Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-291/2023 10.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə 12 avqust 2011-ci il tarixində bağlanmış PRO/2011/01 saylı müqavilə üzrə 3002 manat xidmət haqqının, 70 manat mediasiyaya dair xərcin, ümumilikdə 3072 manat pul məbləğinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC (bundan sonra Cavabdeh”) arasında 12 avqust 2011-ci il tarixində bağlanmış PRO/2011/01 saylı müqaviləyə (bundan sonra “Müqavilə”) 2 saylı Əlavə üzrə iddiaçı cavabdehə vaxtında və lazımi qaydada xidmət göstərməsinə baxmayaraq cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, İddiaçının göstərdiyi xidmətlərin dəyərini ödəməmiş və nəticədə cavabdehin iddiaçıya ƏDV xaric 3002 manat borcu yaranmışdır. Bildirmək istərdik ki, 12 avqust 2011ci ildən etibarən tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Müqaviləyə 2 nömrəli Əlavənin 2.1-ci yarımbəndinə əsasən, iddiaçı cavabdehə şəbəkə avadanlıqlarından istifadəyə şərait yaratmalı və aylıq dəstək xidməti göstərməli, cavabdeh isə aylıq ƏDV xaric 200 manat xidmət haqqı ödəməli idi. İddiaçı tərəfindən qeyd olunan Əlavə üzrə bütün xidmətlər vaxtında və lazımi keyfiyyətdə həyata keçirilməsinə baxmayaraq, cavabdeh 2018-ci ilin iyun ayından 2019-cu ilin oktyabr ayınadək aylıq xidmət haqlarını ödəməmişdir. Cavabdeh tərəfindən ödənilməmiş hesab-fakturalar iddia ərizəsinə əlavə olunur. İddiaçı cavabdehlə dəfələrlə əlaqə saxlamış və mübahisəni həlletməyə çalışmışdır. Cavabdehə dəfələrlə pretenziya məktubu göndərilmiş, onunla görüşlər keçirilmiş və yazışmalar aparılmış, habelə ilkin mediasiya sessiyasında iştirak edilmişdir. Cavabdeh hər dəfə borcunu ödəyəcəyini bildirsə də, indiyə qədər cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. İddiaçı müqavilə üzrə cavabdehin borcu olan 3002 manat məbləğin və 70 manat mediasiya xərcinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 izahatında borcun mövcud olduğunu, lakin Cavabdeh MMC-nin uzun müddətdir ki fəaliyyətini dayandırdığından borcunu ödəyə bilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 12 avqust 2011-ci il tarixli PRO/2011/01 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilədən görünür ki, İpservice” MMC müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı Prosessinq Mərkəzinə son istifadəçilərin və onların istifadə etdiyi bankomat və POS-terminalların qoşulmasını təmin etmək məqsədilə özünün TCP/İP protokolları əsasında qurulmuş, başqa şəbəkələrlə heçbir əlaqəsi olmayan müstəqil telekommunikasiya şəbəkələrini yaradır və istismarını təşkil edir. 18 iyun 2020-ci il tarixli MK/İP/2020-01 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış razılaşmadan görünür ki, həmin tarixdən İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə xitam verilir və Cavabdeh MMC İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixinə kimi ƏDV xaric 1000 manat, xx.xx.2020-ci il tarixə ƏDV xaric 1000 manat, xx.xx.2020-ci il tarixə isə ƏDV xaric 1002 manat ümumilikdə 3002 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC-nin direktoru X3 Bakı Kommersiya Məhkəməsinə ünvanladığı ərizədə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 3002 manat məbləğində xidmət haqqı borcun olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli MŞB/2-00100 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 70 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq xidmət müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh MMC 3002 manat məbləğində xidmət haqqı borcunu İddiaçı MMC-yə ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-dən 3002 manat məbləğində xidmət haqqı və 70 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3002 manat məbləğində xidmət haqqı və 70 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-291/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-291/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver