Məhkəmə qərarları › İş №e-2-2(113)-3181/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3181/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3181/2025 29.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:müqavilənin etibarsızlığı) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-lə aramda bağlanmış xx.xx.2021-ci il 8414 nömrəli, xx.xx.2023-cü il S-823 nömrəli müqavilərin bağlandığı adan etibarsız hesab edilməsi, cavabdehdən hüquqi xidmətə görə vəkilə ödənilən 325 AZN (üç yüz iyirmi beş) manat və ödənilmiş 100 (yüz ) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixlərində Bakı şəhərində geyim mağazasın şəbəkələrinin birində satıcı kimi fəaliyyətə başlamışam. Həmin dövrdə əmək müqaviləsi bağlamaq adı ilə məndən şəxsiyyət vəsiqəsi tələb olunmuşdur, məndə heç bir etiraz etməyərək vəsiqəmi işlədiyim mağazanın müdriyyətinə təqim etmişəm. Sonradan mənə məlum olmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə baş idarəsində adıma VÖEN (**********) qeydiyyata alınmışdır. Mən bu məsələdən xəbər tutan kimi mənim imzam olmadan obyektlərlə bağlanan icarə müqavilələrini ləğv elətdirdim, VÖEN (**********) ləğv elətdirmək istəyəndə adıma xx.xx.2021-ci il 8414 nömrəli, xx.xx.2023cü il S-823 nömrəli müqavilələrə əsasən guya Cavabdeh MMCdən 2 ədəd kassa aparatı alığım məlum oldu. Bu azmış kimi mən Cavabdeh MMC-yəmüqavilə öhdəliklərinə görə hətta 763 (yeddi yüz altmış üç) AZN borcumun yarandığını öyrəndim. Mənimimzamolmadan, üzünü görmədiyimkassa aparatlarının təhviltəslimaktına heç bir imza çəkmədən Cavabdeh MMC-lə guya aramda bağlamış müqavilə öhdəliklərinə görə yaranmış borca görə adıma saxta yollarla rəsmiləşdirilən kassa aparatlarının qeydiyyatdan çıxarılması mümkün olmadığını Cavabdeh MMCnin məsul şəxləri mənə bildirdilər. Mən Cavabdeh MMC-gləuya aramda bağlanmış xx.xx.2021-ci il 8414 nömrəli, xx.xx.2023-cü il S-823 nömrəli müqavilələrin sürətin tələb edib əldə edəndə müqavilədə və təhvil təslim aktında hər hansı imzaya rast gəlinmədi. Yaranmış mübahisəli məsələnin həlli ilə bağlı Cavabdeh MMCninrəhbərliyinə iradımı və pritenziya qaydasında təklifi ünvanlasamda heç bir nəticə əldə edə bilmədim. Bu səbəddəndə mübahisənin həlli üçün məhkəməyə müaciət etmək məcburiyyətində qaldım.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC-lə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il S-823 nömrəli müqavilərin bağlandığı andan etibarsız hesab edilməsi, cavabdehdən hüquqi xidmətə görə vəkilə ödənilən 325 AZN (üç yüz iyirmi beş) manat və ödənilmiş 100 (yüz ) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq mənə ödənilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işin qiyabi icraatda baxılmasını xahiş etmişdir.

1. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

3. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

5. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

6. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il S-823 saylı icarə müqaviləsi imzalanmışdır.

7. Bakı Kommerasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3181/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünalıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məhkəməxətşünaslıq ekspertizasının aparılmasından imtina barədə məktubu işlə birlikdə Kommersiya Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur.

8. Bakı Kommerasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3181/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünalıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli imtinası rəyi Bakı Kommersiya Məhkəməsinə xx.xx.2025-cü il tarixdə daxil olmuşdur.

V. Tətbiq edilən hüquq:

9. AR Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. - 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. - 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. - 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. - 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

10. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

12. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

13. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

14. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında mübahisələndirilən müqavilənin onun tərəfindən imzalanmadığını, ümumiyyətlə belə bir müqavilənin mövcudluğu barəsində heç bir məlumatının olmadığnı bildirmiş və imzanın ona məxsus olmadığını sübut etmək üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfindən mübahisləndirilən müqavilədəki imzanın iddiaçıya məxsus olub olmamamsının müəyyən edilməsi üçün məhkəməxəttşünaslıq ekspertizası təyin edilmiş, iddiaçı tərəfindən məhkəməyə imza nümunləri təqdim edilmişdir.

15. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublardan görünür ki, cavabdeh tərəfindən müqavilənin əsli təqdim edilmədiyi üçün bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır.

16. Həmçinin, iş materiallarında olan bildirişlərdən və telefonoqramalardan görünür ki, cavabdeh ekspertizanın keçirilməsi üçün sərbəst xətt, sərbəst imza və ekspertimental xətt nümunələrinin, həmçinin müqavilənin əsaslinin təqdim edilməsinə dair rəsmi qaydada xəbərdar edilmiş və ona MPM-nin 95.7-ci maddəsinin tələbləri izah olunmuşdur.

17. Belə ki, cavabdeh dəfələrlə xəbərdar edilməsinə baxmayaraq ekspertizanın keçirilməsi üçün zəruri olan sənədləri (müqavilənin əsli) məhkəməyə, yaxud ekspertizaya təqdim etməmiş, bununla da ekspertizanın keçirilməsindən yayınaraq, ekspertizanın keçirilməsinə mane olmuşdur.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5. maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

19. Odur ki, məhkəmə MPM-nin 95.7-ci madəsinin tələbini, cavabdehin elektron kabineti vasitəsilə həmçinin telefonaqramalar vasitəsilə dəfələrlə xəbərdar olunmasına baxmayaraq , müqavilənin əslini məhkəməyə təqdim etməyərək ekspertizanın keçirilməsinə mane olmasını , qeyd olunan halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2023-cü il S- 823 nömrəli müqavilə etibarsız hesab edilməlidir.

20. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, vəkilə ödənilmiş 325 manat, həmçinin ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il S-823 nömrəli müqavilə etibarsız hesab edilsin. Cavabdeh MMC-dən 325 (üç yüz iyirmi beş) manat məbləğində hüquqi xidmətə görə haqq və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Surxan qızının xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar