Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2991/2020 19.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1, kreditorun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin müflis elan edilmə barədə ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, müflis elan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra MMC adlanacaq, VÖEN: **********) təsis edildiyi gündən bir sıra iqtisadi cəhətdən əhəmiyyətli layihələr üzrə fəaliyyət göstərmiş, xeyli insanların muzdlu işlə təmin edilməsinə köməklik göstərərək, qanunvericiliklə müəyyən olunan icbari ödənişləri, o cümlədən dövlət büdcəsinə olan ödənişləri vaxtı-vaxtında icra etmişdir. Lakin Azərbaycan Respublikasında baş vermiş devalvasiya hadisəsi ölkə iqtisadiyyatına, həmçinin də əksər sahibkarlıq fəaliyyəti subyektlərinə təsirsiz ötüşmədi. Bunun nəticəsində isə iddiaçının (borclunun) vəziyyəti ciddi şəkildə pisləşmiş və bu da kreditor borcların və ya öhdəliklərin icrasının mümkünsüzlüyünə səbəb olmuşdur. İddiaçının (borclunun) kreditoru “xxxx” məhdud məsuliyyətli cəmiyyətidir - VÖEN:**********, ünvan: AZ1800, Şirvan şəhəri, M.Rəsulzadə. İddiaçının (borclunun) cavabdehə (kreditora) müqavilə üzrə yerinə yetirilmiş işlər üçün tərəflərin qarşılıqlı təsdiqlədiyi icra aktlarına və üzləşmə aktlarına əsasən icra edilməmiş ƏDV xaric 644.307,36 (altı yüz qırx dörd min üç yüz yeddi manat 36 qəpik) manat məbləğində qalıq borc (işçilik haqqı) öhdəliyi vardır. İddiaçının digər kreditor və ya debitor borcları mövcud deyildir. Eyni zamanda iddiaçı (borclu) hazırki ərizəni məhkəməyə təqdim etdikdən sonra 1 (bir) il ərzində onun vaxtı çatacaq digər borc öhdəliyi mövcud deyildir. İddiaçı (borclu) təsdiq edir ki, o borc öhdəliyini icra etmək iqtidarında deyildir (İddiaçının sonuncu hesabat tarixinə maliyyə hesabatı əlavə olunur). Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Qanunun 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək təmin edilməsi, İddiaçı müflis elan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında kreditorun nümayəndəsi ərizənin əsassız olduğunu qeyd edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı müflis elan olunması barədə ərizəsi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxlərinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 2 -İddiaçı təsisçisinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı müflişləşmə yolu ilə məhkəmə qaydasında ləğv edilməsi qərara alınmışdır. -İddiaçı tərəfindən təqdim edilmiş kreditorların siyahısı və həmin kreditorlara ödənilməli borc barədə cədvəldən müəyyən olunur ki, ümumilikdə cəmiyyətin 644307,36 (ƏDV daxil deyil) manat borcu vardır. -Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin İddiaçınə ünvanladığı məktubundan görünür ki, iddiaçının xx.xx.2020-ci il tarixə vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqqları üzrə borcu yoxdur. - İddiaçı «xxxx» MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilə üzrə yerinə yetirilmiş işiər üçün tərəflərin qarşılıqlı təsdiqlədiyi icra aktlarına və üzləşmə aktına əsasən ödənilməmiş ƏDV xaric 644,307.36 manat məbləğində qalıq muzdun cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 102/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir, daha sonra cavabdeh qeyd edilən qətnamədən apellyasiya və kassasiya şikayətləri vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Alı Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyalarının qərarları ilə şikayətlər təmin edilməmişdir. Tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, hazırkı mübahisə cavabdeh İddiaçı MMC iddiaçı “xxxx” MMC-nin tələblərini ödəməyə qadir olmadığı üçün müflis elan edilməsi tələbini ehtiva edir. Məhkəmə müflis elan edilmə barədə ərizə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır, ərizəçi – məhkəməyə iflas haqqında ərizə (iddia ərizəsi) vermiş şəxsdir, əmlak inzibatçısı – borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun V fəslində səciyyələndirilmiş vəzifəli şəxsdir, müvəqqəti əmlak inzibatçısı – borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun Vİ fəslində səciyyələndirilmiş vəzifəli şəxsdir. 2-ci maddəsinə əsasən iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya təşkilatlarına (o cümlədən banklar və digər kredit təşkilatlarına) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Bu Qanun publik hüquqi şəxslərə şamil edilmir. Ələt azad iqtisadi zonasında müflisləşmə və iflas sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. Bu Qanunda istifadə edilən “borclu” anlayışı borclu müəssisəyə və fərdi borcluya aiddir. Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir. Kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. 11-ci maddəsinin 1-ci bəndinə əsasən iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. 3-cü bəndinə əsasən məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) iddiaçı bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin anlayışında nəzərdə tutulduğu kimi hüquqi şəxs özünə məxsus əmlakla öz öhdəlikləri üçün cavabdehdir. Buna görə də o, kreditorlarının tələblərini ödəməyə yetərli olan əmlaka malik olmalıdır. Hüquqi şəxsin əmlakı onun öhdəliklərindən əmələ gələn borcları ödəməyə kifayət etməzsə, məhkəmə qaydasında və ya könüllü olaraq müflis sayıla bilər. Müflisləşmə dedikdə borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmaması başa düşülür. Hüquqi şəxs iki üsulla ödəmə qabiliyyəti olmayan sayılır. Birincisi hüquqi şəxs özünü ödəmə qabiliyyəti olmayan elan etdikdə, ikincisi hüquqi şəxs məhkəmə qaydasında ödəmə qabiliyyəti olmayan sayıldıqda. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçinin müflis elan olunması barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 217 227, 360-cı maddələrini və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2991/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2991/2020
19.11.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver