Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3036/2025 07.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh iddiaçı "xxxx" MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası, delikt) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh iddiaçı "xxxx" MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələrinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024 və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə ona ödənilməli olan 1700 manat əsas borc, 2992 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86,92 manat, ümumilikdə 4778,92 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi ödəyicisi fiziki şəxs Cavabdeh ilə "xxxx" MMC arasında 01 oktyabr 2024-cü il tarixli, Z001 nömrəli və 09 oktyabr 2024-cü il tarixli, Z002 nömrəli biznes xidmətlərinin göstərilməsi haqqında müqavilələr bağlanmışdır. Müqavilələr üzrə iddiaçı tərəfindən görüləcək iş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ərzaq mağazası və restoranının mühasibat uçotu işlərini görməkdən ibarət olmuşdur. Ərzaq mağazasına mühasibatlıq xidmətləri göstərmək üçün bağlanılmış 01 oktyabr 2024-cü il tarixli müqaviləyə 1 saylı Əlavəyə əsasən cavabdeh iddiaçı tərəfindən göstərilən mühasibat uçotu xidməti üzrə hər ay 500manat ödəməyi öhdəsinə götürmüşdür. Restorana mühasibatlıq xidmətləri göstərmək üçün bağlanılmış 09 oktyabr 2024-cü il tarixli müqaviləyə 1 saylı Əlavəyə əsasən cavabdeh iddiaçı tərəfindən göstərilən mühasibat uçotu xidməti üzrə hər ay 350 manat ödəməyi öhdəsinə götürmüşdür. 2024-cü ilin oktyabr və noyabr ayları ərzində iddiaçı tərəfindən mühasibatlıq xidmətləri göstərilsə və cavabdehə elektron qaimələr təqdim olunsa da cavabdeh tərəfindən aylıq xidmət haqqı ödənişləri həyata keçirilməmişdir. Dəfələrlə iddiaçı tərəfindən dövlət vergi xidmətinin elektron kargüzarlıq xidməti və poçt vasitəsilə xəbərdarlıq və pretenziya məktubları göndərilməyinə baxmayaraq cavabdeh öz qanuna zidd davranışını davam etdirmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə görə oktyabr və noyabr ayları üzrə ödənilməli olan məbləğ və müqavilələrin 4.4-cü maddəsinə əsasən ödənilməmiş hər gün üçün dəbbə pulu da daxil olmaqla cavabdehin 2640 manat borcu yaranmışdır. Göründüyü kimi ödənişlər vaxtında həyata keçirilmədiyinə görə hər gün üçün 8.50 manat borc məbləğinin üzərinə dəbbə pulu hesablanır. Aylıq ödəniş məbləği 850 manat olduğuna görə müqavilənin 4.4-cü maddəsinə əsasən həmin məbləğin 1%-i 8.5 manat hesablanılır. Qeyd olunduğu kimi iddiaçı tərəfindən rəsmi və qeyri-rəsmi olaraq dəfələrlə cavabdehə müraciət edilsə də, fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən ərzaq mağazası və restoranına gedib pulu ödəməsini tələb etsək də ödəməyəcəyini və hara istəyiriksə şikayət edəcəyimizi bildirmişdir. Cavabdehin mühasibatlıq xidmətlərini həyata keçirdiyimizə görə onun gündəlik və aylıq dövriyyəsi barədə məlumatımız olduğundan xidmət haqqı cavabdeh tərəfindən qəsdən ödənilmir. 2024-cü ilin oktyabr və noyabr ayları üzrə Cavabdeh məxsus market və restoran üçün bağlanmış müqavilələr əsasında aylıq 850 manat (500 azn market üçün və 350 azn restoran üçün) aylıq ödənilməli idi. Cavabdehə 2 ay mühasibatlıq xidmətləri göstərildiyinə görə 2 aylıq ümumi borc məbləği 1700 manat təşkil edir. Müqavilə üzrə gecikdirilmiş hər gün üçün 1% dəbbə pulu müəyyən edildiyinə görə müqavilə üzrə göstərilmiş xidmətlərin əvəzi olan aylıq borc 850 manatdırsa, bir gün üçün dəbbə pulu məbləği 8.50 manat təşkil edir. Hər iki Müqavilədə ilk ayın (oktyabr) son ödəniş tarixi xx.xx.2024, ikinci (noyabr) ayının son ödəniş tarixi isə xx.xx.2024-cü il tarixidir. Göründüyü kimi həmin tarixlər dəbbə pulunun nə vaxtdan hesablanması üçün iddiaçıya gərəklidir. Dəbbə pulu hesablanmalı günlərin hesablanması qaydasıxx.xx.2024-eü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər- 191 gün keçmişdir.xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər - 161 gün keçmişdir Hər iki ay üzrə gecikdirilmiş günlərin dəbbə pulu ayrılıqda hesablandığını görə ümumi gecikmə günü 352 gün olmalıdır. Bu hesablama ilə gecikdirilmiş günlər üçün dəbbə pulunu hesablamaq üçün həmin gün sayını bir gün üçün dəbbə pulu məbləğinə vurmaq lazımdır. Bu halda ümumi dəbbə pulu məbləği 2992 manat təşkil edəcəkdir. Aylıq ödənişləri və dəbbə pulu məbləğini toplasaq 4692 manat təşkil edəcəkdir. İlkin iddia ərizəsi verdiyimiz zaman ödədiyimiz dövlət rüsumu məbləği 6,40 manat, iddia tələbinin artırılması ilə hazırkı ərizəmizlə əlaqədar ödənilən 4,52 manat dövlət rüsumu məbləğini də iddia tələbinə daxil etdikdə cavabdehdən ümumi tələb olunan məbləğ 4778,92 edir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin səhlənkarlığı və təqsiri ucbatından işcilərin qeydiyyata alınmadığı 6000 manat və kassa əməliyyatlarının pozulmasına görə 1000 manat, bəyannamə və hesabatların təqdim edilməməsinə görə 1324,24 və 66,71 manat olmaqla, ümumilikdə 8461,24 manat ona yazılan vergi borclarına görə dəymiş maddi zərərin əvəzi olaraq və 104,62 manat dövlət rüsumunun – cəmi 8565,86 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi əsassız olduğu ücün tamamilə rədd edilməlidir. "xxxx" MMC-nin səhlənkarlığı və təqsiri ucbatından işçiləri qeydiyyata alınmadığına görə 6000 manat və kassa əməliyyatlarının polzulmasına görə 1000 manat, bəyannamə və hesabatların təqdim edilməməsinə görə 1324,24 və 66,71 manat – cəmi 8461,24 manat vergi borcları yazılmışdır. (Bu barədə Dövlət vergi Xidmətinin qərarları məhkəməyə təqdim edilmişdir). Cavabdeh 104,62 manat dövlət rüsumu ödəmişdir, həmin məbləğ iddiaçıdan alınaraq cavabdehin xeyrinə tutulmalıdır. Cavabdeh ilkin iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2024 və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə iddiaçıya ödənilməli olan 1700 manat əsas borc, 2992 manat dəbbə pulu məbləği, dövlət rusumuna görə ödənilmiş 86,92 manat, ümumilikdə 4778,92 manat pul vəsaitinin ondan tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddiası və iddiasına dəqiqləşdirmə ərizəsi əsassızdır və rədd edilməlidir. Ümumiyyətlə cavabdehin əsas borcu olmadığı halda əlavə ona dəbbə pulunun hesablanması da qanunsuzdur. Belə ki, onun iddiçıya borcu yoxdur, əksinə "xxxx" MMC-nin səhlənkarlığı və təqsiri ucbatından ona vergi borcları hesablanmış və maddi zərər dəymişdir. Belə olan halda iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu səbəbdən iddia rədd edilməlidir. İddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında 01 oktyabr 2024-cü il tarixli, Z001 nömrəli və 09 oktyabr 2024-cü il tarixli, Z002 nömrəli biznes xidmətlərinin göstərilməsi haqqında imzalanmış müqavilələrdən də göründüyü kimi icraçı tərəf yalnız mühasibatlıq xidmətlərinin görülməsini üzərinə götürmüşdür. Qarşı tərəfin iddiasına görə işçilərinin qeydiyyata alınmamasına və kassa sisteminin düzgün quraşdırılmamasına görə cərimələnmişdir. Halbuki işçilərin işə götürülməsi və qeydiyyatının edilməsi İnsan Resursları, kassanın inteqtrasiya olunması isə sifariş etdiyi şirkətin və ya inteqrasiya etdirdiyi İT sahəsinin işçisinin gördüyü işlərdir. Yəni müqavilədə razılaşmış oldunan xidmətlərin içində işçilərin qeydiyyatı və kassa inteqrasiyası ilə bağlı xidmət növü yoxdur və icraçı tərəfin bu səbəbdən günahkar tutulması birmənalı olaraq mümkünsüz və səbəbsizdir. Qarşı tərəfin iddia etdiyi digər məqam isə hesabatın göndərilmədiyi üçün cərimələndiyidir. Hesabatlar isə göndərilmişdir. Qarşı tərəfin şəxsi hesab vərəqəsinə və sübut kimi yerləşdirdiyimiz əlaqəli sənədlərə baxdıqda hər şey açıq aydın görünür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək ilkin iddia ərizəsində göstərilənləri təsdiq edib əlavə olaraq suallara cavabında bildirmişdir ki, vatsap yazışmalarını tərəfin qarşılıqlı iddiasına etirazını əsaslandıran sübut kimi təqdim etmişdir. Ödəniş tapşırıqları göstərdiyi xidmətləri sübut edir. Restoranla bağlı görülən işlərin siyahısını tam xatırlamasa da, müəyyən xidmətlər görmüşdür. Restoran ilə market eyni vaxtda bağlanmışdır. Gəlmiş ödənişlərin bəziləri restorana, bəzisi isə marketə aid idi. Məhz restorana göstərilmiş xidmətlərlə bağlı konkret sübutu yoxdur. Markletdə 2 ay ərzində xidmət göstərmişdir. Müqavilə üzrə tərəfin qarşı tərəfin isitinad etdiyi xidmətlərin göstərilməsi ilə bağlı hər hansı öhdəliyi yox idi. Sadəcə kömək məqsədilə tərəfə bu işləri də görə biləcəyini qeyd etmişdir. Həmçinin vergi orqanı hər bir tərəfi cərimələməmişdən öncə həmin tərəfə mütləq qaydada xəbərdarlıq göndərir. Qarşı tərəf xəbərdarlıq olması barədə ona heç bir məlumat verməmişdir. Cavabdehin oğlu ilə olan yazışmalarında da bu hal öz təsdiqini tapır. Kassa aparatının inteqrasiyası, kassa çeklərində konkret nələrin göstərilməsi barədə məlumatı yoxdur. Çünki bu fəaliyyət mühasibatlıq sahəsinə aid deyildir. 2 ay ərzində ödənişlər, hesabatların hamısı onun tərəfindən edilmişdir. Vergi xidmətinə də hesabatlar vermişlər. İddiaçınnı orada xidmət göstərdiyi 2 ay ərzində heç bir cərimə sanksiyası tətbiq edilməmişdir. Sonda o, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ilkin iddianı qismən qəbul etdiyini, qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddiada göstərilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, ilkin iddia üzrə 1000 manat məbləği qəbul edir, lakin cərimə və dəbbə məbləğini qəbul etmir. 1000 manat borc məbləği 2 ay ərzində marketə göstərilən xidmətlərlə bağlı yaranmış borcdur. Restoranda göstərilmiş xidmətlərlə bağlı müqavilə üzrə hər hansı borc məbləği yoxdur. Çünki iddiaçı tərəfindən restorana görə heç bir xidmət göstərilməmişdir. 1000 manat məbləği aylıq hissə-hissə ödəmək niyyətindədir. Dəbbə pulunun hesablanması qanunsuzdur. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən maliyyə-mühasibatlıq işlərinin görülməsi nəzərdə tutulsa da, kadr işlərini də tərəf şifahi razılığa əsasən öz üzərinə götürmüşdür. İşçilərin qeydiyyata salınmalı lazım olması barədə onun məlumatı yox idi. "xxxx" MMC-nin səhlənkarlığı və təqsiri ucbatından işcilərin qeydiyyata alınmadığı, kassa əməliyyatlarının pozulması, bəyannamə və hesabatların təqdim edilməməsinə görə maddi zərər dəymişdir. "xxxx" MMC-nin səhlənkarlığı və təqsiri ucbatından ona vergi borcları hesablanmış və maddi zərər dəymişdir. Sonda o, ilkin iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “İcraçı” "xxxx" MMC ilə “Sifarişçi” Cavabdeh arasında bağlanmış “Biznes xidmətlərinin göstərilməsi haqqında” 01 oktyabr 2024-cü il tarixli Z/001 müqaviləsinə əsasən “Sifarişçi” maliyyə və mühasibatlıq xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə maliyyə və mühasibathq xidmətlərini (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən Göstərilən xidmətlərin geniş təsviri (adlan, miqdan, qiyməti və s.) hazırki Müqavilənin tərkib hissəsi sayılan Əlavə № 1-də (X2) öz əksini tapır. “İcraçı” Əlavə № 1də qeyd olunmayan, lakin bu müqavilədən irəli gələn fəaliyyət istiqamətinə aid digər xidmətlərə görə ödənişi tərəflərin yazılı razılaşması əsasında müəyyən olunacaq qaydada alacaqdır. Müqavilənin 4.2-ci bəndinə əsasən “İcraçı” qiymətlərin razılaşma protokollarına əsasən hesab - faktura təqdim edir. Hesab fakturada göstərilən məbləğ 10 (on) gün ərzində köçürmə yolu ilə “icraçı”nın hesabına ödənilməlidir. Müqavilənin 4.4-cü bəndinə əsasən ödənişin hər gecikdirilıniş gününə görə “Sifarişçi” “lcraçı”ya ödənilməmiş məbləğin 1% həcmində dəbbə pulu pulu ödəyir. “İcraçı” bu bənd üzrə dəbbə pulunun tələbi hüququnu özündə saxlayır. “İcraçı” "xxxx" MMC ilə “Sifarişçi” Cavabdeh arasında imzalanmış 01 oktyabr 2024-cü il tarixli müqaviləyə xx.xx.2024-cü il tarixli Əlavə №1 X1 əsasən Mühasibat uçotu xidmətinin dəyəri aylıq 500 manat məbləğində razılaşdırılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “Biznes xidmətlərinin göstərilməsi haqqında” 09 oktyabr 2024-cü il tarixli Z/002 nömrəli müqaviləsinə əsasən “Sifarişçi” maliyyə və mühasibatlıq xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə maliyyə və mühasibathq xidmətlərini (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən Göstərilən xidmətlərin geniş təsviri (adlan, miqdan, qiyməti və s.) hazırki Müqavilənin tərkib hissəsi sayılan Əlavə № 1-də (X2) öz əksini tapır. “İcraçı” Əlavə № 1-də qeyd olunmayan, lakin bu müqavilədən irəli gələn fəaliyyət istiqamətinə aid digər xidmətlərə görə ödənişi tərəflərin yazılı razılaşması əsasında müəyyən olunacaq qaydada alacaqdır. Müqavilənin 4.2-ci bəndinə əsasən “İcraçı” qiymətlərin razılaşma protokollarına əsasən hesab - faktura təqdim edir. Hesab fakturada göstərilən məbləğ 10 (on) gün ərzində köçürmə yolu ilə “İcraçı”nın hesabına ödənilməlidir. Müqavilənin 4.4-cü bəndinə əsasən ödənişin hər gecikdirilıniş gününə görə “Sifarişçi” “lcraçı”ya ödənilməmiş məbləğin 1% həcmində dəbbə pulu pulu ödəyir. “İcraçı” bu bənd üzrə dəbbə pulunun tələbi hüququnu özündə saxlayır. “İcraçı” "xxxx" MMC ilə “Sifarişçi” Cavabdeh arasında imzalanmış 09 oktyabr 2024-cü il tarixli Z/002 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli Əlavə № 1 X1 əsasən Mühasibat uçotu (restoran) xidmətinin dəyəri aylıq 350 manat məbləğində razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli № 0D1 ödəniş tapşırığına əsasən Cavabdeh tərəfindən 220,34 manat, xx.xx.2024-cü il tarixli № 0D1 ƏDV ödəniş tapşırığına əsasən 39,66 manat, xx.xx.2024-cü il tarixli № 0D3 ödəniş tapşırığına əsasən 85,59 manat, xx.xx.2024-cü il tarixli № 0D3 ƏDV ödəniş tapşırığına əsasən 15,41 manat, xx.xx.2024-cü il tarixli № AZ241001002 ödəniş tapşırığına əsasən 255,93 manat, xx.xx.2024-cü il tarixli № XV24100100İ ödəniş tapşırığına əsasən 46,07 manat xx.xx.2024-cü il tarixli № XV ********* ödəniş tapşırığına əsasən 96,10 manat xx.xx.2024-cü il tarixli № AZ241001004 ödəniş tapşırığına əsasən 533,90 manat xx.xx.2024-cü il tarixli № ********** ödəniş tapşırığına əsasən 77,36 manat, xx.xx.2024-cü il tarixli № ********* ödəniş tapşırığına əsasən 13,92 manat, xx.xx.2024-cü il tarixli № BD3 ödəniş tapşırığına əsasən 68,15 manat, xx.xx.2024-cü il tarixli № OD14 ödəniş tapşırığına əsasən 379,66 manat, xx.xx.2024-cü il tarixli № OD14EDV ödəniş tapşırığına əsasən 68,34 manat, xx.xx.2024cü il tarixli № X********** ödəniş tapşırığına əsasən 50 manat, xx.xx.2024-cü il tarixli № ********* ödəniş tapşırığına əsasən 9 manat, xx.xx.2024-cü il tarixli № BD1EDV ödəniş tapşırığına əsasən 15.26 manat, xx.xx.2024-cü il tarixli № BD1 ödəniş tapşırığına əsasən 84,75 manat, xx.xx.2024-cü il tarixli № 0D5EDV ödəniş tapşırığına əsasən 30,6 manat, xx.xx.2024-cü il tarixli № 0D5 ödəniş tapşırığına əsasən 170 manat, xx.xx.2024-cü il tarixli № BD 1 ödəniş tapşırığına əsasən 233,02 manat, xx.xx.2024-cü il tarixli № 0D3EDV ödəniş tapşırığına əsasən 49,33 manat, xx.xx.2024-cü il tarixli № OD3 ödəniş tapşırığına əsasən 274,08 manat, xx.xx.2024-cü il tarixli № OD1EDV ödəniş tapşırığına əsasən 32,77 manat, xx.xx.2024-cü il tarixli № XY241014001 ödəniş tapşırığına əsasən 17,09 manat, xx.xx.2024-cü il tarixli № OD5EDV ödəniş tapşırığına əsasən 13,42 manat, xx.xx.2024-cü il tarixli № OD1 ödəniş tapşırığına əsasən 129,75 manat, xx.xx.2024-cü il tarixli № 0D5EDV ödəniş tapşırığına əsasən 30,51 manat, xx.xx.2024-cü il tarixli № OD5 ödəniş tapşırığına əsasən 169,49 manat məbləğində müxtəlif hesablara ödənişlər olunmuşdur. Məhkəməyə təqdim edilmiş whatsapp yazışmalarından məlum olur ki, tərəflər arasında müqavilə üzrə göstərilməli olan xidmətlər üzrə danışıqlar aparılmışdır. xx.xx.2024-cü il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********6493 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmış və xx.xx.2024 tarixədək 6000 manat məbləğin büdcəyə ödənilməsi tələb edilmişdir. **********6494 nömrəli tələbnaməyə əsasən büdcəyə ödənilməli olan 6000 manat vəsait xx.xx.2024-ci il tarixə kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi-nun AZİ 7CTRE******************** №-li hesabına ödənilməsi, mühasibat uçotunda müvafiq dəyişikliklər edilməsi, mühasibat mikabirləşmələri verilməklə aktda qeyd olunan uyğunsuzluqların aradan qaldırılması Cavabdeh tələb edilmişdir. Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında məktubda maliyyə sanksiyasının qısa müddət ərzində büdcəyə ödənilməsinin təmin edilməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7195 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilərək, xx.xx.2024 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi tələb edilmişdir. Məsuliyyət qərarının vo tələbnamənin göndərilməsi haqqında məktubda maliyyə sanksiyasının qısa müddət ərzində büdcəyə ödənilməsinin təmin edilməsi qeyd edilmişdir. **********7196 nömrəli tələbnaməyə əsasən büdcəyə ödənilməli olan 1000 manat vəsait xx.xx.2024-ci il tarixə kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin AZİ AZİ7CTRE******************** №-İi hesabına ödənilməsi, mühasibat uçotunda müvafiq dəyişikliklər edilməsi, mühasibat mikabirləşmələri verilməklə aktda qeyd olunan uyğunsuzluqların aradan qaldırılması Cavabdeh tələb edilmişdir. Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə xx.xx.2024-ci il tarixli qərardan görünür ki, Cavabdeh hesabat dövrü 3-cü rüb 2024 üzrə 1332,24 manat bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Cavabdeh hesabat dövrü 4-cü rüb 2024 üzrə 817,68 manat kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Cavabdeh hesabat dövrü yanvar 2025 üzrə 66,71 manat kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı hesablanmışdır. Cavabdeh şəxsi hesab vərəqəsindən görünür ki, oktyabr 2024-cü ildə hesabatlar verilmişdir. Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta vo icbari tibbi sığorta haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 325237/2024 nömrəli qərarına əsasən hesablanmış vergilərin, cari vergi ödomolorinin, məcburi dövlət sosial sığorta. işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının xülasəsi qeyd edilmişdir. Müxtəlif tarixli qaimələrdən və hesabdan çıxarışdan görünür ki, Cavabdeh adına mühasibat işləri görülmüşdür. xx.xx.2025-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə öhdəliyin icra olunması üçün xəbərdarlıq göndərilmiş, xx.xx.2025- ci il tarixə olan 2538 manat borc borc məbləğini 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd edilib. "xxxx" MMC” tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən 47 manat, xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən 41 manat dövlət rüsumu ödənildiyi görünür. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən 105 manat dövlət rüsumu ödənildiyi görünür. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 463. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi üzrə öhdəlik münasibətlər mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış 01 oktyabr 2024cü il tarixli Z/001 saylı və 09 oktyabr 2024-cü il tarixli Z/002 saylı xidmət müqavilələrinə əsasən iddiaçı cavabdehə əlavədə yerləşən razılaşma protokolunda göstərilən mühasibat xidmətini yerinə yetirməyi, cavabdeh isə göstərilmiş xidmətləri qəbul edib müqavilə ilə müəyyən edilmiş aylıq xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iddiaçı 01 oktyabr 2024-cü il tarixli Z/001 saylı müqavilə üzrə 2024-cü ilin oktyabr və noyabr aylarında cavabdehə məxsus marketdə mühasibat xidmətləri göstərmiş, cavabdeh isə aylıq 500 manat olmaqla 2 ay üçün 100 manat xidmət haqqını ödəməmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş cavabdehin şəxsi hesab vərəqi, ödəniş tapşırıqları, elektron qaimələr, bank hesabından çıxarış ilə öz təsdiqini tapmış, həmçinin cavabdeh özü də bu faktı etiraf etmişdir. Bu hal işin mübahisələndirilməyən halı kimi qiymətləndirilmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən 01 oktyabr 2024-cü il tarixli Z/001 saylı xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Bundan başqa iddiaçı ilkin iddia tələbində 09 oktyabr 2024-cü il tarixli Z/002 saylı müqavilə üzrə 2024-cü ilin oktyabr və noyabr aylarında cavabdehə məxsus restoranda da mühasibat xidmətləri göstərdiyini bildirmiş və buna görə aylıq 350 manat olmaqla 2 ay üçün 700 manat ödənilməsini tələb etmişdir. Lakin 09 oktyabr 2024-cü il tarixli Z/002 saylı müqavilə üzrə xidmət göstərməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamış, iddiaçı həmin müqavilə üzrə iddia tələbinin əsasın təşkil edən halları sübut edə bilməmiş, iddia tələbinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməyərək iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən cavabdehə market üzrə mühasibat xidmətinin göstərildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək həmin xidmətə görə 1000 manat xidmət haqqını ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tələbin haqlı olduğunu, həmin hissədə cavabdehin iddianı qəbul etdiyini, lakin iddiaçının restoran üzrə mühasibət xidməti göstərməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının ilkin iddia tələbinin 1700 manat əsas borc tələbi hissəsi qismən təmin olunaraq 1000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı ilkin iddia tələbində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilələrə əsasən cavabdehdən əsas borca hesablanmış 2992 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin 01 oktyabr 2024-cü il tarixli Z/001 saylı müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 50 manat müəyyən olunmalıdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçının səhlənkarlığı və təqsiri nəticəsində ona cəmi 8461,24 manat vergi borcları yazıldığını bildirmiş və tələbini onunla əsaslandırmışdır ki, onunla iddiaçı arasında olan razılaşmaya əsasən kadr məslələrini də iddiaçı öz üzərinə götürmüş, işçilərin sistemdə qeydiyyata salınması, kassa sisteminin quraşdırılması da iddiaçıya həvalə edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, tərəflər arasında imzalanmış müqavilələrdə işçilərin qeydiyyatının aparılması və kassa aparatının quraşdırılması xidməti barədə heç bir şərt nəzərdə tutulmamış, yalnız mühasib xidmətləri qeyd edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, işə götürülən işçilərlə əmək müqaviləsinin bağlanması işə götürən olaraq cavabdehin səlahiyyətindədir və həmin işçilərin əmək müqaviləsi qüvvəyə minmədən onları işə cəlb edən də cavabdeh olmuşdur. Eyni zamanda kassa aparatının qanunvericilikdə nəzərdə tutulmuş qaydada düzgün işləməməsi və ya müvafiq qaydada çek verilməməsi mühasibin vəzifəsinə aid olan məsələ deyil, iddiaçının bildirdiyi kimi bu məsələ həmin kassa aparatını quraşdıran şəxsin və ya şirkətin aradan qaldıra biləcəyi bir məsələdir. Göründüyü kimi cavabdehə yazılmış cərimələr iddiaçının təqsiri nəticəsində olmamış, iddiaçının təqsiri nəticəsində cavabdehə ziyan dəydiyi müəyyən edilməmişdir. Cavabdeh qarşılıqlı iddia tələbinin əsasın təşkil edən halları sübut edə bilməmiş, qarşılıqlı iddia tələbinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməyərək qarşılıqlı iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçının səhlənkarlığı və təqsiri nəticəsində 8461,24 manat ziayn dəydiyi bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə ilkin iddia tələbinin qismən təmin edildiyini, qarşılıqlı iddianın isə rədd edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən ilkin iddia üzrə ödənilmiş 86,92 manat dövlət rüsumunun 30,50 manatının əvəzi alınaraq iddiaçıya ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Cavabdeh 1000 manat əsas, 50 manat cərimə olmaqla, ümumilikdə 1050 (min əlli) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat 50 (əlli) qəpiyinin əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh iddiaçı "xxxx" MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3036/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3036/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver