Məhkəmə qərarları › İş №e-2-2(113)-3304/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3304/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3304/2024 28.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı pul, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və s. tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh5 və Cavabdeh1 KE/64130/83/22 saylı, xx.xx.2021 tarixli kredit müqaviləsi üzrə onun xeyrinə 24019.41 manat əsas, 6291.89 manat faiz borcunun, cəmi 30311.3 manat borcun və tərəfimizdən ödənilmiş 181 manat dövlət rüsumunun tutulması; qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - X1 vəfat etdiyi üçün, faktiki olaraq Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evi ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan əmlakda yaşayan şəxslərin əmlakdan çıxarılması və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə tərəflər məhkəmənin hazırlıq iclalarının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmənin hazırlıq iclasına gəlməmişlər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-in 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər məhkəməyə gəlmədiklərindən hazırkı iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.6, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı pul, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və s. tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclaslarında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, MPM-nin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar