Məhkəmə qərarları › İş №e-2-2(113)-292/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-292/2023

27.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-292/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı mülkiyyət hüququnun bərpa edilməsi, torpaq sahəsinin boşaldılması və təhvil verilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mülkiyyət hüququ ilə İddiaçınə məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsindən, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsindən və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsindən iddiaçı ”Azərbaycan Universiteti” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüquqlarının pozulmasına son qoyulmasına, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həmin torpaq sahələrindən çıxarılmalarına, həmin torpaq sahələrinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına boşaldılmasına və həmin torpaq sahələrinin İddiaçınə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu 11-ci km, Hava limanı – Zığ şossesi 6-da yerləşən, “Azərelektromaş” EİB-nin ("xxxx" ASC) yardımçı təsərrüfat sahəsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı MMC arasında bağlanmış 07 oktyabr 2008-ci il tarixli, 8647 nömrəli icarə müqaviləsinə uyğun olaraq İddiaçı MMC-yə icarəyə verilmişdir. Sonradan icarəyə verilmiş həmin sahə dövlət əmlakının satıcısı kimi Dövlət Əmlakının İdarə Edİlməsi üzrə Dövlət Komitəsi tərəfindən 29 oktyabr 2008-ci il tarixli, 2844 nömrəli alqı-satqı müqaviləsi ilə İddiaçı MMC-yə satılmış və bu barədə cəmiyyətin adına 21 noyabr 2008-ci il tarixli, 004142 nömrəli şəhadətnamə verilmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6A ünvanında yerləşən 0,78697 ha torpaq sahəsinə dair İddiaçı MMC-nin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə qeydiyyata alınaraq mülkiyyət hüququna dair ******* nömrəli Çıxarış verilmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6 B ünvanında yerləşən 4.59275 ha torpaq sahəsinə dair İddiaçı MMC-nin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə qeydiyyata alınaraq mülkiyyət hüququna dair ******* nömrəli Çıxarış verilmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6 ünvanında yerləşən 2.62539 ha torpaq sahəsinə dair İddiaçı MMC-nin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə qeydiyyata alınaraq mülkiyyət hüququna dair ******* nömrəli Çıxarış verilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6 A ünvanında yerləşən 0.787 ha torpaq sahəsinə dair İddiaçı MMC-nin mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə yenidən qeydiyyata alınaraq buna dair ********** nömrəli Çıxarış verilmiş və həmin tarixdə A№ 457433 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6 ünvanında yerləşən 2.6254 ha torpaq sahəsinə dair İddiaçı MMC-nin mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə yenidən qeydiyyata alınaraq buna dair ********** nömrəli Çıxarış verilmiş və həmin tarixdə A№ 457432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6 B ünvanında yerləşən 4. 5927 ha torpaq sahəsinə dair İddiaçı MMC-nin mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə yenidən qeydiyyata alınaraq buna dair ********** nömrəli Çıxarış verilmiş və həmin tarixdə A№ 457435 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Lakin buna baxmayaraq həmin torpaq sahələri uzun illərdir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların tələblərinə zidd olaraq zəbt olunmuşdur. Torpaq sahələrinin zəbt olunması bizim mülkiyyət hüququmuzu kobud surətdə pozmaqla bərabər bizə külli miqdarda maddi zərər vurmuş və vurmaqda davam edir. Bununla əlaqədar olaraq dəfələrlə cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq bu nəticəsiz qalmışdır. Sonuncu dəfə, 16 iyun 2022-ci il tarixdə cavabdehə yazılı qaydada xəbərdarlıq edilərək İddiaçı mülkiyyətində olan olan Bakı şəhəri, Suraxanı rayonu, X7- Zığ şossesi, 11-ci kilometr ünvanında yerləşən 0,787 ha, 2,6254 ha və 4,5927 ha torpaq sahələrindən 5 gün müddətində çıxmaları, boşaltmaları tələb edilmiş, əks halda mülkiyyət hüquqlarının pozulmasına son qoyulmasına, zəbt edilmiş torpaq sahələrindən çıxarılmağına, torpaq sahələrinin boşaldılmasına və dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair tərəfimizdən iddia ərizəsi ilə aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi nəzərlərinə çatdırlmışdır.Lakin yenə də heç bir nəticə əldə edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında və yerli baxışda iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndələri X2 və X3 iddianı qəbul etməyərək izahatlarında 20 oktyabr 2008-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Bakı şəhəri,Suraxanı rayonu ərazisindəki, Zığ-Aeroport magistral avtomobil yolunun sağ və sol tərəfində "xxxx" ASC tərəfindən yaşıllaşdırma işlərinin gördüyünü, tinglik sahəsinin salındığını bildirmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 29 oktyabr 2008-ci il tarixli, 2844 nömrəli Dövlət Əmlakının İdarə Edİlməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı MMC arasında bağlanmış icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetini İddiaçı MMC-nin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə bağladığı xx.xx.2008-ci il tarixli 8647 nömrəli icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 456 m2 qeyri-yaşayış sahəsi təşkil edir. Dövlət Əmlakının İdarə Edİlməsi üzrə Dövlət Komitəsi Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən 456 m2 qeyri-yaşayış sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 67888 manata birbaşa satır, İddiaçı MMC isə onu satın alır. 21 noyabr 2008-ci il tarixli, 004142 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən 456 m2 qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən satın alınmışdır. 21 noyabr 2008-ci il tarixli, 004144 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən 798,2 m2 qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən satın alınmışdır. 21 noyabr 2008-ci il tarixli, 004143 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X7- Zığ şossesi, 11-ci kilometr ünvanında yerləşən 486 m2 qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən satın alınmışdır. xx.xx.2008-ci il tarixli 001704 qeydiyyat nömrəli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X7-Zığ şossesi, 11-ci kilometr ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 45927,5 m2 olan torpaq sahəsi İddiaçı MMC tərəfindən satın alınmışdır. xx.xx.2008-ci il tarixli 001705 qeydiyyat nömrəli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 7869,7 m2 olan torpaq sahəsi İddiaçı MMC tərəfindən satın alınmışdır. xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli ƏMDK DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, 11-ci km, Hava limanı-Zığ şossesi 6-da 2,62539 ha torpaq sahəsində yerləşən, 456 m2 ümumi, 456 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 2187 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli ƏMDK DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu Hava limanı-Zığ şossesi 11-ci kilometrində mülkiyyətində olan 4,59275 ha torpaq sahəsində yerləşən 6B nömrəli, 486 m2 ümumi, 486 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 2197 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli ƏMDK DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsinə İddiaçı MMC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli ƏMDK DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Hava limanı-Zığ şossesi 11 km, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsinə İddiaçı MMC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ƏMDK DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu Hava limanı-Zığ şossesi 11 km, 6B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsinə İddiaçı MMC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152,1, 152.5, 157.1, 157.2 və 178.1-ci maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edillmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamələrdən, həmçinin ƏMDK DƏDRXnın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlardan göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsi, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsi və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsi alqısatqı müqavilələri, habelə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilən şəhadətnamələrlə İddiaçı MMC tərəfindən satın alınmış və hüquq müəyyənedici sənəd olaraq isə hər üç torpaq sahəsi üzrə ƏMDK DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlarla İddiaçı MMC-nin hər üç torpaq sahəsinə mülkiyyət hüququ təsdiq edilmişdir. "xxxx" ASC isə mübahisəli torpaqların onun mülkiyyətində olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməsə də, İddiaçı MMC-yə məxsus torpaq sahəsi halhazıradək "xxxx" ASC-nin istifadəsindədir. Göründüyü kimi cavabdeh "xxxx" ASC İddiaçı MMC-yə məxsus torpaq sahəsindən istifadə etməklə sonuncunun mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə "xxxx" ASC-nin nümayəndələrinin izahatında qeyd etdikləri ilə bağlı isə bildirir ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisindəki, Zığ-Aeroport magistral avtomobil yolunun kənarında İddiaçı MMC-yə məxsus torpaq sahəsində yaşıllaşdırma işlərin aparılması və tinglik sahəsinin salınması, həmin torpaq sahələrin üzərində "xxxx" ASC tərəfindən mülkiyyət hüququnun əldə edilməsinə əsas vermir və buna görə İddiaçı MMCnin pozulmuş mülkiyyət hüququ bərpa edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsindən, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11ci kilometr, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsindən və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahələri cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına boşaldılmalı və torpaq sahələri İddiaçınə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsindən, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsindən və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsindən çıxarılmaqla, həmin torpaq sahələri cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına boşaldılmaqla, İddiaçınə təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar