Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3312/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı PHŞ) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Kürdəmir rayonu İddiaçı PHŞ-nin **********6 saylı hesabında olan 166634,23 manat (yüz altımış altı min altı yüz otuz dörd manat iyirmi üç qəpik) əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayonu İddiaçın Kürdəmir rayonu, Vaqif küçəsi ünvanında 2 (iki) ədəd 5 (beş) mərtəbəli yataqxana binaları vardır. Həmin binalar elektrik enerjisi ilə təchiz edilmişdir. Hal-hazırda həmin binanın X1 ilə bağlı 166634,23 manat (yüz altımış altı min altı yüz otuz dörd manat iyirmi üç qəpik) borcu vardır. Həmin borcun yaranma səbəbi ondan ibarətdir ki, sözügedən binada vaxtilə məcburi köçkünlər yaşamış və elektrik enerjisinin dəyərini ödəməmişlər. Bununla bağlı Kürdəmir rayonu İddiaçı PHŞ tərəfindən aidiyyəti qurumlara müraciət edilmiş, lakin heç bir nəticə əldə olmamışdır. Müraciət əsasında X9 Təchizatı və Satışı İdarəsi Kürdəmir Elektrik şəbəkəsinin 784 saylı, xx.xx.2024-cü il tarixli məktubundan daha aydın görünür ki, məcburi köçkünlər liseyin yataqxanasında yaşadıqları üçün borc liseyə aid olan **********6 saylı abonent koduna hesablanmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1-ci maddələrinə istinad edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının da qeyd etdiyi kimi, borc "xxxx" ASC-nin fəaliyyətindən əvvəlki dövrdə sərf edilmiş elektrik enerjisinə görə yaranmış borc məbləğidir. Lakin borcun əvvəlki dövrdə yaranmış olması o demək deyil ki, məbləğ silinməlidir. Belə ki, borc cərimə deyil, baxış aktı əsasında hesablanmış məbləğ deyil. İddia tələbində silinməsi qeyd edilən 168919 manat məbləğində borc elektrik enejisindən istifadə nəticəsində yaranmışdır.
5. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdeh "xxxx" ASC “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müracəitə edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2025-ci tarixli 101009 saylı enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat arasında elektrik enerjisinin alqısatqısına dair birtipli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını elektrik enejisi ilə təmin etməyi, istehlakçı isə aldığı elektrik enerjisinin dəyərini sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 50.000 kVts və dəyəri 6.250 manatdır.
8. 06 yanvar 2023-cü il tarixli R 050912 nömrəli aktdan məlum olur ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, peşə məktəbinə məxsus TM-də quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman məlum oldu ki, sayğac tamamilə yanıb sıradan çıxmışdır. Abonentin nümayəndəsi kimi “B.İslamov” qeyd edilmiş, lakin imzalanmamışdır.
9. 03 iyun 2024-cü il tarixli NİQ 000965 nömrəli aktdan məlum olur ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, EEİQ-nin tələblərinə uyğun olaraq sayğaclara baxış zamanı məlum oldu ki, elektrik sayğacı tam yanaraq yararsız hala düşmüşdür. İşlədici dövrəyə birbaşa qoşulmuşdur. Xətdən axan yük tərəflərindən ölçüldü. Akt tərtib edilən zaman abonentin nümayəndəsi iştirak etmədi.
10. "xxxx" ASC tərəfindən tərtib edilmiş abunə haqqında məlumatdan görünür ki, iddiaçının xx.xx.2025-ci il tarixə sayğac göstəricisi üzrə borcu 166832,55 manat təşkil edir.
11. AR Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 Peşə Liseyi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 140 nömrəli məktubda qeyd edilmişdir ki, X5 məxsus 2 ədəd 5 mərtəbəli yataqxana binalarında 30 il məcburi köçkünlər yaşamışdır. Məcburi köçkünlərin 30 il ərzində istifadə etdiyi elektrik enerjisi 168919 manat borc kimi liseyin hesabına yazılmışdır. X7 mütəmadi olaraq liseyə məxsus sayğac göstəricilərinə əsasən hər ay istifadə etdiyi enerjinin pulunu rəsmi olaraq "xxxx" ASC-nin hesabına köçürür. Məcburi köçkünlərin 30 il ərzində istifadə etdiyi enerjinin pulunu liseyin enerji borcu siyahısından silinməsi Sizdən xahiş edilir.
12. "xxxx" ASC-nin X9 Təchizatı və Satış İdarəsi Kürdəmir Elektrik Şəbəkəsi tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 680 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə elektirik enerjisinə görə yaranmış borcu 168919 manatdır. 168919 manat elektirik enerjisi borcunun 166634,23 manatı 1991-ci ildən 2020-ci ilə qədər liseyin yataqxana binalarında yaşamış məcburi köçkünlərin sayğacsız istifadə etdiyi elektrik enerjisinin borcudur. Məcburi köçkünlər liseyin yataqxana binalarında yaşadıqları üçün həmin borc liseyə aid **********6 saylı abonent koduna hesablanmışdır.
13. "xxxx" ASC-nin X9 Təchizatı və Satış İdarəsi tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 01-01/541 məktubda (xx.xx.2024-cü il tarixli 237 saylı məktuba cavab) qeyd edilmişdir ki, Sizin xx.xx.2024-cü il tarixli 237 saylı məktubunuz Aran RETSİdə qeydiyyata alınaraq araşdırılmışdır. Araşdırmanın və Kürdəmir EŞ-nin xx.xx.2024-cü il tarixli 784 saylı qeyri-əhali məlumatına əsasən bildirilir ki, X5 məxsus **********6 saylı qeyri əhali abonent kodu altında **********01002 və **********03127 saylı uçot nöqtələri mövcuddur. **********03127 saylı uçot nöqtəsi üzrə 78692,93 manat, **********01002 saylı uçot nöqtə üzrə isə 89661,19 manat debitor borc vardır. **********01002 saylı uçot nöqtəsi üzrə yaramış 89661,19 manat borcun 1060,95 manatı xx.xx.2023-cü il tarixdə tərtib olunmuş 050912 saylı akta əsasən aparılmış hesabatın, 2283,60 manatı isə NİQ 000965 saylı akta əsasən aparılmış hesabatın dəyəridir. Tərtib olunmuş aktlara əsasən aparılmış hesabatların və istehlak olunmuş elektrik eherjisinin dəyəri vaxtlı-vaxtında tam şəkildə ödənilmədiyi üçün **********6 saylı abonent kodu üzrə xx.xx.2024-cü il tarixə 168354,12 manat debitor borc vardır. Odur ki, xahiş edilir nəzərə alasınız.
14. "xxxx" ASC-nin X9 Təchizatı və Satış İdarəsi Kürdəmir Elektrik Şəbəkəsi tərəfindən X9 Təchizatı və Satış İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə elektirik enerjisinə görə yaranmış borcu 168919 manatdır. 168919 manat elektirik enerjisi borcunun 166634,23 manatı 1991-ci ildən 2020-ci ilə qədər liseyin yataqxana binalarında yaşamış məcburi köçkünlərin sayğacsız istifadə etdiyi elektrik enerjisinin borcudur. Məcburi köçkünlər liseyin yataqxana binalarında yaşadıqları üçün həmin borc liseyə aid **********6 saylı abonent koduna hesablanmışdır.
15. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixə İddiaçı "xxxx" ASC-yə 166119,79 manat məbləğində borcu vardır.
16. İddiaçı tərəfindən "xxxx" ASC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, 166634,23 manat borc məbləğinin silinməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 8.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü maddəsinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
19. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: - müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; -məşğulluğun təmin edilməsi; - sosial təminat; - tibbi təminat; - təhsil hüququnun təmin edilməsi; - nəqliyyat və mənzil-kommunal və digər güzəştləri. Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi köçkünlərə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər. 13-cü maddəsinə əsasən məcburi köçkünlərə mənzil-kommunal xidmətlərindən və telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmənin mövqeyi
21. İddia tələbi cavabdeh "xxxx" ASC tərəfindən Kürdəmir rayonu İddiaçı PHŞ-nin **********6 saylı hesabında olan 166634,23 (yüz altımış altı min altı yüz otuz dörd manat iyirmi üç qəpik) manat borcun silinməsindən ibarətdir.
22. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
23. Belə ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçın Kürdəmir rayonu, Vaqif küçəsi ünvanında beşmərtəbəli yataqxana binaları cavabdeh tərəfindən elektrik enerjisi ilə təchiz edilir. Həmin binalarda 1991-ci ildən 2020-ci ilə qədər məcburi köçkünlər yaşamış və elektrik enerjisindən sayğacsız istifadə etmiş və 166634,23 manat məbləğində borc da həmin istifadə edilən elektrik enerjisinə görə hesablanmış borcdur və məcburi köçkünlər liseyin yataqxana binalarında yaşadıqları üçün həmin borc da liseyə aid **********6 saylı abonent koduna hesablanmışdır. Həmin hal işin mübahisəsiz halıdır. Belə ki, həm "xxxx" ASC-nin X9 Təchizatı və Satış İdarəsi Kürdəmir Elektrik Şəbəkəsi tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 680 nömrəli məktubda, həm də "xxxx" ASC-nin X9 Təchizatı və Satış İdarəsi Kürdəmir Elektrik Şəbəkəsi tərəfindən X9 Təchizatı və Satış İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə elektirik enerjisinə görə yaranmış borcu 168919 manatdır. 168919 manat elektirik enerjisi borcunun 166634,23 manatı 1991-ci ildən 2020ci ilə qədər liseyin yataqxana binalarında yaşamış məcburi köçkünlərin sayğacsız istifadə etdiyi elektrik enerjisinin borcudur. Məcburi köçkünlər liseyin yataqxana binalarında yaşadıqları üçün həmin borc liseyə aid **********6 saylı abonent koduna hesablanmışdır.
24. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçınə məxsus **********6 saylı abonent kodunda yaranmış borcun İddiaçı X1si ilə bağlı yaranmış borc olmadığı öz təsdiqini tapdığından, hazırkı borc məbləği X3 tutulmalı deyildir.
25. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin etirazı əsassız sayılmalı, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş almalı oldundan, digər ödənişlərin alınmasına yol verilmədiyindən, 166634,23 manat məbləğində elektrik enerjisi iddiaçı tərəfindən istifadə olunmadığından, iddiaçı onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıdığından iddia təmin edilməli və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 166634,23 manat (yüz altmış altı min altı yüz otuz dörd manat iyirmi üç qəpik) məbləğində borc İddiaçı **********6 saylı abonent hesabından silinməlidir.
26. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı təmin edilmiş iddianın qiyməti 166634,23 manat, ödənilməli dövlət rüsumunun məbləği isə 456,63 manat təşkil edir. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə, həmin məbləğ dövlət mədaxilinə cavabdehdən alınmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 166634,23 manat (yüz altmış altı min altı yüz otuz dörd manat iyirmi üç qəpik) məbləğində borc İddiaçı **********6 saylı abonent hesabından silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 456,63 manat (dörd yüz əlli altı manat altmış üç qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova