Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3233/2025 27.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X4” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, öhdəliyin icrası, illik 5%, əldən çıxmış fayda) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı “X4” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı “X4” MMC iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, R/H-09.22 saylı xidmət müqaviləsi üzrə əsas borc 15448 manat, hesablanmış illik beş faiz kimi 643,7 manat pul vəsaiti, ödənilmiş 149 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 150 manatın əvəzi, ümumilikdə 16309,70 dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, R/H-09.22 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İcraçı "xxxx" MMC Sifarişçi Cavabdeh MMC-ə texnikalar ilə müqavilə üzrə razılaşdırılmış xidmətləri göstərmişdir. İddiaçı - İcraçı “X4” MMC cavabdehə Cavabdeh MMC-yə indiyədək özünə məxsus texnikalarla ümumi dəyəri ƏDV daxil 84200 manat dəyərində xidmətlər həyata keçirtmişdir. Cavabdeh MMC göstərilmiş xidmətlər qarşılığında indiyədək ərizəçiyə bu xidmətlər qarşılığında xx.xx.2023-cü il tarixdə 20000 AZN, 3600 AZN ƏDV olmaqla 23600 AZN, xx.xx.2023-cü il tarixdə 15907,95 AZN əsas 2863,43 AZN ƏDV olmaqla 18771,38 AZN, xx.xx.2023-cü il tarixdə 0 AZN əsas 3600 AZN ƏDV olmaqla 23600 AZN və xx.xx.2024-cü il tarixdə 0 AZN əsas 2780,64 AZN ƏDV olmaqla 26380,64 AZN ödənişlər edilmişdir. Lakin cavabdehin iddiaçıya göstərilmiş xidmətlərə görə cari tarixə olan maliyyə məlumatları və qarşılıqlı imzalanmış Aktlara əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış “01” sentyabr 2022-ci il tarixli, R/H-09.22 nömrəli Xidmət Müqaviləsi üzrə təqdim edilmiş xx.xx.2023-cü il tarixli EBCN seriyalı 843746 №-li, xx.xx.2023-cü il tarixli, EBDD seriyalı 363550 №-li və xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 277 №-li qaimələr əsasında Cavabdeh MMC-nin 15448 AZN əsas, 15448 AZN borcu yaranmışdır. Vurulmuş e-qaimələr elektron vergi sistemi tərəfindən təsdiq edilmişdir, bu vaxta qədər həmin qaimələrə qarşı cavabdehdən etiraz və ya düzəlişə dair geri dönüş edilməmişdir. Bu da onun göstəricisidir ki, borc cavabdeh tərəfindən indiyədək inkar edilməmiş və mübahisə edilməyən öhdəliyə əsaslanır. Borcluya göstərilən xidmətlər və bunlara dair vurulmuş eqaimələr üzrə formalaşmış borca dair Tərəflər arasında 27.01.23-cü il tarixli, 005 nömrəli (7300 AZN + 1314 ƏDV), 05.01.23-cü tarixli, 004 nömrəli (17348 AZN əsas + 3122,64 AZN ƏDV), 14.02.23-cü il tarixli, 005 nömrəli (18250 AZN əsas + AZN ƏDV), 07.03.23-cü il tarixli, 006 nömrəli (15.908,30 AZN əsas + 2863,49 AZN ƏDV), 10.0423-cü il tarixli, 007 nömrəli (7300 AZN əsas + 1314 AZN) və 05.07.23-cü il tarixli, 008 nömrəli (5250 AZN əsas + 945 AZN ƏDV) Aktlar hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə qlənmişdir. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 4.1-ci maddəsinə əsasən “Bu Müqavilənin icrası ilə əlaqədar yaranmış fikir ayrılığı və mübahisələr Tərəflər arasında danışıqlar yolu ilə həll ediləcək .....” kimi müddəa razılaşdırılmışdır. Artıq iki ilə yaxın müddətdir ki, öz borcunu müxtəlif vədlər və bəhaələrlə ödəməkdən yayınan Borcluya müqavilənin qeyd edilən maddəsini rəhbər tutaraq iddiaçı borcunu ödəməsi barədə elektron vergi kabineti vasitəsi ilə 23.01.25-ci il tarixdə rəsmi pretenziya məktubu göndərmiş, ona borcunu ödəməsi üçün 5 iş günü möhlət verilmişdir. Lakin pretenziyada göstərilən müddətdə borclu heç bir reaksiya verməmiş, nə vaxt və hansı qaydada ödəniləcəyinə dair məlumat verməmiş, bununla da məsələnin məhkəmədən kənar sülh yolu ilə həllində dolayısı ilə maraqlı olmadığını nümayiş etdirmişdir. Cavabdehin rəhbəri ilə telefon vasitəsilə əlaqə yaradılıb borcunun heç olmasa bir qismini ödəməsini təklif edilsə də borclu buna da əhəmiyyət verməmiş, yenə də qeyriciddi vədlər verərək zaman qazanmağa çalışmışdır. Təqdim edilən ilkin sübutlardan da göründüyü kimi borclu (cavabdeh) tərəfindən bu şərt indiyədək kobud şəkildə pozulmuş və təqdim edilmiş qaimə faktlara əsasən ödəniş öhdəliyindən əsassız olaraq yayınmış və bu barədə iddiaçıya üzürlü sayılacaq heç bir rəsmi məlumat verməmişdir. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 2.1-ci maddəsinə əsasən bu Müqavilə üzrə göstərilən xidmətlərə görə xidmət haqqı hər təqvim ayı üzrə "Sifarişçi" tərəfindən verilmiş sifarişlər əsasında müvafiq Əlavədə razılaşdırılmış qiymətlərə müvafiq olaraq hesablanaraq müəyyən olunacaq. Həmin maddənin davamı olaraq 2.2-ci maddə isə müəyyən edir ki, müqavilənin 2.1.-ci maddəsinə müvafiq olaraq müəyyən olunan xidmət haqqı İcraçı tərəfindən hər təqvim ayı üzrə təqdim olunacaq hesab-faktura, elektron qaima-faktura va təhvil-təslim aktı asasında bu sənədlərin təqdim еdilməsiпdən sопrа 30 (otuz) təqvim günü ərzində bank köçürməsi yolu ilə Аzərbаусап manatında ödənilməli idi. Sonuncu elektron qaimə xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilsə də cavabdeh müqavilənin bu şərtinə və üzərinə Cavabdehin iddiaçıya ödəməli olduğu 15448 AZN əsas borcu formalaşdıran yekun e-qaimə xx.xx.2023-cü il tarixdə vurulduğunu nəzərə alsaq iki il üçün illik 5% məbləği 15448:5=772, 772:12= 64,37 bir ay üçün o zaman, 12 ay üçün 5 x 64,37 = 321,85 AZN bir il üçün, iki il üçün isə 321,85x2= 643,7 AZN təşkil edəcək. Beləliklə ümumi gecikdirilmiş məbləğ üzrə ödəniləcək illik 5 % üzrə məbləğ iki il üzrə (2023-cü ilin sonuncu qaiməsindən indiyədək) 643,7 AZN təşkil edir. Bundan başqa cavabdehin borcunu indiyədək ödəməməsi nəticəsində iddiaçı olaraq əlavə zərərə də məruz qalmışdır. Belə ki, həmin vəsait vaxtında cavabdehdən əldə edilmiş olsaydı bu zaman şirkət həmin pul vəsaitindən öz sahibkarlıq fəaliyyətində səmərəli istifadə edib əlavə fayda götürə bilərdi. Beləliklə cavabdehin müqaviləyə zidd hərəkəti nəticəsində iddiaçının mülkiyyəti sayılan həmin pul vəsaitini ödəniş etməli tarixdən indiyədək özündə saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla və onun ödənilməsini gecikdirməklə həmçinin iddiaçını əlavə zərərə də məruz qoymuş və hələ də bu cür zərərə məruz qoymaqda davam edir. İddiaçı hazırki pul vəsaitinin tələb edilməsi əlavə zərərə də məruz qalmışdır. Belə ki, hüquqların müdafiə olunması üçün peşəkar vəkil xidmətindən istifadə etmək məqsədilə şirkət hesabından rəsmi olaraq 150 manat vəsait “Kəngərli və Partnyorları” Vəkil Bürosuna ödənilmişdir. Əsas tələb ilə yanaşı məruz qalınan əlavə maddi zərər olan hüquqi xidmət haqqına görə ödənilən vəsait də cavabdehdən tutulmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1 və 445.7-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddianı müdafiə edir, cavabdehlə aralarında mübahisənin məhkəmədən kənar həllinə dair cari tarixə heç bir razılaşma əldə edilməmişdir. Təqdim edilmiş sübutlar əsasında proses təxirə salınmamaqla işə onların iştirakı olmadan baxaraq, yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “İcraçı” İddiaçı MMC ilə “Sifarişçi” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli, R/H-09.22 saylı Xidmət müqaviləsinin 1-ci bəndinə əsasən “İcraçı” “Sifarişçi”nin sifarişi əsasında Müqavilənin Əlavələrində razılaşdırılmış xidmətləri göstərməyi, “Sifarişçi” isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, Xidmətlərin dəqiq siyahısı və xidmət haqqının cəmi məbləği Əlavələrdə öz əksini tapmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən Ödəniş, hesab-faktura təqdim edilməsindən sonra 30 təqvim günü ərzində köçürmə yolu ilə həyata keçirilir Müqavilənin 3.2.1-ci bəndinə əsasən, “Sifarişçi” Xidmətlərə görə ödənişi müqavilədə göstərilən vaxtda yerinə yetirməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən, Tərəflər bu Müqavilənin yerinə yetirilməsi zamanı ortaya çıxan mübahisəli məsələlərin hamısını danışıqlar vasitəsilə həll etməyə çalışacaqlar. Müqavilənin 5.1-ci bəndinə əsasən, Bu Müqavilədəki öhdəliklər yerinə yetirilmədikdə və ya layiqincə yerinə yetirilmədikdə günahkar tərəf digər tərəfə dəyən ziyanı ödəyir. Müqavilənin 9.1-ci bəndinə əsasən, Bu Müqavilə 01 sentyabr 2022-ci il tarixindən qüvvəyə minir və 31 dekabr 2023-cü il tarixinə qədər qüvvədədir. Tərəflərdən heç biri bu müddət ərzində və ya bu müddətin sonunda müqaviləni ləğv etmək istəməsə, Müqavilənin qüvvədə olması müddəti növbəti ilin sonuna kimi uzadılır. Müqavilənin 9.2-ci bəndinə əsasən, Bir Tərəf 30 (otuz) gün qabaqcadan digər Tərəfə yazılı bildiriş göndərməklə müqaviləni ləğv etmək hüququna malikdir. Müqavilənin 9.3-cü bəndinə əsasən, Bu Müqaviləyə edilən hər bir əlavə və dəyişiklik yalnız yazılı şəkildə və tərəflərin səlahiyyətli nümayəndəsi tərəfindən imzaladığı halda hüquqi qüvvəyə malikdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, R/H- 09.22 saylı Xidmət müqaviləsinə 1 saylı Əlavəyə əsasən, tərəflər Müqavilənin 1.2-ci maddəsinin tələblərindən irəli gələrək avadanlıqların, nəqliyyat vasitələrinin və texnikanın siyahısını, növünü və müvafiq istismar qiymətlərini, 2 ədəd “Qaldırıcı qayçı/Scissors lift” avadanlığını 26 iş günü (Bazar ertəsi - Şənbə, 08:00-18:00, və/ya 09:00-19:00) müddətinə (aylıq qiyməti 1750 manat) cəmi 3500 manat olmaqla təsdiq edirlər. Qiymətlər ƏDV xaric göstərilmişdir. Bu Əlavədə tənzimlənməyən məsələlərə Müqavilənin qayda və şərtləri tətbiq olunur. Bu Əlavədə istifadə olunan anlayışlar onlara Müqavilədə təyin olunmuş mənaları ifadə edir. Texnikaların icarəsi iş saatı Bazar ertəsi - Şənbə, 08:00-18:00, və/ya 09:00-19:00 olaraq hesablanır. xx.xx.2023-cü il tarixli, İşi tamamlama 004 nömrəli Aktdan müəyyən olunur ki, “icarəyə verən” adlanacaq İddiaçı MMC tərəfindən “İcarəçi” adlanacaq Cavabdeh MMC-yə 1 ay ərzində (Dövr 01.12.22 - 30.12.22) JLG2032ES qaldırıcı qurğusu, 1 ay ərzində (Dövr 01.12.22 - 30.12.22) Genie GR15 qaldırıcı, 1 ay ərzində (Dövr 01.12.22 - 30.12.22) Netlift qaldırıcı, 1 ay ərzində (Dövr 01.12.22 - 30.12.22) DİNGLİ JCPT0808HA qaldırıcı, 1 ay ərzində (Dövr 01.12.22 - 30.12.22) DİNGLİ 1212HD qaldırıcı, 1 ay ərzində (Dövr 01.12.22 - 30.12.22) GENİE 1932 qaldırıcı, 23 gün ərzində (Dövr 01.12.22 - 30.12.22) LG2032ES qaldırıcı qurğuları icarəyə verilmiş, 18% ƏDV daxil olmaqla cəmi 20470,64 manat məbləğində işlər (xidmətlər) vaxtında və keyfiyyətli yerinə yetirilmişdir. xx.xx.2023-cü il tarixli, İşi tamamlama 005 nömrəli Aktdan müəyyən olunur ki, “icarəyə verən” adlanacaq İddiaçı MMC tərəfindən “İcarəçi” adlanacaq Cavabdeh MMC-yə 50 gün ərzində (Dövr 18.11.22 – xx.xx.2023) JLG3246ES qaldırıcı qurğuları icarəyə verilmiş, 18% ƏDV daxil olmaqla cəmi 8614 manat məbləğində işlər (xidmətlər) vaxtında və keyfiyyətli yerinə yetirilmişdir. xx.xx.2023-cü il tarixli, İşi tamamlama 005 nömrəli Aktdan müəyyən olunur ki, “icarəyə verən” adlanacaq İddiaçı MMC tərəfindən “İcarəçi” adlanacaq Cavabdeh MMC-yə 1 ay ərzində (Dövr 01.01.23 - 30.01.23) JLG2032ES qaldırıcı qurğusu, 1 ay ərzində (Dövr 01.01.23 - 30.01.23) JLG2632ES qaldırıcı, 1 ay ərzində (Dövr 01.01.23 - 30.01.23) Genie GR15 qaldırıcı, 1 ay ərzində (Dövr 01.01.23 - 30.01.23) Netlift qaldırıcı, 1 ay ərzində (Dövr 01.01.23 - 30.01.23) DİNGLİ JCPT0808HA qaldırıcı, 1 ay ərzində (Dövr 01.01.23 - 30.01.23) DİNGLİ 1212HD qaldırıcı, 1 ay ərzində (Dövr 01.01.23 - 30.01.23) GENİE 1932 qaldırıcı, 1 ay ərzində (Dövr 01.01.23 - 30.01.23) JLG qaldırıcı qurğuları icarəyə verilmiş, 18% ƏDV daxil olmaqla cəmi 21535 manat məbləğində işlər (xidmətlər) vaxtında və keyfiyyətli yerinə yetirilmişdir. xx.xx.2023-cü il tarixli, İşi tamamlama 006 nömrəli Aktdan müəyyən olunur ki, “icarəyə verən” adlanacaq İddiaçı MMC tərəfindən “İcarəçi” adlanacaq Cavabdeh MMC-yə 1 ay ərzində (Dövr 01.02.23 – 28.02.23) JLG2032ES qaldırıcı qurğusu, 1 ay ərzində (Dövr 01.02.23 – 28.02.23) JLG2632ES qaldırıcı, 1 ay ərzində (Dövr 01.02.23 – 28.02.23) Netlift qaldırıcı, 1 ay ərzində (Dövr 01.02.23 – 28.02.23) DİNGLİ JCPT0808HA qaldırıcı, 1 ay ərzində (Dövr 01.02.23 – 28.02.23) DİNGLİ 1212HD qaldırıcı, 23 gün ərzində (Dövr 01.02.23 – 28.02.23) Genie GR15 qaldırıcı, 23 gün ərzində (Dövr 01.02.23 – 28.02.23) GENİE 1932 qaldırıcı, 23 gün ərzində (Dövr 01.02.23 – 28.02.23) JLG qaldırıcı qurğuları icarəyə verilmiş, 18% ƏDV daxil olmaqla cəmi 18771,79 manat məbləğində işlər (xidmətlər) vaxtında və keyfiyyətli yerinə yetirilmişdir. xx.xx.2023-cü il tarixli, İşi tamamlama 007 nömrəli Aktdan müəyyən olunur ki, “icarəyə verən” adlanacaq İddiaçı MMC tərəfindən “İcarəçi” adlanacaq Cavabdeh MMC-yə 1 ay ərzində (Dövr 01.03.23 – 31.03.23) JLG2032ES qaldırıcı qurğusu, 1 ay ərzində (Dövr 01.03.23 – 31.03.23) JLG2632ES qaldırıcı, 1 ay ərzində (Dövr 01.03.23 – 31.03.23) DİNGLİ JCPT0808HA qaldırıcı, 1 ay ərzində (Dövr 01.03.23 – 31.03.23) DİNGLİ 1212HD qaldırıcı qurğuları icarəyə verilmiş, 18% ƏDV daxil olmaqla cəmi 8614 manat məbləğində işlər (xidmətlər) vaxtında və keyfiyyətli yerinə yetirilmişdir. xx.xx.2023-cü il tarixli, İşi tamamlama 007 nömrəli Aktdan müəyyən olunur ki, “icarəyə verən” adlanacaq İddiaçı MMC tərəfindən “İcarəçi” adlanacaq Cavabdeh MMC-yə 3 ay ərzində (Dövr 01.04.23 -xx.xx.2023) JLG2032ES qaldırıcı qurğusu icarəyə verilmiş, 18% ƏDV daxil olmaqla cəmi 6195 manat məbləğində işlər (xidmətlər) vaxtında və keyfiyyətli yerinə yetirilmişdir. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən arayışın tərtib olunduğu cari tarixə olan maliyyə məlumatları və qarşılıqlı imzalanmış Aktlara əsasən Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, R/H-09.22 nömrəli Xidmət müqaviləsi üzrə təqdim olunmuş qaimələr əsasında xx.xx.2023-cü il tarixli EBCN seriyalı 843746 No-li, xx.xx.2023-cü il tarixli EBDD seriyalı 363550 №-li, xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 250277 №-li Cavabdeh MMC-nin 15448 (on beş min dörd yüz qırx səkkiz manat) AZN əsas, 0 (sıfır manat) AZN ƏDV olmaqla, cəmi 15448 (on beş min dörd yüz qırx səkkiz manat) AZN borcu yaranmışdır. EBCN seriyalı, 843746 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 8614 manat məbləğində xidmət göstərilmişdir. EBDD seriyalı, 363550 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 8614 manat məbləğində xidmət göstərilmişdir. EBDJ seriyalı, 250277 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 6195 manat məbləğində xidmət göstərilmişdir. “X4” MMC-nin Paşa Bank ASC-də olan hesabdan çıxarışından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 17348 manat, xx.xx.2023-cü il tarixdə 2652 manat, xx.xx.2023-cü il tarixdə 15907,95 manat, xx.xx.2023-cü il tarixdə 1750 manat , xx.xx.2023-cü il tarixdə 18250 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli İddiaçı MMC Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubuna əsasən, xx.xx.2023-cü il tarixli EBCN843746 saylı, xx.xx.2023-cü il tarixli EBDD363550 və xx.xx.2023-cü il tarixli EBDJ250277 saylı qaimələrə əsasən əsas məbləğ 15448 manat məbləğində borcunuzun 5 (beş) iş günü müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə yaranan mübahisənin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli, **********10 nömrəli qəbzdən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 139 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, R/H-09.22 saylı müqavilənin adı xidmət müqaviləsi olmasına baxmayaraq tərəflər arasında faktiki olaraq icarə münasibətləri olmuşdur. İddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə əsasən işin tamamlama aktları ilə ona məxsus texnikaları icarəyə vermiş, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə haqqı məbləğlərini tam ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, e-qaimə, işi tamamlama aktı) öz təsdiqini tapır, cavabdeh iddiaya heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icarə haqqını tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Beləliklə məhkəmə, qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, yəni 15448 manat icarə haqqını ödəmədiyini, belə olan halda isə iddiaçının icarə haqqını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edirəm ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 15448 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən vurulmuş maddi ziyan kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin 2 illik gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 643,7 manat məbləğin də tutulmasını tələb etmişdir. Məhkəmə cavabdehin borclu olduğu müəyyən edilən müqavilə üzrə ödənilməsinin gecikdirildiyi müddəti, yəni sonuncu xx.xx.2023-cü il tarixli qaimədən 30 gün sonradan indiyədək keçən 1 il 10 aydan artıq müddəti, həmin müddət üçün illik 5% pul vəsaitinin daha artıq etdiyini(15448x5%=772; 772:12ay=64,37; 64,37x22ay=1416,14), lakin MPM-in 218.3-cü maddəsinə əsasən tələbdən kənara çıxa bilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və illik 5% ilə hesablanmış 643,7 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 139 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə vəkil üçün tələb edilən 150 manat xidmət haqqının hazırkı işin hallarına uyğun olaraq ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 150 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, R/H- 09.22 saylı xidmət müqaviləsi üzrə 15448 manat əsas borc, hesablanmış illik beş faiz kimi 643,7 manat pul vəsaiti, ödənilmiş 149 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 150 manatın əvəzi, ümumilikdə 16309 (on altı min üç yüz doqquz) manat 70 (yetmiş) qəpik məbləğində borc tutularaq iddiaçı "X3" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3233/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3233/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver