Məhkəmə qərarları › İş №e-2-2(113)-2959/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2959/2024

21.06.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2959/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Milli Elmlər X1 Avtobazasının müflis elan edilməsi barədə ərizəsi üzrə (açar sözlər: müflis elan edilmə) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Ərizəçi Azərbaycan Milli Elmlər X1 Avtobazasının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Milli Elmlər X1 Avtobazasının müflis elan edilməsi barədə ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. Ərizəçi Azərbaycan Milli Elmlər X1 Avtobazası ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Milli Elmlər X1 Avtobazasının müflis elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin 23 oktyabr 1984-cü il tarixli 19 nömrəli qərarı ilə AMEA-nın X5 yaradılmışdır (VÖEN: **********). AMEA-nın Təsərrüfat HesablıAvtobazası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1995-ci il 28 noyabr tarixli D-855 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli 363 nömrəli qərarının 1-ci bəndi ilə “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu” təsdiq edilmiş və yeni strukturda AMEA-nın X5 nəzərdə tutulmamışdır. Qeyd olunan səbəblərdən də AMEA Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli iclasında (AMEA Rəyasət Heyətinin 27 yanvar 2016- cı il tarixli 1/9 nömrəli qərarı) AMEA-nın X3 ləğv edilməsi qərara alınmış, AMEA Rəyasət Heyətinin 10 fevral 2016-cı il tarixli 3/4 nömrəli qərarı ilə Ləğvetmə Komissiyası yaradılmış və müvafiq qanunvericiliyə uyğun olaraq, bir sıra tədbirlər həyata keçirilmiş, lakin bu müəssisənin ləğv edilməsinin rəsmiləşdirilməsi başa çatdırılmamışdır. Həmin vaxt, yəni 2016-cı ilin yanvar ayından AMEA-nın X3 kommersiya, ümumiyyətlə, bütün fəaliyyətini dayandırmış, AMEA-nın X4 işləyən bütün işçilərlə bağlanılmış əmək müqavilələrinə xitam verilmiş, onlara son haqq-hesablar ödənilmişdir. Hazırda AMEA-nın X3 hər hansı bir əmlakı və pul vəsaitləri mövcud deyildir. Buna görə də, AMEA Rəyasət Heyətinin 15 noyabr 2023-cü il tarixli iclasında AMEA-nın X3 ləğv edilməsinin başa çatdırılması ilə bağlı 20/15 nömrəli vəsatət qaldırılmış və həmin vəsatəti nəzərə alaraq, AMEA-nın Ümumi Yığıncağının 29 noyabr 2023-cü il tarixli 2/9 nömrəli qərarı ilə AMEA-nın X3 ləğv edilməsinin rəsmiləşdirilməsinin başa çatdırılması qərara alınmışdır. AMEA-nın Ümumi Yığıncağının 29 noyabr 2023-cü il tarixli 2/9 nömrəli qərarına əsasən ləğvetmə komissiyası yaradılmışdır. Komissiya hüquqi şəxsin ləğv edilməsi prosedurlarına uyğun olaraq mərhələli şəkildə aidiyyəti qurumlarla yazışmaları həyata keçirmişdir. Ləğvetmə komissiyasının müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 fevral 2024-cü il tarixli **********719600 nömrəli cavab məktubuna əsasən müəssisənin şəxsi hesab vərəqəsi üzrə 23 fevral 2024-cü il tarixə şəxsi vərəqə üzrə vergi və faizlərdən 289,54 manat, sosial sığorta və işsizlikdən sığorta haqqlarından 33579,13 manat, penya üzrə 5471,21 manat (cəmi, 39050 manat 34 qəpik) dövlət büdcəsinə ödənilməli olan borcu vardır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Milli Elmlər X1 Avtobazasının nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 63.1-ci maddəsinə əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Azərbaycan Respublikasının “Müflisləşmə və iflas” haqqında Qanununun: - 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. - 3-cü maddəsinə əsasən Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. - 10-1-ci maddəsinə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.

V. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə rədd olunmalıdır.

7. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçi Azərbaycan Milli Elmlər X1 Avtobazasının ********** VÖE-ni üzrə axtarış edildikdə görünür ki, qeyd edilən qurum kommersiya hüquqi şəxsidir və xx.xx.1995-ci ildə dövlət qeydiyyatına alınmışdır.

8. Ərizənin məzmunundan və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin 23 oktyabr 1984-cü il tarixli 19 nömrəli qərarı ilə AMEA-nın X5 yaradılmışdır. AMEA-nın X5 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1995-ci il 28 noyabr tarixli D-855 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.

9. AMEA Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli iclasında (AMEA Rəyasət Heyətinin 27 yanvar 2016- cı il tarixli 1/9 nömrəli qərarı) AMEA-nın X3 ləğv edilməsi qərara alınmış, AMEA Rəyasət Heyətinin 10 fevral 2016-cı il tarixli 3/4 nömrəli qərarı ilə Ləğvetmə Komissiyası yaradılmış və müvafiq qanunvericiliyə uyğun olaraq, bir sıra tədbirlər həyata keçirilmiş, lakin bu müəssisənin ləğv edilməsinin rəsmiləşdirilməsi başa çatdırılmamışdır.

10. AMEA Rəyasət Heyətinin 15 noyabr 2023-cü il tarixli iclasında AMEA-nın X3 ləğv edilməsinin başa çatdırılması ilə bağlı 20/15 nömrəli vəsatət qaldırılmış və həmin vəsatəti nəzərə alaraq, AMEA-nın Ümumi Yığıncağının 29 noyabr 2023-cü il tarixli 2/9 nömrəli qərarı ilə AMEA-nın X3 ləğv edilməsinin rəsmiləşdirilməsinin başa çatdırılması qərara alınmışdır.

11. AMEA-nın Ümumi Yığıncağının 29 noyabr 2023-cü il tarixli 2/9 nömrəli qərarına əsasən ləğvetmə komissiyası yaradılmışdır.

12. Ləğvetmə komissiyasının müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 fevral 2024-cü il tarixli **********719600 nömrəli cavab məktubuna əsasən müəssisənin şəxsi hesab vərəqəsi üzrə 23 fevral 2024-cü il tarixə şəxsi vərəqə üzrə vergi və faizlərdən 289,54 manat, sosial sığorta və işsizlikdən sığorta haqqlarından 33579,13 manat, penya üzrə 5471,21 manat (cəmi, 39050 manat 34 qəpik) dövlət büdcəsinə ödənilməli olan borcu vardır.

13. İş materiallarında olan www.justice.gov.az saytında yerləşdirilmiş elandan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1995-ci il 28 noyabr tarixli D-855 nömrə ilə dövlət qeydiyyatına alınmış AMEA-nın X3 ləğv edildiyi, kreditorların bu elan dərc olunduqdan sonra 60 gün ərzində təşkilata olan tələblərini qeyd olunan ünvana bildirmələri göstərilmişdir.

14. İş materiallarında olan, Vergilər sosial-iqtisadi onlayn qəzetində xx.xx.2023-cü il tarixdə nəşr edilmiş elanda AMEA-nın X3 ləğv olunduğunu elan etməsi, kreditorların iki ay ərzində tələblərini ünvan 1 ünvanına bildirmələri qeyd olunmuşdur.

15. Hazırda, ərizəçi ödəmə qabiliyyətinə malik olmamasını qeyd edərək AMEA-nın X3 müflis elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

16. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində göstərilən şərt ödənilmədiyindən ərizəçinin ödəmə qabiliyyətinin olmayan sayılması mümkün deyildir.

17. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə.

18. Həmin maddənin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə.

19. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Milli Elmlər X1 Avtobazasının ödəmə qabiliyyəti olmayan sayılması üçün “Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından onun müflis elan olunması ilə bağlı ərizəsi təmin oluna bilməz.

20. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

Azərbaycan Milli Elmlər X1 Avtobazasının müflis elan edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar