Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3128/2025 08.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 268822 manat borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 553 manat, cəmi 269375 manat məbləğin tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi X4 aşağıdakı məzmunda xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalamışlar və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: 1.1. Cavabdeh tərəfindən məhkəməyə qədər ödədiyi ödənişləri nəzərə alınmaqla Cavabdeh yekun 91467 (doxsan bir min dörd yüz altımış yeddi) manat e-2-2(113)- 3128/2025 saylı mülki işi üzrə borc öhdəliyinin olmasını təsdiq edir. 1.2. Tərəflər razılaşaraq qəbul edirlər ki, Borclu 91467 manat borc məbləğinin 50000 (əlli min) manat hissəsini 2025-ci ilin oktyabr ayının sonuna qədər ödəyəcəkdir. Qalan 41467 (otuz dörd min) manat xx.xx.2025-ci il tarixdən başlayaraq 10 ay ərzində, hər ay 4146 ( dörd min yüz qırx altı) manat olmaqla ödəyəcəkdir. 1.3. Borc məbləği üzrə ödəniş tam olaraq edilmədiyi təqdirdə İddiaçı MMC qanunvericliyə əsasən öz hüquqlarından istifadə edə bilər və ümumi borc məbləğinin üzərinə hesablanmış dəbbə pulu əlavə edilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna və həmin sazişi imzalamağa tərəflərin nümayəndələrinin səlahiyyətləri olduğuna görə, həmçinin həmin saziş qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.1. Cavabdeh tərəfindən məhkəməyə qədər ödədiyi ödənişləri nəzərə alınmaqla Cavabdeh yekun 91467 (doxsan bir min dörd yüz altımış yeddi) manat e-2-2(113)- 3128/2025 saylı mülki işi üzrə borc öhdəliyinin olmasını təsdiq edir. 1.2. Tərəflər razılaşaraq qəbul edirlər ki, Borclu 91467 manat borc məbləğinin 50000 (əlli min) manat hissəsini 2025-ci ilin oktyabr ayının sonuna qədər ödəyəcəkdir. Qalan 41467 (otuz dörd min) manat xx.xx.2025-ci il tarixdən başlayaraq 10 ay ərzində, hər ay 4146 ( dörd min yüz qırx altı) manat olmaqla ödəyəcəkdir. 1.3. Borc məbləği üzrə ödəniş tam olaraq edilmədiyi təqdirdə İddiaçı MMC qanunvericliyə əsasən öz hüquqlarından istifadə edə bilər və ümumi borc məbləğinin üzərinə hesablanmış dəbbə pulu əlavə edilə bilər. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3128/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3128/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver