Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3187/2025 03.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 17 mart 2023-cü il tarixli 95/2023-KD-VSX saylı, 27 mart 2023-cü il tarixli 98/2023-KD-RX saylı, 27 mart 2023-cü il tarixli 99/2023-KD-SPLA saylı müqavilələr üzrə ƏDV daxil olmaqla 32868,9 manat əsas borc və ödənilmiş 189 dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X5 barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş 16 may 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Tərəflər öz aralarında imzaladıqları 17 mart 2023-cü il tarixli 95/2023-KD- VSX saylı “Virtual Server Xidmətlərinin göstərilməsi”, 27 mart 2023-cü il tarixli 98/2023-KD-RX saylı “Virtual İnfrastrukturun ehtiyat surətinin (backup) yaradılması və istifadəsi”, 27 mart 2023-cü il tarixli 99/2023-KD-SPLA saylı “Proqram təminatı Xidmətləri" istiqamətləri üzrə Müqavilələri və Müqavilələrdə müəyyən edilmiş hüquq və öhdəlikləri qeyd-şərtsiz olaraq qəbul və təsdiq edir, onun hər hansı bir müddəasının şərhinə və tətbiqinə dair heç bir fikir ayrılığı qalmadığını etiraf və bəyan edirlər.
2. Tərəflər İddiaçının iddiasını və Müqavilələr üzrə Cavabdehin ƏDV daxil 32.868.90 (otuz iki min səkkiz yüz altmış səkkiz manat 90 qəpik) manat məbləğində borcunun olmasını təsdiq edirlər.
3. Tərəflər razılaşırlar ki, Cavabdeh İddiaçının iddia ərizəsinə əsasən tələb etdiyi ƏDV daxil daxil 32.868.90 (otuz iki min səkkiz yüz altmış səkkiz manat 90 qəpik) manat məbləğində pul vəsaitini 2025-ci il ərzində İddiaçıya aşağıdakı qaydada ödəyir: Ödəniş ediləcək Əsas məbləğ ƏDV məbləği Toplam (AZN) aylar, 2025-ci il (AZN) (AZN) May 1120 201.60 1321.60 İyun 0 0 0 İyul 2000 360 2360 Avqust 0 0 0 Sentyabr 3000 540 3540 Oktyabr 0 0 0 Noyabr 5000 900 5900 Dekabr 16735 3012.30 19747.30 Cəmi 27855 5013.90 32868.90
4. İddiaçı Cavabdehdən ƏDV daxil daxil 32.868.90 (otuz iki min səkkiz yüz altmış səkkiz manat 90 qəpik) manat məbləğində pul vəsaiti alacağını tələb etmək hüququnu qəbul edir və bəyan edir ki, 17 mart 2023-cü il tarixli 95/2023-KD-VSX saylı “Virtual Server Xidmətlərinin göstərilməsi”, 27 mart 2023-cü il tarixli 98/2023- KD-RX saylı “Virtual İnfrastrukturun ehtiyat surətinin (backup) yaradılması və istifadəsi”, 27 mart 2023-cü il tarixli 99/2023-KD-SPLA saylı “Proqram təminatı Xidmətləri” istiqamətləri üzrə Müqavilələrə dair Cavabdehə qarşı başqa heç bir iddiası və tələbi qalmamışdır, gələcəkdə də hazırkı borc münasibətlərindən irəli gələn hər hansı bir maddi və qeyri-maddi tələbi olmayacaqdır və Cavabdehə qarşı hər hansı bir iddia tələbi irəli sürməyəcəkdir.
5. Cavabdeh tərəfindən bu Sazişlə müəyyənləşdirilən öhdəliklər layiqincə icra edilməyəcəyi halda, İddiaçı borcun tam ödənilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görəcəkdir.
6. Sazişin imzalanması bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.
7. Tərəflər razılığa gəlirlər ki, onların heç biri öz hərəkətləri ilə digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
8. Saziş Məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.
9. Tərəflərin ödədikləri məhkəmə xərcləri özlərinə aid edilir.
10. Bu Sazişin Məhkəmə tərəfindən təsdiq edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-2-ci maddəsininin tələblərinə əsasən iş üzrə icraata xitam verilməsinə əsasdır.
11. X8 hər biri eyni hüquqi qüvvəyə malik, məhkəmədə və Tərəflərdə bir nüsxə olmaqla cəmi 3 (üç) nüsxədə tərtib edilmişdir.
Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 imzalamış, saziş hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişində tərəflərin çəkdiyi məhkəmə xərclərinin özlərinə aid edilməsi razılaşdırıldığından həmin razılığa uyğun olaraq da qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflər öz aralarında imzaladıqları 17 mart 2023-cü il tarixli 95/2023-KD- VSX saylı “Virtual Server Xidmətlərinin göstərilməsi”, 27 mart 2023-cü il tarixli 98/2023-KD-RX saylı “Virtual İnfrastrukturun ehtiyat surətinin (backup) yaradılması və istifadəsi”, 27 mart 2023-cü il tarixli 99/2023-KD-SPLA saylı “Proqram təminatı Xidmətləri" istiqamətləri üzrə Müqavilələri və Müqavilələrdə müəyyən edilmiş hüquq və öhdəlikləri qeyd-şərtsiz olaraq qəbul və təsdiq edir, onun hər hansı bir müddəasının şərhinə və tətbiqinə dair heç bir fikir ayrılığı qalmadığını etiraf və bəyan edirlər.
2. Tərəflər İddiaçının iddiasını və Müqavilələr üzrə Cavabdehin ƏDV daxil 32.868.90 (otuz iki min səkkiz yüz altmış səkkiz manat 90 qəpik) manat məbləğində borcunun olmasını təsdiq edirlər.
3. Tərəflər razılaşırlar ki, Cavabdeh İddiaçının iddia ərizəsinə əsasən tələb etdiyi ƏDV daxil daxil 32.868.90 (otuz iki min səkkiz yüz altmış səkkiz manat 90 qəpik) manat məbləğində pul vəsaitini 2025-ci il ərzində İddiaçıya aşağıdakı qaydada ödəyir:
Ödəniş ediləcək Əsas məbləğ ƏDV məbləği Toplam (AZN) aylar, 2025-ci il (AZN) (AZN) May 1120 201.60 1321.60 İyun 0 0 0 İyul 2000 360 2360 Avqust 0 0 0 Sentyabr 3000 540 3540 Oktyabr 0 0 0 Noyabr 5000 900 5900 Dekabr 16735 3012.30 19747.30 Cəmi 27855 5013.90 32868.90
4. İddiaçı Cavabdehdən ƏDV daxil daxil 32.868.90 (otuz iki min səkkiz yüz altmış səkkiz manat 90 qəpik) manat məbləğində pul vəsaiti alacağını tələb etmək hüququnu qəbul edir və bəyan edir ki, 17 mart 2023-cü il tarixli 95/2023-KD-VSX saylı “Virtual Server Xidmətlərinin göstərilməsi”, 27 mart 2023-cü il tarixli 98/2023- KD-RX saylı “Virtual İnfrastrukturun ehtiyat surətinin (backup) yaradılması və istifadəsi”, 27 mart 2023-cü il tarixli 99/2023-KD-SPLA saylı “Proqram təminatı Xidmətləri” istiqamətləri üzrə Müqavilələrə dair Cavabdehə qarşı başqa heç bir iddiası və tələbi qalmamışdır, gələcəkdə də hazırkı borc münasibətlərindən irəli gələn hər hansı bir maddi və qeyri-maddi tələbi olmayacaqdır və Cavabdehə qarşı hər hansı bir iddia tələbi irəli sürməyəcəkdir.
5. Cavabdeh tərəfindən bu Sazişlə müəyyənləşdirilən öhdəliklər layiqincə icra edilməyəcəyi halda, İddiaçı borcun tam ödənilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görəcəkdir.
6. Sazişin imzalanması bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.
7. Tərəflər razılığa gəlirlər ki, onların heç biri öz hərəkətləri ilə digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
8. Saziş Məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.
9. Tərəflərin ödədikləri məhkəmə xərcləri özlərinə aid edilir.
10. Bu Sazişin Məhkəmə tərəfindən təsdiq edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-2-ci maddəsininin tələblərinə əsasən iş üzrə icraata xitam verilməsinə əsasdır.
11. X8 hər biri eyni hüquqi qüvvəyə malik, məhkəmədə və Tərəflərdə bir nüsxə olmaqla cəmi 3 (üç) nüsxədə tərtib edilmişdir.
İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova