Məhkəmə qərarları › İş №e-2-2(113)-3303/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3303/2021

16.09.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3303/2021 16.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh (borclu) Cavabdeh MMC-yə qarşı borclunun müflis elan edilməsi və inzibatçının təyin edilməsi tələbinə dair kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (borclu) Cavabdeh (VÖEN: **********) müflis elan edilməsi, 62653,22 manat borcun ona ödənilməsi məqsədilə aktivlərin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən - İddiaçı Yadigar oğlu Cavabdeh təsisçisidir (1 pay). Təsisçi olaraq Cəmiyyətin fəaliyyətinin təmin edilməsi üçün Cavabdehnə borc şəklində öz şəxsi vəsaitlərindən 1 milyondan yuxarı investisiya yatırmışdır. Cəmiyyətin şəxsi hesab vərəqəsində “ödəniş” qrafalarında qeyd edilmiş bütün məbləğlər onun tərəfindən Cəmiyyətin kassasına borc şəklində ödənilmişdir. Cəmiyyətin şəxsi hesab vərəqəsindən görünür ki, onun tərəfindən Cəmiyyətin kassasına 62653,22 manat pul köçürülmüşdür. Bunlar: 21.06.2006-cı il tarixdə 275,12 manat, 18.12.2006-cı il tarixdə 187,55 və 720,84 manat, 29.12.2006-cı il tarixdə 6443,55 manat, 07.03.2007-cı il tarixdə 1950 manat, 30.03.2007-cı il tarixdə 434,65 manat, 31.05.2007-cı il tarixdə 642 və 1065,50 manat, 29.05.2007-cı il tarixdə 854 manat, 31.07.2007-ci il tarixdə 10190 manat, 31.08.2007-ci il tarixdə 12765 manat, 28.09.2007-ci il tarixdə 25415 manat, 19.11.2009-cu il tarixdə 30,63 manat, 26.11.2009-cu il tarixdə 250 manat, 06.06.2011-ci il tarixdə 310 manat, 07.06.2011-ci il tarixdə 30 manat, 29.09.2011-ci il tarixdə 100 manat, 24.12.2013cü il tarixdə 989,38 manat. Ödədiyi pul məbləğləri ona ən tez zamanda, lakin 2016-2017-ci il (2017-ci ilin sonu) dövründən gec olmayaraq qaytarılmalı idi. Lakin, həmin borc pullar bu günədək ona qaytarılmamışdır. Belə ki, Cavabdeh maddi sıxıntılar üzündən 2010-ci il tarixdən öz fəaliyyətini dayandırmışdır. Cəmiyyətin ödəmə qabiliyyəti yoxdur. Bu səbəbdən Cəmiyyətin qeyd olunan borcu qaytarması mümkün olmamışdır və hazırda da mümkün deyildir. Buna görə də Cəmiyyətin müflis elan edilməsi və iflas prosesinə başlanılması zəruridir. Cavabdehin ödəmə qabiliyyətinin olmamasının təsdiqi və digər kreditorların mövcudluğuna dair əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2013-cü il 6 fevral tarixli 2(102)-525/13 nömrəli qərarı ilə cavabdehdən X1 xeyrinə 90.000 ABŞ dolları məbləğində pul tutulmuşdur. Həmin qətnamə icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh (borclu) Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdeh (borclu) Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müflisləşmə və iflas haqqında Qanunun 2-ci maddənin 5-ci bəndinə əsasən iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iflas haqqında işin qaldırılması üçün əsas kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim etdiyi ərizəsi olur. Hazırki iş üzrə cəmiyyətinin təsisçisi İddiaçı kreditor qismində çıxış edərək məhkəməyə ərizə ilə müraciət etsə də, cavabdeh (borclu) Cavabdehnə münasibətdə kreditor olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bu isə o, deməkdir ki, kreditor olmayan İddiaçı cavabdeh (borclu) Cavabdeh müflis elan edilməsi ilə bağlı iddia qaldırılmasında subyektiv hüququ yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının subyektiv hüququ olsaydı belə, iddiaçı tələbi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, qeyd olunanları nəzərə alan və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh (borclu) Cavabdehnə qarşı borclunun müflis elan edilməsi və 62653,22 manat borcun iddiaçıya ödənilməsi məqsədilə aktivlərin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh (borclu) Cavabdehnə qarşı borclunun müflis elan edilməsi və 62653,22 manat borcun iddiaçıya ödənilməsi məqsədilə aktivlərin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar