Məhkəmə qərarları › İş №e-2-2(113)-3102/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3102/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3102/2024 24.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Coffee Alliance MMC-dən 1.556,78 manat əsas borc, 300 manat (120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) və 210 (iki yüz on) manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin məcburi qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Coffee Alliance MMC arasında xx.xx.2019-cu il tarixdə “Məhsulların alğı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq satıcı ("xxxx" MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri alıcı Coffee Alliance MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini aatıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. "xxxx" MMC tərəfindən Coffee Alliance MMC ilə malların təhvil-qəbul aktları və maliyyə arayışı əsasında ƏDV xaric ümumilikdə 13.335,24 manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. cavabdeh borc məbləğindən 11.819.95 manat məbləğində pul vəsaitini iddiaçıya ödəsə də, 1.556,78 manat əsas borcu ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210İddiaçı ilə https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210Cavabdeh arasında xx/xx/2019-cu il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici –spirtsiz içkiləri alıcıya verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

11. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən nisyə alqı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir.

12. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210İddiaçı üzərinə düşür.

15. İş materiallarında olan, hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, 886428 nömrəli təhvil-təslim aktından görünür ki, cəmi 337,86 manat məbləğində mal cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCD 284711 saylı xx.xx.2022-ci il tarixli dəyəri 337,86 manat olan elektron qaimə göndərilmişdir.

16. İş materiallarında olan, hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuş 785115 nömrəli təhvil-təslim aktından görünür ki, cəmi 337,86 manat məbləğində mal cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCG 083614 saylı xx.xx.2022-ci il tarixli dəyəri 337,86 manat olan elektron qaimə göndərilmişdir.

17. İş materiallarında olan, hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, 881599 nömrəli təhvil-təslim aktından görünür ki, cəmi 347,95 manat məbləğində mal cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCD 990842 saylı xx.xx.2022-ci il tarixli dəyəri 347,95 manat olan elektron qaimə göndərilmişdir.

18. Bundan başqa, işdən görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCD seriyalı, 284711 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 337,86 manat, EBDG seriyalı, 856419 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 337,86 manat, EBCİ seriyalı, 328061 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 358,04 manat olan elektron qaimələr göndərilmişdir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

20. Sadə riyazi hesablama ilə hesabladıqda yuxarıda sadalanmış elektron qaimələrdəki məbləğlərin cəmi 1.719,57 manat edir.

21. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210Cavabdeh xx.xx.2023-cü il tarixinə borcu 1.556,78 manat təşkil edir.

22. Hazırda iddiaçı da, cavabdehin müqavilə üzrə ödənilməmiş 1.556,78 manat borcunu tələb edir.

23. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh tərəf iddianı qismən, 1.200 manat hissəsində qəbul etdiyini bildirmişdir.

24. Məhkəmə hesab edir ki, 1.556,78 manat dəyərində olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh isə təhvil verilmiş malların dəyərini ödəməmişdir.

25. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsas borc üzrə 1.556,78 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır.

26. Məhkəmə, 300 manat (120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) məbləğində pulun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.

27. Məhkəmə qeyd edir ki, işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, vəkil xərcinin əvəzi olaraq 120 manat məbləğində pul Abşeron Rayon Vəkil Bürosunun hesabına ödənmişdir.

28. Ona görə də, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 120 manat məbləğində pul https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210Cavabdehndən tutularaq https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210İddiaçınə ödənilməlidir.

29. Lakin, məhkəmə hesab edir ki, iddia 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqının tutulması hissəsində təmin edilə bilməz.

30. Belə ki, iddiaçı tərəf Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından mediasiya işlərinin aparılmasına görə xidmət haqqının nədən ibarət olduğunu sübut edə bilməmişdir.

31. Bundan başqa, məhkəmə qeyd edir ki, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 210 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 210 (iki yüz on) manat məbləğində pul iddiaçı tərəfindən Bakı 20 saylı Mediasiya təşkilatına ödənmişdir.

33. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 1.556 (bir min beş yüz əlli altı) manat, 78 (yetmiş səkkiz) qəpik məbləğində pul https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210Cavabdehndən tutularaq https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210Cavabdehndən tutularaq https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210İddiaçınə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210Cavabdehndən tutularaq https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar