Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3055/2024 15.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin pozulması, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə qalan 5284,74 manat pul məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 may 2021-ci ildə Cavabdeh MMC ilə 127 nömrəli təchizat müqaviləsi bağlanılıb. Qanuni nümayəndə həmin MMC-nin direktorudur. Cavabdeh MMC ilə bağlanan müqavilənin 1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq malları alıcıya təchiz etməyi, alıcı isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Bundan başqa, müqavilənin 6.3-cü bəndinə görə alıcı alınmış malın ödəməsini malın təhvil-təslim aktı və ya elektron qaimənin imzalanması tarixindən etibarən 15 təqvim günü ərzində həyata keçirməyi öz öhdəsinə götürür. Lakin Cavabdeh MMC müvafiq maddələrdə nəzərdə tutulan şərtləri pozmuşdur. Belə ki, təftiş şöbəsinin 30 iyun 2022-ci il tarixli hesabatına görə xx.xx.2021-cil il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan dövrdə alıcı Cavabdeh MMC-nin satış nöqtələrinə 19472,47 manat dəyərində qida məhsulları göndərilmişdir. Alıcı isə bunun müqabilində satıcının kassasına 11853,10 manat, bank hesabına isə 2334,63 manat dəyərində ödəniş həyata keçirmişdir. Son nəticədə isə alıcı Cavabdeh MMC satıcıya 5284,74 manat borclu qalmışdır. Müvafiq borc Cavabdeh MMC-nin rəhbəri Qanuni nümayəndə tərəfindən təsdiq edilmiş, lakin daha sonra müxtəlif bəhanələrlə onun ödənilməsi yubadılmış, sonda isə dəfələrlə müraciət etməyinə baxmayaraq, Cavabdeh MMC tərəfindən 2022-ci ilin avqust ayından heç bir geri dönüş edilməmiş, ödəniş həyata keçirilməmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixində baş tutmuş ilkin mediasiya sessiyasında da Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 127 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq malları alıcıya təchiz etməyi, alıcı isə həmin malı qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürür. Malın çeşidi və qiyməti tərəflər arasında razılaşdırılır və hazırkı müqavilənin ayrılmaz hissəsi olan qiymət cədvəlində (əlavələrdə) göstərilir. Müqavilənin 4.1-ci bəndinə əsasən malın qəbulu alıcı və ya onun tərəfindən səlahiyyətləndirilmiş şəxs tərəfindən bu müqavilədə göstərilmis və ya tərəflərlə razılaşdırılmış sifarişdə göstərilmiş ünvanda həyata keçirilir. Müqavilənin 6.3-cü bəndinə əsasən alıcı alınmış malın ödəməsini cari Müqavilənin 6.5-ci bəndində nəzərdə tutulmuş qaydada malın təhvil-təslim akt-1 və ya elektron-qaimənin imzalanmasından etibarən 15 təqvim günü (kommersiva müqaviləsində qeyd olunur) ərzində həyata keçirməyi öhdəsinə götürür, əgər alıcı malın qəbulu tarixini qeyd etməmişdirsə, malın qabul tarixi malın təhvil-təslim akt-1 və ya elektron-qaimənin tarixi hesab edilir. Müqavilənin 6.5-ci bəndinə əsasən ödənişlər satıcının hesablaşma hesabına razılaşmaya əsasən bank köçürülməsi yolu ilə həyata keçirilir.
8. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli audit yoxlama aktından görünür ki, Cavabdeh MMC-nin 5435,55 manat borcu mövcud olmuşdur. Həmin akt Cavabdeh MMCnin direktoru https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2830365Qanuni nümayəndə tərəfindən imzalanmışdır.
9. İddiaçı MMC-nin təftiş şöbəsinin xx.xx.2022-ci il tarixli hesabatında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 5284,74 manat məbləğində borcu mövcuddur.
10. İddiaçı MMC tərəfindən tərtib edilmiş Cavabdeh MMC-yə təhvil verilən malların cədvəlindən görünür ki, Cavabdeh MMC-yə ümumilikdə 19472,50 manat məbləğində mal təhvil verilmişdir.
11. İddiaçı MMC tərəfindən tərtib edilmiş Cavabdeh MMC-nin ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən 11853,10 manat kassa mədaxil vasitəsilə, 2334,63 manat isə rəsmi mədaxil şəklində ödəniş edilmişdir.
12. İddiaçı MMC-nin hesabdan çıxarışından görünür ki, Rabbit” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 961,54 manat məbləğində ödəniş edilmişdir.
13. İddiaçı MMC-nin hesabdan çıxarışından görünür ki, Rabbit” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 1016,95 manat məbləğində ödəniş edilmişdir.
14. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müqavilə üzrə göndərilən elektron qaimələr məhkəməyə təqdim edilmişdir.
15. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 127 nömrəli təchizat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı öz öhdəliklərini lazımi qaydada icra etsə də (həmin hal işin mübahisəsiz halıdır), cavabdeh müqaviəyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, iddiaçının cavabdehin qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında göstərilən məbləğdə mal dövriyyəsinin olması, iddia tələbində qeyd olunan borcun yaranması təqdim olunmuş sübutlarla (müqavilə, elektron qaimələr, audit aktı və s.) öz təsdiqini tapır.
19. İddia tələbin cavabdehdən 5284,74 manat borcun, iddiaçının xeyrinə tutulması təşkil edir.
20. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 5284,74 manat borcu İddiaçı xeyrinə ödənilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 5284,74 manat (beş min iki yüz səksən dörd manat yetmiş dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova