Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2874/2023 28.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı2 və iddiaçıların nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 İsmayıl-Əfəndiyəviçə qarşı pul və digər tələblərinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,
1. İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış və 3M-3002 reyestr nömrəsi ilə xx.xx.2022ci il tarixdə təsdiq edilmiş təsis payının alqı-satqısı müqaviləsinin ləğv edilməsi; 2. İddiaçı1 ilə Cavabdeh4 arasında bağlanmış və 3M-2322 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş təsis payının alqı-satqısı müqaviləsinin ləğv edilməsi; 3. İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış və 3M-3002 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş təsis payının alqı-satqısı müqaviləsinin ləğv edilməsi; 4. İddiaçı4 ilə Cavabdeh1 arasında bağlanmış və 3M-3002 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş təsis payının alqı-satqısı müqaviləsinin ləğv edilməsi; 5. İddiaçı4 ilə X4 arasında bağlanmış və 3M-2322 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş təsis payının alqı-satqısı müqaviləsinin ləğv edilməsi; 6. İddiaçı2 ilə Cavabdeh5 İsmayıl Əfəndiyeviç arasında bağlanmış arasında və bağlanmış 3M-2322 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş təsis payının alqı-satqısı müqaviləsinin ləğv edilməsi;
7. İddiaçı3 ilə Cavabdeh3 arasında bağlanmış və 3M-3090 reyestr nömrəsi ilə xx.xx.2022ci il tarixdə təsdiq edilmiş təsis payının alqı-satqısı müqaviləsinin ləğv edilməsi; 8. Razılaşma üzrə cavabdehlərə ödənilmiş ******* manat pulun cavabdelərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulması. 9. Ərizənin 49-cu bəndində göstərilən sair xərclər üzrə 90840 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulması;
10. Dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 5335,42 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulması; 11. Hüquqi xidmətlə bağlı vəkilə ödənilmiş 1288 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, təxminən 20 ildir ki, çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan iddiaçılar yeni layihələrin icra edilməsi məqsədilə əlavə tədbirlərin görülməsi və maliyələşmənin təmin edilməsinə dair razılığa gələrək birgə fəaliyyət haqqında müqavilə imzalamışlar. Bu məqsədlə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahəsi axtararkən Xırdalan şəhəri H.Əliyev prospekti 67 (əvvəlki ünvan 50) ünvanında torpaq sahəsinin olduğuna dair məlumat almışlar. İlkin araşdırma nəticəsində müəyyən etmişlər ki, həmin ünvanda xx.xx.2015-ci ildə yaradılmış "xxxx" Mənzil Tikinti Kooperativi mövcuddur. MTK-nın mülkiyyətində torpaq sahəsi var, eyni zamanda həmin sahəyə bitişik başqa torpaq sahələri də mövcuddur. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən (Seriya RX, № 0959752) Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.5161 ha torpaq sahəsinə xx.xx.2016-cı ildə "xxxx" MTK-nın mülkiyyət hüququ qeydə alınmışdır. Eyni zamanda həmin əraziyə bitişik olan - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 134 nömrəli, xx.xx.1991-ci il tarixli Sərəncamı ilə 2.3 ha torpaq sahəsi istehsalat bazasının tikilməsi məqsədilə «Başkörpütikinti» trestinin 100 №li Körpütikinti dəstəsinin (hüquqi varisi: «X2 Evrascon » ASC) istifadəsinə ayrılmış, bundan başqa, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 972 nömrəli, xx.xx.1999-cu il tarixli Sərəncamı ilə həmin sahəyə bitişik 0.25 ha torpaq sahəsində "xxxx" Layihə İstehsalat Müəssisəsinə (hüquqi varisi: "X1 Mərkəzi" MMC) avtomobillərin təmiri məqsədilə istifadə edilməsinə icazə verilmişdir. İddiaçılar həmin torpaq sahələrinin yaşayış kompleksinin tikintisi üçün əlverişli olduğunu nəzərə alaraq "xxxx" MTK-nın səlahiyyətli şəxsləri ilə danışıqlara başlamışlar. Danışıqlar prosesinin nəticəsində torpaq sahələrinə mülkiyyət hüququnun qeydə alınması, sahələrin vahid əmlak kimi birləşdirilməsi, təyinatının dəyişdirilməsi və yaşayış məntəqələrinin torpaq sahəsinə çevrilməsi, tikintinin baş planın hazırlanması, hazırlanmış baş planın Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində (bundan sonra mətndə “ARXKOM”) razılaşdırılması, bundan irəli gələn digər məsələlər, ən nəhayətində isə həmin “paketin” ümumi (yekun) qiyməti razılaşdırılmışdır. Tərəflər həmin razılaşmanın notariat qaydasında rəsmiləşdirilməsini məqsədəmüvafiq hesab etmişlər. İddiaçı2 ilə "xxxx" MTKnın təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 3M-64 nömrəli razılaşma imzalanmış və razılaşmanın predmetini təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67 ünvanda yerləşən 2.98 ha torpaq sahəsinin ümumi dəyəri (razılaşma bənd №5) bütün xərclər daxil olmaqla 10000000 manata qiymətləndirilmişdir. Həmin razılaşmanın icrasından irəli gələrək tərəflər arasında aşağıdakı əməliyyatlar aparılmışdır: İddiaçı2 tərəfindən Sazişin imzalandığı notariat ofisinin depozit hesabı vasitsilə ilkin olaraq 50000 manat Cavabdeh3 ödənilmişdir. İddiaçı2 ilə Cavabdeh3 arasında bağlanmış Razlaşmaya əlavələr üzrə (Əlavə №1, 2, 3, 4, 5) müxtəlif vaxtlarda ümumilikdə ******* manat pul Cavabdeh3 ödənilmişdir. xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə notariat qaydasında bağlanmış alqısatqı müqavilələrinə əsasən "xxxx" MTK-nın təsisçiləri nizamnamə kapitalında olan (iştirak) təsis paylarının 90%-ni, müvafiq olaraq İddiaçı2 40%-ni, İddiaçı1 20%-ni, İddiaçı4 20%-ni, İddiaçı3 10%-ni satmışlar. "xxxx" Mənzil tikinti kooperativinin təsisçilərinin xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarı ilə xx.xx.2022-ci il tarixli razılaşmadan irəli gələn məsələlərin həlli və icrası qaydası müəyyən edilmişdir. İmzalanmış razılaşmaya əsasən tikiləcək kooperativ yaşayış binalarının ilkin baş planı hazırlanmalı idi. Bu məqsədlə 18 yanvar 2022-ci il tarixdə "xxxx" MTK tərəfindən məktubla "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutuna müraciət olunmuş və tikintinin baş planı hazırlanmışdır. Baş plan baxılması və razılaşdırılması üçün ARXKOM-un Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə təqdim edilmişdir. Təqribən bir həftə sonra Mərkəzdən əlaqə saxlayaraq bildirmişlər ki, layihədə göstərilən ərazi aktiv neft quyularının mühafizə zonası daxilində yerləşir, mövcud qanunvericilik isə belə vəziyyətdə layihənin təsdiq edilməsini istisna edir. Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli və 7 iyul 2022-ci il tarixli, 259 nömrəli qərarlarına əsasən işlək mancanaq dəzgahı ilə istismar olunan və basqı quyularından yaşayış binaları 150 metrdən yaxın məsafədə tikilə bilməz. Lakin həmin ərazidən 71, 72 və 255 metr məsafədə aktiv neft quyuları fəaliyyət göstərir (istismar olunur). Həmin məsələ ilə əlaqədar iş üzrə Cavabdeh3la görüş keçirilmiş, görüşdə ARXKOM tərəfindən göstərilən xüsusatlar öz təsdiqini tapmışdır. Məlum olmuşdur ki, ərazinin yaxınlığında aktiv neft quyuları var, hətta quyuların birindən çıxan xam məhsul boru vasitəsilə razılaşmada nəzərdə tutulmuş torpaq sahəsindən keçərək müvafiq anbara nəql edilir. Qarşı tərəf iddiaçıları əmin edərək bildirmişdir ki, lazım gəlsə, quyuları sökdürəcəm, bütün zəruri tədbirləri görəcəm, heç bir narahatçılıq yoxdur, razılaşmaya uyğun olaraq işlər davam etdiriləcəkdir. Əgər proseslər vəd etdikləri kimi davam etməsə, aldıqları pulların hamısını qaytaracaqlar. Bir müddət sonra xətt ərazidən çıxarılaraq marşurtu dəyişdirilmişdir. Bu iddiaçılarda böyük inam yaratmış, ona görə də razılaşma üzrə növbəti ödənişləri edərək ümumilikdə ******* manat pul vermişlər. Lakin sonrakı müddətdə razılaşmanın icrasından irəli gələn məsələlər, yəni ARXKOM-da baş planın razılaşdırılması və layihənin təsdiq edilməsi təmin edilməmiş, nəticədə tərəflər arasında mübahisə yaranmışdır. Razılaşmanın imzalanmasından 1 il 3 aydan çox müddət keçməsinə baxmayaraq, iddiaçılar üzərinə düşən öhdəlikləri icra etsələr də cavabdehlər razılaşmadan irəli gələn bütün öhdəlikləri, xüsusilə də baş planın razılaşdırılması və layihənin təsdiq edilməsini təmin edə bilməmişlər. İddiaçıların mübahisənin məhkəmədən kənar həllinə dair bir neçə cəhdi nəticəsiz qalmış, qarşı tərəf (konkret olaraq Cavabdeh3) məsələnin həll ediləcəyinə dair vədlər versə də hər hansı nəticə əldə olunmamış, mübahisənin danışıqlar yolu ilə həllinə dair göndərilmiş bildirişlərə (məktublara) cavabdehlər tərəfindən ümumiyyətlə cavab verilməmişdir. Həmçinin mediasiya prosesində cavabdehlərdən bir neçəsinin nümayəndəsi iştirak etsə də, həmin mərhələ üzrə də nəticə əldə olunmamışdır. Belə olan vəziyyətdə uğursuz olan danışıqların nəticə vermədiyini, prosesin qeyri-müəyyən vəziyyətdə uzandığını və məsələnin həll edilmədiyini nəzərə alan iddiaçılar hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi, vəkil Nümayəndə izahatında tərəflərin arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edərək, müvafiq ərizəni məhkəməyə təqdim etmişdir. Cavabdeh5 nümayəndəsi Vəkil2 Şəmsəddin oğlu məhkəmənin elektron sisteminə ərizə yükləyərək tərəflərin arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlandığını, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, onlar xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: 3.1. Birinci tərəf aşağıdakıları təmin edir: 3.1.1. xx.xx.2022-ci il tarixli 3M-64 nömrəli razılaşmaya əsasən aldığı ******* manat pulun razılaşmanın imzalandığı tarixə ABŞ dollarına olan məzənnəsi ilə ******* ABŞ dolları pulu müqavilənin 3.1.3-cü bəndi üzrə müəyyən edilmiş müddətdə və hissələrlə “İkinci tərəf”ə ödəyir. 3.1.2. ******* ABŞ dolları pulun ikinci tərəfə qaytarılmasını xx.xx.2023-cü il tarixədək təmin edir. 3.1.3. Pulun qaytarılmasını aşağıdakı tarixlər və məbləğlər üzrə təmin edir: İcra tarixi Məbləğ-USD Qalıq 1.xx.xx.2023 ******* 4125000 2.xx.xx.2023 ******* 2925000 3.xx.xx.2024 ******* 1725000 4.xx.xx.2024 ******* 525000 5.xx.xx.2024 ******* 0 3.1.4. Müqavilə və mülki qanunvericiliyin müəyyən etdiyi tələblərə vicdanla və vaxtında əməl edir. 3.2. İkinci tərəf aşağıdakıları təmin edir: 3.2.1. xx.xx.2022-ci il tarixli 3M-64 nömrəli razılaşmaya əsasən ******* ABŞ pulu bu müqavilənin 3.1.1 və 3.1.3-cü bəndləri üzrə müəyyən edilmiş qaydada və miqdarda qəbul edir və təsis paylarını aşağıdakı qrafik üzrə geri qaytarır: *xx.xx.2023-cü il tarixə "xxxx" MTK-nın təsis payının 20%-nin təsis payının alqı-satqı müqaviləsini ləğv etməklə əvvəlki təsisçiyə geri qaytarır. Bunu etmədikdə “İkinci tərəf” ******* ABŞ dolları pulu “Birinci tərəf”ə geri qaytarır. *xx.xx.2024-cü il tarixə "xxxx" MTK-nın təsis payının 20%-nin təsis payının alqı-satqı müqaviləsini ləğv etməklə əvvəlki təsisçiyə geri qaytarır. Bunu etmədikdə “İkinci tərəf” ******* ABŞ dolları pulu “Birinci tərəf”ə geri qaytarır. *xx.xx.2024-cü il tarixə "xxxx" MTK-nın təsis payının 20%-nin təsis payının alqı-satqı müqaviləsini ləğv etməklə əvvəlki təsisçiyə geri qaytarır. Bunu etmədikdə “İkinci tərəf” ******* ABŞ dolları pulu “Birinci tərəf”ə geri qaytarır. *xx.xx.2024-cü il tarixə "xxxx" MTK-nın təsis payının 20%-nin təsis payının alqı-satqı müqaviləsini ləğv etməklə əvvəlki təsisçiyə geri qaytarır. Bunu etmədikdə “İkinci tərəf” ******* ABŞ dolları pulu “Birinci tərəf”ə geri qaytarır. *xx.xx.2024-cü il tarixə "xxxx" MTK-nın təsis payının 20%-nin təsis payının alqı-satqı müqaviləsini ləğv etməklə əvvəlki təsisçiyə geri qaytarır. Bunu etmədikdə “İkinci tərəf” 525000 ABŞ dolları pulu “Birinci tərəf”ə geri qaytarır. 3.2.2. Müqavilə və mülki qanunvericiliyin müəyyən etdiyi tələblərə vicdanla və vaxtında əməl edir. 3.3. Tərəflər razılaşırlar ki, bu müqavilənin 3.1.1-3.1.3-cü bəndləri üzrə öhdəliklərin icrası başa çatanadək Bakı Kommersiya Məhkəməsinin e-169113)-249/2023 nömrəli, xx.xx.2023-cü il tarixli müvəqqəti təminat tədbirinə dair qərardadı qüvvəsində qalır və bu müqavilənin 3.1-ci bəndi üzrə ******* ABŞ dolları pul qaytarıldıqdan dərhal sonra birinci tərəf müvəqqəti təminat tədbirinin ləğv edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edir. İkinci tərəf buna etiraz etmədiyinə dair ərizə verir. Bu şərtdən hər hansı geri çəkilməyə yol verilmir. (pulların hissəvi qaytarılması və digər səbəblər) 3.4. Birinci tərəf müqavilənin 3.1.1 və 3.1.3-cü bəndləri üzrə icranı ardıcıl olaraq qrafikdə göstərilmiş müddət üzrə və məbləğdə icra etmədikdə, ikinci tərəf təsdiq edilmiş barışıq sazişi üzrə icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. 3.5. Tərəflər hazırki müqaviləni notariat qaydasında təsdiq etdikdən sonra barışıq sazişinin təsdiq edilməsi və mübahisə üzrə icraata xitam verilməsinə dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 İsmayıl-Əfəndiyəviç arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-2874/2023 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Emin Əliyev