Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3157/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-nə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dövlət rüsumu və vəkil xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı QSC-nin Cavabdeh MMC-nə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış 07 fevral 2022-cü il tarixli, 0006C/22 nömrəli “Texniki Xidmət Göstərilməsi Barədə” müqaviləyə və bu müqavilə üzrə hazırlanmış GMC0006744, GMC0006578, GMC0006579, GMC0007503, GMC0007530 və GMC0007276 nömrəli təmir aktlarına əsasən toplamda 9,310.21 manat əsas borcun, 114 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə texniki xidmət fəaliyyətilə əlaqədar Cavabdeh MMC arasında 07 fevral 2022- ci il tarixli, 0006C/22 nömrəli “Texniki Xidmət Göstərilməsi Barədə” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İ6craçı” “Sifarişçinin” mülkiyyətində olan texnikalara baş verən texniki xidmət göstərilməsi və anbarda olan ehtiyat hissələri ilə təchiz edilməsi ilə bağlı bu müqavilənin əlavələrində göstərilmiş texniki xidmətləri Sifarişçinin sifarişinə uyğun olaraq görməyi, Sifarişçi isə bunun əvəzində xidmət haqqı ödəməyi öhdəsinə götürür. Bu müqavilənin 4.1ci bəndinə əsasən görülmüş xidmət haqqının dəyəri tərəflər arasında imzalanmış akt, qaimə və yaxud sifariş blankı əsas götürülərək hesablanır və hesablanmış məbləğ sifarişçi tərəfindən tam şəkildə ödənilməlidir. Sözügedən müqavilənin 4.2-ci maddəsinə əsasən isə tərəflər arasında hesablaşmalar, xidmətlərin görülməsini təsdiq edən elektron qaimənin təsdiqindən sonra Sifarişçi tərəfindən 5 bank günü müddətində 100% ödəniş olunmaqla təmin edilməlidir. Bundan başqa mübahisələrin həlli ilə bağlı 9-cu bənddə göstərildiyi kimi yaranan mübahisələr müqavilənin icra yeri üzrə aidiyyatı məhkəmədə həll olunmalıdır. Müqavilənin icra yeri dedikdə, İcraçının texniki təmir zonasının yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Mədən keçəsi 4 ünvanı başa düşülür. İddiaçının seçməsinə görə aidiyyatla bağlı Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə əsasən İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Sözügedən müqavilə üzrə Cavabdeh MMC-yə müəssisə tərəfindən aşağıdakı texniki xidmətlər göstərilmişdir. Hər iki tərəfdən imzalanmış xx.xx.2023-cü il tarixli, GMC0006744 nömrəli təmir aktına əsasən müəssisə tərəfindən müqavilənin 1 saylı əlavəsində göstərilmiş Sifarişçiyə məxsus DOOSAN DX2İOWA markalı texnikaya yağ dəyişimi ilə bağlı texniki təmir xidməti göstərilmişdir. Bu təmir aktı üzrə görülmüş işlərlər bağlı ödənilməli olan yekun məbləğ 1.932,98 manat təşkil etmişdir. Hər iki tərəfdən imzalanmış xx.xx.2023-cü il tarixli, GMC0006578 nömrəli təmir aktına əsasən müəssisə tərəfindən müqavilənin 1 saylı əlavəsində göstərilmiş Sifarişçiyə məxsus DOOSAN DX2İOWA markalı texnikaya mühərrik və hidrolik yağının dəyişdirilməsi üzrə texniki təmir xidməti göstərilmişdir. Bu təmir aktı üzrə görülmüş işlərlə bağlı ödənilməli olan yekun məbləğ 3,262.08 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, GMC0006579 nömrəli təmir aktına əsasən müəssisə tərəfindən müqavilənin 1 saylı əlavəsində göstərilmiş Sifarişçiyə məxsus DOOSAN DX2İOWA markalı texnikaya mühərrik yağının dəyişdirilməsi üzrə texniki təmir xidməti göstərilmişdir. Bu təmir aktı üzrə görülmüş işlərlə bağlı ödənilməli olan yekun məbləğ 773,90 manat təşkil etmişdir. Hər iki tərəfdən imzalanmış xx.xx.2023-cü il tarixli, GMC0007503 nömrəli təmir aktına əsasən müəssisə tərəfindən müqavilənin 1 saylı əlavəsində göstərilmiş Sifarişçiyə məxsus DOOSAN DX2İOWA markalı texnikaya mühərrik yağı və yağ filtirinin dəyişdirilməsi, yanacaq filtirinin dəyişdirilməsi və hava filtirinin dəyişdirilməsi üzrə texniki təmir xidməti göstərilmişdir. Bu təmir aktı üzrə görülmüş işlərlə bağlı ödənilməli olan yekun məbləğ 747,32 manat təşkil etmişdir. Hər iki tərəfdən imzalanmış xx.xx.2023-cü il tarixli, GMC0007530 nömrəli təmir aktına əsasən müəssisə tərəfindən müqavilənin 1 saylı əlavəsində göstərilmiş Sifarişçiyə məxsus DOOSAN DX2İOWA markalı texnikaya mühərrik yağın, yanacaq, hava və kondisioner filtirinin dəyişdirilməsi üzrə texniki təmir xidməti göstərilmişdir. Bu təmir aktı üzrə görülmüş işlərlə bağlı ödənilməli olan yekun məbləğ 1.138,28 manat təşkil etmişdir. Hər iki tərəfdən imzalanmış xx.xx.2023-cü il tarixli, GMC0007276 nömrəli təmir aktına əsasən müəssisə tərəfindən müqavilənin 1 saylı əlavəsində göstərilmiş Sifarişçiyə məxsus DOOSAN DX2İOWA markalı texnikası üçün materialların və ehtiyat hissələrinin təhvil verilməsi üzrə texniki təmir xidməti göstərilmişdir. Bu təmir aktı üzrə görülmüş işlərlə bağlı ödənilməli olan yekun məbləğ1.455,65 manat təşkil etmişdir. Yekun olaraq 07 fevral 2022-ci il tarixli, 0006C/22 nömrəli “Texniki Xidmət Göstərilməsi Barədə” müqavilə və bu müqavilə əsasəndə tərtib edilmiş GMC0006744, GMC0006578, GMC0006579, GMC0007503, GMC0007530 və GMC0007276 nömrəli təmir aktlarına əsasən Cavabdeh MMC-nin İddiaçı QSC -yə toplamda 9,310.21 borcu yaranmışdır. Həmin borcların ödənilməsi ilə bağlı cavabdehə yuxarıda göstərilmiş təmir aktları əsasında tərtib edilmiş xx.xx.2023-cüil tarixli, 113236 nömrəli, xx.xx.2023-cü il tarixli, 082130 nömrəli, xx.xx.2023-cü il tarixli, 503059 nömrəli, xx.xx.2023-cü il tarixli, 504768 nömrəli və xx.xx.2023-cü il tarixli, 621653 nömrəli elektron qaimələr təqdim edilmişdir. Lakin qarşı tərəf müqavilənin 4.2-ci maddəsinə əsasən ödənişi elektron qaimə təqdim edildiyi gündən 5 bank günü ərzində icra etməli olduğu halda, öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş 9,310.21 manat borcun heç bir hissəsini bugünkü günə qədər ödəməmişdir. Beləliklə, cavabdeh "xxxx" MMC-nin bu müqavilə üzrə əsas borcu toplamda 9,310.21 manat təşkil edir. Borclu şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli pretenziya məktubları elektron kargüzarlıq qaydasında göndərilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış 07 fevral 2022-cü il tarixli, 0006C/22 nömrəli “Texniki Xidmət Göstərilməsi Barədə” müqaviləyə və bu müqavilə üzrə hazırlanmış GMC0006744, GMC0006578, GMC0006579, GMC0007503, GMC0007530 və GMC0007276 nömrəli təmir aktlarına əsasən toplamda 9,310.17 manat əsas borcun, 114 manat dövlət rüsumunun, 300 manat hüquqi yardıma görə xərcin cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0006C/22 saylı texniki xidmət göstərilməsi barədə müqaviləyə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçinin mülkiyyətində olan texnikalara baş verən texniki xidmət göstərilməsi və anbarda olan ehtiyat hissələri ilə təchiz edilməsi ilə bağlı bu Müqavilənin əlavələrində göstərilmiş texniki xidmətləri Sifarişçinin sifarişinə uyğun olaraq görməyi, Sifarişçi isə bunun əvəzində xidmət haqqını ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmət növlərinin təsviri Müqavilənin ayrılmaz hissəsi olan Əlavələrdə göstərilmişdir, azn-kı Əlavələr hər iki Tərəfin onu imzaladığı andan bu Müqavilənin ayrılmaz hissəsinə çevrilir. Gələcəkdə tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə yeni əlavələr edilə bilər.
11. Müqavilənin 1.3-cü bəndinə əsasən icraçının zəmanət siyasəti çərçivəsində olan texnikalara texniki xidmət göstərilərkən ayrıca Zəmanət müqaviləsi bağlanılır.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən «icraçının» yerinə yetirdiyi işlər tərəflər arasında imzalanmış akt, qaimə və yaxud sifariş blankı imzalanmaqla «Sifarişçi» tərəfindən təhvil alınır.
13. Müqavilənin 3.4-cü bəndinə əsasən sifarişçinin vəzifələri: - Bu Müqavilənin şərtlərinə müvafiq olan məbləğdə və müddətdə yerin; yetirilmiş işlərə görə xidmət haqqını ödəmək; - İşi icrasından sonra təhvil almaq; - Texnikanı İcraçıya və ya İcraçının əməkdaşına xidmətlərin göstərilməsi üçün təqdim edən Sifarişçinin hər hansı işçisi, əməkdaşı və texnikanı idarə edən bu müqavilə ilə göstərilən qaydada İcraçıya təqdim edən şəxs Sifarişçinin səlahiyyətli nümayəndəsi hesab edilir və həmin şəxsin Təmir aktları ilə tanış olmaq və imzalamaq hüququ vardır. Sfarişçinin səlahiyyətli nümayəndəsinin Təmir aktını imzalaması Sifarişçi üçün maliyyə öhdəliyi yaradır; - İcraçının müraciətinə əsasən xidmətlərin təhvil-təslimini rəsmiləşdirmək üçün müvafiq sənədləri (etibarnamə,texnik.i pasport və s.) təqdim etmək; - Stasionar müayinə və uzunmüddətli təmir işi tələb edən nasazlıqlar yarandığı halda avadanlığın İcraçının servisinə gətirilməsi və təmirdən sonra geri aparılması ilə bağlı nəqliyyat, sığorta və digər xərcləri qarşılamaq.
14. Müqavilənin 4.1-ci bəndinə əsasən Görülmüş xidmət haqqının dəyəri tərəflər arasında imzalanmış akt, qaimə və yaxud sifariş blankı əsas götürülərək hesablanır və hesablanmış məbləğ Sifarişçi tərəfindən tam şəkildə ödənilməlidir.
15. Müqavilənin 4.2-ci bəndinə əsasən Tərəflər arasında hesablaşmalar, xidmətlərin görülməsini təsdiq edən elektron qaimənin təsdiqindən sonra Sifarişçi tərəfindən 5 bank günü müddətində 100% (bir yüz faiz) ödəniş olunmaqla təmin edilməlidir.
16. xx.xx.2023-cü il tarixli, GMC0006744 nömrəli təmir aktına əsasən müqavilənin 1 saylı əlavəsində göstərilmiş Sifarişçiyə məxsus DOOSAN DX2İOWA markalı texnikaya yağ dəyişimi ilə bağlı texniki təmir xidməti göstərilmiş və təmir aktı üzrə görülmüş işlərlər bağlı ödənilməli olan yekun məbləğ 1.932,98 manat, xx.xx.2023-cü il tarixli, GMC0006578 nömrəli təmir aktına əsasən Sifarişçiyə məxsus DOOSAN DX2İOWA markalı texnikaya mühərrik və hidrolik yağının dəyişdirilməsi üzrə texniki təmir xidməti göstərilmiş və təmir aktı üzrə görülmüş işlərlə bağlı ödənilməli olan yekun məbləğ 3,262.08 manat, xx.xx.2023cü il tarixli, GMC0006579 nömrəli təmir aktına əsasən Sifarişçiyə məxsus DOOSAN DX2İOWA markalı texnikaya mühərrik yağının dəyişdirilməsi üzrə texniki təmir xidməti göstərilmiş və təmir aktı üzrə görülmüş işlərlə bağlı ödənilməli olan yekun məbləğ 773,90 manat, xx.xx.2023-cü il tarixli, GMC0007503 nömrəli təmir aktına əsasən Sifarişçiyə məxsus DOOSAN DX2İOWA markalı texnikaya mühərrik yağı və yağ filtirinin dəyişdirilməsi, yanacaq filtirinin dəyişdirilməsi və hava filtirinin dəyişdirilməsi üzrə texniki təmir xidməti göstəril və təmir aktı üzrə görülmüş işlərlə bağlı ödənilməli olan yekun məbləğ 747,32 manat təşkil etmiş və xx.xx.2023-cü il tarixli, GMC0007530 nömrəli təmir aktına əsasən Sifarişçiyə məxsus DOOSAN DX2İOWA markalı texnikaya mühərrik yağın, yanacaq, hava və kondisioner filtirinin dəyişdirilməsi üzrə texniki təmir xidməti göstərilmiş və təmir aktı üzrə görülmüş işlərlə bağlı ödənilməli olan yekun məbləğ 1.138,28 manat təşkil etmişdir. Hər iki tərəfdən imzalanmış xx.xx.2023-cü il tarixli, GMC0007276 nömrəli təmir aktına əsasən Sifarişçiyə məxsus DOOSAN DX2İOWA markalı texnikası üçün materialların və ehtiyat hissələrinin təhvil verilməsi üzrə texniki təmir xidməti göstərilmiş, təmir aktı üzrə görülmüş işlərlə bağlı ödənilməli olan yekun məbləğ1.455,65 manat təşkil etmişdir.
17. xx.xx.2023-cü il tarixli EBDO113236 saylı e-qaiməyə əsasən İddiaçı QSC tərəfindən 4035,98 manat dəyəridə,xx.xx.2023-cü il tarixli, EBDP082130 saylı e-qaiməyə əsasən 1932,98 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDT504768 saylı e-qaiməyə əsasən 1138,28 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDT503059 saylı e-qaiməyə əsasən 1455.65 manat dəyərində və xx.xx.2023-cü il tarixli EBDV621653 saylı e-qaiməyə əsasən 747,32 manat dəyərində elektron qaimələr tərtib edilərək göndərilmişdir.
18. 18.04.2024-cü il tarixli, 0322/GMC/24 saylı maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə yekun borcu ƏDV daxil 9310,21 manat müəyyən edilmişdir.
19. 28.06.2024-cü il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı QSC-yə olan borcu 9310,17 manat müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
20. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
23. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
24. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
25. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
26. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 9310,17 manat məbləğində borcu ödənilməmiş qalmışdır və həmin borcun mövcüdluğuna dair tərəflər arasında üzləşmə aktı təsdiq edilmişdir.
27. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 9310,17 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
29. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu olaraq ödənilmiş 114 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 9310,17 manat əsas borc məbləği, vəkil xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 114 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova