Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3098/2024 10.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əvəzsiz istifadə müqaviləsi, ziyanın ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X2, cavabdehin nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2010-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş 1 ədəd VİR markalı soyuducuların dəyərinin iki misli həcmində, yəni 2000 ABŞ dollar dəyəri, 300 manat (120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) 70 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq, dəyəri 1000 ABŞ dolları olan 1 ədəd VİR markalı soyuducu İddiaçı MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh Məktəb litseyi əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. “İstifadəçi” soyuducunuun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində “İstifadəyəverənə” cərimə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh Məktəb litseyi müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh Məktəb litseyi pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2010-ci tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər cavabdeh Ankara Məktəbi Məktəb litseyiüzərinə düşən öhdəliyi yerinə yetirməmiş və İddiaçı MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq İddiaçı MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi iddia tələbində qeyd edilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, müqavilədə barkod kodu qeyd edilmir, müştəri kodu göstərilir. Müqavilədə Cavabdeh möhürü vardır. Möhürün olmasını artıq həmin müqavilənin müəssisə tərəfindən təsdiq edilməsi kimi başa düşülməlidir. Sonda iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 13 sentyabr 2010cu il tarixli nömrəsiz müqavilənin giriş hissəsindən görünür ki, müqavilə Cavabdehnə heç bir aidiyyəti olmayan və məktəbin işçisi olmayan X4 arasında bağlanmışdır. Müqavilənin 1ci yəni “müqavilənin predmeti” adlanan bəndindən də görünür ki, müqavilə “Baku Coca- Cola Bottlers LTD” birgə müəssisəsi tərəfindən “The Coca-Cola Company”nin icazəsi ilə istehsal və satış təşkil edilmiş məhsulların “İstifadəçi” tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədi ilə “İstifadəyəverən” in əmlakı olan soyuducunun əvəzsiz istifadəyə verilməsi üçün bağlanılır. Müqavilənin 2.1.1-ci bəndindən görünür ki, “İstifadəyəverən” müqavilə şərtlərinə əsasən onun mülkiyyəti olan, dəyəri 1000 (min) ABŞ dollar olan 1 (bir) ədəd soyuducunu istifdəyə vermişdir. Həmin müqavilədən görünür ki, müqavilə “Baku Coca-Cola Bottlers LTD” şirkəti ilə X5 arasında bağlanmışdır ki, Xədicə Abdullayevanın əmək kitabçası da bu halı təsdiq edir. Belə ki, Xədicə Abdullayevanın əmək kitabçasından görünür ki, o “Məktəbli və tələbə iaşə ATSC”-nin işçisidir. Bu da bir daha təsdiq edir ki, X.Abdullayeva Cavabdeh işçisi olmayıb. Bundan əlavə "xxxx" MMC müxtəlif məhkəmələrdə eyni məzmunlu iddia qaldırarkən müqavilənin tarixlərini gah 2010cu il, gah da 2020-ci il tarixləri göstərmişdir. Bu da bir daha təsdiq edir ki, məhkəmələrdə iddia qaldırılarkən iddia müddəti keçdiyindən onlar tarixlərdə düzəlişlər edirlər. Halbuki, 2020-ci ilin mart ayında ölkə ərazisində pandemiya başlamış, bütün ictimai iaşə və ticarət müəssisələri bağlanmış, məktəblər distant, yəni məsafəli təhsilə keçmişlər. Bundan əlavə həmin idarə, yəni “Məktəbli və tələbə iaşə ATSC” pandemiyadan əvvəl ləğv edilmiş, fəaliyyət göstərdiyi dövrdə də X5 ilə bağladığı müqaviləni onlara təqdim etməmişdir. Üzərindən 14 il keçməsinə baxmayaraq iddia qaldırılarkən iddia müddətinin keçməsi və həmin soyuducunun aşılanması nəzərə alınmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Ankara Məktəbi özü Təhsil Nazirliyinin nəzdindədir. Cavabdeh tərəfindən soyuducular təhvil-təslim aktı ilə Milana şirkətinə təhvil verilib, lakin təhvil-təslim aktında “Coca Cola” soyuducusu olduğu qeyd olunmamışdır. Orada su soyuducularının olduğu göstərilmişdir. Sadəcə cavabdeh düşünmüşdür ki, həmin su soyuducusu “Coca-Cola” şirkətinə məxsus ola bilər. Müqavilə üzrə Abdulllayeva Xədicə cavabdeh tərəfdən iştirak etməmişdir. Onun əmək kitabçasından çıxarışda da açıq-aşkar görünür ki, həmin şəxs “Məktəbli və tələbə iaşə” ATSC-nin əməkdaşı olmuşdur. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh şəxsində X5 arasında imzalanmış 13 sentyabr 2010-cu il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilədən görünür ki, “Azərbaycan Coca-Cola Bottlers LTD” birgə müəssisəsi tərəfindən “The Coca-Cola Company”nin icazəsi ilə istehsal və satış təşkil edilmiş məhsulların “İstifadəçi” tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə “İstifadəyəverən”in əmlakı olan soyuducunun əvəzsiz istifadəyə verilməsi üçün bağlanılmışdır. Müqavilənin 2.1.1-ci bəndinə əsasən “İstifadəyəverən” müqavilə şərtlərinə əsasən onun mülkiyyəti olan, 1 ədəd V/K ensiz 1000 ABŞ dolları dəyərində göstərilən əmlakı əvəzsiz istifadəyə verir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilmir. Müqavilənin 2.1.7-ci bəndinə əsasən İstifadəyə verilən əmlakın “İstifadəçi” tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə əmlakın ümumi dəyərinin 2 mislini “İstifadəyəverən”in nəfinə ödəyir. İddiaçı MMC tərəfindən Cavabdehnə göndərilmiş pretenziya məktubunda müqavilənin 2.2.8-ci bəndinə əsasən əmlakı 3 gün ərzində təhvil verilmədikdə, əmlakın dəyərinin iki misli həcmində, yəni 2000 (iki min) ABŞ dolları məbləğində, İddiaçı MMC-yə cərimə və əlavə olaraq zəruri cəkiləcək xərcləri ödəməli olduğu barədə xəbərdarlıq edilmişdir. X3 məxsus İT-İ saylı ******* nömrəli əmək kitabçasının 42-ci səhifəsindən görünür ki, X5 14/K nömrəli xx.xx.2016-cı saylı Əmrə əsasən xx.xx.2016-cı il tarixində “Ankara” liseyinin bufetinə bufetçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddə 2 “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; 10/K nömrəli xx.xx.2017 tarixli Əmrə əsasən xx.xx.2017-ci il tarixində “Ankara” liseyinin bufetinə bufetçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddə 2 “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; 09/K nömrəli xx.xx.2018 tarixli Əmrə əsasən xx.xx.2018-ci il tarixində “Ankara” liseyinin bufetinə bufetçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddə 2 “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; 08/K nömrəli xx.xx.2019 tarixli Əmrə əsasən xx.xx.2020-ci il tarixində “Ankara” liseyinin bufetinə bufetçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddə 2 “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 07 dekabr 2023-cü il tarixli MŞB/20/2023-00017 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci olaraq 60 manat, poçt və kargüzarlıq xidməti üçün 10 manat ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.2-ci maddəsinə əsasən əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən 1 ədəd V/K ensiz 1000 ABŞ dolları dəyərində soyuducu Cavabdehndə fəaliyyət göstərən X3 əvəzsiz istifadəyə verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında Abdullayeva Xədicənin müqavilənin bağlandığı tarixdə Cavabdeh işçisi olmadığını, “Məktəbli və tələbə iaşə” ATSC-nin əməkdaşı olduğunu, həmin soyuducunun isə Cavabdehnə deyil X3 təhvil verildiyini qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəfləri dinləyib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia tələbinə hüquqi qiymət verildiyi zaman ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə qarşı əvəzsiz istifadəyə verilmiş əmlakın dəyərinin ödənilməsinin tələb edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Çünki müqaviləni imzalayan şəxs, yəni X5 13 sentyabr 2010-cu il tarixində cavabdeh müəssisənin işçisi, nümayəndəsi olmamış, “Məktəbli və tələbə iaşə” ATSC-nin əməkdaşı olmuş və iddiaçı soyuducunu onun əvəzsiz istifadəsinə vermişdir. İddiaçı tərəfindən məhkəməyə həmin şəxsin müəssisənin adından müqaviləni imzalamasına dair səlahiyyət verən etibarnamə təqdim edilməmişdir. Tərəflər arasında imzalanmış müqavilədən göründüyü kimi müqaviləni X5 imzalamış, lakin cavabdeh müəssisənin direktoru və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən təsdiq olunmamışdır. Buna görə də Cavabdeh həmin müqavilənin tərəfi hesab edilə bilməz və yaranmış öhdəlik onun üçün vəzifələr yaratmamışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarlarında şərh etdiyi mövqeyini rəhbər tutmaqla hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının xx.xx.2010-cü il tarixli müqaviləyə istinad edərək cavabdehdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa cavabdehin nümayəndəsinin soyuducunun “Milana” şirkətinə təhvil verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı, əmlakının özünün razılığı olmadan cavabdeh tərəfindən üçüncü şəxsə verilməsinə görə dəymiş ziyanın ödənilməsini cavabdehdən tələb edə bilər. Lakin o, hazırda müqavilə şərtinə əsasən cavabdehdən əvəzsiz istifadəyə verdiyi soyuducunun dəyərinin iki mislini tələb etmişdir. Bundan əlavə müqavilənin imza qrafasında X1 imzasında hüquqi şəxsin möhürünü olması, həmin hüquqi şəxsin müqaviləni bəyənməsi və öhdəliyi qəbul etməsi kimi başa düşülə bilməz. Möhürün vurulması yalnız hüquqi şəxsin nümayəndəsinin imzasının həqiqiliyini təsdiq etdiyi halda hüquqi şəxs üçün öhdəlik və vəzifələr yarada bilərdi. MPM-in 77-ci maddəsinə əsasən tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hüquqi xidmətə görə ödəniş iddiaçıya aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3098/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3098/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver