Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3155/2024 18.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 47 ay abunə borcu 282 və qeydiyyatdan çıxma aktı 35 manat olmaqla, cəmi borcu 317 manat və məhkəmə xərclərinə görə ödənilmiş 30 manatın Cavabdeh2 tutularaq iddiaçı "X6" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh2 (VÖEN **********) arasında da xx.xx.2018-cu ildə 2400 nömrəli aktla müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh2 həmin öhdəliyini xx.xx.2020-ci ilədək yerinə yetirmiş, ödənişləri etmiş, sonradan öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh2 tərəfindən 2020-ci ildən 11 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023cü ildən 12 ay ərzində xidmət pulu ödənilməmişdir. Toplamda, cavabdehin 47 ay abunə borcu 282 manat və qeydiyyatdan çixma aktı 35 manat pul məbləği ödənilməmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2-2(113)- 3155/2024 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, xx.xx.2018 il tarixli, 2400 nömrəli müqaviləyə əsasən abunə borcu üzrə 282 (iki yüz səksən iki) manat, qeydiyyatdan çıxma aktı üzrə 35 (otuz beş) manat olmaqla, cəmi 317 (üç yüz on yeddi) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
4. Cavabdeh2 ərizə ilə müraciət edərək qiyabi qətnamənin ləğv olunaraq işə yenidən baxılmasını məhkəmədən xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmadığını, iddia ərizəsində qeyd olunan ünvan 1 ünvanında yaşamadığını, ***-***-**-** mobil telefon nömrəsinin kimə məxsus olduğunu bilmədiyini, 3 ildən çoxdur ki, ünvan 2 ünvanında yaşadığını bildirmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3155/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2-2(113)- 3155/2024 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işin mahiyyəti üzrə baxılması təzələnmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, xx.xx.2021-ci il tarixdən NKA ilə bağlı iddiaçı tərəfindən xidmət göstərilmədiyini bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
11. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
14. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında X1raşdırılması və ona xidmət göstərilməsi ilə bağlı müqavilə müqavilə münasibətləri mövcud olmuşdur.
15. Qeyd olunan halı, yəni tərəflər arasında müqavilə münasibətlərinin olmasını cavabdeh tərəf özü də, etiraz ərizəsində qəbul etmiş, sadəcə olaraq xx.xx.2018-cu il tarixli müqavilədəki imzanın ona aid olmadığını bildirmişdir.
16. Bu xüsusda qeyd edilməlidir ki, cavabdehin özünün iddiaçı tərəfindən ona aid olan sahəyə kassa aparatının quraşdırmasını etiraf etməsi, artıq tərəflər arasında müqavilə münasibətlərinin mövcud olması halını artıq təsdiq etmiş olur.
17. İş materiallarında olan X3 qeydiyyata alınma aktına (nömrə:**********800500) əsasən Merkuri 130F-01 tipli, 00222400 zavod nömrəli nəzarət kassa aparatı ünvan 4 ünvanında yerləşən obyektə quraşdırılmışdır.
18. İş materiallarına əlavə olunmuş maliyyə arayışında 24 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən xx.xx.2018-xx.xx.2020-ci il dövrləri üzrə 15 ay müddətinə 90 manat məbləğində aylıq abunə haqqı ödənilmiş, xx.xx.2020-xx.xx.2023-cü il dövrləri üzrə 47 ay müddətinə Cavabdeh2 İddiaçı MMC-yə abunə haqqı borcu üzrə 282 manat və qeydiyyatdan çıxma aktı üzrə 35 manat olmaqla, cəmi 317 manat borcun olduğu qeyd olunmuşdur.
19. Məhkəmə tərəfindən Merkuri 130 F-01 tipli, 00222400 zavod nömrəli X3 Cavabdeh2 adına vergi orqanlarında dövlət reyestrində qeydiyyatda olub-olmamasının, qeydiyyatda olmadığı təqdirdə hansı tarixdən qeydiyyatdan çıxarılması, həmin aparatın istifadə müddətinin uzadılıb-uzadılmaması barədə məlumat və sənədlərin təqdim edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilmişdir.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli “müraciətə baxılması barədə” cavab məktubunda Cavabdeh2 məxsus Merkuri 130F-01 markalı X3 xx.xx.2018-ci il tarixdə qeydiyyata alınması, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılması barədə məlumat müəyyən edilmişdir.
21. Hazırda isə, iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək öhdəliyini icra etmədiyini bildirərək 282 manat məbləğində pulun tutulmasını xahiş edir.
22. Məhkəmə hesab edir ki, mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.
23. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli 338 saylı Qərarı ilə təsdiq olunmuş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın: - 1.4.6-cı bəndinə əsasən istifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. - 4.4-cü bəndinə əsasən istifadəçi tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş NKA-nın Nazirliyin informasiya sisteminə və (və ya) Dövlət reyestrinə daxil edilməsi üçün Nazirlikdə qeydiyyatdan keçmiş hər hansı Operatorla müqavilə bağlamalıdır. - 8.1-ci bəndinə əsasən istifadəçi bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yalnız müqavilə bağladığı Operatorun xidmətlərindən istifadə edə bilər. - 8.3-cü bəndinə əsasən istifadəçinin vəzifələri: nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq; NKA-nın istismara hazırlıqla əlaqədar olan işlərini yalnız Operatorun nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; Operator və vergi orqanları işçilərinin NKA istismarı zamanı nəzərdə tutulmuş qaydalara əməl olunması ilə bağlı göstərişlərini yerinə yetirmək; vergi orqanları tələblərinə uyğun olaraq NKA servis-texniki xidməti ilə əlaqədar olan sənədləri təqdim etmək; vergi orqanları və Operatorun səlahiyyətli nümayəndəsinin NKA-nın fəaliyyətinə baxış keçirilməsinin maneəsiz buraxılışını təmin etmək; Operatorun bu Qaydaların tələblərinə uyğun olaraq NKA-ya servis-texniki xidmət göstərmələri üçün şərait yaratmaq; NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək və s. - 1.4.5-ci bəndinə əsasən operator – NKA-nın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna müvafiq proqram təminatının yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servis-texniki xidmətlərin göstərilməsini həyata keçirən Operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir. - 7.2-ci bəndinə əsasən istifadəçilər tərəfindən NKA-nın bu Qaydalara uyğun istismar edilməsini təmin etmək və bu Qaydaların tələblərinin pozulması faktları aşkar edildikdə Nazirliyə məlumat vermək; nəzarət mexanizmi qurğusuna müvafiq proqram servislərinin və sertifikatın yazılmasını (“inisializasiya”, avtorizasiya) təmin etmək; NKAnın istismarı zamanı yaranmış problemlərin təhlilini həyata keçirmək və onların aradan qaldırılması barədə İstifadəçinin məlumatlandırılmasını təmin etmək; NKA-ya dair texniki tələblər dəyişdikdə, xidmət göstərdiyi NKA-nın həmin texniki tələblərə uyğunlaşdırılmasını təmin etmək; istifadəçilərə NKA-dan istifadə qaydalarını öyrətmək; xidmət göstərdiyi NKA-nın bu Qaydalarla müəyyən edilmiş meyarlara və Komissiyanın müəyyən etdiyi texniki tələblərə uyğun olmasını dövri olaraq rübdə 1 dəfədən az olmamaqla yoxlamaq, işlək vəziyyətdə olmasını təmin etmək və Nazirliyə bu barədə məlumat vermək; istifadəçilərə təqdim edilmiş NKA-ya servis-texniki xidmətlər göstərmək; servis-texniki xidmət filiallarına və ya məntəqələrinə malik olmaq; NKA məlumatlarının Nazirliyin informasiya sisteminə daxil edilməsi ilə bağlı aparılan bütün əməliyyatlar zamanı təqdim edilən məlumatların tamlığını, düzgünlüyünü, konfidensiallığını təmin etmək; NKA-nın istismarı üçün İstifadəçi tərəfindən lazımi şəraitin yaradılmasının yerinə yetirilməsini yoxlamaq; servis-texniki xidmətində olan NKA-nın keyfiyyəti, aşkar edilmiş çatışmazlıqları, istifadəçilərin təklif və iradları barəsində məlumatların yığılmasını, təhlil olunmasını və bu məlumatların Komissiyaya təqdim olunmasını təmin etmək; nasaz NKA-nı dəyişdirmək üçün qanunla müəyyən edilmiş qaydada əldə etdiyi NKA-nın 20 faizi həcmində ehtiyata malik olmaq; istifadəçini Operatorun imzası və möhürü ilə təsdiq edilməklə texniki xidmət jurnalı və NKA-nın nasaz olduğu dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək, habelə istifadəçilərdə saxlanılan texniki xidmət jurnalında göstərilən servis-texniki xidmətlər barədə müvafiq qeydlər aparmaq və s. Operatorun vəzifəsidir.
24. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə istinad olunan Qaydaların tələblərinə uyğun xidmətlərin göstərilməsi ilə bağlı olmuşdur.
25. Məhkəmə xidmətin göstərildiyi müddət və tutulmalı xidmət haqqı məbləği ilə bağlı qeyd edir ki, cavabdehin xx.xx.2022-ci il tarixdə “Merkuri 130F-01” markalı 00222400 zavod nömrəli NKA-nın qeydiyyatdan çıxarılması üçün vergi orqanına etdiyi müraciəti əsasında vergi orqanı tərəfindən NKA xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Belə olan halda iddiaçının müvafiq tarixdən etibarən cavabdehdə olmayan və qeydiyyatdan çıxarılmış NKA-ya xidmətə görə pul tələb etməsi əsassızdır. Ona görə də iddiaçı cavabdehdən xidmət haqqının ödənilməsini 2022-ci ilin may ayının 11-dək tələb edə bilər.
26. Cavabdeh 2020-ci ilin mart ayınadək bütün ödənişləri etdiyini bildirsə də, 2020-ci ilin 15 yanvar tarixindən müvafiq ödənişləri etməsinə dair sənədləri təqdim edə bilməmişdir. Bundan başqa da, 2020-ci ilin mart ayından 2021-ci ilin avqust ayının sonunadək olan dövr üzrə obyektin işləməməsi səbəbindən NKA texniki xidmət göstərilməməsini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, sübutetmə vəzifəsini tam yerinə yetirə bilməmişdir.
27. Məhkəmə X3 xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2020-xx.xx.2022-ci il tarixli dövr üzrə (27 ay x 6) 162 manat məbləğində pul Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
28. Məhkəmə həmçinin qeyd edir ki, NKA-nın qeydiyyatdan çıxarılması üçün 35 manat pulun tutulması hissəsində iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli 338 saylı Qərarı ilə təsdiq olunmuş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nda NKA-nı qeydiyyatdan çıxarmaq səlahiyyəti vergi orqanına həvalə edilmiş, Operatorun belə bir hüququ nəzərdə tutulmamış, öhdəsinə belə bir vəzifə qoyulmamışdır. Həmçinin işin müəyyən olunan halına əsasən də NKA vergi orqanı tərəfindən qeydiyyatdan çıxarılmışdır. Belə olan halda iddiaçının qeyd olunan pulu tələb etməsinin hüquqi əsası yoxdur.
29. Bundan başqa, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
30. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Abunə borcu üzrə 162 (bir yüz altmış iki) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov