Məhkəmə qərarları › İş №e-2-2(113)-3218/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3218/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3218/2023 04.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: sadələşdirilmiş icraat, xidmət müqaviləsi, elektron qaimə, ödəniş tapşırığı, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 27 may 2022-ci il tarixli xidmət müqaviləsi üzrə 8366,20 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehin əməkdaşlarını yemək xidməti ilə təmin etməli, cavabdeh isə bir nəfər üçün ƏDV xaric səhər yeməyinə görə 2,50 manat, nahar və şam yeməyinə görə isə 5 manat məbləğində xidmət haqqı nəzərdə tutulmuşdur. İddiaçı 27 may 2022-ci il tarixindən 27 may 2023-ci il tarixinədək cavabdehi yemək (“catering”) xidməti ilə təmin etməyi üzərinə götürmüşdür. 2.2. Sözügedən müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil xx.xx.2022-ci il tarixli 064803 nömrəli elektron qaiməyə əsasən 2348,20 manat, xx.xx.2023-ci il tarixli 499055 nömrəli elektron qaiməyə əsasən 1879,15 manat, xx.xx.2023-ci il tarixli 903538 nömrəli elektron qaiməyə əsasən 1643,15 manat, 04.08.202ci il tarixli 275737 nömrəli elektron qaiməyə əsasən 2829,05 manat, xx.xx.2022-ci il tarixli 326970 nömrəli elektron qaiməyə əsasən 2011,90 manat, xx.xx.2023-cü il tarixli 781003 nömrəli elektron qaiməyə əsasən 5,90 manat, xx.xx.2022-ci il tarixli 189757 nömrəli elektron qaiməyə əsasən 289,10 manat, xx.xx.2022-ci il tarixli 386650 nömrəli elektron qaiməyə əsasən 1672,65 manat, xx.xx.2022-ci il tarixli 476403 nömrəli elektron qaiməyə əsasən 1796,55 manat, xx.xx.2022-ci il tarixli 438220 nömrəli elektron qaiməyə əsasən 2563,55 manat, xx.xx.2023-cü il tarixli 077887 nömrəli elektron qaiməyə əsasən 1657,90 manat dəyərində xidmət göstərilmiş, lakin 8366,20 manat dəyərində xidmətin haqqı ödənilməmişdir. 2.3. İddiaçı xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək ƏDV daxil olmaqla 8366,20 manat ödənilməmiş borc məbləği mövcuddur. Qeyd edilən müqaviləyə əsasən, xidmətlərin dəyəri cavabdeh tərəfindən hər növbəti ayın ilk 10 günü ərzində ödənilməli idi. Lakin cavabdeh sözügedən müqavilənin tələblərini pozmağa da davam edir. Cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilərək yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən pretenziya məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin cavabdeh mediasiya prosesində də iştirak etməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.8, 447.1 və s. maddələrinə istinad edilmişdir.

II. Mümkünlük və cavabdehin mövqeyi

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;

5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, “Ağdam Faza 1” layihəsi əsasında iddiaçı tərəfindən göstərilən “catering” xidməti üzrə hər ay 1000 manat ödəniləcəyini, layihə başa çatdıqda isə borcun tam şəkildə bağlanılacağını bildirmişdir.

III. Məhkəmə baxışının hədləri

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi

a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında imzalanmış 27 may 2022-ci il tarixli Bİ#2022/05/27 nömrəli xidmət müqaviləsinin 1-ci hissəsinə əsasən, İcraçı Sifarişçiyə aşağıdakı xidmətləri göstərməlidir: a) sifariş olunan vaxtlarda “catering” (yemək) xidmətinin təmin edilməsi; b) göstərilən xidmətin gigiyena standartlarına uyğunluğu; c) icraçının bütün işçi heyətinin müvafiq geyim, baş üçün setka, yaxud papaqların təmin edilməsi; d) xidmətin və ərzağın yüksək keyfiyyətli olmasına zəmanət verilməsi (1.1). Bu müqavilə 27 may 2022-ci il tarixdən 27 may 2023 - ci il tarixinədək bağlanır və imzalandığı andan qüvvəyə minir (1.2).

11. Adıçəkilən müqavilənin 2-ci hissəsindən görünür ki, tərəflər arasında razılıq əsasında bir pay qida üçün təyin edilən pərakəndə qiymət bir nəfərə görə səhər yeməyi üçün 2,5 manat, nahar və şam yeməyi üçün 5 manat təşkil edir (2.1). Xidmətlərin dəyəri hər təqvim ayı başa çatdıqdan sonra Sifarişçi tərəfindən 10 iş günü ərzində ödənilməlidir.

12. Məhkəməyə təqdim edilən elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2022-ci il tarixli EBBY 189757 seriya və nömrəli elektron qaimə 289,10 manat, xx.xx.2022-ci il tarixli EBBZ 326970 seriya və nömrəli elektron qaimə 2011,9 manat, xx.xx.2022-ci il tarixli EBCB 275737 seriya və nömrəli elektron qaimə 2829,05 manat, xx.xx.2022-ci il tarixli EBCD 064803 seriya və nömrəli elektron qaimə 2348,2 manat, xx.xx.2022-ci il tarixli EBCG 438220 seriya və nömrəli elektron qaimə 2563,55 manat, xx.xx.2022-ci il tarixli EBCİ 476403 seriya və nömrəli elektron qaimə 1796,55 manat, xx.xx.2022-ci il tarixli EBCK 386650 seriya və nömrəli elektron qaimə 1672,65 manat, xx.xx.2023-cü il tarixli EBCM 499055 seriya və nömrəli elektron qaimə 1879,15 manat, xx.xx.2023-cü il tarixli EBCO 077887 seriya və nömrəli elektron qaimə 1657,9 manat, xx.xx.2023-cü il tarixli EBDA 903538 seriya və nömrəli elektron qaimə 1643,15 manat, xx.xx.2023-cü il tarixli EBDC 781003 seriya və nömrəli elektron qaimə 5,9 manat dəyərində (ƏDV daxil olmaqla) xidmətlərin təqdimi üçün rəsmiləşdirilmişdir. 13.İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından 1950 manat məbləğində pulun EBBY 189757 və EBBZ 326970 seriya və nömrəli elektron qaimə üzrə, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından 2397,5 manat məbləğində pulun EBCB 275737 seriya və nömrəli elektron qaimə üzrə, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından 1990 manat məbləğində pulun EBCD 064803 seriya və nömrəli elektron qaimə üzrə, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından 1417,5 manat məbləğində pulun EBCK 386650 seriya və nömrəli elektron qaimə üzrə, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından 1000 manat məbləğində pulun EBCG 438220 seriya və nömrəli elektron qaimə üzrə cavabdeh tərəfindən iddiaçıya ödənildiyi görünür. 14.İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli ödəniş ödəniş tapşırığına əsasən EBBY 189757 və EBBZ 326970 seriya və nömrəli elektron qaimə üzrə 351 manat, xx.xx.2022-ci il tarixli ödəniş ödəniş tapşırığına əsasən EBCB 275737 seriya və nömrəli elektron qaimə üzrə 431,55 manat, xx.xx.2022-ci il tarixli ödəniş ödəniş tapşırığına əsasən EBCD 064803 seriya və nömrəli elektron qaimə üzrə 358,2 manat, xx.xx.2022-ci il tarixli ödəniş ödəniş tapşırığına əsasən EBCK 386650 seriya və nömrəli elektron qaimə üzrə 255,15 manat, xx.xx.2023-cü il tarixli ödəniş ödəniş tapşırığına əsasən EBCG 438220 seriya və nömrəli elektron qaimə üzrə 180 manat məbləğində ƏDV-nin cavabdeh tərəfindən iddiaçının hesabına ödənildiyi görünür. 15.Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 27 may 2022-ci il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sifariş olunan vaxtlarda “catering” (yemək) xidmətinin təmin edilməsi, göstərilən xidmətin gigiyena standartlarına uyğunluğu, cavabdehin bütün işçi heyətinə müvafiq geyim, baş üçün setka, yaxud papaqların təmin edilməsi və xidmətin və ərzağın yüksək keyfiyyətli olmasına zəmanət verilməsini, cavabdeh isə xidmətləri qəbul edərək dəyərini təqvim ayı başa çatdıqdan sonra 10 iş günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xidmət müqaviləsi üzrə ümumilikdə 18697,1 manat (ƏDV daxil olmaqla) dəyərində xidmət göstərmiş və elektron qaimə-faktura tərtib etmiş, cavabdeh isə göstərilən xidmətin dəyərindən 10330,9 manat (ƏDV daxil olmaqla) hissəni ödəmişdir.

16. İddiaçı 27 may 2022-ci il tarixli xidmət müqaviləsi üzrə göstərilən xidmətin qalıq dəyəri olan 8366,2 manat məbləğində pulu tələb edir. 17.Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddiaçının təqdim etdiyi bütün sübutlar və tələb edilən borc məbləği ilə tanış olmaq imkanına malik olmuş, həmin tələbə etiraz təqdim etməmiş, borc məbləğini mübahisələndirməmiş, əksinə hər ay 1000 manat ödəniləcəyini, “Ağdam Faza 1” layihəsi başa çatdıqdan sonra isə borcun tam şəkildə bağlanılacağını bildirmişdir. 18.Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsidir, lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. 19.Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 20.Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. 21.Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

22. Hazırkı iş üzrə iddiaçı qeyd edilən maddələrdən və 27 may 2022-ci il tarixli xidmət müqaviləsindən irəli gələn göstərilmiş xidmətin dəyərinin ödənilməsi hüququnu realizə edir.

23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 27.İddiaçının təqdim etdiyi elektron qaimə-fakturalar və ödəniş tapşırıqları ilə borc məbləği (8366,2 manat) təsdiqlənmiş, cavabdeh də borcu mübahisələndirməyərək, onun ödəniləcəyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə göstərilmiş xidmətin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. 28.Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehdən xidmət müqaviləsi üzrə pulun tutulması tələbi əsaslı olduğundan təmin edilməli, 8366,2 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1 və 8.1.2-ci maddəsinə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə ödənilməli dövlət rüsumunun məbləği 104 manat təşkil edir. 30.İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-00964 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixə keçirilməsi nəzərədə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçının nümayəndəsi iştirak etmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 manat ödəniş edilmişdir. 31.Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddia ərizəsinin verilməsi üçün 4 manat məbləğində dövlət rüsumu ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmişdir.

32. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

34. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

35. Göründüyü kimi, kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. 36.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 37.Hazırkı iş üzrə iddia tələbi tam təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat, ödənilmiş dövlət rüsumunun əvəvzi olaraq 4 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284- 5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 may 2022-ci il tarixli xidmət müqaviləsi üzrə 8366 (səkkiz min üç yüz altmış altı) manat 20 (iyirmi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 (dörd) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar