Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3235/2024 19.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 725.951 manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 1016 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası 19 avqust 2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən məhkəməyə barışıq sazişi və ərizə təqdim edilmişdir. Həmin ərizədə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Cavabdehin direktoru Qanuni nümayəndə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış barışıq sazişinin iştirakları olmadan təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan, təqdim olunmuş ərizələr əsasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması”tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 (Bundan sonra iddiaçı adlandırılacaq) bir tərəfdən, cavabdeh "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə şəxsində (bundan sonra cavabdeh adlandırılacaq) digər tərəfdən tərəflər arasında yaranmış mübahisəni barışıq yolu ilə həll etmək məqsədi ilə aşağıdakılar barədə razılığa gəldilər: Nəzərə alsaq ki, iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı tərəflər arasında imzalanmış 27 aprel 2022-ci il tarixli, BKC/2022/40 saylı agent müqaviləsinə əsasən ödəmə kartlarının yayımına görə yaranmış 725.951 manat (yeddi yüz iyirmi beş min doqquz yüz əlli bir) xidmət haqqının və ödənilmiş 1016 manat (min on altı) dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir; Nəzərə alsaq ki, yuxarıda göstərilən müqavilə üzrə komission haqlarına görə "xxxx" MMC-nin "xxxx" MMC-yə 499.576.31 manat (dörd yüz doxsan doqquz min beş yüz yetmiş altı manat 31 qəpik) borcu vardır; Tərəflər arasında yaranmış mübahisəni qarşılıq razılıq yolu ilə həll etmək üçün aşağıdakılar barədə razılığa gəldilər:
1. Cavabdeh "xxxx" MMC təsdiq edir ki, 27 aprel 2022-ci il tarixli, BKC/2022/40 saylı agent müqaviləsinə əsasən ödəmə kartlarının yayımına görə iddiaçı "xxxx" MMC-yə 725.951 manat (yeddi yüz iyirmi beş min doqquz yüz əlli bir) borcu vardır;
2. İddiaçı "xxxx" MMC təsdiq edir ki, 27 aprel 2022-ci il tarixli, BKC/2022/40 saylı agent müqaviləsinə əsasən komission haqqlarına görə cavabdeh "xxxx" MMC-yə 499.576.31 manat (dörd yüz doxsan doqquz min beş yüz yetmiş altı manat 31 qəpik) borcu vardır;
3. Tərəflər təsdiq edirlər ki, "xxxx" MMC-nin iddiaçı "xxxx" MMC-yə yekun borcu 226.374,69 manat (iki yüz iyirmi altı min üç yüz yetmiş dörd manat 69 qəpik) təşkil edir;
4. Tərəflər razılaşırlar ki, Şahin Telekom" MMC-nin iddiaçı "xxxx" MMC-yə olan 226.374,69 (iki yüz iyirmi altı min üç yüz yetmiş dörd manat 69 qəpik) borc məbləğini hazırki müqavilə imzalandığı tarixdən aylıq 18.864,56 (on səkkiz min səkkiz yüz altmış dörd manat 56 qəpik) olmaqla,12 (on iki) ay müddətinə ödəyir.
5. Hazırki müqavilənin imzalanması ilə əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi istisna edilir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
6. Bu müqavilə tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib edilir. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçıda, digəri cavabdehdə, üçüncü nüsxəsi isə Bakı Kommersiya Məhkəməsində saxlanılır.
7. Bu müqavilə məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günay Namazova