Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3301/2024 23.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (ləğv prosesindədir) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvetmə komissiyasının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müstəqil enerji istehsalçısı İddiaçı MMC, elektrik enerjisini alan "xxxx" MMC və dispetçer idarəetməsi və sistem xidmətləri göstərən "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısı və sistem xidmətlərinin göstərilməsi haqqında 2014-cü il 21 fevral tarixli AEM-02/2014 nömrəli müqavilə üzrə yaranmış 250134 manat məbləğində borc və 540 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, müstəqil enerji istehsalçısı İddiaçı MMC, elektrik enerjisini alan "xxxx" MMC və dispetçer idarəetməsi və sistem xidmətləri göstərən "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısı və sistem xidmətlərinin göstərilməsi haqqında 2014-cü il 21 fevral tarixli, AEM-02/2014 nömrəli müqavilə imzalanmışdır. Qeyd olunan fəaliyyət çərçivəsində və sözügedən müqavilə şərtlərinə əsasən 2015-ci il ərzində İddiaçı MMC tərəfindən 256358 manat dəyərində ******* kvt.saat elektrik enerjisi istehsal olunaraq "xxxx" MMC-yə ötürülmüşdür. Qeyd olunan məbləğin 6223 manatı ödənilmiş, qalan 250134 manatı bu günədək ödənilməmiş və debitor borcu olaraq qalır. Həmçinin qeyd olunan 250134 manat borc barədə məlumatlar adıçəkilən müqaviləyə əsasən İddiaçı MMC, "xxxx" MMC, "xxxx" ASC tərəfindən 2015-ci ilin fevral, mart, aprel aylarının təsdiq edilmiş aktlarında da öz əksini tapmışdır. Müqavilənin 3-cü hissəsinin 2-ci abzasına əsasən alıcı ("xxxx" MMC) alış nöqtələrində quraşdırılmış elektrik sayğaclarının göstəricilərini rəhbər tutaraq üçtərəfli tərtib olunmuş akt əsasında alınmış elektrik enerjisinin haqqını satıcıya (İddiaçı MMC) ödəməyi öhdəsinə götürmüşdür. Lakin bu günədək cavabdeh müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri yerinə yetirməyərək ona satılmış elektrik enerjisinin dəyərini ödəməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamının 3.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazisində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqlar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansına verilmişdir. Sərəncamdan göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" MMC kreditor və debitor borcları ilə birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansına verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansına verildiyini nəzərə alaraq, "xxxx" MMC-nin İddiaçı MMC-ə olan 250134 manat debitor borcunun ödənilməsi ilə bağlı cavabdehə yazılı müraciətlər edilsə də, heç bir nəticə əldə edilməmiş, müqavilə öhdəliyi üzrə yaranmış borcun ödənilməsi təmin edilməmişdir. Yaranmış mübahisə məhkəmə qaydasında həll edilməli, müqavilə üzrə yaranmış 250134 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı MMC-nin ləğvetmə komissiyasına ödənilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 425, 448.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiyini və iddia müddətinin ötürüldüyünü bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC, alıcı qismində "xxxx" MMC və sistem operatoru qismində "xxxx" ASC arasında müstəqil enerji istehsalçısı "xxxx" MMC, elektrik enerjisini alan "xxxx" MMC va dispetçer idarəetməsi və sistem xidmətləri göstərən "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısı və sistem xidmətlərinin göstərilməsi haqqında xx.xx.2014-cü il tarixli, AEM 03/2014 müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən tərəflər elektroenergetika sahəsində qəbul olunmuş Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, Respublika ərazisində elektrik enerjisinin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif Şurasının qərarları və Azərbaycan Respublikasının digər qanunvericiliyini rəhbər tuturlar. Müqavilənin 2-ci bəndinə əsasən elektrik enerjisinin alqı-satqısı və dispetçer idarəetməsi ilə əlaqədar tərəflərin qarşılıqlı münasibətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tatrixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları", elektroenergetika sahəsini tənzimləyən müvafiq texnikinormativ sənədlər və bu Müqavilə ilə tənzimlənir. Tərəflər arasında qarşılıqlı münasibətlər və texniki məsələlər bu müqavilənin tərkib hissəsi olan texniki təlimatla tənzimlənir. Müqavilənin 3-cü bəndinə əsasən bu müqaviləyə əsasən satıcı - sistem operatoru ilə razılaşdırılmış və müvafiq qaydada təsdiq olunmuş illik, rüblük, aylıq və sutkalıq elektrik enerjisi istehsalı üzrə sifarişə əsasən istehsal etdiyi elektrik enerjisini alış nöqtələrində alıcıya təhvil verməyi və bu müqavilə ilə müəyyən edilmiş qiymət əsasında göstərilən sistem xidmətlərinin haqqını sistem operatoruna ödəməyi, alıcı- alış nöqtələrində quraşdırılmış elektrik sayğaclarının göstəricilərini rəhbər tutaraq üçtərəfli tərtib olunmuş akt əsasında alınmış elektrik enerjisinin haqqını satıcıya ödəməyi, sistem operatoru dispetçer idarəetməsini həyata keçirməyi və sistem xidmətlərini (tezliyin və gərginlıyın tənzim olunması, ehtiyat gücün saxlanılması) göstərməyi öhdələrinə götürürlər. Müqavilənin 11-ci bəndinə əsasən buraxılmış elektrik enerjisinin dəyəri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə tənzimlənir və hal-hazırda 1 kVt saat üçün ƏDV də daxil olmaqla, 4,5 qəpik təşkil edir. Satıcı iki tərəfli təsdiq olunmuş sərfiyyat aktına əsasən ötürülmüş elektrik enerjisinin dəyərinin ödənilməsi üçün növbəti ayın 5 (beş) bank günü ərzində müvafiq ödəmə sənədlərini alıcıya təqdim edir. Alıcı isə öz növbəsində müvafiq ödəmə sənədləri təqdim olunduğu tarixdən etibarən 20 (iyirmi) bank günü ərzində tam ödənişini təmin edir. Müqavilənin 12-ci bəndinə əsasən sistem xidmətləri haqqının bu müqavilə ilə təyin edilmiş qiymətlə ödənilməsi üçün sistem operatoru növbəti ayın 5 (beş) bank günü ərzində ödəmə sənədlərini satıcıya təqdim edir, satıcı isə ödəmə sənədləri təqdim olunduğu tarixdən etibarən 20 (iyirmi) bank günü ərzində sistem xidmətləri haqqının sistem operatoruna tam ödənilməsini təmin edir. Sistem xidmətlərinin ödənişi bu müqavilə ilə müəyyən edilmiş qiymətlə aparılır, satıcı tərəfindən alıcıya hesabat dövründə buraxılmış elektrik enerjisinin həcminə tətbiq edilir və qiyməti buraxılmış elektrik enerjisinin tarifinin 2 (iki) %-i civarında müəyyən edilir (1 kVt.saat üçün ƏDV də daxil olmaqla 0,09 qəpik). Müqavilənin 13-cü bəndinə əsasən satıcının daxili ehtiyacları üçün istifadə etdiyi elektrik enerjisinin (elektrik stansiyasının təmir rejimində və ya digər səbəblərdən işləmədiyi hallarda) dəyərinin alıcıya ödənilməsi tərəflərin tərtib etdikləri üzləşmə aktı əsasında Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə təsdiq edilmiş elektrik enerjisinin pərakəndə satış tarifi ilə (1 kVt saat üçün ƏDV də daxil olmaqla 6,0 qəpik) aparılır. Müqavilənin 13.3-cü bəndinə əsasən tərəflər arasında təsdiq olunmuş sərfiyyat aktına əsasən satıcının daxili tələbatı üçün istifadə etdiyi elektrik enerjisinin dəyərinin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə təyin edilmiş tarifə uyğun ödənilməsi üçün alıcı növbəti ayın 5 (beş) bank günü ərzində müvafiq ödəmə sənədlərini satıcıya təqdim edir, satıcı isə öz növbəsində müvafiq ödəmə sənədləri təqdim olunduğu tarixdən etibarən 20 (iyirmi) bank günü ərzində tam ödənişi təmin edir. Müqavilənin 26-cı bəndinə əsasən bu müqavilə imzalandığı tarixdə qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam şəkildə yerinə yetirmək şərti ilə 31 dekabr 2014-cü il tarixinədək qüvvədədir. Həmin müddətin başa çatmasına ən geci 1 (bir) ay qalmış onun davam etdirilməməsinə dair tərəflərin rəsmi müraciətləri olmazsa, eyni müddətə uzadılmış hesab olunur.
8. xx.xx.2015-ci il tarixli, HJ seriyalı, 067368 nömrəli elektron vergi hesab-fakturası ilə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6223,91 manat (ƏDV daxil) təşkil edir.
9. xx.xx.2015-ci il tarixli, HJ seriyalı, 067336 nömrəli elektron vergi hesab-fakturası ilə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 250134,57 manat (ƏDV daxil) təşkil edir.
10. İddiaçı MMC, "xxxx" ASC və "xxxx" MMC arasında tərtib edilmiş aktiv elektrik enerjisi aktından görünür ki, 2015-ci ilin mart ayına sərfiyyatın ümumi həcmi 438107 kvts olmuşdur.
11. İddiaçı MMC, "xxxx" ASC və "xxxx" MMC arasında tərtib edilmiş aktiv elektrik enerjisi aktından görünür ki, 2013-cü ilin may və 2015-ci ilin fevral ayına sərfiyyatın ümumi həcmi 51204,39 kvts olmuşdur.
12. İddiaçı MMC, "xxxx" ASC və "xxxx" MMC arasında tərtib edilmiş aktiv elektrik enerjisi aktından görünür ki, xx.xx.2015-ci il tarixə sərfiyyatın ümumi həcmi 138309 kvts olmuşdur.
13. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi xx.xx.2016-cı il tarixli məktubla "xxxx" ASC-yə müraciət edərək, yaranmış 250134,57 manat məbləğində borcun qısa müddətdə ödənilməsini xahiş etmişdir.
14. İddiaçı MMC-nin ləğvetmə komissiyası "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli, 3- 15-1-1/2-4/2024 nömrəli məktubla müraciət edərək yaranmış 250134,57 manat məbləğində borcun qısa müddətdə ödənilməsini xahiş etmişdir.
15. "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin ləğvetmə komissiyasına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 13-13/2-1/03-1940/2024 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında xx.xx.2015-ci il tarixli, MS-15/0165 nömrəli elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müddət ərzində "xxxx" ASC İddiaçı MMC-dən 72829561 kVts elektrik enerjisi almışdır ki, alınan elektrik enerjisinin haqqı (2023-cü il dekabr ayı xaric) ödənilmişdir. Göstərilən debitor borc regional paylayıcı şəbəkələrin "Azərişıq” ASC-nin tabeçiliyinə verilməsi ilə bağlı Energetika Nazirliyinin nümayəndələrinin də iştirakı ilə rəsmiləşdirilmiş təhvil-təslim aktında öz əksini tapmadığından və "xxxx" ASC ilə "xxxx" MMC əlaqəli təşkilatlar olmadığından qeyd olunan borc "xxxx" ASC-yə aid deyildir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın: 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8.13-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır.
18. "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 10 fevral tarixli, 1045 nömrəli Sərəncamının 3.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq edilmişdir) 2 nömrəli Əlavənin 2.2-ci bəndinə əsasən Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) - Sumqayıt, Xızı, Qobustan rayon elektrik şəbəkələri və Bağlar elektrik şəbəkəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin strukturuna daxildir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
21. İddia tələbi cavabdeh "xxxx" ASC-dən 2014-cü il 21 fevral tarixli AEM-02/2014 nömrəli müqavilə üzrə yaranmış 250134 manat məbləğində borcun tutulmasından ibarətdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, satıcı qismində İddiaçı MMC, alıcı qismində "xxxx" MMC və sistem operatoru qismində "xxxx" ASC arasında müstəqil enerji istehsalçısı "xxxx" MMC, elektrik enerjisini alan "xxxx" MMC va dispetçer idarəetməsi və sistem xidmətləri göstərən "xxxx" ASC arasında elektrik enerjisinin alqısatqısı və sistem xidmətlərinin göstərilməsi haqqında xx.xx.2014-cü il tarixli, AEM 03/2014 müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 250134 manat məbləğində borc yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 10 fevral tarixli, 1045 nömrəli Sərəncamının 3.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürülmüşdür. iddiaçı tərəfindən tərəflər arasında bağanmış müqavilə, aktiv elektrik enerjisi aktları, müqavilə üzrə alıcı "xxxx" MMC-yə göndərilmiş elektron vergi hesab-fakturaları məhkəməyə təqdim edilmişdir.
22. İddiaçı MMC-nin ləğvetmə komissiyası "xxxx" ASC-yə məktubla müraciət edərək, yaranmış 250134,57 manat məbləğində borcun qısa müddətdə ödənilməsini xahiş etmiş, "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin ləğvetmə komissiyasına ünvanlanmış məktubda göstərilən debitor borcun regional paylayıcı şəbəkələrin "Azərişıq” ASC-nin tabeçiliyinə verilməsi ilə bağlı Energetika Nazirliyinin nümayəndələrinin də iştirakı ilə rəsmiləşdirilmiş təhvil-təslim aktında öz əksini tapmadığı və "xxxx" ASC ilə "xxxx" MMC əlaqəli təşkilatlar olmadığından qeyd olunan borcun "xxxx" ASC-yə aid olmadığı qeyd edilmişdir.
23. Eyni zamanda, cavabdeh "xxxx" ASC hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
24. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan müqavilə xx.xx.2014-cü il tarixdə bağlanmış, müqavilənin qüvvədə olma müddəti xx.xx.2014-cü il tarixədək olmuş, həmçinin elektron vergi hesab-fakturalar 2015-ci ildə göndərilmişdir. Beləliklə, iddiaçı iddia müddətinin axımının başladığı tarixdən 3 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməklə (iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir) müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.
25. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır.
26. İddiaçı həmçinin ödənilmiş 540 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından həmin xərc də cavabdehdən tutulmamalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova