Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2960/2024 29.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: rabitə xidmətlərinin göstərilməsinə görə pulun tutulması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, iddiaçının nümyəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. "xxxx" MMC ilə Cavabdeh MMC (sifarişçi) arasında telekommunikasiya resurslarının istifadəyə verilməsinə dair xx.xx.2023-cü il tarixli 1100-03-23/07-55 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən “İcraçı” balansında olan texniki resursların (fiber optik kabel liflərinin, kabel-kanalizasiya qurğularının (KKQ), telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə olunan dirəklər və digər bu növdən resurslar) balansında olan texniki resursların (fiber optik kabel liflərinin kabel- kanalizasiya qurğularının (KKQ), port xidmətləri, telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə olunan dirəklər və digər bu növdən resurslar) “Sifarişçi” tərəfindən istifadəsini, həmçinin “icraçfya məxsus inzibati və texniki binalarda “Sifarişçi”yə məxsus avadanlıqların yerləşdirilməsini, “İcraçfya məxsus “Sifarişçi” xətt şəbəkəsindən texniki imkanlar daxilində istifadəni, o cümlədən rabitə-texniki xidmətlərin göstərilməsini təmin edir, “Sifarişçi” isə göstərilən xidmətlərin qarşılığında bu müqavilə (onun müvafiq Əlavələri) ilə razılaşdırılmış xidmət haqlarını (pul məbləğini) “İcraçı”ya ödəyir. - 2.1-ci bəndinə əsasən Bu Müqavilə hər iki tərəfin (bundan sonra “Tərəf və “Tərəflər”) səlahiyyətli nümayəndəsi tərəfindən imzaladığı və möhürləndiyi andan etibarlıdır və 3 (üç) il müddətində qüvvədə olacaqdır. - 2.2-ci bəndinə əsasən əgər “Tərəflər”dən biri Müqavilənin qüvvədə olma müddətinin başa çatmasından 30 (otuz) təqvim günü əvvəl müqaviləyə xitam verməklə bağlı yazılı bildiriş təqdim etməzsə, o zaman Müqavilə hər dəfə avtomatik olaraq növbəti 1 (bir) il müddətinə uzadılacaq. - 3.5-ci bəndinə əsasən xidmətlərin dəyəri aylıq ödənilir. Ödənişlər “icraçı” tərəfindən təqdim edilmiş hesab-fakturaya uyğun olaraq köçürmə yolu ilə həyata keçirilir. Ödənişlər hesab-fakturanın təqdim edilməsindən sonra 3 (üç) bank günü ərzində həyata keçirilməlidir. - 5.1.3-cü bəndinə əsasən bu müqavilə üzrə göstərilən xidmətlərin dəyərini bu Müqavilədə və müqaviləyə Əlavələrdə nəzərdə tutulan qaydada və müddətdə ödəmək (Bu Müqavilədə nəzərdə tutulan müddət ərzində ödənişlər aparılmadıqda “İcraçı” göstərilən xidmətləri dayandırmaq hüququna malikdir) sifarişçinin vəzifəsidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. 16.08.2023-cü il tarixdə Cavabdeh MMC "xxxx" MMC-yə müqaviləyə xitam verilməsi barədə bildiriş göndərmiş və bildirişdə Cavabdeh MMC-nin 2023-cü ilin sentyabrından öz fəaliyyətini dayandırması ilə əlaqədar tərəflər arasında bağlanmış dair xx.xx.2023-cü il tarixli 1100-03-23/07-55 saylı müqaviləyə xx.xx.2023-cü il tarixdən vaxtından əvvəl xitam verdikləri barədə məlumat vermişdir.
3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 1100-03-23/07-55 saylı müqavilə üzrə xx.xx.2023-xx.xx.2023-cü il dövr üzrə "xxxx" MMC-yə olan borcu 7.856,33 manat təşkil edir.
4. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilərək cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 7.856,33 manat məbləğində borcun və ödənilmiş 99 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixli 1100-03-23/07- 55 saylı telekommunikasiya resurslarının istifadəyə verilməsi barədə müqavilə imzalanmışdır. Cavabdeh MMC-nin qeyd edilən müqavilədən yaranan öhdəliklərinə görə İddiaçı MMC-yə 7.856,33 manat məbləğində borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və xx.xx.2024-cü il tarixində yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borc bu günədək ödənilməmişdir. Tərəflər arasında bağlanmış telekommunikasiya resurslarının istifadəyə verilməsinə dair müqavilənin 3.5-ci bəndinə əsasən, xidmətlərin dəyəri aylıq ödənilir. Ödənişlər “İcraçı” (İddiaçı MMC) tərəfindən təqdim edilmiş hesab-fakturaya uyğun olaraq köçürmə yolu ilə həyata keçirilir. Ödənişlər hesab-fakturanın təqdim edilməsindən sonra 3 bank günü ərzində həyata keçirilməlidir. Həmin müqqavilənin 5.1.3-cü bəndinə əsasən, göstərilən xidmətlərin dəyərini bu Müqavilədə və müqaviləyə Əlavələrdə nəzərdə tutulan qaydada və müddətdə ödəmək “Sifarişçinin” (Cavabdeh MMC) vəzifəsidir.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 448.1-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
10. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
12. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
15. AR Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında telekommunikasiya resurslarının istifadəyə verilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-yə telekommunikasiya şəbəkəsinə qoşulmuş portu cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh göstərilmiş xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası dövrdə göstərilmiş xidmətlər üçün 7.856,33 manat borcu yaranmışdır.
19. Belə olan halda məhkəmə hesab edir ki, borc məbləğinin ödənilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, göstərilmiş telekommunikasiya resurslarının istifadəyə verilməsi xidmətlərinin müqabilində Cavabdeh MMC-dən 7.856,33 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
20. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. 21.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən telekommunikasiya resurslarının istifadəyə verilməsinə dair xx.xx.2023-cü il tarixli 1100-03-23/07-55 saylı müqavilə üzrə 7.856,33 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva