Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-306/2025 02.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:ziyan tələbi) X7 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı(bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.652 (bir min altı yüz əlli iki) manat maddi ziyan, 100 (bir yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 36,52 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “CHEVROLET NEXİA MT MİNİK” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 1.652 (bir min altı yüzəlli iki) manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobiliavtoservisdə 1.652 (bir min altı yüzəlli iki) manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Həmçinin iddia ərizəsi də eyni qaydada göndərilmişdir. Cavabdeh maddiziyanın alınmasınımümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçıarasında bağlanmış 11 may 2024-cü il tarixli icarə müqaviləsinin - 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; - 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; - 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır.
3. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, əsl iddiaçının əvəz edilməsini xahiş etmiş,qeyd etmişdir ki, iş üzrə məhkəmə prosesi zamanı müəyyən olunmuşdur ki, icarə müqaviləsi İddiaçı ilə Cavabdeh arasında bağlansa da, icarəyə verilən “CHEVROLET NEXİA MT MİNİK” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı deyil, X3r. Qeyd olunanları nəzərə alaraq xahiş edirəm ki, İddiaçı əsl iddiaçı X5 əvəz edilsin.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edib və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı ilə Cavabdeh arasında 11 may 2024-cü il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: - 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. - 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. - 3-cü bəndinə əsasən icarə müqaviləsi bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 600 manat depozit məbləği nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. - 5-ci bəndinə əsasən Nəqliyyat vasitəsini İcarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə dəymiş zərəri göstərilən depozit məbləğindən aradan qaldırmalıdır, depozit məbləğindən qalan hissəni nəqliyyat vasitəsini İcarəyə götürən şəxsdən nəqliyyat vasitəsini İcarəyə verən şəxs tələb etməlidir və sonra nəqliyyat vasitəsini İcarəyə verən şəxsdən depozit məbləğini bərpa etməyi tələb etməlidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
10. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, “Chevrolet Nexia MT minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki olaraq saz vəziyyətdə cavabdehin istifadəsinə verilmişdir.
11. X6 tərəfindən verilmiş dəymiş zərərin hesablanması aktından görünür ki, “Chevrolet Nexia MT minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1652 manat təşkil edir.
12. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Nexia MT minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2025-ci il tarixli, 3-16-16/2-9/8217/2024 saylı ekspert rəyinə əsasən “Chevrolet Nexia MT minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1652 manat (dəyişilməli hissələrin qiyməti 672 manat,təmir-bərpa işlərinin qiyməti 980 manat) təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil edir.
V. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
14. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Vİ.Məhkəmənin mövqeyi:
15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Belə ki, işin mübahisəsiz halları həmçinin məhkəmə iclaslarında tərəflərin izahatları ilə müəyyən edilir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 11 may 2024-cü il tarixli icarə müqaviləsi imzalanmış və iddiaçı tutularaq iddiaçı X2 mülkiyyətində olan “Chevrolet Nexia MT minik” markalı, **-DS-*** qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsinə verilmişdir.İş materiallarından görünür ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan “Chevrolet Nexia MT minik” markalı, **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Həmçinin Müqavilə bağlanan zaman cavabdeh tərəfindən iddiaçıya 750 manat məbləğində depozit ödənilmişdir.(xx.xx.2025-ci il tarixli hazırlıq iclasında cavabdeh iddaçının mülkiyyətində ziyan dəydiyini etiraf etmiş, lakin ziyanın məbləği ilə razılaşmamışdır.)
17. Tərəflər arasında mübahisəli hal, hazırda iddiaçı onun avtomobilinə dəymiş maddi ziyana görə 1652 manat pulun tutulmasının tələb edir, cavabdeh isə dəymiş zərərin məbləği ilə razılaşmır.
18. Məhkəmə tərəfindən iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2025-ci il tarixli, 3-16-16/2-9/8217/2024 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Chevrolet Nexia MT minik” markalı, **-DS-*** qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1652 manat, o cümlədən:Dəyişilməli hissələrin qiyməti - 672 manat; Təmir- bərpa işlərinin qiyməti – 980 manat olması müəyyən edilmişdir.
19. Ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2025-ci il tarixli, 3-16-16/2-9/8217/2024 saylı ekspert rəyi ilə razılaşmaması üçün heç bir əsas yoxdur, odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.
20. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında mövcud müqavilənin 6-cı bəndi nəzərə alınaraq (Nəqliyyat vasitəsini İcarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə dəymiş zərəri göstərilən depozit məbləğindən aradan qaldırmalıdır, depozit məbləğindən qalan hissəni nəqliyyat vasitəsini İcarəyə götürən şəxsdən nəqliyyat vasitəsini İcarəyə verən şəxs tələb etməlidir ) cavabdeh tərəfindən ödənilmiş depozit məbləği nəzərə alınmalı, Cavabdeh iddiaçıya məxsus avtomobilə vurduğu maddi zərərin əvəzi olaraq (1652 manat dəymiş ziyandan 750 manat ödənilmiş depozit ödənişi çıxıldıqdan sonra yerdə qalan məbləğ) 902 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödəniməlidir.
21. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 36.52 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.
22. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
23. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, İddia tələbində tələb olunan məhkəmə xərclərinə dair iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən həmin hissələrdə iddia rədd edilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 902 (doqquz yüz iki) manat məbləğində maddi ziyan və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova