Məhkəmə qərarları › İş №e-2-2(113)-3283/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3283/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3283/2023 18.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2016-cı il tarixli, TXM- 00046C/16 saylı Texniki xidmətlərin göstərilməsi barədə müqaviləyə əsasən 19771,49 manat məbləğində əsas borc və 200 manat mediasiya xərci olmaqla, cəmi 19971,49 manat pulun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 07 avqust 2023-cü il tarixli barışıq sazişi təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş barışıq sazişindən görünür ki:

1. İddiaçı cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır və iddianın Bakı Kommersiya Məhkəməsi tərəfindən e-2-2(113)-3283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə icraatı mümkün hesab edilmiş və məhkəmə hazırlıq iclası təyin edilmişdir. Cavabdeh iddiaçıya olan öhdəliyinin aşağıdakı şərtlərə uyğun icra edilməsinə dair müraciət edərək, barışıq sazişi imzalamağı təklif etmişdir.

2. Cavabdeh iddiaçı ilə arasında bağlanmış 07 noyabr 2016-ci il tarixli, TXM- 00046C/16 saylı Texniki xidmətlərin göstərilməsi barədə müqavilə üzrə yaranmış 19771,49 manat (on doqquz min yeddi yüz yetmiş bir manat qırx doqquz qəpik) məbləğində əsas borcu, 200 (iki yüz) manat mediasiya xərcini borc kimi qəbul edir.

3. Cavabdeh borcun ödənilməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz üzərinə götürür:

N Son ödəniş tarixi Ödənilməli məbləğ Qalıq borc 2 1 01.08. 2023 2 000,00 17 971,49 2 01.09. 2023 2 000,00 15 971,49 3 xx.xx.2023 2 000,00 13 971,49 4 xx.xx.2023 2 000,00 11 971,49 5 xx.xx.2023 2 000,00 9 971,49 6 xx.xx.2024 2 000,00 7 971,49 7 xx.xx.2024 2 000,00 5 971,49 8 xx.xx.2024 2 000,00 3 971,49 9 xx.xx.2024 2 000,00 1 971,49 1 xx.xx.2024 1971,49 0 0

4. Cavabdeh qalıq borc məbləğinin bu barışıq sazişində nəzərdə tutulmuş qaydada geri qaytarılmasını öz öhdəsinə götürür.

5. Cavabdeh tərəfindən hazırkı barışıq sazişi üzrə öhdəliyin icrası müddətində hər hansısa bir gecikmə etdiyi təqdirdə və ya 01 may 2024-cü il tarixinə qədər tam icra olunmadığı təqdirdə iddiaçının bu barışıq sazişinin 2-ci bəndində göstərilmiş məbləği, həmçinin bu barışıq sazişi üzrə edilən ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini cavabdehdən tələb etmək, o cümlədən bildiriş vermədən dərhal hazırkı barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır.

6. Cavabdeh bu barışıq sazişini imzalamaqla Bakı Kommersiya Məhkəməsində barışıq sazişini təsdiq edir.

7. Barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir, imzalanır və tərəflərin hər birində bir nüsxəsi saxlanması üçün təqdim edilir.

8. Tərəflər barışıq sazişini oxuduğunu, barışıq sazişinin şərtlərinin onlara izah olunduğunu və başa düşüldüyünü və bu şərtlərlə razı olduğunu bildirirlər.

9. Bu barışıq sazişinin cavabdehin iddiaçı qarşısında öz öhdəliyini icra etməsinə dair bəndləri hər iki tərəf tərəfindən imzalandığı tarixdən, sazişin qalan şərtləri isə məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. Hazırkı saziş tərəflər bu saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Tərəflər aşağıdakılar barədə razılaşırlar:

1. İddiaçı cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır və iddianın Bakı Kommersiya Məhkəməsi tərəfindən e-2-2(113)-3283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə icraatı mümkün hesab edilmiş və məhkəmə hazırlıq iclası təyin edilmişdir. Cavabdeh iddiaçıya olan öhdəliyinin aşağıdakı şərtlərə uyğun icra edilməsinə dair müraciət edərək, barışıq sazişi imzalamağı təklif etmişdir.

2. Cavabdeh iddiaçı ilə arasında bağlanmış 07 noyabr 2016-ci il tarixli, TXM- 00046C/16 saylı Texniki xidmətlərin göstərilməsi barədə müqavilə üzrə yaranmış 19771,49 manat (on doqquz min yeddi yüz yetmiş bir manat qırx doqquz qəpik) məbləğində əsas borcu, 200 (iki yüz) manat mediasiya xərcini borc kimi qəbul edir.

3. Cavabdeh borcun ödənilməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz üzərinə götürür:

N Son ödəniş tarixi Ödənilməli məbləğ Qalıq borc 2 1 01.08. 2023 2 000,00 17 971,49 2 01.09. 2023 2 000,00 15 971,49 3 xx.xx.2023 2 000,00 13 971,49 4 xx.xx.2023 2 000,00 11 971,49 5 xx.xx.2023 2 000,00 9 971,49 6 xx.xx.2024 2 000,00 7 971,49 7 xx.xx.2024 2 000,00 5 971,49 8 xx.xx.2024 2 000,00 3 971,49 9 xx.xx.2024 2 000,00 1 971,49 1 xx.xx.2024 1971,49 0 0

4. Cavabdeh qalıq borc məbləğinin bu barışıq sazişində nəzərdə tutulmuş qaydada geri qaytarılmasını öz öhdəsinə götürür.

5. Cavabdeh tərəfindən hazırkı barışıq sazişi üzrə öhdəliyin icrası müddətində hər hansısa bir gecikmə etdiyi təqdirdə və ya 01 may 2024-cü il tarixinə qədər tam icra olunmadığı təqdirdə iddiaçının bu barışıq sazişinin 2-ci bəndində göstərilmiş məbləği, həmçinin bu barışıq sazişi üzrə edilən ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini cavabdehdən tələb etmək, o cümlədən bildiriş vermədən dərhal hazırkı barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır.

6. Cavabdeh bu barışıq sazişini imzalamaqla Bakı Kommersiya Məhkəməsində barışıq sazişini təsdiq edir.

7. Barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir, imzalanır və tərəflərin hər birində bir nüsxəsi saxlanması üçün təqdim edilir.

8. Tərəflər barışıq sazişini oxuduğunu, barışıq sazişinin şərtlərinin onlara izah olunduğunu və başa düşüldüyünü və bu şərtlərlə razı olduğunu bildirirlər.

9. Bu barışıq sazişinin cavabdehin iddiaçı qarşısında öz öhdəliyini icra etməsinə dair bəndləri hər iki tərəf tərəfindən imzalandığı tarixdən, sazişin qalan şərtləri isə məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. Hazırkı saziş tərəflər bu saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar