Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3085/2024 24.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, iddia müddəti) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra –iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc kimi 786 719, 47 (yeddi yüz səksən altı min yeddi yüz on doqquz manat qırx yeddi sent ) ABŞ dolları, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 (dörd yüz) manat, vəkil xidməti üçün ödənimiş 121 manat məbləğindəki pulun və ödənilmiş 1058 (bir min əlli səkkiz) manat dövlət rüsumunun əvəzinin (pulun) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanılmış TC4550 №-li , 21 may 2014-cü il tarixli, ümumi dəyəri 2 329 704,47 (iki milyon üç yüz iyirmi doqquz min yeddi yüz dörd ABŞ dolları, qırx yeddi sent) dəyərində işlər görməyi, sifarişçi isə bu işlərinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə və sifarişlər üzrə iddiaçı tərəfindən bütün öhdəliklər lazımınca yerinə yetirilsədə, görülmüş işlərin dəyərinin bir qismi, yəni 786 719, 47 (yeddi yüz səksən altı min yeddi yüz on doqquz manat qır yeddi sent ) ABŞ dolları məbləğindəki pul vəsaiti hələdə bizə ödənilməmişdir. Həmçinin, cavabdeh borc pul məbləğinin alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalındığı üçün mediasiya sessiyasında iştirakla bağlı 400 manat, vəkil xidməti üçün 121 manat və 1058 (bir min əlli səkkiz) manat dövlət rüsumu ödənilmişdir. Bu baxımdan həmin məbləğlər də (pul) cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3085/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" MMC əsl Cavabdeh MMC ilə əvəz edilmişdir.
4. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə yazılı etiraz, habelə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbini aşağıdakılara görə əsassız hesab edirlər. İddiaçı MMC ilə Cavabdeh MMC-nin hüquqi varisi olduğu "xxxx" MMC arasında 21 may 2014-cü il tarixli, TC4550 nömrəli Müqavilə bağlanmışdır. "xxxx" MMC tərəfindən Müqavilə üzrə müəyyən edilmiş ödənişlər son tarix olaraq 2015-ci ildə həyata keçirilmişdir. İddiaçı həmin tarixdən sonra ödənişlərin həyata keçirilməməsini iddia etsə də, bununla bağlı məhkəmədə iddia qaldırmamış, pozulduğunu iddia etdiyi subyektiv hüququnu müdafiə etməmişdir. Beləliklə, iddiaçının istinad etdiyi faktiki hallarla subyektiv hüququnun müdafiəsi istiqamətində gördüyü hüquqi tədbirlər arasında ziddiyyət meydana çıxır. İddiaçı öz iddia tələbində haqlı olsa belə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti çərçivəsində məhkəməyə müraciət etməli idi. Həmçinin işin hallarında iddia müddətinin axımının kəsilməsi və ya dayandırılması ilə bağlı hər hansı hal da mövcud deyildir. Sözügedən məsələ ilə bağlı məhkəmə praktikasına nəzər salsaq, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Qərarlar üzrə axtarış sistemi”ndən əldə edilmiş xx.xx.2023-cü il tarixli, 2-2(102)-395/2023 nömrəli Qərarında Məhkəmə məsələyə eyni mövqedən yanaşmışdır. Belə ki, analoji hallarla bağlı mübahisə üzrə istər birinci instansiya olaraq Bakı Kommersiya Məhkəməsi, istərsə də apellyasiya və kassasiya instansiyaları iddia müddətinin keçməsi halında iddiaçının subyektiv hüququnun pozulubpozulmamasından asılı olmayaraq iddianı rədd etmişdir. Ali Məhkəmə həmin Qərarında apellyasiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı qərarına etiraz etmədiyini bildirərək qeyd edir ki, iddia müddətinin axımının başlanmasının vaxtı qanunla dəqiq müəyyən edilmişdir. İşlərin icra edildiyi illərdə iddiaçı icra edilmiş işlərin dəyərinin tez bir zamanda ödənilməsini dəfələrlə cavabdehdən tələb etmişdir. Deməli, hüquqi baxımdan iddia müddətinin axımı, ən azından, həmin tarixdən başlanmış hesab olunmalıdır. Həmçinin mübahisələndirilən qətnamədən məlum olur ki, sifarişçi tərəfindən son ödəniş 2010-cu ilin fevral ayında edilmişdir. Bu isə hüquqi baxımdan o anlama gəlir ki, iddia müddətinin axımı MM-in 380-ci maddəsinə uyğun olaraq, 2010-cu ilin fevral ayında kəsilərək yenidən başlanmış, hazırkı iddia ərizəsi isə yalnız 2022-ci il 10 avqust tarixində, yəni son ödəniş tarixindən təxminən 12 il 6 ay keçdikdən sonra verilmiş, nəticədə MM-in 373.2-ci maddəsi ilə həmin tələblər üzrə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. İddiaçı tərəfindən cavabdehin ödənişi həyata keçirməməsi və iddia müddətinin ötürülməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericilik mübahisə tərəflərinin öz iddia və etirazlarını sübutetmə vəzifəsini müəyyən etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuş və tələbinin əsasını təşkil edən hallarla bağlı hər hansı mötəbər sübuta istinad edilməmiş beləliklə hüquqpozuntusu mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
6. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə etiraz ilə məhkəməyə müraciət edərək ərizənin təmin edilməməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf hesab edir ki, guya hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ üçün üç il olaraq müəyyən edilmiş iddia müddəti keçmişdir. Ona görə cavabdeh tərəf məhkəmədən xahiş edib ki, İddiaçı MMC-nin “pul tələbinə dair” iddiası üzrə məhkəmənin icraatında olan e-2- 2(113)-3085/2024 saylı iddia ilə bağlı iddia müdəti tətbiq edilsin və iddiadan imtina barədə qətnamə çıxarılsın. Məlumat üçün bildirir ki, hazırkı iddia tələbinin gec verilməsinin əsasə səbəbi "xxxx" MMC fəaliyyətinin dayandırılması, öhdəliklərin icrasının bu cəmiyyətin hüquqi varisinə ötürülməsi ilə bağlı olmuşdur. İş materiallarından və hüquqi varisliklə bağlı təqdim edilmiş sənədlərdən görünür ki, hazırkı iş üzrə iddia müddəti tərəfimizdən üzrlü səbəbdən ötürülüb və bu müddət ərzində tərəflər arasında müvafiq yazışmalar olub.
8. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək əsas borc kimi 901470 ABŞ dolları məbləğinin, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 manat, vəkil xidməti üçün ödənimiş 121 manat məbləğindəki pulun və ödənilmiş 1156 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilə üzrə nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən 2014-2015-ci ildə icra edilmiş, görülmüş işlərin dəyəri ödənilmişdir. Lakin iddiaçı ilə cavabdehin razılığı əsasında müqavilə üzrə nəzərdə tutulmayan əlavə işlər 2014-2015-ci ildə tam şəkildə icra edilib cavabdehə təhvil verilməsinə baxmayaraq təqdim etdikləri hesab fakturalar üzrə hər hansı ödəniş edilməmişdir. Cavabdehlə uzun müddət danışıqlar olmuş, lakin hər hansı nəticə verməmiş, bu səbəbdən məhkəməyə yalnız 2024-cü ildə iddia ərizəsi verilmişdir.
10. İddiaçının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hesab faktura (aralıq ödəniş sertifikatları) var, məhkəməyə təqdim edilmiş sənədlər içərisində orada ödənilməli olan məbləğlər öz əksini tapıb. Müqavilə üzrə icra edilmiş əsas işlərə görə ödənişlər edilib. Mübahisə müqavilə üzrə əlavə işlərə görə ödəniş edilmədiyi üçün yaranıb. Son hesab faktura təqribən 2015-ci ilin mart-aprel ayında təqdim olunmuş, 2015-ci ildən sonra ödəniş edilməmişdir. İddiaçı tərəfindən ödəniş edilməsi üçün onlayn kargüzarlıqla dəfələrlə cavabdehə müraciət edilmiş, lakin bir nəticə verməmişdir.
11. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
12. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh MMC "xxxx" MMC-nin hüquqi varisidir.
15. İddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır.
16. Müqavilənin 12.5-ci bəndinə görə müştəri düzgün tərtib edilmiş hesab faktura (əgər varsa, ƏDV hesab fakturası da daxil olmaqla) təqdim etdikdən sonra ödəniş üçün nəzərdə tutulan son tarixdən etibarən 10 iş günü ərzində (ödəniş üçün son tarix) hər hansı aralıq sertifikatda/ödəniş bildirişində qeyd olunan məbləği Ticarət Podratçısına ödəməlidir. Bu Ticarət müqaviləsi üzrə ödənilməli olan hər hansı məbləğin ödənilməsi üçün son tarix 1-ci bənddə qeyd olunduğu kimi uzadıla bilər.
17. xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-501 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC- TRT-502 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-508 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-509 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-507 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-506 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-503 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-504 saylı təhvil aktlarına əsasən Müqavilənin spesifikasiyasında nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən icra edilmişdir.
18. xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-718 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC- TRT-717 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-721 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-720 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-535 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-701 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-702 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-703 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-706 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-704 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT- 708 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-705 saylı, MXG-QC-TRT-737 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-602 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-606 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-607 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT- 723 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-724 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC- TRT-725 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-715 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-716 saylı təhvil aktlarına əsasən Müqavilənin spesifikasiyasında nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən icra edilmişdir.
19. 18.06.2014-cü il tarixli, MXG-QC-TRT-009 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC- TRT-602 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-801 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-014 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-013 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-012 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-011 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-010 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-009 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-007 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC- TRT-006 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-005 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-004 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-003 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-747 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-714 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-746 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-744 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-745 saylı təhvil aktlarına əsasən Müqavilənin spesifikasiyasında nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən icra edilmişdir.
20. xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-711 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC- TRT-712 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-735 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-738 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-601 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-750 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC-TRT-731 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-707 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-732 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-743 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT- 736 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-739 saylı, xx.xx.2014-cü il tarixli, MXG-QC- TRT-536 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-730 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-734 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-709 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-736 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-735 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-729 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-728 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-612 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT- 611 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-610 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC- TRT-610 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-728 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-733 saylı, xx.xx.2015-ci il tarixli, MXG-QC-TRT-732 saylı təhvil aktlarına əsasən Müqavilənin spesifikasiyasında nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən icra edilmişdir.
21. 21.05.2015-ci il tarixli invoysa əsasən cavabdeh tərəfindən iddiaçıya 317681,37 ABŞ dolları ödənilməlidir.
22. İddiaçı tərəfindən təqdim olunmuş MG 107/15 saylı, xx.xx.2015-ci il tarixli aralıq ödəniş sertifikatına görə cavabdeh tərəfindən iddiaçıya 333565,44 ABŞ dolları ödənilməlidir. İnvoys üzrə son ödəmə tarixi xx.xx.2015-ci il müəyyən edilmişdir.
23. İddiaçı tərəfindən təqdim olunmuş MG 102/15 saylı, xx.xx.2015-ci il tarixli aralıq ödəniş sertifikatına görə cavabdeh tərəfindən iddiaçıya 148386,77 ABŞ dolları ödənilməlidir. İnvoys üzrə son ödəmə tarixi xx.xx.2015-ci il müəyyən edilmişdir.
24. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən Trump Tower üçün əlavə Balustradların ümumi qiyməti ƏDV istisna olmaqla 248492,7462 ABŞ dolları təşkil edir.
25. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən Özək 6 üçün əlavə divar relsləri və çərçivə ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 6949,6 ABŞ dolları təşkil edir.
26. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən lift şaftı ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 174 ABŞ dolları təşkil edir.
27. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən Trump Tover MEP qaldırıcı yeni açılışı ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 447,6 ABŞ dolları təşkil edir.
28. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən dəstək örtüyünün əsas lövhələrin təchizatı və quraşdırılması ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 3949 ABŞ dolları təşkil edir.
29. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən səviyyə girişləri üzrə polad çərçivənin çıxarılması ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 50228,10 ABŞ dolları təşkil edir.
30. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əsas 1 və əsas 2 səviyyələri üçün əlavə çərçivələr və divar relsləri -1-dən 3-ə qədər ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 45892,60 ABŞ dolları təşkil edir.
31. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən görülmüş işlərin ümumi qiyməti 186332,88 ABŞ dolları təşkil edir.
32. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə divar relsləri və divar/pilləkən özəyi üçün tavan örtüyü ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 36750 ABŞ dolları təşkil edir.
33. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə tutacaqlar ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 248492,7462 ABŞ dolları təşkil edir.
34. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli hesab fakturaya əsasən caküzi qiymətinə giriş platforması ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 2817 ABŞ dolları təşkil edir.
35. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən L14L15 yoxlanılmış ayırıcı korpus ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 3586 ABŞ dolları təşkil edir.
36. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən açıq ocaq sobası üçün ventilyasiya valları ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 9339,40 ABŞ dolları təşkil edir.
37. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən trump tover üçün əlavə tutacaqlar ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 248492,7462 ABŞ dolları təşkil edir.
38. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli hesab fakturaya əsasən əlavə divar relsləri, maşın dayanacağı, pilləkən özəyi ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 4050 ABŞ dolları təşkil edir.
39. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli hesab fakturaya əsasən 01 səviyyəsində jalüzlər üçün sinklənmiş polad örtük ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 4360 ABŞ dolları təşkil edir.
40. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli hesab fakturaya əsasən 33 və 32 səviyyəsində jalüzlər üçün sinklənmiş polad örtük ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 6737 ABŞ dolları təşkil edir.
41. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə məhəccərlər ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 248492,7462 ABŞ dolları təşkil edir.
42. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən çiller həyəti üçün genişləndirilmiş tor hasar ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 65916,60 ABŞ dolları təşkil edir.
43. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə məhəccərlər (balustrad) ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 186332,88 ABŞ dolları təşkil edir.
44. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən əlavə məhəccərlər (balustrad) ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 13656 ABŞ dolları təşkil edir.
45. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən divar və tavanların suvaq və rəngləmə işləri, dayanacaqda pilləkənlər ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 11420,80 ABŞ dolları təşkil edir.
46. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab fakturaya əsasən soyuducu sahə və landşaft sahəsi üçün panjur ilə bağlı işlərin ümumi qiyməti ƏDV istisna olmaqla 23369,98 ABŞ dolları təşkil edir.
47. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.
48. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
49. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
50. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
51. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
52. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
53. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
54. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
55. Belə ki, materiallardan görünür ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqavilənin əlavələrində nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən icra edilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir.
56. İddiaçı həmin müqavilə üzrə cavabdehin sifarişləri əsasında tərəflərindən görülmüş işlərin qarşılığı olaraq 901470 ABŞ dollarının ödənilmədiyini iddia edir.
57. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müddətin keçməsi ilə bağlı olaraq iddia tələbinin rədd edilməsini xahiş edir.
58. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia müddəti keçmişdir.
59. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsi üzrə işlər 2014 və 2015-ci illər ərzində icra edilmiş (materiallarda olan təhvil-təslim aktlarına əsasən), iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı cavabdehə 2014 və 2015-ci illərdə hesab fakturalar təqdim edilmişdir.
60. Materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə son hesab faktura xx.xx.2015-ci il tarixdə (MG 107/15 saylı, xx.xx.2015-ci il tarixli) təqdim edilmişdir.
61. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsinin 12.5-ci bəndinə görə müştəri düzgün tərtib edilmiş hesab faktura (əgər varsa, ƏDV hesab fakturası da daxil olmaqla) təqdim etdikdən sonra ödəniş üçün nəzərdə tutulan son tarixdən etibarən 10 iş günü ərzində (ödəniş üçün son tarix) hər hansı aralıq sertifikatda/ödəniş bildirişində qeyd olunan məbləği Ticarət Podratçısına ödəməlidir.
62. Adıçəkilən həmin hesab fakturada ödəmənin son tarixi kimi iddiaçı xx.xx.2015-ci il tarixini göstərmişdir.
63. İşin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, cavabdeh tərəfindən materiallarda olan fakturalar üzrə ödəniş edilməmiş, iddia müddətinin axımı kəsilməmişdir.
64. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.
65. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
66. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (MM, maddə 373.2.).
67. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).
68. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
69. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
70. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
71. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).
72. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
73. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
74. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.
75. Beləlikdə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini ötürdüyündən, cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia təmin edilməməlidir.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
77. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən çəkilmiş məhkəmə xərcləri (ödənilmiş dövlət rüsumu və hüquqi yardımla bağlı nümayəndəyə ödənilən vəsait) iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
78. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Çəkilmiş məhkəmə xərcləri İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova