Məhkəmə qərarları › İş №e-2-2(113)-3167/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3167/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3167/2024 09.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, U02414 saylı xidmət müqaviləsinə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti («Operator») və Cavabdeh MMC («Partnyor») arasında ödənişli xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixdə U02414 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən partnyor proqram çərçivəsində müştəri tərəfindən partnyorun TMM-ində aparılan əməliyyatların məbləğindən müqavilə ilə müəyyən olunan həcmdə müştərilərə bonus manatlarının maliyyələşdirilməsini, eyni zamanda ayda bir dəfədən az olmamaqla, operatora müqavilənin 4-cü maddəsinə əsasən komissiya haqqlarının ödənilməsi öz üzərinə götürür; operator isə partnyora sonuncunun biznesinin inkişafı üçün proqram çərçivəsində, müştərilərin cəlb edilməsi istiqamətində xidmət göstərməyi öz üzərinə götürür. 3.1-ci bəndinə əsasən proqram çərçivəsində müştəri tərəfindən hesablayan partnyorun TMM-ində əməliyyatlar həyata keçirildikdə partnyor müştəriyə bonus manatlarının hesablanmasını maliyyələşdirməyi öhdəsinə götürür. Belə halda operator proqramın qaydalarına uyğun olaraq müştərinin bonus hesabına bonus manatlarını hesablamağı, bonus manatlarının ekvivalenti məbləğinin hesablanmasını təmin etməyi, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının uçotunu təmin etməyi, eləcə də, müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişini yerinə yetirməyi öhdəsinə götürür. partnyor operatorun Müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına operator tərəfindən hesablanan bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. 3.1.1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində Bonus manatları müştərinin partnyorun TMM-ində həyata keçirdiyi əməliyyatlarının məbləğindən 4 % dərəcəsi ilə hesablanır. 4.1-ci bəndinə əsasən partnyor operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. 4.1.1-ci bəndinə əsasən partnyorun operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində müştərilərin partnyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 2 % (18% dərəcə ilə ƏDV daxil olmaqla) təşkil edir. 7.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.5 faizi məbləğində cərimə (peniya) ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilə hər iki tərəfin AsanDoc rəqəmsal imzası ilə təsdiq edilmişdir.

2. İddiaçı MMC tərəfindən 949,97 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 331474 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

3. İddiaçı MMC tərəfindən 557,30 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 992288 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

4. İddiaçı MMC tərəfindən 278,61 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 991748 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

5. İddiaçı MMC tərəfindən 1749,05 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 022186 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

6. İddiaçı MMC tərəfindən 874,55 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 021873 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

7. İddiaçı MMC tərəfindən 778,04 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 232240 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

8. İddiaçı MMC tərəfindən 389,04 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 232107 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

9. İddiaçı MMC tərəfindən 72,50 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 246533 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

10. İddiaçı MMC tərəfindən 36,30 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 246243 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

11. İddiaçı MMC tərəfindən 9,44 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 526613 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

12. İddiaçı MMC tərəfindən 4.70 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 526205 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

13. Borcun hesablanması barədə arayışa əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə əsas borc 5174,46 manat, cərimə üzrə borcu 2543,93 manat, cəmi 7718,39 manat məbləğində təşkil edir.

14. 25.04.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2623,60 manat məbləğində ödəniş edilmişdir.

15. 29.04.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2550,86 manat məbləğində ödəniş edilmişdir.

16. İddiaçı MMC tərəfindən Cavabdeh MMC xx.xx.2024-cü il tarixli pretenziya ünvanlanaraq iddia üzrə borcun 10 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

17. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə yaranmış 5174.46 manat məbləğində xidmət haqqı borcu, 2543.93 manat cərimə, 97,19 manat dövlət rüsumunun, cəmi 7815,58 manat məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, U02414 saylı xidmət müqaviləsinə əsasən pulun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır

19. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, U02414 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri Cavabdeh MMC müqavilə üzrə partnyor (VÖEN:**********), İddiaçı MMC -“Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, “Umico” istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi tərəfindən partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə partnyor müştəriyə bonus manatlarının hesablanmasının maliyyələşdirməyi, Operator isə Bonus manatlarının Müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməti öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən, partnyor operatorun müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində bonus müqavilənin 4.1-ci bəndinə əsasən, Partyor Operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir manatları Müştərinin Partyorun TMM-ində həyata keçirdiyi əməliyyatlarının məbləğindən 4 % dərəcəsi ilə hesablanır. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, Partyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Müqavilənin 2.1-cü bəndinə əsasən, tərəflər Proqramın qaydaları ilə tanış olmuş və onun bütün şərtləri barədə razılığa Proqram çərçivəsində Müştərilərin Partyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında Operatorun proqramtexniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 2-ni (iki) % (18% dərəcə ilə ƏDV daxil olmaqla) təşkil edir. Eləcə də, müqavilənin 11-ci bəndində müqavilənin şərtlərinin aydın və tərəflərin real razılaşmasına uyğun olduğu, müqavilənin bağlanmasının tərəflərin maraqlarına cavab verdiyi qeyd edilmişdir. Lakin, buna baxmayaraq Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri icra etməmiş və öhdəliklərin icrasından müxtəlif səbəblər ilə yayınmışdır. Belə ki, müqavilə bağlandığı tarixdən, müqavilənin 3.1.1 və 4.1.1-ci bəndlərində göstərilən bonus manatları və xidmət haqqı üzrə Cavabdeh MMC 5174.46 manat məbləğində borcu yaranmışdır. Cavabdeh MMC-nin 5174.46 manat məbləğində borc qalığının ödənilməsinə dair tərəflərindən dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Müqavilənin 6.3.4-cü bəndinə əsasən, müqavilə üzrə maliyyə şərtlərini vaxtında yerinə yetirmək Partnyorun vəzifələrindən biridir. Müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.5 faizi məbləğində cərimə(peniya) ödənilməsini tələb etmək hüququna malikdir.

20. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 425, 430, 462-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddiaçının ödənilmədiyini iddia etdiyi pul vəsaitinin uzun müddət əvvəl tam həcmdə ödənildiyini, cərimə və xərclərin əsassız olaraq hesablandığından iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

21. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

22. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

23. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

24. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

IV.TƏTBİQ EDİLƏN HÜQUQ

25. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

26. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -113.1-ci maddəsinə əsasən ddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

27. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı (operator) və Cavabdeh MMC (partnyor) arasında xx.xx.2023-cü il tarixdli U02414 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək, 2023-cü il oktyabr-204-cü ilin mart ayları arası dövrdə Cavabdeh MMC-yə ümumilikdə 5174,46 manat məbləğində xidmət göstərmiş, lakin həmin xidmətlərin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Hazırda İddiaçı MMC 5174,46 manat məbləğində xidmət haqqının və xidmət haqqının ödənilməsinin gecikdirilməsinə görə 2543,93 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını tələb edir.

29. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, işə məhkəmədə baxılarkən xidmət müqaviləsi üzrə əsas borc cavabdeh tərəfindən tam olaraq ödənilmişdir. Odur ki, əsas borcun tutulması hissəsində iddia rədd edilməlidir.

30. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 2543,93 manat manat məbləğində dəbbə pulunun cavabdeh "xxxx" MMC-dən tutulması tələbini də irəli sürmüşdür.

31. Məhkəmə tələb olunan dəbbə pulunun ödənilməsi gecikdirilmiş əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 250 manat məbləğində müəyyən edilməlidir.

32. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 79 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

33. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 97 manat təşkil edir.

34. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Dövlət rüsumunun kəsiri olan 18 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 250 manat məbləğində dəbbə pulu, dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun kəsiri olan 18 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar