Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2956/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhdən xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə əsas borca görə 56189,92 manat, faiz borcuna görə 3395,92 manat, cərimə borcuna görə 736,07 manat olmaqla borcun cəmi məbləğində 60321,91 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 271 manat məbləğində pulun tutulması; 2. Tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,70 kv.m olan mənzilinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə cəmi 60321,91 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 271 manat məbləğində pulun iddiaçıys ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBSB-6765 saylı kredit müqaviləsinə əsasən illik 16 faiz dərəcəsi olmaqla, 30 ay müddətinə 73000 manat məbləğində kredit verilmişdir.xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 56189,92 manat, faiz borcuna görə 3395,92 manat, cərimə borcuna görə 736,07 manat olmaqla borcun cərimə məbləğində 60321,91 manat pul təşkil edir. xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,70 kv.m olan mənzili İddiaçı ASC qarşısında xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsinin 4.3.5-ci bəndinə əsasən, “borc alan bu müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyin ən azı bir dəfə pozduqda), habelə bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor bu müqaviləyə xitam verilibverilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər.
3. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdеhdən xx.xx.2022-ci il tarixli RBSB- 6765 saylı kredit müqaviləsi üzrə əsas borca görə 56189,92 manat, faiz borcuna görə 9114,05 manat, cərimə borcuna görə 6375,35 manat olmaqla borcun cəmi məbləğində 71679,32 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 306 manat məbləğində pulun tutulması; tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,70 kv.m olan mənzilinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə cəmi 71679,32 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 306 manat məbləğində pulun iddiaçıya ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
8. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı və cavabdeh arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli RBSB-6765 nömrəli baş kredit müqaviləsinə əsasən müqavilənin predmeti borc verənin bu müqaviləsinin əsasında və bu müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən borc verənlə bağlanılacaq ayrıca razılaşmalar üzrə verilməsi üçün borcalana 60 ayadək, illik 30 % dərəcəsi ilə 100000 manat kredit limiti ayrılır, borcalan isə razılaşmalar üzrə limit çərçivəsində borc verən tərəfindən verilən kredit, kredit xətti, qarantiya və akkreditivdən bu müqavilədə və razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində istifadə etməsi və krediti qaytarmasına dair pul öhdəliyidir.
10. xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı Baş Kredit müqaviləsi üzrə kredit verilməsinə dair 12 dekabr 2022-ci il tarixli razılaşmaya əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana obyekt təmiri və dövriyyə vəsaitlərin artırılması məqsədilə 73000 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kredit ödəniş hesablanmış faizləri, cəriməni, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə borc verənlə borc alan arasında bağlanan xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı baş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və bu müqavilə üzrə kredit baş kredit müqaviləsi üzrə borc alana ayrılmış limit əsasında verilir.
11. Müqavilənin 1.3-cü bəndinə əsasən müştəriyə 36500 manat kredit verilir, qalıq məbləğ blok olunur. Digər bankda olan girov banka yüklü olunduqdan sonra blok olunmuş qalıq məbləğ müştəriyə verilir.
12. Müqavilənin 2.13.3-cü bəndinə əsasən bu müqavilə üzrə verilmiş kreditin müddəti bitdikdə və borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 qatı həcmində, yəni (32 %) faiz, borc tam ödənilən günədək hesablanır və borc alan tərəfindən tam ödənilməlidir.
13. Müqavilənin 6.2-ci bəndinə əsasən borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir.
14. İİddiaçi və cavabdeh arasında bağlanmış baş kredit müqaviləsinə güzəşt müddətinin verilməsi haqqında xx.xx.2023-cü il tarixli Əlavə Razılaşmaya əsasən borcalanın kredit ödənişinə güzəşt müddəti verilməsi barədə razılıq əldə etmişlər. Faiz və dəbbə borcu ödənilməsi, ödənilməyən əsas qalıq məbləğin son 3 ayın üzərinə əlavə edilməsi razılaşdırılmışdır.
15. İddiaçı və cavabdeh arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli RBSB-6765 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54,70 kv.m olan mənzil iddiaçı və cavabdeh arasında bağlanılan xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verilir.
16. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli RB02/PK-1257 nömrəli arayışdan görünür ki, 12 dekabr 2022-ci il tarixli RBSB-6765 saylı müqavilə üzrə cavabdehin 29 mart 2024-cü il tarixinə olan əsas borcu 56189,92 manat, faiz borcu 3395,92 manat, cərimə borcu 736.07 manat olmaqla, ümumilikdə 60321,91 manat təşkil edir.
17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 54,70 kv.m sahədən ibarədə mənzil cavabdehin adına rəsmiləşdirilmişdir.
18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 54,70 kv.m sahədən ibarət olan mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
19. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, LP-090/2024 nömrəli rəyə görə, ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı bazar qiyməti 146000 manat, likvid qiyməti 130000 manat təşkil edir.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/8078 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə olan əsas borcu 56093,28 manat, faiz borcu 3490,25 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 56093,28 manat, faiz borcu 7204,87 manat təşkil edir.
21. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
25. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
26. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
27. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
28. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
30. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
31. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
32. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
33. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh 12 dekabr 2022-ci il tarixli RBSB-6765 saylı kredit sazişi müqaviləsi bağlanmışdır. Müqavilə üzrə cavabdehə 30 ay müddətinə, illik faiz dərəcəsi 16 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 73000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməyərək, kredit müqaviləsi üzrə ödəməli olduğu əsas və faiz borcunu tam şəkildə iddiaçıya ödəməmişdir.
34. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borclarının ödənilməsini tələb etməkdə haqlıdır.
35. Materiallardan müəyyən edilir ki, hazırkı iş üzrə xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə çatdırılmışdır. Xəbərdarlıq məktubunda isə kredit müqaviləsi üzrə cəmi əsas borcun ödənilməsi tələbi irəli sürülmüşdür.
36. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəti 30 ay müəyyən edilsə də, iddiaçı həmin müddət başa çatanadək, yəni xx.xx.2024-cü il tarixdə cavabdehə qarşı cəmi əsas borcun ödənilməsi tələbini irəli sürülməklə müqavilə münasibətlərinin davam etməsindən imtina etməsi ilə bağlı iradə ifadəsini bildirmişdir.
37. Qeyd olunan halları, Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilir.
38. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
39. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 56093,28 manat əsas borc, 3395,92 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, cavabdehdən tutulacaq əsas borc ekspert rəyinə uyğun müəyyən edilməlidir.
40. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 6375,35 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.
41. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
42. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
43. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 736,07 manat müəyyən edilməlidir.
44. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.
45. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin iddiaçıya 12 dekabr 2022-ci il tarixli RBSB-6765 saylı krеdit müqaviləsi üzrə 56093,28 manat əsas borc, 3395,92 manat faiz borcu və 736,07 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılmalıdır.
46. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə uyğun (130000 manat) müəyyən edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12 dekabr 2022-ci il tarixli RBSB-6765 saylı krеdit müqaviləsi üzrə 56093,28 manat əsas borc, 3395,92 manat faiz borcu, 736,07 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan mənzilə - ilkin satış qiyməti 130000 manat müəyyən edilməklə yönəldilməli, göstərilən əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka predmetinin mülkiyyətçisinə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 271 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınması ilə bağlı ödənilmiş 51 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 35 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
50. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
51. Məhkəmə qeyd edir ki, ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə 56093,28 manat əsas borc, 3395,92 manat faiz borcu, 736,07 manat dəbbə pulu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumu, ödənilmiş 271 manat dövlət rüsumu, ümumilikdə 60547,27 (altmış min beş yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54.70 kv.m olan mənzilə - ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat müəyyən edilməklə yönəldilsin. Göstərilən əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 60547,27 (altmış min beş yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova