Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3191/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişi ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini, cavabdeh "xxxx" şirkəti ASC-dən Xani” MMC-yə məxsus "X10 415" markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 850 AZN məbləğində ziyanın ödənilməsi və ödənilmiş 30 AZN dövlət rüsumunun "xxxx"xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29 iyul 2024-cü il tarixli, BB610649 saylı Qeydiyyat Şəhadətnaməsi ilə "xxxx" MMC-yə məxsus ** JP *** dövlət qeydiyyat nişanlı X8 415V CDİ YÜK Şassi nömrəsi: WDB9061551N318537 olan avtomobil 03 yanvar 2025-ci il tarixli, 53 saylı Yol Vərəqəsinə (AR DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BD24813 nömrəli əsasən sürücülük vəsiqəsi olan X6 idarə etmək üçün verilmişdir. 18 yanvar 2025-ci il tarixində saat 13:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunda idarə etdiyi ** JP *** dövlət qeydiyyat nişanlı X8 415 CDİ yük maşını ilə təxminən saat 60-70 km saat sürətlə hərəkət edərkən, təxminən idarə etdiyi avtomobildən 25-30 metr irəlidə olan Ford markalı yük maşını (nömrəsini görə bilməmişdir) ani və qəfildən heç bir işarə-sola və ya sağa dönmə xərəbərdaredici işıqlarından istifadə etmədən, ani olaraq idarə etdiyi maşının əyləc sistemini basaraq bu qaydada da sola dönmüşdür. X1 eyni zamanda sağ tərəfində hərəkətdə olan nəqliyyat vasitəsi olduğu üçün baş verə biləcək ağır yol nəqliyyat hadisəsi törətməmək, təhlükədən yayınmaq üçün idarə etdiyi avtomobili sağa da çəkə bilməmişdir. Başqa çıxış yolu olmadığı üçün etdiyi hərəkət istiqamətində toqquşma olmaması üçün anidən əyləci basmışdır. Maşının yük yerində olan daşınan xammal sürücü kabinəsinin arxa hissəsində arakəsmədə yerləşən şüşəni sındıraraq tamami ilə yararsız vəziyyətə gətirmişdir. Bununla yanaşı avtomobilin kabinə və bort hissəsinə zərər dəymişdir. “FMS Motors” Avtotexniki servis tərəfindən İddiaçı MMC-yə məxsus "X10 415" markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2025-ci il tarixdə verilmiş qüsur aktına əsasən, avtomobilə vurulmuş zərər aşağıdakı kimi hesablanmışdır. a) Kabinə şüşəsi – 1 ədəd 250 AZN b) Profil və onun rənglənməsi – 1 ədəd 100 AZN c) Rəngsaz işı – 200 AZN d) Dəmirçi işi 300 AZN Qiymətlər bazar satışı qiymətinə uyğun olaraq cəmi 850 AZN məbləğində hesablanmışdır. Hadisə barədə dərhal 055 ***-**-** nömrəli mobil telefon vasitəsi ilə "xxxx" şirkəti ASC-nin 012 940 nömrəli qaynar xəttinə məlumat vermişdir. Sığorta Şirkətinin məsul əməkdaşı X5 (050 291-93-31) hadisə yerinə gəlmişdir. "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə göndərilimiş 24 yanvar 2025-ci il tarixli, O-AP-2024 0338 saylı məktubda "xxxx" Sığorta şirkəti ASC-də **********32 saylı avtonəqliyyat vastələrinin könüllü sığorta müqaviləsi əsasında sığortalanmış "X10 415" markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı daxil olmuş 243613 saylı müraciətə "Baş vermiş sığorta hadisəsini sığorta hadisəsi hesab etmədikləri üçün" sığorta haqqı ödəməkdən imtina edilir və yaranacaq problemlə əlaqədar onlalara əlaqə saxlanılması qeyd edilir. Baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi tələb edilsə də onlar qanunsuz olaraq tələbdən imtina etdilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə (Əsas anlayışlar) 43-cü bəndinə əsasən, yolnəqliyyat hadisəsi-yollarda, küçələrdə, meydanlarda, dəmir yol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurguların zədələnməsinə və ya başqa zərər dəyməsinə səbəb olan hadisədir. Belə ki, "xxxx" MMC ilə "xxxx" şirkəti ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DL- 00014150-1 saylı "Avtomobil Sığortası üzrə Qiymət Təklifnaməsi" (Müqviləsi) 2-ci Bölməsinin tələblərinə əsasən sığorta ödənişi edilməlidir. İddiaçı MMC-nin Hesab N-si: AZ56TCZB********************-tərəfindən “Ziraat Bank Azərbaycan” vasitəsi ilə xx.xx.2024-cü il tarixində "xxxx" şirkəti ASC-nin HesabN-si AZ16AZRT******************** olan hesabına 926,10 manat könüllü sığorta ödənişi həyata keçirilmişdir. Könüllü (Kasko) sığorta bir qayda olaraq sığortalı və sığortaçı arasında könüllü razılaşma əsasında müəyyən edilir. “Avtonəqlliyat Könüllü Sığortası haqqında” Qaydaların 25-ci maddəsinə görə, Könüllü (Kasko) sığorta-Avtonəqiliyyat vasitəsinə yol nəqliyyat hadisəsi, yanğın, üçüncü şəxslərin qanuna zidd hərəkətləri və digər gözlənilməz risklərin nəticəsində dəyən maddi ziyanı əhatə edir. Burada əsas məqsəd baş vermiş nəqliyyat hadisələri zamanı sığortalanmış avtomobillə bağlı baş verə biləcək qəzaların törətdiyi maddi zərərlərdən qorumaqdır. "Azərbaycan Respublikasında Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Qanunua əsasən, Bu Qanun Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələri sahiblərinin üçüncü şəxs qarşısında mülki məsuliyyətinin sığortası sahəsində münasibətləri tənzimləyir, sığorta müqavilısinin bağlanması, sığorta haqlarının və ödənişlərinin verilməsi qaydasını müəyyən edir. Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası məcburidir. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası əhalinin sosial müdafiəsinə əlavə təminat verilməsi, mühərrikli nəqliyyat vasitələrinin yolnəqliyyat hadisəsi nəticəsində fiziki və hüquqi şəxslərin əmlakına, habelə vətəndaşların səhhətinə vurulan zərərlərin vaxtında ödənilməsi məqsədi ilə aparılan sığortadır. Həmin Qanunun 8-ci maddəsinə görə, üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən yaxud da Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiasl təmin edilmiş hesab edilir. Sığortaçı bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş sığorta məbləği həddində şəxsi sığortanın növləri üzrə verilən ödənişlərdən asılı olmayaraq hər hadisə üçün faktiki zərəri ödəyir. Sığorta hadisəsi ilə əlaqədar itirilən gəlir bu Qanuna görə sığortaçı tərəfindən ödənilmir. Sığortaçı eyni nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisələrinə görə sığorta məbləğinin ödənilməmiş hissəsi həddində məsuliyyət daşıyır. Faktiki zərərin məbləği sığorta ödənişindən artıq olduqda fərq yolnəqliyyat hadisəsi iştirakçıkarının təqsiri dərəcəsindən asılı olaraq mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsi sahibinin hesabına ödənilir.Bu halda ücüncü şəxsin nəqliyyat vasitəsinin sahibinə iddiası, sığorta ödənişinin verilməsinə baxmayaraq, fərq məbləği həddində təmin edilməmiş sayıllr. Yo-nəqliyyat hadisəsi zamanı üçüncü şəxsə vurylan zərər nəqliyyat vasitəsinin sahibi tərəfindən ödənildikdə sığortaçı bu Qanunla nəzərdə tutulmuş qaydada həmin nəqliyyat vasitəsinin sahibinə sığorta ödənişi verir. Nəqliyyat vasitəsi tərəfindən zərərin ödənilməsi Azərbaycan Resoublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəĺləsinin 898-ci maddəsinə görə, Sığorta hadisəsinin baş verməsindən xəbər tutan kimi sığortalı ləngimədən bu barədə sığortaçıya məlumat verməlidir. Sığortaçı hadisə baş verdikdən sonra sığortaçı sığorta hadisəsinin və (və ya) sığorta ödənişinin miqdarını müəyyənləşdirmək üçün zəruri olan hər cür məlumatı sığortalıdan tələb edə bilər. Əgər sığortalı məlumat vermək vəzifəsini yerinə yetirməsə, lakin bunun nəticəsində sığortaçının mənafeləri əhəmiyyətli dərəcədə pozylmasa, sığortaçı öz vəzifəsindən azad edilməsinə əsas verən razılaşmaya istinad edə bilməz. Sığortaçı sığorta hadisəsi baş verdikdən və sığorta ödənişinin miqdarı müəyyənləşdirildikdən sonra öz vəzifələrini icra etməlidir. Belə ki, Sığortaçının nümayəndəsi hadisə yerinə gəlmiş, ikin araşdırma aparmış, hadisənin baş vermə səbəblərini praktiki görə bilmişdir. Lakin, avtomobilə vurulmuş zərərin hesablanması ilə bağlı heç bir tədbir görülməmişdir. İsrarlı xahiş və müraciətlərə baxmayaraq, zərərin müəyyən edilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. “FMS Motors” Avtotexniki servis tərəfindən İddiaçı MMC-yə məxsus "X10 415" markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2025-ci il tarixdə verilmiş qüsur aktına əsasən cəmi 850 AZN məbləğində ziyan dəymişdir. Sumqayıt şəhərində yerləşən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin və Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DL-00014150-1 sayl Avtomobil Sığortası üzrə Qiymət Təklifnaməsi (Müqavilənin) öhdəlikləri tam və qeyd şərtsiz yerinə yetirilmişdir. Bundan əlavə 18 yanvar 2025-ci il tarixdən avtomobildən istifadə edilə bilinmir, bu vəziyyətdə də əlavə ziyandı. İddiaçı MMC-yə məxsus "X10 415" markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 850 AZN məbləğində ziyan və ödənilmiş 30 AZN dövlət rüsumu "xxxx"xxxx" MMC-yə ödənilməlidir.
3. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus “X8 415V CDİ Yük” markalı 77JP782 dövlət qeydiyyat nişanlı avtomobil **********32 nömrəli sığorta şəhadətnaməsinə əsasən Cavabdeh Sığorta Şirkətində “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmışdır. İşin təfərrüatlarına əsasən, iddiaçıya məxsus nəqliyyat vasitəsinin yük hissəsində daşınan yük aşıb tökülərək arakəsmə şüşəyə dəymiş nəticədə şüşəni sındırmışdır. Hadisədən sonra iddiaçı tərəfindən sığorta ödənişi verilməsi üçün sığorta şirkətinə müraciət edilsə də, hadisə sığorta hadisəsi olmadığı üçün sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Hadisə yol-nəqliyyat hadisəsi hesab edilmir. Yol-nəqliyyat hadisəsi yalnız səlahiyyətli dövlət orqanı tərəfindən rəsmiləşdirilən, yəni qeydə alınan hadisədir. “Yol-hərəkəti haqqında” Qanunun tələblərinə əsasən, yol-nəqliyyat hadisəsinin hüquqi baxımdan tanınması üçün onun aidiyyəti dövlət orqanı- DYP tərəfindən qeydə alınması tələb olunur. Baxılan halda baş vermiş hadisə səlahiyyətli dövlət orqanı tərəfindən yolnəqliyyat hadisəsi kimi tanınmadığına və qeydə alınmadığına görə hadisənin baş verdiyi təsdiq edilmir. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 35.1.3-ci maddəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün sığortalı sığorta hadisəsinin baş verməsini təsdiq edən arayışı sığortaçıya təqdim etməlidir. Tərəflər arasında bağlanmış könüllü sığortası müqaviləsinin tərkib hissəsi olan “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 1-ci maddəsinə əsasən, sığortaçı qeyd olunan sığorta risklərinin təsiri nəticəsində zərərin əvəzini ödəməyi öhdəsinə götürür: yol- nəqliyyat hadisəsi (toqquşma, asma, düşməl: yanğın, öz-özünə alışma; təbii fəlakət; avtonəqliyyat vasitəsinin və ya onun hissələrinin oğurlanması; avtonəqliyyat vasitəsinin oğurlanması, qaçırılması zamanı avtonəqliyyat vasitəsinə ziyan vurulması; avtonəqliyyat vasitəsinin ön və arxa şüşələrinin və yan pəncərələrinin sınması və üçüncü şəxslərin digər qeyri- qanuni hərəkətləri; avtonəqliyyat vasitəsinə daşların dəyməsi və ya əşyaların düşməsi. Yol-nəqliyyat hadisəsi riskinin baş verdiyi iddia edilsə də göründüyü kimi yol-nəqliyyat hadisəsi kimi toqquşma, asma və düşməyə təminat verilmişdir. Qeyd olunan hadisə isə bu risk kateqoriyalardan heç birinə aid deyil.Avtomobilin arakəsməsinin zədələnməsi özlüyündə hazırki işin mübahisə predmeti deyildir. Hazırki işdə əsas məqam avtomobilin şüşəsinin avtonəqliyyat hadisəsi riski nəticəsində zərər görüb-görməməsidir. işdə olan sübutlarla isə avtomobilin kabində yerləşən arakəsməsinin avtonəqliyyat hadisəsi nəticəsində zərər görməsi öz təsdiqini tapmadığından işə əlavə edilmiş qüsur aktının işin həlli üçün əhəmiyyəti yoxdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. xx.xx.2024-cü il tarixli, **********32 saylı avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən İddiaçı MMC –yə məxsus X10 415 markalı 2006-cı il tarixli nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi Cavabdeh Sığorta Şirkəti ASC-də 27.000 manat məbləğində sığortalanmışdır.
7. “Avtomobil sığortası üzrə” xx.xx.2024-cü il tarixli qiymət təklifnaməsinə əsasən İddiaçı MMC-yə məxsus X9 415 CDİ-2006-cı il tarixli nəqliyyat vasitəsi avtonəqliyyat vasitələrinin könüllü sığortası ilə sığortalanmış və sığorta riski kimi- yol nəqliyyat hadisəsi (toqquşma, aşma, düşmə), yanğın, öz-özünə alışma, təbii fəlakətlər, (zəlzələ, sunami və vulkan püskürməsi istisna olmaqlq), avtonəqliyyat vasitəsinin oğurlanması, avtonəqliyyat vasiəsinin qaşırılması zamanı avtonəqliyyat vasitəsinə ziyan vurulması və avtonəqliyyat vasitəsinin hissələrinin oğurlanması, ön və arxa şüşələrinin və pəncələrin sınması, üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri, avtonəqliyyat vasitəinə daşların dəyməsi və ya əşyaların düşməsi, nəqliyyat vasitəsindən istifadə nəticəsində üçüncü şəxsin ölməsi, bədən xəsarəti alması və ya əmlaın zərər vurulmasına görə məsuliyyət, idarə etdiyi nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar bədbəxt hadisə nəticəsində zərər çəkən nəqliyyat vasitəsinin sürücüsünün və sərnişinlərin ölməsi, bədən xəsarətləri alması və ya əlil olması ilə əhatə olunan bədbəxt hadisənin bilavasitə nəticəsi olaraq sığorta olunanların məruz qaldıqları mütləq tibbi xərclərin ödənilməsi üzrə sığorta təminatının əldə edilməsi şərtilə verilir.
8. xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən İddiaçı MMC-yə məxsus **-JP-*** dövlət qeydiyyat nişanlı Mercedes Sprinter markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 850 manat məbləğində müəyyən edilmişdir.
9. Cavabdeh Sığorta Şirkəti ASC-nin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli O-AP-2024 O338 saylı məktubunda sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
10. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.
11. Belə ki, iddiaçı bildirir ki, 18 yanvar 2025-ci il tarixində saat 13:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunda idarə etdiyi ** JP *** fövlət qegdiyyat nişanlı X8 415 CDİ yük maşını ilə təxminən saatda 60-70 km saat sürətlə hərəkət edərkən, təxminən idarə etdiyi avtomobildən 25-30 metr irəlidə olan Ford markalı yük maşını (nömrəsini görə bilməmişdir) ani və qəfildən heç bir işarəsola və ya sağa dönmə xərəbərdaredici işıqlarından istifadə etmədən, ani olaraq idarə etdiyi maşının əyləc sistemini basaraq bu qaydada da sola dönmüşdür. X1 eyni zamanda sağ tərəfində hərəkətdə olan nəqliyyat vasitəsi olduğu üçün baş verə biləcək ağır yol nəqliyyat hadisəsi törətməmək, təhlükədən yayınmaq üçün idarə etdiyi avtomobili sağa da çəkə bilməmişdir. Başqa çıxış yolu olmadığı üçün etdiyi hərəkət istiqamətində toqquşma olmaması üçün anidən əyləci basmışdlr. Maşının yük yerində olan daşınan xammal sürücü kabinəsinin arxa hissəsində arakəsmədə yerləşən şüşəni sındıraraq tamamiylə yararsız vəziyyətə gətirmişdir. Bununla yanaşı avtomobilin kabinə və bort hissəsinə zərər dəymişdir. “FMS Motors” Avtotexniki servis tərəfindən İddiaçı MMC-yə məxsus "X10 415" markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2025-ci il tarixdə verilmiş qüsur aktına əsasən, avtomobilə vurulmuş zərər 850 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə göndərilmiş 24 yanvar 2025-ci il tarixli, O-AP-2024 0338 saylı məktubda "xxxx" Sığorta şirkəti ASC-də **********32 saylı avtonəqliyyat vastələrinin könüllü sığorta müqaviləsi əsasında sığortalanmış "X10 415" markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı daxil olmuş 243613 saylı müraciətə "Baş vermiş sığorta hadisəsini sığorta hadisəsi hesab etmədikləri üçün" sığorta haqqı ödəməkdən imtina edilib. Həmin imtinanı qanunsuz hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, hadisədən sonra iddiaçı tərəfindən sığorta ödənişi verilməsi üçün sığorta şirkətinə müraciət edilsə də, hadisə sığorta hadisəsi olmadığı üçün sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Hadisə yol-nəqliyyat hadisəsi hesab edilmir. Yol-nəqliyyat hadisəsi yalnız səlahiyyətli dövlət orqanı tərəfindən rəsmiləşdirilən, yəni qeydə alınan hadisədir. Avtomobilin şüşəsinin avtonəqliyyat hadisəsi riski nəticəsində zərər görübgörməməsidir. İşdə olan sübutlarla isə avtomobilin kabində yerləşən arakəsməsinin avtonəqliyyat hadisəsi nəticəsində zərər görməsi öz təsdiqini tapmadığından işə əlavə edilmiş qüsur aktının işin həlli üçün əhəmiyyəti yoxdur.
12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. 883.1-ci maddəsində sığorta müqaviləsinin anlayışı açıqlanaraq göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
18. 904.1-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
19. 904.2-ci maddəsinə əsasən sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
20. 922-ci maddəsinə əsasən Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
21. 923.1-ci maddəyə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
22. 923.2-ci maddəyə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
23. 923.3-cü maddəyə əsasən sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.
24. 923.4-cü maddəyə əsasən bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
25. 925.1-ci maddəsinə əsasən Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
26. 925.2-ci maddəsinə əsasən Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
27. 925.3-cü maddəsinə əsasən Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
28. 926.1-ci maddəsinə əsasən Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
29. 927.1-ci maddəsinə əsasən Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
30. 933.1-ci maddsinə əsasən Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
31. 934.1-ci maddəsinə əsasən Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
32. 935.1. maddəsinə əsasən Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.
33. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 35.1.3-cü maddəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün sığortalı sığorta hadisəsinin baş verməsini təsdiq edən arayışı sığortaçıya təqdim etməlidir.
34. Məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi riskinin baş verdiyi iddia edilsə də göründüyü kimi yol-nəqliyyat hadisəsi kimi toqquşma, asma və düşməyə təminat verilmişdir. Qeyd olunan hadisə isə bu risk kateqoriyalardan heç birinə aid deyil. Avtomobilin arakəsməsinin zədələnməsi özlüyündə hazırki işin mübahisə predmeti deyildir. Hazırki işdə əsas məqam avtomobilin şüşəsinin avtonəqliyyat hadisəsi riski nəticəsində zərər görüb-görməməsidir. Bundan əlavə hadisənin yol-nəqliyyat hadisəsi olması üçün də iddiaçı tərəfindən səlahiyyətli dövlət orqanının arayışı təqdim edilməmiş və sığorta hadisəsinin olması faktı sübuta yetirilməmişdir.
35. Yuxarıda qeyd edilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, qeyd edilən hadisə üzrə İddiaçı MMC-nin sığorta ödənişini tələb etmək üçün əsaslar olmadığından iddia tələbi təmin edilə bilməz.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
38. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir.
39. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova