Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3185/2024 07.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdehnə qarşı “nizamnamənin və digər sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmiyyətin nizamnaməsinin surəti (əlavə, dəyişikliklər, Nizamnamənin əvvəlki redaksiyaları, Nizamnamə dəyişikliyinə əsas olan Ümumi Yığıncaq qərarı ilə birgə), kooperativin üzvlərinin müfəssəl siyahısı, hər bir üzv tərəfindən ödənilən pay haqqının məbləği, Pay haqlarının alqı-satqısına dair məlumatların əks etdirildiyi cədvəl (Müqavilələr, tərəflərin adı, ödəniş məbləği, ödəniş sənədi və digər məlumatlar daxil olmaqla), Kooperativin son 3 il ərzində Azərbaycan Respublikası ərazisində yerləşən bütün bank hesablarından (Paşa Bank, Beynəlxalq Bank və digər banklar daxil olmaqla) çıxarışın, son 3 il üzrə Kooperativin (audit edilmiş) maliyyə hesabatlarının, şəxsi hesab vərəqəsindən çıxarışın, son 3 il üzrə ÖVM bəyənnamələri, ƏDV bəyənnamələri, vahid bəyannamələr, mənfəət vergi bəyənnamələri və vergi hesabatlarının, aktiv kredit öhdəlikləri və digər öhdəliklərə dair müvafiq təsdiqedici sənədlərlə müşayiət edilən məlumatlarının, Kooperativin fəaliyyətinə və onun maliyyə vəziyyətinə dair məlumat ehtiva edən və tərəfindən tələb ediləcək digər məlumatlar barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə saat 12:30-a təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməklərinin səbəbi barədə məhkəməyə məlumat verilməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdehnə qarşı “nizamnamənin və digər sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3185/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3185/2024
07.08.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver