Məhkəmə qərarları › İş №e-2-2(113)-3172/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3172/2021

08.07.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3172/2021 08.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, ərizəçi (borclu) İddiaçı nümayəndəsi X3 və kreditor Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X2 nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (borclu) İddiaçı (kreditorlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X4, "xxxx" MMC və Azərbaycan Respbulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı) müflis elan edilmə və əmlak inzibatçısının təyin edilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (borclu) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi (iddiaçı) İddiaçı nümayəndəsi X5 məhkəmənin sualına cavab olaraq 08 iyul 2021-ci il tarixə, saat 10:00-a təyin edilmiş məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc edilmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, ərizəçi (borclu) 08 iyul 2021-ci il tarixə, saat 10:00-a təyin edilmiş məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməmişdir. Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası Qanunun: 10-1-ci maddəsinə əsasən iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. 9-cu maddəsinin 1-ci bəndinə əsasən iflas haqqında iş üzrə məhkəmə baxışı barədə elanda aşağıdakılar göstərilməlidir: a) borclunun adı (adı, atasının adı, soyadı) və ünvanı; b) ərizəçinin (borclunun ərizəçi olmadığı hallarda) adı (adı, atasının adı, soyadı) və ünvanı; c) məhkəmə baxışının keçiriləcəyi məhkəmənin adı; ç) məhkəmə baxışının təyin edilmiş tarixi. 2-ci bəndinə əsasən iflas haqqında elan bu maddənin 1-ci bəndinə və bu Qanunun 10-1-ci maddəsinə müvafiq surətdə dərc olunmadıqda, bu, qanunvericilikdə nəzərdə tutulmuş prosessual nəticələrə (məhkəmənin işə baxılmanın təxirə salmasına, dayandırmasına, işi baxmadan saxlamasına) səbəb ola bilər. Göründüyü kimi ərizəçi (borclu) tərəfindən məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməməklə Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası Qanunun 9-cu və 10-1-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (borclu) İddiaçı (kreditorlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X4, "xxxx" MMC və Azərbaycan Respbulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı) müflis elan edilmə və əmlak inzibatçısının təyin edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər, eləcə də 20 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, 16.03.2021-ci il tarixli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar