Məhkəmə qərarları › İş №e-2-2(113)-3004/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3004/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3004/2024 31.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 572 manat pul vəsaitinin, dəbbə pulu olaraq 411 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat, ümumilikdə 1.013 manat məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında 440 saylı gömrük rəsmiləşdirilməsi xidmətləri barədə müqavilə bağlanılmışdır. Həmin müqavilənin şərtinə əsasən, İddiaçı MMC Cavabdeh MMC-nin sifarişinə müvafiq olaraq və tamamilə onun vəsaiti hesabına elektron yük gömrük bəyannaməsi (E-YGB) doldurulması və qısa idxal bəyannaməsi (QİB) doldurulması xidmətlərini həyata keçirmişdir. Həmin müqavilənin 1 nömrəli əlavəsinin şərtlərinə əsasən, İddiaçı MMC Cavabdeh MMC-nin sifarişinə müvafiq olaraq və tamamilə onun vəsaiti hesabına elektron yük gömrük bəyannaməsi (E-YGB) doldurulması xidmətinin 1 (bir) səhifəsi üçün 40 manat xidmət haqqı müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən hazırlanmış və müvafiq orqana təqdim edilmiş xx.xx.2021-ci il tarixli, **********4862 nömrəli, xx.xx.2021-ci il tarixli, **********4872 nömrəli, xx.xx.2021-ci il tarixli, **********7288 nömrəli, xx.xx.2021-ci il tarixli, **********7290 nömrəli, xx.xx.2021-ci il tarixli, **********1663 nömrəli gömrük bəyannamələrinə görə (10x40) 400 (dörd yüz) manat və ********** nömrəli qısa gömrük bəyannamələrinin doldurulması xidmətinə görə isə (4x43) 172 (yüz yetmiş iki) manat ümumilikdə 572 (beş yüz yetmiş iki) manat dəyərində xidmət göstərdiyi faktı, EBBM seriyalı, 102041 nömrəli, xx.xx.2021- ci i tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturada öz təsdiqini tapmışdır. Qeyd edilən məbləğ cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına ödənilməli idi, lakin bugünə kimi hər-hansı bir ödəniş həyata keçirilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 440 saylı, 29 sentyabr 2021-ci il tarixli gömrük rəsmiləşdirilməsi xidmətləri barədə müqavilə və müqaviləyə 01 saylı Əlavə imzalanmışdır.

9. Müqavilənin 1.1-ci bəndinə əsasən təmsilçi sifarişçinin sifarişinə müvafiq olaraq və tamamilə onun vəsaiti hesabına elektron yük gömrük bəyannaməsi (E-YGB) doldurulması və qısa idxal bəyannaməsi (QİB) doldurulması xidmətlərini təqdim edir.

10. Müqavilənin 5.2-ci bəndinə əsasən, sifarişçi ödənişi təmsilçi hesabına bank köçürmə yolu ilə, işlərin tam yerinə yetirilməsini əks etdirən təhvil-təslim aktı təqdim edildikdən sonra təmsilçi tərəfindən təqdim edilən hesab-faktura əsasında 10 təqvim günü ərzində həyata keçirir.

11. 440 saylı, 29 sentyabr 2021-ci il tarixli gömrük rəsmiləşdirilməsi xidmətləri barədə müqaviləyə 01 saylı Əlavəyə əsasən elektron yük gömrük bəyannaməsi (E-YGB) doldurulması xidməti 1 səhifə üçün 40 manat, qısa idxal bəyannaməsi (QİB) doldurulması haqqı hər səhifə üçün ödənişsiz müəyyən edilmişdir.

12. Müqavilə və müqaviləyə əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

13. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə iddiaçı tərəfindən ona məxsus olan texnikalar vasitəsilə ilə cavabdehə müvafiq xidmətlərin göstərilməsindən ibarət olmuşdur. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

14. Ona görə də məhkəmə hesab edir ki, Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

15. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

16. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-göstərilməməsidir.

17. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, **********5316 nömrəli, xx.xx.2021-ci il tarixli, **********5319 nömrəli, xx.xx.2021-ci il tarixli, **********5318 nömrəli, xx.xx.2021-ci il tarixli, **********4862 nömrəli, xx.xx.2021-ci il tarixli, **********4872 nömrəli, xx.xx.2021-ci il tarixli, **********7288 nömrəli, xx.xx.2021-ci il tarixli, **********7290 nömrəli, xx.xx.2021-ci il tarixli, **********1663 nömrəli, xx.xx.2021-ci il tarixli, **********7288 nömrəli gömrük bəyannamələrindən görünür ki, elektron yük gömrük bəyannaməsi (E-YGB) doldurulması xidməti iddiaçı tərəfindən cavabdehə göstərilmişdir.

18. Bundan başqa, işdə olan EBBM seriyalı, 102041 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 572 manat olan elektron qaimədən görünür ki, iddiaçı tərəfindən gömrük bəyannamələrinə görə (10x40) 400 manat və ********** nömrəli qısa gömrük bəyannamələrinin doldurulması xidmətinə görə isə (4x43) 172 manat olmaqla, ümumilikdə 572 manat dəyərində xidmət göstərilmişdir.

19. Hazırda, iddiaçı tərəf cavabdehin müqavilə üzrə 572 manat məbləğində ödənilməmiş borcunu tələb edir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

21. Cavabdeh tərəf məhkəmə iclasına gəlməməklə yanaşı, iddiaya da, etirazını bildirməmiş və qeyd edilmiş borcdan hər hansı bir məbləğin ödənilməsinə dair sənədi məhkəməyə təqdim etməmişdir.

22. Belə olan halda, məhkəmə hesab edir ki, iddia 572 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

23. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

24. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən ödəniş gecikdiyi halda təmsilçi sifarişçidən hər gecikdirilmiş gün üçün hesab-fakturada göstərilən məbləğin 0,01 %-i miqdarında cərimə tələb etmək hüququna malikdir.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 30 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

27. Məhkəmə 30 manat məbləğində dövlət rüsumunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

28. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən 30 manat məbləğində pul dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə ödənmişdir.

29. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 572 (beş yüz yetmiş iki) manat, cərimə borcu üzrə 30 (otuz) manat olmaqla, cəmi 602 (altı yüz iki) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar