Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3080/2024 28.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC-nin arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli, 10 saylı müqavilənin öhdəliyin icrası ilə bağlı Cavabdeh MMC "xxxx" MMC-yə olan əsas borc 385550,28 manat, dəbbə borcu 140725,75 manat ümumilikdə, 526276,03 manat pul məbləğinin alınaraq "xxxx" MMC-nin bank hesabına, (YapıKredi Bank Azerbaijan JSC ********** 509987 KABAAZ22 AZ51NABZ******************** AGROKİMYA MMC ********** AZ47KABA********************) və "xxxx" MMC tərəfindən ödənilmış 817 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında “mineral gübrə və bitki mühafizə vasitələrinin” alqı-satqısına dair 5 yanvar 2021ci il tarixli, 10 saylı müqavilə bağlanmışdır. Bağlanmiş müqavilənin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə “mineral gübrə və bitki mühafizə vasitələri” verilmişdir. Verilmiş mallar əsasında MMC-yə Əlavə razılaşmalara əsasən malın ödənişi (mal alın dıqca) 30 iyun 2021-ci il və bəziləri isə 30 noyabr 2021-ci il tarixədək ödənilir. Lakin bu günə kimi cavabdeh tərəf borcun ödənişini tam həyata keçirməmişdir. Göstərilən borc vaxtında ödənilmədiyindən Cavabdeh MMC müqavilənin 4.3-cü bəndində göstərilən öhdəliyi pozmuşdur. "xxxx" MMC Malları xarici ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. Ödəmə zamanı məzənnədə dəyişiklik olarsa, qiymətlər ödəniş günü ABŞ dollarının məzənnəsinə uyğun olaraq həyata keçirilir. Belə ki, 12 fevral 2024-cü il tarixə Cavabdeh MMC-nin "xxxx" MMC-yə olan borcu 385550,28 manat (bu günə olan məzənnəyə əsasən 226794,28 ABŞ dolları x 1,7=385550,28 manat təşkil edir) məbləğində müəyyən edilmişdir. Bununla bağlı cavabdehə 5 yanvar 2021-ci il tarixli, 10 saylı müqavilələrdən irəli gələn öhdəliyin pozulması və "xxxx" MMC-yə 385550,28 manat həcmində borcun ödənilməsi ilə bağlı 69 saylı, 12 fevral 2024-cü il tarixdə cavabdehin hüquqi ünvanına rəsmi xəbərdarlıq göndərilsə də, cavabdeh bu xəbərdarlığa əhəmiyyət verməmişdir. 05 yanvar 2021-cü il tarixli, 10 saylı müqavilənin 2.3-cü və Əlavə razılaşmaların 3.2-ci bəndlərinə əsasən ödəmə vaxtında aparılmadığında geçikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% cərimə(dəbbə) ödəməlidir. 1 yanvar 2022-ci il tarixdən 1 yanvar 2023-ci il tarixədək olan dəbbə borcu 140725,75 manat təşkil edir (385550,28 manat x 0,1%=385,55 manat; xx.xx.2022-xx.xx.2023=365 gün, 365gün x 385,55 manat=140725,75 manat). Beləliklə, Cavabdeh MMC-nin 05 yanvar 2024-cü il tarixli, 10 saylı müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlı "xxxx" MMC-yə olan əsas borcu 385550,28 manat, dəbbə borcu 140725,75 manat ümumilikdə, 526276,03 manat təşkil edir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçı "Aqrokimya MMC ilə cavabdeh "Eko Aqro“ MMC-nin arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli, 10 saylı müqavilənin öhdəliyin icrası ilə bağlı cavabdeh “Eko Aqro" MMC "xxxx" MMC-yə olan əsas borc 325793.19 manat, dəbbə borcu 140725,75 manat ümumilikdə 466518.94 manat pul məbləğinin alınaraq "xxxx" MMC-nin bank hesabına YapiKredi Bank Azerbaijan JSC **********, 509987, KABAAZ22, AZ51NABZ******************** AGROKİMYA MMC **********, AZ47KABA********************) və və ’’Aqrokimya" MMC tərəfindən ödənilmiş 817 manat dövlət rüsumu Cavabdeh MMCdən tutulmasına dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" nun iddiaçı "xxxx" MMC-nin iddia tələbinə məhkəmə tərəfindən baxıldığı müddətdə MMC-nin hesabına 60000 manata yaxın ödəniş həyata keçirmişdir. Hal-hazırda cavabdeh “Eko Aqro“nun aldığı mallara görə iddiaçı "xxxx" MMC-yə olan borcu 325793,19 manat təşkil edir.
5. İddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC-nin arasında bağlanmış 05 yanvar 2021ci il tarixli, 10 saylı müqavilənin öhdəliyin icrası ilə bağlı cavabdeh “Eko Aqro" MMC “Aqrokimya" MMC-yə olan əsas borc 205291.57 manat, dəbbə borcu 73392.05 manat ümumilikdə, 278683,62 manat pul məbləğinin alınaraq "xxxx" MMC-nin bank hesabına ödənilməsi və “Aqrokimya" MMC tərəfindən ödənilmiş 817 manat dövlət rüsumu Cavabdeh MMC -dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdehnun iddiaçı "xxxx" MMC-nin iddia tələbinə məhkəmə tərəfindən baxıldığı müddətdə MMC-nin hesabına ödəniş həyata keçirmişdir. Hal-hazırda Cavabdehnun aldığı mallara görə iddiaçı "xxxx" MMC-yə olan borcu ’’Aqrokimya* MMC tərəfindən təqdim edilmiş elektron qaimələr üzrə ödənilməmiş 205291,57 manat pul vəsaiti cavabdeh tərəfindən bu günə kimi iddiaçının hesabına ödənilməmişdir. 05 yanvar 2021-cü il tarixli, 10 saylı müqavilənin 2.3-cü və Əlavə razılaşmaların 3.2-ci bəndlərinə əsasən ödəmə vaxtında aparılmadığında gecikdirilən hər gün üçün ödənilməyən məbləğin 0.1% cərimə(dəbbə) ödəməlidir. 11 oktyabr 2021-ci il tarixdən 24 may 2024-cü il tarixədək olan dəbbə borcu 192356,73 manat təşkil edir (205291,57manat x 0,1%=205,29 manat: xx.xx.2021- xx.xx.2024=937 gün, 937gün x 205,29 manat=l92356.73 manat).
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddia ərizəsinin əsas borc hissəsində, yəni 205291,57 manat məbləğində qəbul və etiraf edir, lakin, dəbbə pulu hissəsində iddianı qəbul etmirlər və dəbbə pulu hissəsində iddianın rədd olunmasını xahiş edir. Çünki iddiaçı ilə cavabdeh şirkət hələdə əməkdaşlıq edirlər, məhsullar alırlar və ödənişlərini edirlər. Mövcüd olan borc hissə-hissə ödəniləcəkdir.
III.Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bitki mühafizə vasitələrinin (gübrə, dərman, toxum) satışına dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış və müqavilə üzrə iddiaçı alıcı cavabdehə müqaviləyə əsasən müəyyən edilmiş malları cavabdehə satmağı, sonuncu da öz növbəsində qəbul edlmiş mallara görə ödəniş edilməsini öhdəsinə götürmüşdür.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş Alıcı tərəfindən köçürmə yolu ilə Satıcının müqavilədə göstərilən hesabına ödənilməlidir.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən ödəmə vaxtında aparılmadığında gecikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% dəbbə hesablanacaq.
13. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
14. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn hüquqi münasibətləri yaranmış və məhkəmə də həmin müqavilə üzrə mülki qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normaları çərçivəsində dəyərləndirmə aparılmasını zəruri hesab etmişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. İşdən göründüyü kimi tərəflər arasında alqı-saqı müqaviləsi bağlanmış və iddiaçı 205.291,57 əsas borcun tutulmasını məhkəmədə mübahisələndirmişdir. Sonuncu məhkəmə iclası zamanı da cavabdehin nümayəndəsi mübahisə predmeti olan borc məbləğini qəbul etdiyini, lakin dəbbə məbləğini qəbul etmədiyini bildirdi.
21. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
22. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
23. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, yaranmış borc məbləğini qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdehdən 205.291,57 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
24. Bundan əlavə, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 73392.05 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
25. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndində ödəmə vaxtında aparılmadığında gecikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% həddində dəbbənin hesablanacağı nəzərdə tutulmuşdur.
26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
27. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
28. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 10265 manat məbləğində müəyyən edilməlidir.
29. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 817 manat dövlət rüsumu ödənilmişdir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorunun göstəricisinə uyğun olaraq) 506 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli, 10 saylı müqavilə üzrə 205.291,57 manat əsas borc məbləği, 10265 manat dəbbə pulu olmaqla ümumilikdə 215.556,57 manat (iki yüz on beş min beş yüz əlli altı manat əlli yeddi qəpik) və dövlət rüsumunun əvəzi olaraq 506 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova