Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-329/2024 01.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı “X3 Kredit Təşkilatı” MMC-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “X3 Kredit Təşkilatı” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Respublika Xammal Və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumilikdə 1850,53 manat məbləğində vəsaitin, vəkilin göstərdiyi hüquqi yardıma görə 350 manat xidmət haqqı və ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın yekunları barədə 30/04 saylı xx.xx.2020-ci il tarixli protokoluna əsasən, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3468 saylı bağ evi (torpaq sahəsi 0.12 ha) "xxxx" MMC tərəfindən açıq hərracdan alınmışdır. Respublika Xammal Və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2020-ci il tarixli ödəniş tapşırığlarına əsasən ümumilikdə 1850,53 manat məbləğində vəsait "xxxx" MMC tərəfindən ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 21/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilmişdir: “Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 3468 saylı bağ evinin və evin yerləşdiyi 0.12 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair Sumqayıt şəhər 3 saylı notariat ofisinin notariusu Telman Mustafazadənin verdiyi 01 noyabr 2019-cu il tarixli 8İ-7770 nömrəli icra qeydi və həmin icra qeydi əsasında sifariş verilmiş qiymətləndirmənin nəticələri barədə "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 001/20 saylı ekspert rəyi ləğv edilsin. 01 noyabr 2019-cu il tarixli 8İ- 7770 nömrəli icra qeydi əsasında keçirilmiş hərrac, hərracın yekunları barədə xx.xx.2020ci il tarixli 30/4 saylı protokol və həmin protokol əsasında “X3 Kredit Təşkilatı” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin”. Respublika Xammal Və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 1850,53 manat məbləğində vəsaitin "xxxx" MMC-yə ödənilməsi ilə bağlı müraciət edilmişdir. Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat məbləğində vəsait "xxxx" MMC tərəfindən ödənilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı ərizə yükləyərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 2(060)-21/2023 nömrəli Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, “işdə olan "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 01/1156 nömrəli bildirişindən görünür ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 8İ-7770 saylı xx.xx.2019-cu il tarixli icra vərəqi üzrə ipotaka qoyulan Sumqayıt şəhəri Novxanı bağ massivi, 3468 ünvanında yerləşən bağ evinin satışın həyata keçirilməsi üçün açıq hərracın 06 iyul 2020-ci il tarixdə saat 11:00-dan 17:00-dək ünvan 2 ünvanında təşkili ilə əlaqədar X3 Kredit Təşkilatı MMC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və X1 məlumat göndərilmişdir. İşdə olan Külək MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 01/342 nömrəli bildirişindən görünür ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 8İ-7770 saylı xx.xx.2019-cu il tarixli icra vərəqi üzrə ipoteka qoyulan Sumqayıt şəhəri Novxanı bağ massivi 3468 ünvanında yerləşən bağ evinin satışın həyata keçirilməsi üçün açıq hərracın 01 sentyabr 2020 tarixdə saat 11:00-dan 17:00-dək ünvan 2 ünvanında təşkili ilə əlaqədar X3 Kredit Təşkilatı MMC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Hətəmxanov Nazim oğluna məlumat göndərilmişdir. İş materiallarına əlavə edilmiş 150021, 149722,149457, 152234, 152313, 164096, 125568, 125598, 125179, 125187 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talaonların sürətindən görünür ki, "xxxx" MMC tərəfindən mübahisəli hərracın keçirilməsinə dair iddialıların adına olan bildirişlər ünvan 5 ünvanına göndərilmişdir”. Sumqayit Şəhər Məhkəməsinin xx.xx.2022-ci tl tarixli sorğusu əsasında cavabdeh Sumqayit Şahari 3 sayli notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş 01 noyabr 2019-cu il tarixli 81-7770 nomrali icra qeydinə dair notariat işinə əlavə edilmiş İddiaçı MMC tərəfindən iddiaçilara unvanlanmiş bildirişdan görünür ki, həmin bildirişdə ipoteka predmeti, icra olunmalı öhdəlik barəda məlumatlar qeyd edilsə də, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmamın yönəldilməsi barəda xəbərdarlıq əks olunmamışdır. Əksinə iddiaçilara “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən öhdəliklərinin icrası üçün məhkəməyə muraciət ediləcəyi va ipoteka qoyana məxsus əmlaka tutmanın yönləndirilməsi prosesinə başlanılacagı xəbərdarlıq edilmişdir. Lakin İddiaçı MMC iddiaçılara öhdəliklərin icrası üçün məhkəməyə muraciət edəcəklərini bildirsə də, məhkəməyə muraciat etməmiş, ipoteka predmetina tutma yönəldilməsi barəda notariusun icra qeydi qeydə alinmişdir. İcra qeydini qeydə alan notarius isə borclulara tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə lazımi qaydada tərtib olunmuş bildiriş təqdim olunmamasına əhəmiyyət verməmişdir. Həmçinin həmin qətnamənin nəticə hissəsindən görünür ki, “iddia tələbi qismən təmin edilmiş, Sumqayıt şəhəri Novxanı qəsəbəsi 3468 saylı bağ evinin və evin yerləşdiyi 0.12 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair Sumqayıt şəhər 3 saylı notariat ofisinin notariusu Telman Mustafazadənin verdiyi 01 noyabr 2019-cu il tarixli 8İ-7770 nömrəli icra qeydi və həmin icra qeydi əsasında sifariş verilmiş qiymətləndirmənin nəticələri barədə Sərraf-N MMC-nin xx.xx.2020-ci il tarixli 001/20 saylı ekspert rəyi ləğv edilmiş, 01 noyabr 2019-cu il tarixli 8i-7770 nömrəli icra qeydi əsasında keçirilmiş hərrac, hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 30/4 saylı protokol və həmin protokol əsasında X3 Kredit Təşkilatı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilmişdir”. xx.xx.2020-ci il tarixli 262 nömrəli ödəniş tapşırığından görünür ki, “X3 Kredit Təşkilatı” MMC tərəfindən Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin hesabına 1568.25 manat ödənilmişdir. xx.xx.2020-ci il tarixli 263 nömrəli ödəniş tapşırığından görünür ki, “X3 Kredit Təşkilatı” MMC tərəfindən Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin hesabına 282.28 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığından görünür ki, “X3 Kredit Təşkilatı” MMC tərəfindən 9 saylı mediasiya təşkilatına 70 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli BD3 nömrəli ödəniş tapşırığından görünür ki, “X3 Kredit Təşkilatı” MMC tərəfindən Yusif Allahverdiyev və parth. vb-yə 350 manat ödənilmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 416.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərrac keçirilmiş, bununla bağlı tərtib edilmiş 30/04 saylı xx.xx.2020-ci il tarixli protokola əsasən, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3468 saylı bağ evi (torpaq sahəsi 0.12 ha) “X3 Kredit Təşkilatı” MMC tərəfindən alınmış və sonuncu tərəfindən hərracı keçirən Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2020-ci il tarixdə xidmət haqqı kimi 1850,53 manat məbləğində vəsait ödənilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-21/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 001/20 saylı ekspert rəyi ləğv edilməklə yanaşı, hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 30/4 saylı protokol və həmin protokol əsasında “X3 Kredit Təşkilatı” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək nəticəsi etibarsız hesab edilmiş hərracın keçirilməsi üçün Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xidmət haqqı kimi ödənilmiş 1850,53 manat məbləğində vəsaitin geri qaytarılmasını xahiş etrmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia təmin edilə bilməz, belə ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hərracın keçirilməsi ilə bağlı sifariş verilmiş və hərrac keçirilməklə müvafiq protokol tərtib edilmiş, lakin sonradan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-21/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə protokol etibarsız hesab edilsə də, bunun səbəbi, qətnamədə qeyd edilən kimi məhz “X3 Kredit Təşkilatı” MMC-nin ipoteka qoyanlara bildirişin göndərilməsi ilə bağlı “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə riayət etməməsi olmuşdur. Həmçinin məhkəmə aktında hərracın keçirilməsi ilə bağlı hər hansı nöqsanların olması ilə bağlı heçnə qeyd edilməmiş, “X3 Kredit Təşkilatı” MMC isə hərracın pozuntularla keçirilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməməklə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-21/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini mübahisələndirməmişdir. Göründüyü kimi Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə düşən öhdəliklərini tam həcmdə yerinə yetirərək sifariş əsasında heç bir pozuntuya yol verməyərək hərracı keçirmiş və müvafiq prokolu tərtib edərək 1850,53 manat məbləğində xidmət haqqı almış, yəni xx.xx.2020-ci il tarixli 30/4 saylı protokolun etibarsız hesab edilməsində heç bir təqsiri olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “X3 Kredit Təşkilatı” MMC-nin 1850,53 manat məbləğində vəsaitin, hüquqi yardıma görə ödənilmiş 350 manat xidmət haqqının və mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində vəsaitin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-dən tutulması tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı “X3 Kredit Təşkilatı” MMC-nin 1850,53 manat məbləğində vəsaitin, hüquqi yardıma görə ödənilmiş 350 manat xidmət haqqının və mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində vəsaitin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-dən tutulması tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-329/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-329/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver