Məhkəmə qərarları › İş №e-2-2(113)-325/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-325/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-325/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X9 Rövşən qızının sədrliyi ilə, X1 ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” yələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə X3 təhvil verilmiş bir ədəd 2022ci il istehsalı olan, boz rəngli, JMZKEEEWLA90285913 şassi nömrəli, PY22004888 mühərrik nömrəli, işlənməmiş, yeni, Mazda CX-5 markalı avtomobilin dəyəri olan 68900 manat (ƏDV daxil), hüquqi yardım üçün vəkilə ödənilmiş 400 manat və məhkəmə rüsumu olaraq ödənilmiş 300 manat dövlət rüsumu olmaqla, ümumilikdə 69600 manat məbləğində pul vəsaitinin cavabdeh X2 İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs X4 arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli “Xidmət Müqaviləsi”nə əsasən, cavabdeh VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs X4, İddiaçı MMC-yə Sosial Media Marketing-yəni media plan, təbliğat və reklam xidmətlərinin göstərilməsi, bununla əlaqədar reklamların, təbliğatın aidiyyəti platformalarda yayınlanması ilə bağlı işlərin görülməsini öhdəsinə götürmüşdür. Göstəriləcək xidmətlərin əvəzi kimi isə İddiaçı MMC X3 bir ədəd Mazda CX-5 markalı avtomobili xidmət haqqı olaraq verməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC qeyd edilən müqavilə üzrə, dəyəri 68900 manat (ƏDV daxil) olan, bir ədəd 2022-ci il istehsalı olan, boz rəngli, JMZKEEEWLA90285913 şassi nömrəli, PY22004888 mühərrik nömrəli, işlənməmiş, yeni, Mazda CX-5 markalı avtomobili VÖEəNsasında fəaliyyət göstərən fiziki şəxs X3 xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə təhvil versə də (müqavilə üzrə razılaşdırılmış xidmətləri almadan əvvəl), VÖENəsasında fəaliyyət göstərən fiziki şəxs X4 xx.xx.2022-ci il tarixli Xidmət Müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, müqavilə üzrə xidmətləri təhvil verməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə bildirişlər göndərilsə də cavabdeh Müqavilə öhdəliklərini icra etməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Xidmət Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Sifarişçi SMM S( osial Media Marketing) media plan, təbliğat və reklam xidmətlərinin göstərilməsi, bununla əlaqədar reklamların, təbliğatın aidiyyəti platformalarda yayınlanması ilə bağlı İcraçıya sifariş verir və İcraçı həmin sifarişi yerinə yetirir. Həmin Müqavilənin 2.1.3-cü bəndinə əsasən, X7 predmetinə aid xidmətlərin göstərilməsi ilə bağlı işin keyfiyyətli icrasını tələb edir və Müqavilə şərtlərinə uyğun tamamlanmış işi qəbul edir. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən, İcraçı verilmiş sifarişin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən, Görülmüş işləri müvafiq sənədlərlə (aktlarla) rəsmiləşdirməklə təhvil verir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Bu Müqavilənin predmetinə aid xidmətlərin göstərilməsi ilə bağlı göstəriləcək xidmətlərin haqqı naturada ödəmə qaydasında təmin edilir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, Bu Müqavilənin predmetinə aid xidmətlərin göstərilməsi ilə bağlı göstəriləcək xidmətlərin əvəzinin ödənişi bir dəfə olmaqla əvvəldən ödənilir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, Bu Müqavilənin predmetinə aid xidmətlərin göstərilməsi ilə bağlı xidmətlərin təhvil verilməsi və xidmət haqqının ödənilməsi müvafiq təhvil-təslim sənədi ilə rəsmiləşəcəkdir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, Bu Müqavilənin predmetinə aid xidmətlərin icrasına dair işlər, İcraçı tərəfindən Sifarişçiyə təhvil aktı üzrə təqdim ediləcəkdir (xidmət üzrə görülmüş işlərin Müqavilə şərtləri üzrə razılaşdırılmış qaydada icra edilməsi və təhvil verilməsi müvafiq akt əsasında rəsmiləşəcəkdir). Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq, mülki-hüquq xarakterli müqavilə bağlanmış və bağlanmış müqavilə üzrə öhdəliklər və vəzifələr müəyyənləşdirilmişdir. İddiaçı MMC cavabdehlə bağladığı 01 dekabr 2022-ci iltarixli “Xidmət Müqaviləsi”nə əsasən öhdəlik və vəzifələrini tam olaraq yerinə yetirsə də, cavabdeh X4 müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə öhdəliklərindən yayınmışdır. Hesab edirik ki, cavabdeh X4 İddiaçı MMC qarşısında olan müqavilə öhdəliklərindən yayındığına və müqavilə üzrə xidmətləri təhvil vermədiyinə görə, 01 dekabr 2022-ci il tarixli “Xidmət Müqaviləsi”nin şərtlərinə əsasən İddiaçı MMC tərəfindən, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə ona təhvil verilmiş bir ədəd 2022-ci il istehsalı olan, boz rəngli, JMZKEEEWLA90285913 şassi nömrəli, PY22004888 mühərrik nömrəli, işlənməmiş, yeni, Mazda CX-5 markalı avtomobilin ƏDV daxil dəyəri olan 68.900 (altmış səkkiz min doqquz yüz) manat pul vəsaitini İddiaçı MMCnə ödəməlidir. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək tərəflər arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli “Xidmət Müqaviləsi”nə əsasən, İddiaçı MMC tərəfindən VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs X3 xx.xx.2022-ci il tarixli EBCM 152426 saylı elektron qaimə ilə təqdim edilmiş 68900 manat dəyərində Mazda markalı, CX5 2,5L HİGH Black Edition modelli JMZKEEWLA90285913 şassi nömrəli avtomobilə dair, müvafiq elektron təhvil alma (qəbul etmə) sənədinin cavabdeh tərəfindən iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş xx.xx.2022-ci il tarixli EBCM 152426 saylı elektron qaimə üzrə, həmin qaimədə qeyd edilən məbləğ həcmində xidmət göstəriləməsini təsdiq edən müvafiq elektron qaimənin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1-ci maddəsi ilə nəzərdə tutlmuş qaydada, onlayn kargüzarlıq vasitəsi ilə cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Bundan əlavə bildirdi ki,cavabdeh tərəfindən iddiaçıya elektron qiamənin təqdim edilməməsi gələcəkdə iddiaçının vergi öhdəliklərinin yaranmasına səbəb ola bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 hazırki tələbə mülki məhkəmə icraatında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xx.xx.2022-ci il tarixli EBCM 152426 saylı elektron qaimə üzrə, həmin qaimədə qeyd edilən məbləğ həcmində xidmət göstəriləməsini təsdiq edən elektron-qaimənin təqdim edilməsi hissəsində iddia tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə elektron qaimənin göndərilməməsi özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun göndərilməməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə elektron qaimənin təqdim olunmamasının mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar