müqavilə üzrə icarə haqqının tələb edilməsi üçün hazırki iş üzrə iddiaçının sübyektiv hüququ belə mövcüdd deyil.
54. İddiaçı MMC-nin sonuncu tələbi isə alqı-satqı müqavilə üzrə yaranmış borcun və həmin müqavlənin icra edilməsi ilə bağlı alınmış mallara dair ödənilmiş və onlara hesablanmış ƏDV məbləği ilə bağlı olmuşdur.
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
56. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
57. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
58. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
59. İş məhkəmədə araşdırılan zaman iddiaçı tərəfin alqı-satqı müqaviləsi üzrə hərhansı malların cavabdehə təhvil verilməsi, e-qaimələrin göndərilməsi və həmin mallara çəkilmiş xərcin mövcudluğuna dair hər hansı hüquqmüəyyənedici sənədi məhkəmə gedişatı zamanı təqdim etməmiş və araşdırılma zamanı da işin hallarından müəyyən edilməmişdir.
60. Buna görə də məhkəmə iddiaçının bu tələbini də əsassız hesab edirək rədd edilməsi qərarına gəlir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
62. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
63. Göründüyü kimi iddiaçının iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktları məhkəmədə sadəcə şifahi (yetərli və mötəbər sübut təqdim edilmədən) əsaslandırması, onun hazırkı mübahisə predmeti (iddianın təmin edilməyən hissələrinə dair) üzrə haqlı olması anlamına gəlməməlidir.
64. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
68. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilən hissəsinə mütənasib olaraq iş üzrə ödənilmiş 217 manat dövlət rüsumu cavabdehə, qalan hissədə isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2022-ci il tarixli, ATL-HRM-001 saylı xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən 40200 manat borc məbləği, həmin məbləğə illik 5% ilə hesablanan faiz borcu olaraq 2010 manat və dövlət rüsumunun əvəzi olaraq 217 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova