Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2969/2023 27.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, cavabdeh X3 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X4 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 İddiaçı MMC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 25249 saylı Müqavilə üzrə yaranmış əsas borcu 340,99 manat, müqavilənin 7.4-cü bəndinə əsasən cərimə borcu 709,48 manat, cəmi müqavilə üzrə borcu 1050,47 manat və 20 manat ödənilmiş mediasiya xərci, 10,51 manat iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun qalan ödənilməli olan hissəsi üzrə məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X6 və "xxxx" ASC arasında 25249 saylı müqavilə imzalanmışdır. Cavabdeh həmin müqavilənin 3.2-ci bəndinə əsasən xidmətə görə komisyon haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu X6 müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri icra etməmiş, nəticədə onun İddiaçı MMC-yə borcu yaranmışdır. X3 xx.xx.2023-cü il tarixi üçün xx.xx.2013-cü il tarixli 25249 saylı Müqavilə üzrə yaranmış əsas borcu 340,99 manat, müqavilənin 7.4-cü bəndinə əsasən cərimə borcu 709,48 manat, cəmi müqavilə üzrə borcu 1050,47 manat təşkil edir. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmiş və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, izahatında hazırda tələb olunan borcun 2017-ci ildə yarandığını, cavabdehin isə 2019, 2020 və 2021-ci illərdə ödəniş etdiyini və iddia müddətin ötürülmədiyini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi haqqında qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 25249 nömrəli İddiaçı MMC ilə cavabdeh X6 arasında bağlanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, Visa İnternationalın üzvü kimi müvafiq hüquq və səlahiyyətlərə malik olan Bank, Müəssisəni vəkil edir ki, yuxarıda göstərilən kartları malların və xidmətlərin alınması müqabilində qəbul etsin. Bu kartlarla aparılmış əməliyyatların məbləğini bu Müqavilənin 3.1 və 3.4-cü bəndlərində göstərilən bank komisyon haqqını çıxdıqdan sonra Müəssisənin bank hesabına köçürür. Müəssisə Azərikardın texniki xidmətlərindən istifadə etdiyi halda bu müqavilənin 4-cü bəndinə uyğun olaraq Azərikarda əlavə xidmət haqqı ödəyir. Azərikard Müəssisə tərəfindən kartlarla əməliyyatın aparılması üçün texniki imkanı yaradır, hesabları işləyib hazırlayır və hesablaşma məlumatını banka təqdim edir. Müqavilənin 7.4-cü maddəsinə əsasən, bu müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə görə Müəssisə gecikdirilmiş hər gün üçün Azərikarda ödəniş məbləğindən 0,1% miqdarında cərimə ödəyir. xx.xx.2023-cü il tarixli 06-01/163 nömrəli maliyyə arayışından görünür ki, X3 xx.xx.2013-cü il tarixli 25249 saylı müqaviləyə əsasən Azərikard MMC-yə 426,72 AZN borcu var. xx.xx.2019-cu il tarixli kredit haqqında bildirişdən görünür ki, X1 MMC-nin hesabına 100 AZN köçürmüşdür. xx.xx.2019-cu il tarixli kredit haqqında bildirişdən görünür ki, X1 MMC-nin hesabına 100 AZN köçürmüşdür. xx.xx.2019-cu il tarixli kredit haqqında bildirişdən görünür ki, X1 MMC-nin hesabına 100 AZN köçürmüşdür. xx.xx.2019-cu il tarixli kredit haqqında bildirişdən görünür ki, X1 MMC-nin hesabına 100 AZN köçürmüşdür. xx.xx.2020-ci il tarixli kredit haqqında bildirişdən görünür ki, X1 MMC-nin hesabına 100 AZN köçürmüşdür. xx.xx.2021-ci il tarixli kredit haqqında bildirişdən görünür ki, Azərikard MMC-nin hesabına 100 AZN köçürülmüşdür. xx.xx.2021-ci il tarixli kredit haqqında bildirişdən görünür ki, Azərikard MMC-nin hesabına 50 AZN köçürülmüşdür. xx.xx.2021-ci il tarixli kredit haqqında bildirişdən görünür ki, Azərikard MMC-nin hesabına 50 AZN köçürülmüşdür. xx.xx.2023-cü il tarixli MŞB/18-2023-00462 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC Bakı şəhəri 18 saylı mediasiya təşkilatına 20 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, Azərikard MMC 10 manat dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Göründüyü kimi, iddiaçı "xxxx" MMC ilə cavabdeh X6 arasında xidmətə görə komisyon haqqı ödəməyi öhdəsinə götürməsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh X6 İddiaçı MMC-nin xidmətlərindən istifadə etsə də və göstərilən xidmətin qarşılığında 2017-ci ildə yaranmış borcunun bir qismini ödəsə də, 340,99 manat məbləğində borcu qalmışdır. Cavabdeh X3 nümayəndəsi X5 iddia müddətini tətbiq edilərək iddianın rədd edilməsi haqqında vəsatətinə münasibətdə məhkəmə bildirir ki, tələb olunan vəsait 2017-ci ildə yaranan borcun bir qismi olmaqla, cavabdeh tərəfindən davamlı olaraq Azərikard MMC-yə 2019, 2020 və 2021-ci illərdə (son ödəniş xx.xx.2021-ci il tarixdə) ödəniş edildiyinə görə, iddiaçı Azərikard MMC hazırki tələblə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməklə 3 illik iddia müddətini ötürməmişdir. Odur ki, məhkəmə qeyd olunanaları nəzərə alaraq hesab edir ki, iddia 340,99 manat məbləğində əsas borc, 20 manat mediasiya xərci və 10,51 manat məbləğində dövlət rüsumu hissəsində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı isə qeyd edir ki, cərimə məbləği tənasübsüz surətdə yüksək hesablandığına görə azaldılaraq 19,01 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh X2 340,99 manat əsas borc, 19,01 manat cərimə borcu cəmi 360 manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 20 manat və dövlət rüsumu kimi ödənilmiş 10,51 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 340,99 manat əsas borc, 19,01 manat cərimə borcu cəmi 360 manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 20 manat və dövlət rüsumu kimi ödənilmiş 10,51 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2969/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2969/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver